Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy
    Digər HALAL OLSUN, NİHAL! üçün şərhlər bağlıdır

    Bu qızın özü, səsi, səhnədə davranışı bir möcüzədir. Nihal özü kiçik olsa da, çıxışı ilə yaratdığı təsir böyükdür. Onu həyəcansız dinləmək mümkün deyil. Bu səs tamaşaçılarda vətənpərvərlik hisslərini alovlandırır, onları vətən naminə birliyə çağırır.
    Nihal Hacıyeva şəhər 1 saylı tam orta məktəbin III sinif şagirdidir. Ailəsi rayonumuzun Səhlabad kəndində yaşayır. Atası Mübariz sürücü, anası Təhminə xanım evdar qadındır. Təhminə xanımın dediyinə görə, hələ lap kiçik yaşlarından Nihal şeirə, musiqiyə böyük həvəs göstərir. Telefonda bəyəndiyi şeirləri tapıb əz bərləyir və çox gözəl ifa edir.
    İlk dəfə mən Nihalı şəhər 1 saylı orta məktəbdə xalq şairi Vahid Əzizin “Param-parça illər” kitabının müzakirəsi zamanı gördüm. Bu tədbirdə o, Ulu Öndərimizə həsr olunmuş şeirin hər misrasını məharətlə dinləyicilərin qəlbinə çatdıra bildi.
    Zəfər bayramında Nihal Hacıyevanın ifa etdiyi “Salam, Vətən!” mahnısı da tamaşaçılar tərəfindən çox bəyənildi. “Böyüyəndə hansı peşəni seçmək istəyirsən?” sualına o, belə cavab verdi:
    – Polis işçisi olmaq istəyirəm.
    Qeyd etmək lazımdır ki, bu balaca qızda fitri istedadla yanaşı çalışqanlıq, dərslərinə məsuliyyətli münasibət var.
    Mədəniyyət mərkəzinin işçiləri, valideynləri və məktəb müəllimləri Nihalın istedadının inkişaf etdirilməsinə çalışırlar. Biz də onun haqqında ilk qəzet məqaləsini hazırlayan qələm sahibləri kimi bol-bol uğurlar arzulayır və deyirik: “Halal olsun, Nihal!”.

    Svetlana Bağırova

  • 30Noy
    Digər Payız gəldi, ancaq yagışlar yağmır… üçün şərhlər bağlıdır

    Dünya həyəcan təbili çalır. Qlobal iqlim dəyişikliyi bütün sahələrdə qarşımıza yeni-yeni çətinliklər çıxarır. Xüsusən kənd təsərrüfatında, suvarmada üzləşdiklərimiz işimizə qarşı daha diqqətli olmağı tələb edir.
    Cəmi bir neçə il əvvəl payızda yağan yağışlar, hətta qar əkin sahələrini canlandırırdı. İndi yağış üzünə həsrətik. Odur ki, suvarmada daha qənaətcil olmaq, bütün imkanlardan maksimum istifadə etmək lazımdır.
    Bu məqsədlə Meliorasiya və Su Təsərrüfatı ASC-nin təmir planına uyğun olaraq, suvarma arxları beton üzlüyə alınır ki, nəticədə su itkisi azalır.
    Hazırda 10 km uzunluğu olan Qapanlı arxının 1 kilometrinin və 8 km uzunluğunda Qaynaq-Qazyan arxının 1,2 kilometrinin beton üzlüyə alınması işləri aparılır. Bu işlər cari ilin sonunadək başa çatdırılacaq.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu günlərdə işlərin gedişi ilə tanış olub və rayonda fəaliyyət göstərən Suvarma Sistemləri və Tərtərçay Hidroqovşağı İstis-marı idarələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsüyələrini verib.

    “Yeni Tərtər”

  • 29Noy
    Digər “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu bərpa ediləcək üçün şərhlər bağlıdır

    Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.

    Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

    İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

    Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Daha ətraflı »

  • 25Noy
    Digər Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır! üçün şərhlər bağlıdır

    Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində bir güllə atılmadan azad edilib. Bu gün Azərbaycan xalqı qürur hissi ilə Kəlbəcərin işğaldan azad edilməsi tarixini qeyd edir.

    “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

    Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

    1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Daha ətraflı »

  • 23Noy
    Digər Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciət etməklə, dünya miqyasında tanınan bir dövlətə sahib oldu üçün şərhlər bağlıdır

    Cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keşirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib.

    O deyib ki, Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir.

    Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Daha ətraflı »

  • 21Noy
    Digər Vətəndaş məmnunluğu təmin olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, subartezian quyusunun təmiri, sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin ayrılması, pay torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin təyin edilməməsi, Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, həyətyanı torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

  • 21Noy
    Digər Tərtərlilər çoxəsrlik dövlətçilik ənənələrinə söykənən Konstitusiyamızı ürəkdən bəyənirlər üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Tədbiri Tərtər Rayon İcra Hakmiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik edib.
    Rayon rəhbəri bildirib ki, Ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucu-su Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş Konstitusiya xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və mənəvi prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.
    Konstitusiyamızın əsas qayəsi xalqın yekdil və sarsılmaz iradəsini əks etdirərək, Azərbaycanın dövlət fəaliyyətinin əsas prinsiplərini və demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini müəyyənləşdirib.
    Bundan sonra ölkəmizdə bir çox sahələrdə, o cümlədən, hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verib.
    Bu gün Azərbaycan Konstitusiyası dolğun və mükəmməl bir sənəddir, ölkəmizin tərəqqisi üçün mühüm vasitədir. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyamıza edilmiş əlavələr əsas Qanunumuzu müasirləşdirib və zənginləşdirib. Cəmiyyətin hüquqi əsaslarının inkişafında mühüm dəyişikliklər etməklə yanaşı insan hüquq və azadlıqlarının təminatı üçün yeni institutlar yaradıb. Daha ətraflı »

  • 21Noy
    Digər TARİXİMİZİ YAŞADAN KİTAB üçün şərhlər bağlıdır

    Redaksiyamızda “Tərtərin tarix yazan oğulları” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi, qəzetimizin redaktoru Svetlana Bağırova Tərtərimizin qəhrəman övladlarına həsr olunan bu kitabın ərsəyə gəlməsindən danışıb. O bildirib ki, “Tərtərin tarix yazan oğulları” kitabı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təşəbbüsü, mənəvi və maliyyə dəstəyi ilə çap olunub və rayonumuzun tarixində yaşayacaq bir əsər kimi hazırlanıb. Burada 44 günlük Vətən müharibəsində canını, qanını fəda edərək, torpaqlarımızı erməni işğalından azad edən oğulların şücaətindən bəhs olunur, onların hər biri haqqında dolğun məlumatlar təqdim edilir.
    Kitabın əsas qayəsi bu gənclərin vətənpərvərliyi, onların Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u altında sıx birləşərək, Vətən, bayraq, torpaq uğrunda göstərdikləri misilsiz şücaətlərdir. Övladlarını, həyat yoldaşlarını, atalarını itirən insanların dərdi sonsuz olsa da, müəllif hər bir ailədə “Vətən sağ olsun” kəlmələrini eşitdiyini, belə qəhrəman oğullar böyüdüb tərbiyə edən valideynlər qarşısında baş əydiyini söyləyib. Daha ətraflı »

  • 21Noy
    Digər “ƏZİZ ŞUŞA, SƏN AZADSAN!” üçün şərhlər bağlıdır

    “Əziz ŞuŞa, sən azadsan!” müsabiqəsinin respublika final mərhələsi keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 10 noyabr 2022-ci il tarixli əmri ilə təltif edilənlər arasında Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin şagirdləri də yer alıb. Onlardan biri də III dərəcəli diplomla təltif olunan Umudlu kənd tam orta məktəbinin X sinif şagirdi Nilufər Zeynalzadədir. Bu münasibətlə Nilufəri və onun uğurunda payı olan hər kəsi təbrik edir və müsabiqədə yer tutan inşa yazını oxucularımızın diqqətinə çatdırırıq.

    Şuşa! Şuşa deyiləndə ağıla ilk nə gəlir? Şadlıq, sevinc, qürur, zaman-zaman həsrət, hicran, ayrılıq. Şuşa beşiyi dağlar, örpəyi duman, laylası “Şuşanın dağları” olan bir uşaqdır sanki. Otuz il yad əllərdə böyüdü Şuşa. Bu otuz il ərzində elə bil günəş heç doğmamışdı Şuşaya, təbiət heç gülməmişdi üzünə. Nəhayət, otuz illik həsrətə igid, rəşadətli ordumuz, Ali Baş Komandanın rəhbərliyi ilə son qoydular. Həmişə deyirdik ki, İnşəallah bir gün Şuşaya qayıdacağıq. İndi isə tam əminliklə, fəxrlə, qürurla deyirik: “Şuşa, sən azadsan, Şuşa, biz qayıtmışıq, Şuşa, biz səni dirçəldəcəyik”.
    Azərbaycanın mədəniyyət beşiyi olan, göz bəbəyimiz Şuşanın tarixi çox qədimdir. Şuşa şəhərinin əsası onsəkki-zinci əsrdə Qarabağ xanı olan Pənahəli xan tərəfindən qoyulmuşdur. Məhz ona görə də bu şəhərə Şuşa adı ilə yanaşı “Pənahabad” da deyirdilər. Şuşa şəhəri ondoqquz-iyirminci əsrlərdə Qafqazın musiqi mərkəzinə çevrilmişdir. Hətta Şuşaya “Zaqafqaziyanın konservatoriyası”, “Kiçik Paris” də deyirdilər. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Süleyman Sani Axundov kimi neçə belə sənətkar yetişdirib Şuşa. Daha ətraflı »

  • 21Noy
    Digər MƏNƏVİ BORC üçün şərhlər bağlıdır

    44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi gös-tərərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Bayrağı ordenli şəhid Aslan Hüseynovun övladına kiçik toy mərasimi keçirilib.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, Vətən Müharibəsi qaziləri, veteranları, şəhidin silahdaşları və sakinlər iştirak ediblər.
    Rayon rəhbəri çıxış edərək şəhid övladına xeyir-dua verib, bildirib ki, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu, bizim mənəvi borcumuzdur.
    Sonra rayon rəhbəri tərəfindən şəhidin övladına hədiyyə təqdim olunub.