Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr
    Digər Tərtər rayon qəzetinin 83 illiyi münasibəti ilə üçün şərhlər bağlıdır

    TARİXİ YAŞADAN QƏZET

    _909283 il əvvəl aprel ayında ilk nömrəsi işıq üzü görən Tərtər rayon qəzetinin nəşri o dövrün zərurəti idi. Quruluş dəyişmiş, insanların həyat tərzi yenilənmişdir. Belə bir şəraitdə işə münasibətdə də dönüş yaranmalıydı. Buna görə də rayon sakinlərini bir amal uğrunda birləşdirən, qarşıda duran vəzifələri onlara çatdıran, nöqsanların operativ şəkildə aradan qaldırılmasına köməklik göstərən mətbu orqan lazım idi.
    Belə bir orqan ilk nömrəsi 1934-cü ildə çapdan çıxan “Kolxozçuların varlanması uğ-runda” qəzeti oldu. İlk vaxtlar MTS-in (Maşın-Traktor Stansiyasının) siyasi şöbəsinin nəzdində fəaliyyət göstərən bu qəzet sonralar rayon partiya komitəsinin orqanına çevrildi və demək olar ki, bir növ partiya komitəsinin tribunası oldu. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər YOLUNU AZMIŞ JURNALİSTLƏR CƏMİYYƏTİMİZƏ NECƏ GƏLİRLƏR? üçün şərhlər bağlıdır

    046Elə bir dövrün sakinləriyik ki, sərbəst sözümüzü açıq söyləyə bilirik. Lakin görək hər kəs bu fikir azadlığından lazımınca istifadə edirmi? Bu gün abırlı, ismətli, gözəl qələmi ilə tanınmış jurnalistlərin əvəzinə “reket jurnalistlər” xalqa nə söyləyib, nə bildirirlər? Nədən kimisə yalandan tərifləyən və ya kiməsə qara yaxanlar jurnalistikada geniş yayılıb?
    2-3 ilin söhbətidir. Otaqda işlə məşğul idim. Qapı döyüldü. Içəri 32-33 yaşlarında tanıdığım bir kişi gənc bir oğlanla daxil oldu. Qəzetdə elan verməklə bağlı gəldiklərini bildirdilər. Adəti üzrə lazımi sənədləri təqdim etmələrini söylədim. Qarşılığında mənə verdikləri cavabı nəzərinizə çatdırmaq istəyirəm:
    –Əşi, o sənəd olsa daha bura nəyə gəlirik, mən özüm də qəzetdə şöbə müdiri işləyirəm, deyirlər ki, gərək yerli qəzetdə elan verilsin, yoxsa öz qəzetimdə çap etdirərəm. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər YAŞAMAQ ÜÇÜN TƏBİƏTİ QORUMALIYIQ üçün şərhlər bağlıdır

    1414171397_tbitTəbiət yaşadığımız canlı aləmdir. Bu aləmin varlığı üçün təbiətin qoynunda daim yaşıllıqlar salmalı, mövcudlarını isə qorumalıyıq. “Dədə Qorqud” filmində deyilən bir ibrətamiz fikir hər birimizin yaddaşına həkk olunmalıdır: “Torpağın vətən olması üçün iki əsas şərt var: biri odur ki, gərək onu qoruyasan, ikincisi isə gərək onu əkib becərəsən. Əgər qoruya bilmirsənsə, əkib becərməyə, əkib becərmirsənsə, qorumağa dəyməz”.
    Yaşadığımız Tərtər rayonu havasına, münbit torpağına, saf, təmiz suyuna görə bir sıra rayonlardan fərqlənir. Ona görə də əkinçinin əlindən torpağa düşən bir toxum dənəsi dərhal cücərir, boy atır, bar verir. Daha ətraflı »

    Teqlər:

  • 24Apr
    Digər Multikulturalizm Mərkəzində “İslam: tarix, fəlsəfə və hüquq ensklopedik lüğəti” kitabının təqdimatı keçirilib üçün şərhlər bağlıdır

    gjeeegjeee (2)Aprelin 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “İslam: tarix, fəlsəfə və hüquq ensklopedik lüğəti” kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Yaradıcılıq Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının, “Multikulturalizm” və “Türkologiya” jurnalının redaksiya heyətinin də iştirak etdiyi tədbiri Mərkəzin icraçı direktoru, professor Azad Məmmədov giriş sözü ilə çıxış edərək kitab təqdimatının Cənab Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı imzaladığı Sərancam çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq düzənləndiyi bildirib. Daha ətraflı »

    Teqlər:

  • 12Apr

    Digər üçün şərhlər bağlıdır

    Bu il ancaq pambıq becərən 22 rayonda 200 min yeni iş yeri açılıb və növbəti illərdə bu rəqəm daha da artacaq. Nəticə etibarilə biz 200 min hektarda pambıq yetişdirə bilərik və bu işlərdə minimum 300 min insan işləyəcək və hər gün pul qazanacaq.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 12Apr
    Digər SƏDAQƏTLƏ YAŞANMIŞ MƏNALI ÖMÜR üçün şərhlər bağlıdır

    2233Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.1942-ci ildə orta məktəbi qurtardıqdan sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.
    1950-ci ildə Zərifə xanım Əliyeva aspiranturaya daxil olub və 1953-cü ildə oranı bitirib.
    1957-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilədək böyük elmi işçi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Digər RAYONUMUZUN TARİXİNDƏ İZİ QALANLAR üçün şərhlər bağlıdır

    İŞIQLI İNSAN

    новый-31новый-1El hörmətini qazanmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil.
    İnsanların da işıqlısı, nurlusu olur – ay kimi, ulduz kimi… Bir var bu işıq, bu nur insanın üz izindən, mənəvi dünyasından gəlir, bir var ömür dediyimiz göz qırpımı müddətindəki bir yaşantıda qazanılır.
    Mən Zülfüqar Abdullayev şəxsiyyəti haqqında düşünəndə həmişə gözlərimin önünə bir işıq, bir nur seli gəlir. Bu adam bütün varlığı ilə, yəni təpədən-dırnağa ziyalı, işıqlı, nurlu adamdır. Onun daxili dünyası, mənəvi aləmi kimi üzündən də, gözlərindən də nur tökülür. Həm də Zülfüqar müəllimin şəxsi həyatından ötən illərdəki əməllərində də ziya seli var. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Digər APREL HADİSƏLƏRİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN ORDUSUNUN ZƏFƏR YÜRÜŞÜ

    1465891868_etatistLeletepeÖtən ilin aprelində ayın 1-dən 2-nə keçən gecə və bundan sonrakı günlər ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qaldı. Bunun nəticəsində əsgərlərimizlə yanaşı mülki əhali arasında da ölən və yaralananlar oldu, yaşayış məntəqələrinə ciddi ziyan dəydi.
    Təxribatın qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində əks hücum tədbirləri həyata keçirildi. Nəticədə erməni silahlı birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad edildi. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Digər “İGİD ÖLƏR ADI QALAR” üçün şərhlər bağlıdır

    212121evСамид_ИмановAtəşkəsdən bəri heç də dinc dayanmayan erməni silahlı dəstələri, zaman-zaman təxribata əl ataraq cəbhəyanı kənd və qəsəbələrə, dinc sakinlərə tez-tez atəş açır, onları qətlə yetirir, yaralayır və ya əlil edir, evləri iriçaplı silahlarla yararsız hala salırdılar. Hətta bu səpkidə çirkin əməlləri o yerə çatdırdılar ki, uşaq oyuncağının içərisinə partlayıcı qurğu yerləşdirib su vasitəsilə Azərbaycan ərazisinə axıtdılar, bu riyakarlıqdan xəbərsiz olan kiçik yaşlı Tovuz sakini bu oyuncağı tapıb oynayarkən qurğu partladı və qızcığaz faciəli şəkildə həlak oldu.
    Həmçinin, 8 Mart Qadınlar bayramı günündə erməni snayperçısi namərdcəsinə atəş açaraq öz həyətlərində azyaşlı Ağdam sakini Farizi şəhid etdi və erməni qəddarlıqlarını bütün dünyaya bir daha sərgiləmiş oldu.
    Bütün bu cinayətlərin qarşısında rəşadətli Ordumuz səbr edərək atəşkəsə ciddi riayət edir, “bəlkə ağılları başlarına gələr” – deyə, münaqişəni sülh yolu ilə həll etməyə çalışırdılar. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Digər 2 APREL 1993-cü il KƏLBƏCƏRİN İŞĞALI GÜNÜDÜR üçün şərhlər bağlıdır

    “KAŞ YUXULARIM ÇİN OLA!”

    9e3d79ab19730ef2eecf42c20d4a62a3DSC_8684Azərbaycanın əsrarəngiz gözəlliklər diyarı olan rayonlarından biri də uca dağlar qoynynda qərar tutan Kəlbəcərdir. Son bir neçə ildir ki, aprel ayı başlayanda böyük ürək ağrısı ilə həmin işğal tarixini qeyd edirik.
    Yaşı səksəni haqlamış, üz-gözündən nuranilik yağan Xublar nənə və oğlu Əsgər Hüseynovla üz-üzə oturub söhbət edirik. Xublar nənəgilin ailəsi Kəlbəcərin Sarıdaş kəndindəndi.
    Sarıdaşın tarixi çox qədimdi, bu kənddə yaşayan insanların hamısı uzunömürlüdürlər. Xublar nənə deyir ki, bir də eşitdik ki, ermənilər Kəlbəcərə giriblər. 9 nəfər ailə üzvlərimizlə hər şeyimizi qoyub Murov dağına qədər piyada gəldik. Murov yolunda maşın, insan əlindən yerimək olmurdu… Daha ətraflı »

    Teqlər: