Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07May
    Digər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                                                                EVOĞLU KƏNDİNİN ŞƏHİDLƏRİ

                                                                         OĞUL ƏVƏZİ NƏVƏ

    Mürşüd ata nənəsinin himayəsində böyümüşdü. Ata-ana qayğısı görməmişdi. Ata-ana əvəzində nənəsi Çiçək nəvələrini
    özü böyütmüş, nəvaziş göstərmişdi. Deməyəsən onun alın yazısı elə yarımçıq yazılıbmış. Haqqında söhbət açmaq istədiyim 44 günlük Vətən müharibəsində şəhid olmuş Əhmədzadə Mürşüd Müdahil oğludur.
    Mürşüd 2000-ci il aprelin 1-də Evoğlu kəndində anadan olub. Hələ uşaq yaşlarında ata-anasının arasında narazılıqlar olduğundan ailə dağılmış bacısı Gülnarə və Mürşüd məhkəmənin qərarı ilə atanın yanında qalası olubmuşlar. Bir müddətdən sonra atası da ikinci dəfə ailə həyatı qurub, başqa yerdə yaşamalı olub.
    Daha ətraflı »

  • 07May
    Digər SONUNCU TELEFON DANIŞIĞI üçün şərhlər bağlıdır

    2020-ci ilin 44 günlük Vətən müharibəsi Ölkəmizin Zəfər tarixi sayılır. İl-lərdən bəri mənfur ermənilərin qəddarlığından vətəndaşlarımız zillət çəkiblər. Parçalanmış torpaqlarımızın sakinləri dədə-baba yurdlarından didərgin düşüblər. Erməni əsirliyində təkcə insanlarımız deyil torpaqlarımız da təcavüzə məruz qalaraq, dağıdılmış, talan olmuşdur.
    Nəhayət, 44 günlük müharibədə bütün bunlara son qoyuldu. İgid oğullarımız bir yumruq kimi birləşib, düşmənin payını verərək, yerlərini göstərdilər. Onları əzəli torpaqlarımızdan çıxararaq, Prezidentimizin təbirincə desək, “İti qovan kimi qovdular”. Əlbətdə, bütün bunlar igid oğullarımızın canları-qanları bahasına başa gəldi. Bəzi ocaqlarımızın tək oğulları şəhid oldular, bəzilərində isə 2 qardaş Vətənin müdafiəsində qurbana döndülər. Daha ətraflı »

  • 07May
    Digər BƏZƏKLİ QALMIŞ “BƏY OTAĞI” üçün şərhlər bağlıdır

    Şəhidlər bizim qürurumuzdur. Ömrümüz boyu onlara can borcumuz var. Biz yaşayırıq ölmək üçün, onlar şəhid oldular yaşamaq üçün.
    El arasında belə bir deyim var: “Şəhidlər ölü hesab edilmirlər”. Belə ölüm zirvəsi hər kəsə nəsib olan deyil. Hər bir şəhidin Göylərdə müqəddəs yeri var.
    44 günlük Vətən müharibəsində də, əvvəlki Qarabağ savaşında da mənfur qonşularımız olan ermənilərin qana batmış əlləri ilə yüzlərlə insanlarımız şəhid olublar. Neçə-neçə ana-bacılar, uşaqlar gözü yaşlı qalıb, ocaqların hərarəti azalıb, ümid çıraqları sönüb. Neçə-neçə oğulların nişan-toy xonçaları bəzənməmiş qalıb, gəlinlik qızların ağ rəngli donları qara rənglə əvəzlənib. Daha ətraflı »

  • 30Apr
    Digər TƏRTƏR İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Qədim Qarabağda, Tərtər çayının sağ və sol sahilində yerləşən Tərtər coğrafi mövqeyinə görə Qərblə Şərqin arasından keçən keçmiş karvan yolunun üstündə yerləşir.Qarabağın dağ və aran hissəsinin qovuşduğu yerdə eyni adlı çayın üzərində yerləşən bu rayon suyu və zəngin təbii sərvətləri ilə məşhurdur.1934-cü ildə yaradılan Tərtər rayonunun adı 5 avqust 1949-cu ildə dəyişdirilərək Mirbəşir adlandırılmışdır. 7 fevral 1991-ci ildə yenidən Tərtər adlandırılmışdır.
    Rayonda 24 tarixi və mədəniyyət abidələri var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Daha ətraflı »

  • 30Apr
    Digər MƏDƏNİYYƏTİMİZİN PAYTAXTI ŞUŞA üçün şərhlər bağlıdır

    Xalqımızın mədəniyyət, incəsənət, xüsusilə musiqi sənətinə dahilər bəxş etmiş Şuşa şəhərinin azad olunması, orada Azərbaycan bayrağının dalğalanması hər bir azərbaycanlıda xüsusi qürur hissi oyadır. Məhz Zəfər tariximizin də Şuşanın azad olunduğu gün ilə qeyd edilməsi buna sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Zəngilan rayonlarına səfərindən sonra Şuşaya səfəri bir sıra layihələrin təməllərinin qoyulması baxımından daha çox maraq kəsb etdi.
    Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi Şuşa şəhərinə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir : “Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Azərbaycan dövləti Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq”. Şuşanın bərpası üçün baş plan hazırlanır. Bütün binaların təftişi aparılıb. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək. Abidələrin əsl siması özlərinə qaytarılacaq.
    Şuşa şəhərinin Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilməsini qeyd edən ölkə başçısı Daha ətraflı »

  • 29Apr
    Digər BƏZİ ÖLKƏLƏRƏ QARŞI TƏTBİQ OLUNAN “İKİLİ STANDARTLAR” SİYASƏTİ DÜNYANIN DAYANAQLI İNKİŞAFI ÜÇÜN TƏHDİDLƏR YARADIR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 26 aprel tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı zamanı bir neçə məsələni özündə ehtiva edən geniş çıxışı olmuşdur. Cənab Prezident çıxışında əsas olaraq COVİD-19 pandemiyasına qarşı mübarizədə əldə olunan uğurlardan və mövcud problemlərdən, eyni zamanda ermənistan-Azərbaycan arasında illərdir davam edən və nəhayət 44 günlük Vətən müharibəsi nəticəsində sonlandırılan Dağlıq Qarabağ məsələsinə diqqət çəkmişdir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında ilk olaraq bildirmişdir ki, dünyada COVİD-19 pandemiyasının tüğyan etdiyi bir dövrdə yaşayırıq. Bu bəla artıq 2 ilə qədər bir müddətdir ki, dünya əhalisinin demək olar ki hamısının gündəlik həyatda rastlaşdığı və haqqında müzakirələr apardığı bir mövzuya çevrilib. Daha ətraflı »

  • 28Apr
    Digər DÜNYA TARİXİ DAHA BİR BEYNƏLXALQ RİYAKARLIQ NÜMUNƏSİ İLƏ SAXTALAŞDIRILDI üçün şərhlər bağlıdır

    Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür. Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir .Bu cür bəyanatların məqsədi əgər tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və araşdırma bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Rəsmi Ankara məhz bu mövqedən çıxış edərək öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.

    1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib.
    Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.

    Qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır.
    1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilib. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Daha ətraflı »

  • 28Apr
    Digər SİYASİ PARTİYALARIN BİRGƏ BƏYANATI AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN DOSTLUQ, QARDAŞLIQ PRİNSİPLƏRİNƏ ƏSASLANDIĞINI GÖSTƏRİR üçün şərhlər bağlıdır

    Türkiyə və Azərbaycan tarixin müxtəlif mərhələlərində bir-birlərinə dəstək nümayiş etdirmişlər və bu proses indi də davam edir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. Siyasi partiyaların sözügedən bəyanatı Azərbaycan-Türkiyə münasibətlərinin dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslandığını göstərir. Bu dəstək əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilir və “İki dövlət bir millət” prinsipinin təcəssümüdür. Bəyanat Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən imzalanmışdır. Bəyanatda siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirmiş və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləmişlər. Daha ətraflı »

  • 26Apr
    Digər ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI MİLLİ HƏDƏFDİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində bir daha qeyd etdi ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Bildirib ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin.

    Cənab prezident vurğulamışdır ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır.

    Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 70-ci illərdən xüsusi diqqətində olub. Daha ətraflı »

  • 24Apr
    Digər MİLLİ MARAQLARIN TƏMİN OLUNMASI BÜTÜN MƏSƏLƏLƏRDƏ MÜTLƏQ PRİORİTETDİR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin Hacıqabula səfəri çərçivəsində dövlət televiziyasına müsahibəsində çox vacib bir məqam istər daxili, istərsə də xarici auditoriyanın diqqətini çəkdi. Dövlətimizin başçısı açıq-aşkar bəyan etdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Prezident İlham Əliyev bununla bağlı qəti şəkildə dedi: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə zorla həll edəcəyik”. Çox sadə bir sual meydana çıxır, biz sonuncu dəfə tariximizin hansı dövründə bu cür ötkəm və arxayın bir güc sahibi kimi danışa bilmişik? Sonuncu dəfə nə vaxt diktə etmək imkanına malik olmuşuq? Bəli, bu, tam yeni bir reallıqdır və gün kimi aydındır ki, Prezident İlham Əliyev beynəlxalq hüququ və ədalət prinsipini rəhbər tutaraq bu reallığı yaradıb.

    Dövlətimizin başçısı Ermənistanı bugünkü daimi sülh və əmin-amanlıq, Daha ətraflı »