Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen
    Digər AİLƏLƏR NİYƏ DAĞILIR? BOŞANMA HALLARININ ƏSAS SƏBƏBLƏRİ üçün şərhlər bağlıdır

    скачанные файлыİş planımızda olan bu ağrılı mövzunun araşdırılmasına Tərtər Rayon Statistika İdarəsinin müdiri Ədalət Məmmədovla söhbətimdən başladım. Öyrəndim ki, 2017-ci ilin 6 ayı ərzində rayonumuzda 158 nikah və 63 boşanma halı qeydə alınıb. Boşananlar nikaha girənlərin 25 faizdən çoxunu təşkil edir.
    Bundan sonra Tərtər Rayon Məhkəməsinin təcrübəli işçisi, 20 illik əmək fəaliyyəti ərzində yüzlərlə ailənin dağılmasının şahidi olan İlqar Əfəndiyevə müraciət edib, boşanma hallarının əsas səbəbləri haqqında onun fikirlərini öyrəndim. İlqar müəllim dedi:
    –Əvvəlki illərdə ailələr əsasən övladın olmaması, erkən nikah, məişət zorakılığı səbəblərindən dağılırdısa, indi bunların sayı azalıb. Buna ölkə üzrə aparılan maarifləndirmə tədbirlərinin də güclü təsiri var.
    Ön plana isə nələr keçir? İlk növbədə maddi məsələlər. Bunun arxasında isə səbrsizlik, dözümsüzlük dayanır. Yəni gənc qadın yeni ailədə rastlaşdığı maddi çətinlikləri qəbul etmək istəmir. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər BURUC KƏND İƏD-də NƏ VAR, NƏ YOX? üçün şərhlər bağlıdır

    DSC_5419Buruc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik iki kəndi–Buruc və Hüləbətli kəndlərini əhatə edir. İcra nümayəndəsi Böyükkişi Məlikov, Buruc Bələdiyyəsinin sədri Sərdar Aslanov və icra nümayəndəsinin müavini Seymur Yusibovla birlikdə ərazidəki kəndlərdə olduq. Burada insanların məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazidə əhalinin sayı 1100 nəfərdir. Burada 15 subartezian quyusu işləyir. Bunların 9-u Burucda, 6-sı Hüləbətlidədir. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır

    DOSTUNUN TOYUNA GƏLƏ BİLMƏDİ…

    sehid1Qarşımda bir albom var–şəhid albomu. Vərəqlədikcə heyrətdən donub qalıram. Necə olub ki, bu cür cəngavər oğlanlarımız düşmən gülləsindən yayına bilməyiblər?! Elə bu anda fikrimdən bir bayatı keçir:
    Bu yolun xatası var,
    Qanı var, qadası var,
    İgidlər boyun əyməz,
    Düşmənin bəlası var.
    Bəli, düşmənin qurduğu hiylə neçə-neçə mərd, qorxmaz oğlumuzun həyatına son qoyub. Belə cəsarətli igidlərimizdən biri də Abbasov Elşən Raqub oğlu idi. O, həmin gün dostunun toyuna gəlməli idi. Söz vermişdi ki, postdan çıxan kimi icazə alıb gələcək və toyda iştirak edəcəkdir. Martın 25-i idi. Elşadın ata-anası, bacı-qardaşı toy evində idi. Təkcə o yoxuydu… Məlumdur ki, kənd toyları gecə yarısına kimi davam edir. Ailə üzvləri bu məclisdə ürəklə iştirak etsələr də nəisə, bir narahatçılıqları vardı. Elşad görəsən niyə gecikirdi. Yoxsa, icazə vermədilər, şübhələr, niyələr ən çox ata-ananı narahat edirdi. Özləri toyda olsalar da fikirləri Elşadın yanında qalmışdı. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər REPLİKALAR üçün şərhlər bağlıdır

    (CAMAAT ARASINDAKI SÖZ-SÖHBƏTLƏRDƏN)

    03новый-1“İşsizliyin qarşısını alırıq”
    –Kəndlərimizdəki mədəniyyət obyektlərinin aylarla bağlı qalan qapıları nə vaxt açılacaq?–deyə, Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin başbilənlərindən soruşsaq, deyəcəklər ki, regiona tabeyik, gedin onlardan soruşun.
    –Bəs havayı yerə onlara verilən külli-miqdarda əmək haqqının axırı necə olacaq?
    –Onları işdən çıxarıb, işsizliyin faizini yüksəldə bilmərik ki! Elə hesab edin ki, dövlət onlara yardım göstərir.
    “Onda universitet olardı ki!…”
    Əgər 96 saylı orta Texniki Peşə Məktəbinin rəhbərlərindən soruşsaq:
    –Jurnallarda adları yazılmış şagirdlərin hamısı dərsə gəlirmi?
    Deyəcəklər:
    –Onda bura universitet olardı ki!… Daha ətraflı »

    Teqlər:

  • 20Sen

    Digər üçün şərhlər bağlıdır

    00000Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompüterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20Sen
    Digər KƏND HƏYATI üçün şərhlər bağlıdır

    MAMIRLIDA GÖRDÜKLƏRİMİZ

    DSC_4701DSC_4725Rayonumuzun iri inzibati ərazi dairələrindən biri də Mamırlıdır. Bu dairə iki kəndi–Mamırlı və Poladlı kəndlərini əhatə edir. Kəndlərin fermerləri bu il 65 hektar sahədə buğda və 130 hektarda arpa becərmişdilər. Hər iki sahədə aqrotexniki tədbirlər vaxtlı-vaxtında və keyfiyyətlə aparıldığı üçün buğda zəmilərinin hər hektarında məhsuldarlıq 38 sentnerə, arpa sahələrində isə 39 sentnerə yüksəldi. Bu işdə fermerlər Cümşüd Məmmədov, Məhər Allahverdiyev, Namiq Məmmədov və Sərhəd Vəliyev daha çox əmək sərf etmişlər.
    Mamırlı kənd İnzibati Ərazi Darirəsində təsərrüfat işlərinin gedişi ilə yaxından tanış olmaq üçün kənd icra nümayəndəsi Şikar Əliyev, Mamırlı Bələdiyyəsinin sədri Kamal Quliyev və icra nümayəndəsinin müavini Şahid Məmmədovla birlikdə pambıq, tarlalarına, çuğundur plantasiyalarına, yonca sahələrinə baxdıq. Günortanın istisi olmasına baxmayaraq, fermer Elbrus Salahov pambıq tarlasında idi. Burada pambıq kolları yaxşı inkişaf etmişdi. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Digər VƏTƏNPƏRVƏRLİK ƏMƏLLƏ İSBATLANIR üçün şərhlər bağlıdır

    DOQQUZUNCU DALĞA

    Umudluновый-211Xalqımız həmişə vətən, yurd sevərliyi ilə seçilib. Vətənə, yurda bağlılıq onun mental xüsusiyyətlərindəndir.
    Bəs nədən başlanır vətənpərvərlik, vətən sevgisi?
    Bu, hər şeydən əvvəl ana laylası, ana südüylə hopur ruhumuza və varlığımıza. Beşik, doğma od-ocaq, udduğumuz ilk vətən havası yurd anlamını, yurd sevgisini doğurur, cücərdir. Onun hər qarışını tanıyır və sevirsən. Şüurunda bu yurd anlamı, qəlbində bir yurd sevgisi formalaşır. Bu doğma yurddur–kiçik vətəndir.
    Kiçik vətəndən başlanır böyük vətən.
    Yurd sevgisindən başlanır vətən sevgisi, vətən məhəbbəti. Çay bulaqdan, dəniz çaydan başlanan kimi.
    Vətəni seçmirlər. Tanrı töhfəsi kimi qəbul edir, sevir və qoruyurlar Vətəni.
    Anarın Dədə Qorqudun diliylə dediyi kimi: “Torpağı əkməsən qorumağa, qorumasan əkib-becərməyə dəyməz”.
    Ana Vətən anlamının özəyində Ana Torpaq anlamı durur.
    Biz ondan intişar tapır, ona qayıdırıq. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Digər AŞIQ ƏLƏSGƏR CAVANŞİR QƏZASINDA üçün şərhlər bağlıdır

    240px-Ashig_AlesgerAşıq Ələsgər Göycə mahalının Ağkilsə kəndində təxminən 1821-ci ildə anadan olub. Ailənin böyük uşağı olan Ələsgəri atası Alməmməd kişi Kərbalayı Qurbana köməkçi verir. Bir qədərdən sonra Kərbalayı Qurbanın yeganə övladı Səhnəbanu ilə Ələsgər arasında məhəbbət yaranır. Bu məhəbbətin pozulması ömrü boyu Ələsgər yaradıcılığında öz əksini tapır.
    Aşıq Ələsgər çox iti hafizəyə, fit-ri istedada malik olub. Ən nəcib insani kefiyyətləri özündə birləşdirən ustad böyük hörmətlə bir əsrdən artıq ömür sürüb. 1905-ci və 1918-ci illərdə Göycənin ermənilər tərəfindən dağılması mahalda ağır böhran yaradır. Var-dövləti talan edilmiş qoca aşıq isti yuvasından didərgin salınır. Aşıq bu ağır kədəri öz qoşmalarında ifadə edir: Daha ətraflı »

    Teqlər:

  • 08Sen
    Digər MEHRİBAN XANIMI TƏRTƏRDƏ ÇOX SEVİRLƏR üçün şərhlər bağlıdır

    14890593315818035388_1000x669Mehriban xanım Əliyevanı bütün Azərbaycan sevir. Tərtərdə də ölkənin Birinci vitse-prezidentinə xüsusi doğma münasibət var. Deyirlər ki, əsl doğmalıq çətin gündə bilinir. Ötən ilin aprel hadisələri zamanı biz bunun şahidi olduq. Erməni quldurlarının açdıqları artilleriya atəşləri nəticəsində evləri dağılmış, böyük çətinliklərlə üzləşmiş insanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Tərtərdə öz həyətlərində görəndə, inandılar ki, onlar tək deyillər. Hər bir şey əvvəlkindən də yaxşı olacaq. Prezident İlham Əliyevin və Mehriban xanımın sakinlərlə görüşü zamanı təlaş, həyəcan hissləri sevinclə əvəz olunurdu.
    Həmin unudulmaz gündə qızı Elmira Səfərovanın zəhmət bahasına tikdirdiyi evin qalıqlarının yanında Maya nənə əsl övlad məhəbbəti ilə onu qucaqlayan bu böyük, xeyirxah insanlara demişdi:
    –Düşmənimiz çox qəddar və məkrlidir. Ancaq onlar eşitsinlər ki, evimizi dağıda bilərlər, bizə maddi ziyan vurarlar, lakin ürəyimizdəki inam hissini, dövlətimizə, ölkəmizin başçısına, Mehriban xanıma olan məhəbbəti azaltmaq mümkün deyil. Daha ətraflı »

    Teqlər:

  • 08Sen
    Digər İtkinlərimiz üçün şərhlər bağlıdır

    MƏZARI OLMAYAN ŞƏHİD

    новый-2Müharibənin insanlara gətirdiyi ən böyük fəlakətlərdən biri də itkin dərdidir. Belə bir faciə ilə üzləşənlər illər uzunu əzizinin ölümünə inana bilmir, hər addımda, hər an onunla görüşəcəklərini düşünürlər. Rayonumuzun Sarov kəndindən olan Şirinovlar ailəsində də 24 ildən çoxdur oğul yolu gözləyirlər.
    Məzahir Şirinov 1968-ci ildə Sarov kəndində doğulmuşdu. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdi. Orduda olduğu iki il valideynlərinə 20 il qədər uzun gəlmişdi. Qarşıdakı ayrılıqdan xəbəri olmayan ata-ana oğulun qayıtması münasibətilə qurban kəsib paylamışdılar.
    Mingəçevir şəhərində texnikuma daxil olanda, yenə də qurban kəsildi. Qonşular Pakizə anaya gözaydınlığı verib deyirdilər: “Gün o gün olsun, Məzahir məktəbi bitirsin, toyunu eləyəsiniz”.
    Bu zaman artıq ailənin kiçik oğlu Habil Qarabağ uğrunda döyüşlərə qatılmışdı. Qardaşlar vaxt tapıb görüşəndə, söhbət yalnız bu mövzu ətrafında gedirdi. Məzahiri nə illər uzunu can atdığı təhsil, nə də ailə həyatı maraqlandırırdı. O, qardaşının, digər döyüşçülərin yanında olub bu amansız müharibədə vətən qarşısındakı borcunu yerinə yetirməyə can atırdı. Daha ətraflı »

    Teqlər: