Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May
    Digər ŞUŞANIN İŞĞALINDAN 25 İL ÖTÜR üçün şərhlər bağlıdır

    shusha-qala(1)1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.
    Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
    Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, “Cümə” məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər.

    Teqlər:

  • 19May
    Digər ALINMAZ QALA ŞUŞA XƏYANƏTİN QURBANI OLDU üçün şərhlər bağlıdır

    Изображение 041xocali2Ələkbər Kərimov 1959-cu ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. 1977-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Məktəbi bitirdikdən sonra texnikumda qalıb işləyib. Elə o zamandan da Şuşanın gözəlli-yinə vurulan Ələkbər buranı özünə əbədi məskən seçib. 1991-ci ildə qiyabi yolla ali təhsil alıb.
    Ələkbər müəllimlə redaksiyada söhbət edirik. Hiss edirəm ki, çox kövrək adamdı. Deyir ki, Şuşada şəhərin mərkəzində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində iki otaqlı evimiz vardı, içində də hər cür şəraiti.
    1992-ci il mayın 8-ində Şuşa şəhəri və ətraf kəndlər işğal olunanda həyat yoldaşım Təranəni iki oğlumuz Anar və Eltun ilə hərbi vertolyotla yola saldım. Özüm isə çox çətinliklə də olsa, “Laçın–Akara” yolu ilə Beyləqana gəldim.
    Sonra yoldaşım və uşaqlarla Goranboy rayonunun Xanqərvənd kəndində bir yerə yığışdıq. Orada bir il yaşadıqdan sonra Tərtərə gəldik. Elə o zamandan da burada məskunlaşmışıq. Daha ətraflı »

    Teqlər:

  • 19May
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    BƏXTİYAR

    Bextiyar02212Bu kövrək yazını oğlu haqqında şəhid anası özü yazdığı üçün bir sözünə toxunmadan dərc edirik.
    Bəxtiyar–yəni Bəxtiyar olmaq. Bəlkə də sən şəhidlikdə gördün bəxtiyarlığı Bəxtiyar!…
    1972-ci il 30 iyul. Bu gün dünyaya bir uşaq gəldi. Gözəl, sarışın, yaraşıqlı bir uşaq. İllər keçdi, ata-ana sevinə-sevinə böyütdü bu uşağı. Cüt qardaş Teyyub ilə Bəxtiyar oynaşa-oynaşa, güləşə-güləşə böyüdülər.
    Əsgərlik vaxtı çatdı Bəxtiyarın. Orduya çağırdılar. Polşaya göndərdilər. Sevindi ana, sevindi ata: Oğlumuz böyüyüb, Vətənə lazım olub.
    Qarabağın üstünü qara buludlar aldı. Geriyə çağrıldı Bəxtiyar Polşadan. Vətəni qorumaq üçün. Ya-man böyümüşdü, yaman kişiləşmişdi bu ilyarımda Bəxtiyar.
    Ana qəlbi yaman hər şeydən ürkəyən olur. “Oğluma göz dəyər” deyə fikirləşdi ana. Hətta üzərlik yandırdı xəlvətcə. Güldü Bəxtiyar:
    –Ay ana, elə mən əvvəlki Bəxtiyaram da.
    1992-ci il noyabr ayının 2-də getdi Bəxtiyar Qarabağda qara qüvvələrlə döyüşməyə. Elə ananın da rahat günləri bununla başa çatdı. Narahat, həyəcanlı günlər, yuxusuz gecələr başladı. Daha ətraflı »

    Teqlər:

  • 10May
    Digər 9 MAY-FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ üçün şərhlər bağlıdır

    under-stair-19XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub.
    İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qaf-qazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Daha ətraflı »

    Teqlər:

  • 10May
    Digər Narkomaniya bütün dünyanın bəlasıdır üçün şərhlər bağlıdır

    “SAĞLAM BƏDƏNDƏ SAĞLAM DA RUH OLAR”

    how-to-recognize-drug-addict1Görülən bütün tədbirlərə baxmayaraq, narkomanlıq qarşısı alınmaz yoluxucu bir xəstəlik kimi hər il artmaqda davam edir və bu bəlaya düçar olanların yaşı gəncləşir. Bu o deməkdir ki, narkomaniya yeniyetmələrə və uşaqlara da sirayət etməyə başlayıb. Belə hal isə ən dəhşətli faciələrdən və qorxulu bir tendensiyadan xəbər verir. Bütün dünyanın bəlasına çevrilmiş narkomaniyanın hansı mənbədən qaynaqlanaraq ildırım sürəti ilə artması, cəmiyyətin bütün təbəqələrini əhatə etməsi, bütün yaş baryerlərini aşması səbəbləri bəs nədir? Bunun qarşısını almaq mümkün deyilmi? Həyatda mümkün olmayan şey yoxdur, lakin asan deyil.
    Statistikaya görə ölüm yaşı da cavanlaşır. Onun bir əsas səbəbi də narkomaniyadır. Çox təəssüf ki, böyük həyati təhlükəsi olan bu vərdiş məktəblərdə də yayılmaqdadır. Yazıqlar olsun! Daha ətraflı »

    Teqlər:

  • 10May
    Digər ŞƏHİD AİLƏLƏRİNƏ QAYĞI üçün şərhlər bağlıdır

    DSC_0590Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də şəkildə gördüyünüz Abbasov Maarif İbrahim oğludur. O, 1967-ci il yanvarın 5-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurandan sonra hərbi xidmətdə olub. Bir müddət Tərtər Rayon Texniki Təchizat İdarəsində işləyib. 1993-cü ilin noyabr ayında Azərbaycanın ordu sıralarına yazılaraq ərazidəki hərbi hissədə doğma torpaqlarımızın müdafiəsinə qalxdı. Ağdərə istiqamətində gedən döyüşlərdə, 1994-cü ildə Güllücə kəndində şəhid oldu.
    Bunları mənə Maarifin qardaşı Mobil danışdı. Qeyd etdi ki, qardaşı Maarif 1992-ci ildə ailə qurmuşdu. Arif adlı bir oğlu var.
    Mobil deyir ki, mən də Maariflə birgə ermənilərə qarşı döyüşmüşəm. 1993-cü ildən 1995-ci ilin sonuna kimi hərbidə olmuşam. Daha ətraflı »

    Teqlər:

  • 03May
    Digər Azərbaycan Mətbuat Şurasının bəyanatı üçün şərhlər bağlıdır

    Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, mövcud xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Azərbaycan Mətbuat Şurası, ümumən Azərbaycan jurnalistləri M.Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.

    Hesab edirik ki, xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diqtə etmək iddiasından irəli gəlir. Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub.

    Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər Heydər Əliyev-94 üçün şərhlər bağlıdır

    XALQIMIZIN MİLLİ İFTİXARI

    c86e7-heydarAzərbaycan Respublikasının Ümummilli Lideri, bütün dünya türklərinin əvəzsiz şəxsiyyətlərindən biri, XX əsr dünya siyasətində xüsusi yeri olan, Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan Heydər Əlirza oğlu Əliyevin 94 yaşı tamam olur.
    Heydər Əlirza oğlu Əliyev 1923-cu il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.
    O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb, lakin başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
    1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Dövlət təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dovlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sank-Peter-burq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Daha ətraflı »

    Teqlər:

  • 27Apr

    Digər üçün şərhlər bağlıdır

    651843Biz inkişaf, müasirləşmə yolu ilə getməyə davam edəcəyik. Azərbaycanın davamlı inkişafı neft və qaza deyil, bilik, texnologiya, təhsil, qeyri-neft sektoruna əsaslanmalıdır. Biz regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcəyik ki, bu da öz növbəsində region xalqları üçün böyük imkanlar yaradacaq.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 27Apr
    Digər 23 Aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür üçün şərhlər bağlıdır

    KİTABLARA MÜNASİBƏT NƏ ÜÇÜN DƏYİŞİB?

    2012_08_19_c271b0telefonla-danisan-qizRəsmi məlumatlara görə UNESCO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü elan edilməsi barədə qərar qəbul olunub.
    1997-ci ildən başlayaraq Azərbaycanda bu gün geniş şəkildə qeyd olunur, bununla bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini bildirmək, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaqdır. Əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanılmasına yönəltmək də bu məqsədi şərtləndirən amillərdəndir. Daha ətraflı »

    Teqlər: