Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Okt

    Digər üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.

     

  • 08Okt

    Digər üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Prezident İlham Əliyev rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb. Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib.
  • 08Okt
    Digər TƏRTƏRDƏ “ANIM GÜNÜ” TƏDBİRİ üçün şərhlər bağlıdır

    Tərtər rayonunda “Şəhidlər” abidə kompleksinin qarşısında “Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.
    Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər Daha ətraflı »

  • 08Okt
    Digər Ahıllarımız üçün şərhlər bağlıdır

                                                                 UMUDLUDAN BAŞLANAN ÖMÜR YOLU

    Yaşadığımız cəmiyyətdə hər kəsin öz yeri, öz məşğuliyyəti, öz mövqeyi var və bu cəmiyyət hamı üçündür. Yaşlı insanlarımızın həyat təcrübəsindən, onların bilik və bacarıqlarından bəhrələnmək hər birimizin borcudur. Adsanı ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar həmişə hörmətə layiqdirlər. Hələ keçmişlərdən ağsaqqal, ahıl insanlarımız müdrik və hörmətli adamlar hesab olunublar. Yaşlı insanlarımızın həyat təcrübəsi gənc nəslin sərvəti sayılır. Onların məsləhətlərinə qulaq asmaq, dediklərinə əməl etməklə həmin sərvətə nail olmaq mümkündür. Yaşlı insanların təcrübəsi əvəzolunmazdır. Bu gün fəxrlə deyə bilərik ki, Daha ətraflı »

  • 08Okt
    Digər NUBAR ƏSƏD QIZI MƏDƏTOVA üçün şərhlər bağlıdır

    Tərtər ədəbi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış yazıçı-publisist, şair, folklorçu, “Aşıq Pəri” məclisinin və “Tərtərin səsi” ədəbi birliyinin üzvü olmuş, təcrübəli pedoqoq Nubar Əsəd qızı Mədətova vəfat edib.
    Nubar Əsəd qızı Mədətova 1 yanvar 1933-cü ildə Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. Onun uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. Atası Əsəd kişi kolxozda sıravi işdə çalışır, ailənin ehtiyaclarını çətinliklə qarşılayırdı.
    Beşinci sinifdən etibarən Nubar Mədətli təhsilini Ağdam şəhərindəki 1 saylı internat məktəbində davam etdirib. 1949-cı ildə o, ikillik Müəllimlər İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra təyinatla Tərtər rayonunun Hüsənli kəndinə göndərilib. Nubar Mədətova burada gələcək həyat yoldaşı Məcidlə tanış olur onunla ailə qurur. Həyat yoldaşı ilə birlikdə 1951-ci ildən rayonun Azadqaraqoyunlu kəndində yaşamağa və birlikdə kənd məktəbində işləməyə başlayıblar. İşləyə-işləyə təhsilini Xankəndində yerləşən pedoqoji institutda davam etdirib.
    Nubar Mədətova işlədiyi müddətdə ictimai fəalığı ilə həmişə seçilib. O, qabaqcıl müəllim kimi 1963-cü ildə partiya sıralarına qəbul edilib və uzun müddət məktəb ilk partiya təşkilatının katibi işləyib. 25 illik pedoqoji fəaliyyəti dövründə əvvəlcə müəllim, sonra isə tərbiyə işləri üzrə direktor müavini kimi Daha ətraflı »

  • 08Okt
    Digər Müdrik kəlamlar üçün şərhlər bağlıdır

                                                                ƏDALƏT HAQQINDA

    “Qanunilik və ədalətlilik eyni şeylərdir.”
                                                                       SOKRAT
    “Ədalətli insan haqsızlıq etməyən deyil, ədalətsiz olmaq imkanı olduğu halda, ədalətsiz olmaq istəməyən biridir.”
                                                                                       MENANDER
    “Ədalət dəyərli insanların sahib olduqları ən şərəfli tacdır.”
                                                                                     MARK TULLİ SİSERON
    “Kainatın ruhu həqiqətdir.”
                                                  İBN SİNA
    “Gücün kimin tərəfində olması vacib deyil; vacib olan haqqın kimin tərəfində olmasıdır. “
                                                                                                                                                     V. HÜQO
    “Ədalətli bir şəkildə həll olunana qədər heç bir şey tamamilə həll edilmir.”
                                                                                                                       ABRAHAM LİNKOLN
    “Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən əmələ gələ bilər.”
                                                                                                                  ANATOLE FRANCE
    “Buraxın ədalət yerini tapsın, istərsə qiyamət qopsun.”
                                                                                                               ZİQMUND FREYD

  • 08Okt
    Digər AZƏRBAYCAN QALİB TƏRƏF OLARAQ SÜLHÜN TƏFƏRRÜATLARINI MÜƏYYƏN ETMƏYƏ VƏ DANIŞIQLARIN APARILMASINA HAZIRDIR. üçün şərhlər bağlıdır

    Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla istənilən zaman danışıqlara hazır olduğunu bildirmişdir.

    Qeyd etmişdir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar və təmaslar artıq başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq Daha ətraflı »

  • 06Okt
    Digər MİLLƏTİN MƏHƏBBƏTİNİ QAZANMIŞ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ YADDAŞINDA QURUCU VƏ XİLASKAR DÖVLƏT XADİMİ KİMİ ƏBƏDİ YAŞAYACAQDIR. üçün şərhlər bağlıdır

    Çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan şəxsiyyətlər, görkəmli dövlət xadimləri zaman-zaman böyük işləri və əməlləri ilə milli yaddaşımızda silinməz iz buraxmışlar. Belə tarixi şəxsiyyətlərin içərisində müstəqil Azərbaycanın qurucusu və memarı, xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin şəxsiyyəti, onun uzaqgörən və titanik idarəçilik fəaliyyəti müstəsna yer tutur.

    Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Daha ətraflı »

  • 06Okt
    Digər CƏBRAYIL RAYONU 27 İLDƏN SONRA DÜŞMƏN İŞĞALINDAN AZAD EDİLDİ. üçün şərhlər bağlıdır

    2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.

    Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 1-ci ildönümüdür.

    Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Daha ətraflı »

  • 02Okt
    Digər ÖZ HƏLLİNİ TAPMIŞ MÜNAQİŞƏ İLƏ BAĞLI SİYASİ MANİPULYASİYALAR YOLVERİLMƏZDİR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibə vermişdir. Müsahibə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapması və gələcəkdə regionda sülhün bərqərar olması kimi müddəalarla yadda qaldı. Fransa jurnalistinin qərəzli suallarına cənab Prezident adekvat cavablar verərək bir daha informasiya cəbhəsində haqq səsimizi beynəlxalq aləmə çatdırdı.

    Ölkə başçısı bildirdi ki, müharibə artıq bitib, münaqişə öz ədalətli həllini tapıb və sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır. Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Daha ətraflı »