Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Okt
    Digər Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı üçün şərhlər bağlıdır

    Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

    Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir və faydalı qazıntı ehtiyatlara malikdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır.

    Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Daha ətraflı »

  • 25Okt
    Digər Şanlı tarix bizim müştərək tariximizdir üçün şərhlər bağlıdır

    Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır;

    – İnamlı Qələbə. Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmişdir, Azərbaycan Bayrağı qaldırılmışdır və ondan sonra Ermənistan təslim oldu;

    – Şanlı tarix bizim müştərək tariximizdir. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi;

    – Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədənbölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır; Daha ətraflı »

  • 22Okt
    Digər Azərbaycan Respublikasının Ombudsmanı xarici ölkələrin Ombudsmanları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə birgə Tərtər rayonuna 44 günlük Vətən müharibəsində dəyən ziyanla tanış olublar üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva Türkiyə, Pakistan, Mərakeş, İndoneziya, Moldova, Yaponiya,  Honq Konq, Şimali Kipr, Qırğızıstan, İran, Özbəkistan, Qazaxıstan, Macaristan, Çin və Koreyanın ombudsmanları, milli insan hüquqları təsisatlarının rəhbərləri və əməkdaşları, habelə beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə  birlikdə 44 günlük Vətən müharibəsində Tərtər  rayonuna dəymiş ziyanla tanış olublar.

    Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotositentlərə və ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxıblar.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsində Tərtər rayonunun inpasturkturuna dəymiş ziyanla bağlı qonaqlara ətraflı məlumat verib. Bildirib ki, Vətən müharibəsində Tərtər rayonuna 16.277 top, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində yaşayış evləri, sosial obyektlər, o cümlədən 12  körpələr evi-uşaq bağçasına, 16  ümumitəhsil müəssisəsinə, ilk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına, qeyri-yaşayış sahələrinə güclü ziyan dəyib. Daha ətraflı »

  • 21Okt
    Digər Zəngilan rayonun yeni inkişaf dövrü üçün şərhlər bağlıdır

    Bu gün – oktyabrın 20-si Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

    Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

    Еrməni silаhlı birləşmələri Zəngilаnın, еləcə də Azərbaycanın digər rayonlarının işğаlı zаmаnı bеynəlхаlq коnvеnsiyаlаrа, hüquq nоrmаlаrınа еtinаsızlıq göstərərəк misli görünməmiş cinаyətlərə yоl vеrmiş, əhаlini, hətta uşаqlаrı, qоcаlаrı, qаdınlаrı кütləvi surətdə məhv еtmişlər.

    Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Daha ətraflı »

  • 20Okt
    Digər Tərtərdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubleyinə həsr olunmuş konfrans keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında YAP Tərtər Rayon Təşkilatı rayon icra hakimiyyəti ilə birgə  Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə  həsr olunmuş konfrans keçirib.

    Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin Mərkəzi Meydanında  ucaldılmış  abidəsini və  “Şəhidlər  abidə kompleks”ini ziyarət  edib, onların xatirəsinə  ehtiram əlaməti olaraq önünə gül-çiçək dəstələri  düzüblər.

    Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Ağalar Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP idarə heyətinin üzvü Asif Əsgərli, YAP mərkəzi aparatının əməkdaşı Elman Məmmədov, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların, İƏD üzrə nümayəndəliklərinin və KİV-nin nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha ətraflı »

  • 20Okt
    Digər Tərtərdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib üçün şərhlər bağlıdır

    Oktyabırıb 18-də Tərtər rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının Qərargahında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

    Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin  və 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.

    Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edib. Bildirib ki,  Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində əldə olunub. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Belə ki, müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən o vaxtkı dövlət rəhbərliyinin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Daha ətraflı »

  • 20Okt
    Digər Tərtər Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.

    Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.

    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

     

  • 19Okt
    Digər Azərbaycan Respublikası müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam oldu üçün şərhlər bağlıdır

    Oktyabrın 18-də Azərbaycan Res-publikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam oldu.
    1991-ci ildən sonra ikinci ildir ki, Azərbaycan xalqı bu bayramı tam fərqli olaraq,öz ərazi bütövlüyünü bərpa etmiş xalq kimi qeyd edir.
    Ölkəmizdə mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.
    Azərbaycan müstəqilliyinin qoru-nub saxlanılmasında, əbədi olmasında 2003-cü ildə 100 illik yubileyini qeyd edəcəyimiz Ümummilli Liderimiz Heydər Əliyevin titanik əməyi var.
    Məhz onun yorulmaz fəaliyyəti sayəsində Azərbaycan bütün sahələr üzrə surətli inkişaf yoluna qədəm qoydu, dünya miqyasında tanındı və müstəqil söz sahibinə çevrildi.
    Ulu Öndərin ən layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İham Əliyev atasının başa çatdıra bimədiyi işləri uğurla davam etdirərək, Azərbaycan xalqına qalib xalq, müzəffər Orduya malik ölkə sevincini yaşatdı.
    Azərbaycan Ordusunun qarşısından qorxaqcasına qaçan erməni silahlı birləşmələri bu gün öz məğlubiyyətlərini gözəl anlayırlar.
    Suveren, müstəqil Azərbaycan isə sevimli lideri İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha güclü olacaq, yeni-yeni uğurlara imza atacaq.

    “Yeni Tərtər”

  • 19Okt
    Digər KÖNÜLLÜLƏRƏ SERTİFİKAT VERİLİB üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər ilə görüş keçirilib. Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu qeyd edib.
    Bildirilib ki, könüllülərin fəaliyyətinə qoşulmuş 15 nəfər gəncdən artıq 8 nəfəri Tərtər rayon İcra Hakimiyyətində, 1 nəfər isə YAP rayon təşkilatında müvafiq işlə təmin olunub.
    Tərtər rayon könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran 3 nəfər gəncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən xüsusi sertifikatlar təqdim edilib və 2 nəfər könüllü gənclə yeni müqavilə bağlanıb.

     

  • 19Okt
    Digər İKİLİ STANDARTLAR: NƏYƏ GÖRƏ AVROPA DÜZÜ-DÜZ, ƏYRİNİ-ƏYRİ GÖRMƏK İSTƏMİR? üçün şərhlər bağlıdır

    BU HƏQİQƏTLƏRƏƏ BİGANƏƏ QALMAQ MÜMKÜNDÜRMÜ?

     

     

     

     

     

     

    Avropanın ermənipərəst vəzifə sahibləri bu ölkə ilə bağlı dəqiqləşdirilməyən məlumatları şişirdərək, böyük faciə yaratmağa can atırlar. Ancaq iki əsrə yaxın bir dövrdə bizim xalqımıza qarşı törədilən insanlığa sığmayan vəhşiliklərin üstündən sükutla keçir, bunlara biganə qalırlar. Lakin, şükürlər olsun ki, minlərlə günahsız insanın qisasını Azərbaycan özü – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu aldı. 44 günlük tarixdə nümunəsi olmayan bir müharibə ilə düşmənə layiqli cavab verildi. Müharibə davam etdiyi müddətdə də erməni öz erməniliyində qalmaqda davam edirdi. Dünyada ən müasir və humanist Azərbaycan Ordusundan fərqli olaraq, düşmən cəbhədəki məğlubiyyətlərinin heyfini dinc əhalidən alırdı. Evlər dağılır, sosial obyektlər məhv edilir, heç bir günahı olmayan dinc əhali öz evində-eşiyində, küçələrdə, iş dalınca getdikdə həlak olurdu.

    ­­Yalnız Tərtər rayonu 44 günlük Vətən müharibəsində 16 mülki şəhid verdi. Müharibənin 2-ci günü, sentyabrın 28-də 3 uşaq atası, qəlbi arzularla çırpınan Mehman Əliyev şəhərimizin Heydər Əliyev prospektində, məhkəmə binasının qarşısına düşən artilleriya mərmisindən aldığı qəlpə yarası nəticəsində şəhid oldu.
    Elə həmin gün, sentyabrın 28-də, bir ailə eyni gündə iki oğul övladını itirdi. Poladlı kəndinin sakini Asif Abbasov iki övladını doğma torpağa tapşırarkən, “Vətən sağ olsun”, –dedi. Bəli, xalqımız üçün, azərbaycanlılar üçün Vətən, torpaq sevgisi bütün ülvi hisslərdən üstündür.
    Sentyabrın 29-da daha bir kədərli xəbər tərtərliləri sarsıtdı. Cəbhədən uzaq, öz həyətində günahsız bir qadın– Ayna Mehdiyeva erməni terrorunun qurbanı oldu. Daha ətraflı »