Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Fev
    Digər Tərtərlilər dövlətə və dövlətçiliyə sadiqlik nümayiş etdirdilər üçün şərhlər bağlıdır

    2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, xalqımızın sevimli və əvəzolunmaz Lideri, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənabları bir daha inamlı qələbə qazandı. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyev cənablarına səs verərək onu növbəti dəfə 7 il müddətinə Azərbaycana Prezident seçdi. Tarixə Zəfər seçkisi kimi düşən budəfəki prezident seçkisində yüksək seçici fəallığı nümayiş olundu. Belə ki, respublika üzrə 5 milyona yaxın seçici seçki hüququndan istifadə edərək seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər. Bu seçki digərlərindən bir daha ona görə fərqlənir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ərazi bütövlüyü təmin olunmuş dövlət olaraq bütün ölkə ərazisi üzrə seçkilər keçirilmişdir. Bu seçkilərin keçirilməsi böyük tarixi hadisədir. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə – şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi. Daha ətraflı »

  • 12Fev
    Digər Yaşı 100-dən çox olan seçicilərin evlərinə daşınan seçki qutuları aparılıb üçün şərhlər bağlıdır

    Növbədənkənar prezident seçkiləri respublikanın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da seçicilərin fəallığı ilə müşahidə olunub. Seçki məntəqələrinə gələ bilməyən yaşlı, fiziki məhdudiyyətli seçicilərin səsvermədə iştirakı üçün daşınan seçki qutuları ünvanlara aparılıb.
    Rayonun Mamırlı kənd sakini 112 yaşlı Süleymanova Zəhra Hətəm qızı, Hacıqərvənd kənd sakini 102 yaşlı Xəlilov İbrahim Heydar oğlu, Ağdərə rayonunun Umudlu kənd sakini 100 yaşlı Abbasquluyeva Ətlas Salah qızı və Kəngərli kənd sakini 100 yaşlı Almuradova Fatma Abbas qızı yaşadığı ünvanda səsvermə hüququndan istifadə ediblər.
    Yaşlı insanlar seçki hüquqlarından istifadə etdiklərindən məmnun qaldıqlarını bildiriblər.

     

  • 12Fev
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    “Tərtər” oxuculara nə vəd edir

    Artıq narahat, səksəkəli bir ili də başa vurduq. Bu ildə nisgilimiz çox olsa da qazandıqlarımız da az olmadı. Ən başlıcası milli soy-kökümüzə qayıdırıq. 28 may Dirçəliş günümüz oldu. Respublikamızın adının, dövlət bayrağının dəyişdirilməsi barədə Azərbaycan SSR prezidenti fərman vermişdir.
    İllərin ayrıcında dayanıb olub-keçənlərə, baş verən hadisələrə qiymət vermək fikrində deyilik. Bu haqda çox deyilib, çox yazılıb. Məqsədimiz başqadır. Axı, üç ildən bəri rayonumuzun köhnə adının bərpasına, qəzetimizin “Tərtər” adı ilə çıxmasına çalışılıb. Birinci məsələnin həllinə qismən (ona görə qismən deyirik ki, rayon Sovetinin verdiyi qərarın təsdiqi gecikir) nail olsaq da, ikinci məsələ artıq həll olunubdur. “Tərtər” yeni ildə təzə-tər xəbərləri, məqalələrilə görüşünüzə gəlibdir. Sizi əmin edirik ki, “Tərtər” ulu babası “Əkinçi”nin adət-ənənələrinə sadiq qalıb oxucuların yaxın dostuna, sevimlisinə çevriləcəkdir. Qəzetimizdə rayonumuzun həyatı, kəndimizin problemləri, mədəniyyət və maarifi, gələcək perspektivləri, narahat dünyamızda baş verən hadisələr haqqında yazılır, maraqlı xəbərlər dərc ediləcəkdir.
    Çalışacağıq ki, milli soy-kökümüzü özündə əks etdirən “Tərtər”in hər nömrəsi Sizi sevindirsin, maraq dairənizi əhatə etsin, “Molla Nəsrəddin kimi düzü düz, əyrini-əyri göstərsin”. Əziz oxucularımız, bunun üçün ancaq Sizə güvənirik.

    Redaksiya heyəti
    “Tərtər”, 1 yanvar
    1991-ci il

  • 05Fev
    Digər Azərbaycanla Ermənistan arasında hökm sürən sülh şəraiti məntiqi sonluğa çatmalıdır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Qəbul zamanı dövlətimizin başçısı çıxış edib.

    Prezident ilham Əliyev bildirib ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.

    2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib.

    Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

    2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi.

    Dövlət başçısı deyib ki, ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur.

    Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Daha ətraflı »

  • 02Fev
    Digər Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti üçün şərhlər bağlıdır

    Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

    Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

    Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı.

    Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi Daha ətraflı »

  • 31Yan
    Digər 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür üçün şərhlər bağlıdır

    Seçki məntəqələri səsvermə üçün hazır vəziyyətdədir

    7 fevral 2024-cü il tarixə təyin olunmuş növbədənkənar Prezident seçkilərində 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsi üzrə dairənin tərkibində 59 seçki məntəqəsi fəaliyyət göstərir. Mövcud seçki məntəqələrinin 2-si işğaldan azad olunmuş ərazilərdə – Ağdərə və Suqovuşanda yaradılıb.
    Seçki məntəqələrində seçkilərə hazırlıq işləri Seçki Məcəlləsinin tələblərinə uyğun aparılmaqla, məntəqələr səsvermə gününə hazır vəziyyətə gətirilib və seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki məntəqələri lazımi avadanlıqlarla, texniki və təşviqat vasitələri, təlimat və izahlarla tam təmin olunmuşdur.
    Məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə Dairə Seçki Komissiyasında qrafik əsasında treninqlər keçirilmiş, əyani surətdə seçki hərəkətləri komissiya üzvlərinin nəzərinə çatdırılmışdır.
    Seçki məntəqələri üzrə 52553 nəfər seçici qeydə alınıb. Qeydə alınan seçicilərin 1402 nəfəri seçkilərdə ilk dəfə səs verənlər olmaqla, 10 nəfər isə 1-7 fevral 2024-cü il tarixlər üzrə 18 yaşı olanlardır. 3 nəfər isə səsvermə günü 18 yaşı tamam olan seçici vardır. 100 yaşdan yuxarı olan seçicilərin sayı 7 nəfərdir. Bunlardan ən yaşlı seçici 114 yaşlı Hacıqərvənd kənd sakini Quliyeva Səkinə Yunis qızı və 109 yaşlı Seydimli kənd sakini Həsənova Saran Daşdəmir qızıdır. Daha ətraflı »

  • 31Yan
    Digər Ağdərənin yeni həyatına səs verəcəklər üçün şərhlər bağlıdır

    Ağdərə həsrəti çox uzun çəkdi. Bu illər ərzində agdərəlilər doğma yerləri xatirələrində, yuxularında yaşatdılar. 2023-cü ilin 19-20 sentyabr günlərində isə bir möcüzə baş verdi: Ağdərənin, bütün Qarabağımızın azad olması haqqında xəbəri eşitdik. Əvvəl eşitdik, sonra isə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdərədə, erməni terrorcularından azad edilmiş digər ərazilərdə bayraq ucaltdı-ğının şahidi olduq. Həmin gündən yalnız ağdərəlilərin deyil, hər bir azərbaycanlının həyatı dəyişdi. Hər kəs bütöv bir Vətənin vətəndaşı olmağın qürurunu yaşadı.
    İndi budur, Ağdərə növbədənkənar Prezident seçkilərinə hazırlaşır. 59 saylı Ağdərə seçki məntəqəsinin sədri Mahir Səmədov deyir ki, məntəqə üzrə 156 seçici var. İlk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə səs verəcəkləri üçün hər kəs qürurludur. Məntəqədə seçkilərə hazırlıq işləri bütün mövcud tələblərə uyğun olaraq görülüb.
    Onlar Ağdərənin yeni həyatına səs verəcəklər.

    “YENİ TƏRTƏR”

  • 31Yan
    Digər Suqovuşanda ilk seçki üçün şərhlər bağlıdır

    30 illik işğal dövründən sonra ilk dəfə olaraq Azərbaycanın bütöv ərazisində Prezident seçkiləri keçiriləcək. Uzun illərin həsrətindən sonra doğma torpaqlarına qayıdan, burada lazımi şəraitlə təmin edilən insanlar məhz bu yerlərdə təşkil olunan seçki məntəqələrində səs verəcəklər. Belə məntəqələrdən biri də 58 saylı Suqovuşan seçki məntəqəsidir.
    Məntəqənin sədri Tural Əzizov deyir:
    – Məntəqəmizdə 73 seçici səs verəcək. Hazırlıq işləri tam başa çatmışdır. Seçicilərimizdən biri ilk dəfə səs verəcək.
    Suqovuşan başdan-başa tarixdir. Burada hər qarış torpaq bizə qanlı döyüşləri xatırladır. Belə bir ərazidə səs vermək qürurvericidir.

    “YENİ TƏRTƏR”

  • 31Yan
    Digər Xalqın başını uca edən Lider üçün şərhlər bağlıdır

    7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkilərində YAP-ın sədri möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi cəmiyyətimizin yekdil rəyi və xalqın iradəsinin ifadəsidir.
    Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətini çəkdiyimiz torpaqlarımzı geri qaytararaq, xalqımızın ən böyük arzusunu gerçəkləşdirdi.
    Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və sentyabrda keçitilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb. Müharibənin başa çatmasından ötən 3 il ərzində möhtəşəm nailiyyətlər möhtərəm Prezidentimiz, YAP-ın sədri İlham Əliyevin adı ilə bağlıdır. Ali Baş Komandanımız İlham Əliyevin üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Xocavənddə, Zəngilanda, Füzulidə, Ağdərədə və başqa azad olunmuş ərazilərdə ucaltması cənab İlham Əliyevin xalqın siyasi dəstəyinin qazanmasının bariz göstəricisidir.
    Ulu Öndər Heydər Əliyev deyirdi ki, “mən ona özüm qədər inanıram. Mənim axıra çatdıra bilməyəcəyim işləri o, axıra çatdıracaqdır.” O, ata nəsihətini tam yerinə yetirdi.
    İlham Əliyev bu günə verdiyi bütün vədlərə əməl etdi. Şübhə yoxdur ki, qarşıdakı seçkilərdə xalqımız Qarabağ fatehi İlham Əliyevin yanında olacaq və seçki məntəqələrinə gələrək yekdilliklə ona səs verəcəkdir. Daha ətraflı »

  • 31Yan
    Digər Fikrimiz, amalımız birdir üçün şərhlər bağlıdır

    2024-cü il öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müsttəqil Azərbaycan Respublikasının həyatında parlaq səhifələrin açılması ilə başladı.
    7 fevral 2024-cü il tarixdə bütöv Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
    İlham Əliyev cənablarının namizədliyinin qeyd olunduğu gündən sevincimin həddi-hüdudu yoxdur. Belə ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bütün Azərbaycana, xüsusilə biz tərtərlilərə firavan həyat bəxş elədi. 1990-cı illərdə olan böhranı, özbaşınalığı görən, eşidən hər bir Azərbaycan vətəndaşını 7 fevral 2024-cü il tarixdə seçki məntəqələrinə gələrək gələcəyimizin memarı olan cənab İlham Əliyevə səs verməyə çağırıram.
    Mən YAP-ın üzvü olaraq YAP Rayon Təşkilatının rəhbərliyi ilə birlikdə rayon ərazisində şəhid ailələrinin evlərində olur, yaşayış məntəqələrində seçki hüququ olan vətəndaşlarla görüşlərdə iştirak edirəm. Bizim və həmçinin bütün tərtərlilərin görüşlər zamanı söylədikləri bir fikir, bir amal var: Ulu Öndərin layiqlı davamçısı olan İlham Əliyevə yekdilliklə səs verək!
    Bu gün efirlərdə çıxış edən Prezidentimizi ekrandan görən azyaşlı nəvələrimiz: “Baba, İlham baba danışır, gəl bax,” – deyirsə, şəxsən mən bu ifadələrdən qürurlanıram.
    Mən, ailə üzvlərim, yaxınlarım və deyərdim Qəhrəman Tərtər rayonunun bütün sakinləri Prezidentliyə namizəd İlham Əliyev cənablarına səs verəcəklər.

    Adil HÜSEYNOV,
    şəhər sakini