Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen
    Digər DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, rayonun mərkəzi hissələrində, o cümlədən, Heydər Əliyev prospekti boyunca Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir.

    Koronavirus (COVID-19) pandemiyası ilə mü-barizə aparılması üçün tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında, binaların giriş blokları və pilləkənlərində, insanların kütləvi toplaşdığı digər yerlərdə aparılır. Bu işlərlə yanaşı, vətəndaşların maarifləndirilməsi və gigiyenik qaydalara əməl olunması məqsədi ilə mütəmadi olaraq müvafiq tədbirlər hazırlanıb həyata keçirilir. Bu tədbirlər yalnız və yalnız insanların sağlamlığı naminə dövlət tərəfindən yerinə yetirilir.

  • 10Sen
    Digər ŞƏHİDLİK ­VƏTƏNƏ MƏHƏBBƏTİN ZİRVƏSİDİR üçün şərhlər bağlıdır

    Şəhidlik adı ölüm deyil, VƏTƏN TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək de-məkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quran-da buyurulur ki, şəhidlik və qazilik peyğənbərlərdən sonra gələn adlardır.
    “Qara Yanvar”, bəzən “Qanlı Yanvar” və ya “20 Yanvar” faciəsi kimi qeyd olunur. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə 146 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmışdır.
    Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
    Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: Daha ətraflı »

  • 10Sen
    Digər ŞƏHİD ASLAN KƏRİMOVUN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Bu günlərdə Qarabağ müharibəsində şəhid olmuş zabit Aslan İsmayıl oglu Kərimovun anım günü keçirilmişdir. Şəhidin doğmaları onun adı verilmiş və büstü quraşdırılmış Tərtər şəhər 3 saylı ümumi orta məktəbinə gəlmiş, büstü önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad etmişlər.
    Avqustun 13-də Aslan Kərimovun şəhidliyinin 28-ci il dönümü tamam olmuşdur.
    1991-ci il… Ermənilərin mitinqlərlə, daş atmaqla başladıqları elan edilməmiş müharibə artıq yeni bir mərhələyə qədəm qoyurdu. Taleyinə ermənilərin yaşadığı o vaxtkı Mardakert rayonu ilə qonşuluq yazılmış Tərtər rayonu hər gün müxtəlif çaplı silahlardan və raketlərdən atəşə tutulurdu… Daha ətraflı »

  • 07Sen
    Digər AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ARASINDA HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIQ BÖLGƏDƏ SÜLHÜN VƏ TƏHLÜKƏSİZLİYİN TƏMİNATIDIR üçün şərhlər bağlıdır

    Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir və son vaxtlar iki qardaş ölkə arasında bu istiqamətində xüsusi canlanma müşahidə edilir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdi.
    Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb olunması ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Daha ətraflı »

  • 20Avq
    Digər “Yeni Tərtər”qəzetinin 15 yaşı tamam olur üçün şərhlər bağlıdır

                                                   QƏZET HƏYATIMIZIN AYNASIDIR

                                                              (Retro yazılar əsasında)

    Yaxşı yadımdadır, altı il öncə “80 yaşlı müdrikin ziyasında” yazmışdım. Bu gün də həmin müdriklə üzüzə, göz-gözə dayanmışam. Altı il də gəlib onun yaşının üstünə. Altı il də böyüyüb, müdrikləşib. Sanballı yazılarına, ibrətamiz kəlamlarına görə daha da hörmətli izzətli olub. Onun müdrikliyi ulularımıza bənzəyir. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir qələmli olub.
    Bənzətməsi çoxdan da çoxdur bu qəzetin. Amma, oxucunu yormaq, intizarda saxlamaq qəbahət olar. Bir başa bu 86 yaşlı ixtiyarın keçdiyi Daha ətraflı »

  • 20Avq
    Digər “YENİ TƏRTƏR”ÇİLƏR üçün şərhlər bağlıdır

    Əlimə qələm alıb nəyisə yazmaq istəyəndə çalışıram ki, Mirzə Ələkbər Sabir deməli “Pisi pis, əyrini əyri, düzü həmvar yazım”. Bir zəhmət adamının əməyindən, şəhid ailəsinin ürək göynərtisindən, əlilin açısından, qaçqın və məcburi köçkünlərin həsrətindən, gənçlərin sevincindən, rayonun tarixində izi qalan insanlardan bir sözlə, dərdlinin dərdindən, hər kəsin arzusundan yazanda çalışıram ki, ürəyimin odunu-közünü qoyub yazam. Hər hansisa yazım kiminsə xoşuna gələndə mənəvi zövq alıram. Buna görə “Yeni Tərtər” qəzetinə ürəkdən bağlıyam, ondan və kollektivdən ayrı düşmək istəmirəm. Amma nə etməli, “bu dünya bir güzgüdür, hər gələn baxıb gedər”. Bir çox insanlar Tərtər rayon qəzeti redaksiyasında işləməli olduğu “qismət payını” yaşayaraq, hərəsi özü boyda xatirələr qoyaraq yaddaşlarda qalıblar. Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaşayanlara sağlam ömür arzulayıram!
    Məqsədim bu gün “Yeni Tərtər”in həyatını davam etdirən 6 nəfər haqqında qısa fikir söyləməkdir.
    Hər birimiz öz xasiyyətimiz və iş bacarığımızla “Yeni Tərtər” qəzeti vasitəsilə xalqa, Vətənə xidmətimizi davam etdiririk. Bu bizə şərəf verir. Əgər oxucularımızın zövqünü oxşaya biliriksə nə xoş bizlərə!
    Qəzetimizin 15 illik yubileyi münasibəti ilə həm özümüzü, həm də oxucularımızı ürəkdən təbrik edirəm.

                                                Baş redaktor
                                                Tofiq Yusif

    Yeni Tərtər” qəzetinin fəaliyyət göstərdiyi bu 15 ildə gözünün nurunu, ürəyinin odunu, bir sözlə bütün varlığını bu qəzetə sərf edən bir şair publisist. Bədii yazıları ilə ürək oxşayan, publisist yazıları ilə oxucuların hörmətini qazanan, tənqidi yazıları ilə “aləmi bir-birinə qatan” bir yazar. Bu günün kəm-kəsiri ilə barışa bilməyən, qəzeti bir təhər yaşadan bir redaktor. Çoxlu sayda təltifləri, mükafatları və fəxri adları olsa da, sadə və səmimi bir insan. Daha ətraflı »

  • 20Avq
    Digər, Xəbərlər “YENİ TƏRTƏR”ÇİLƏR DÜNƏN VƏ BU GÜN üçün şərhlər bağlıdır

       

  • 20Avq
    Digər Kövrək xatirələr üçün şərhlər bağlıdır

                                                                KİM YAŞAMAQ İSTƏYİR?…

    Qəbiristanlıq…
    Sinif otağı kimi sakit.
    Elə bil kimsə sual verib
    Dinc qoymayıb dilini:
    “Kim yaşamaq istəyir?”.
    Hamı əlini qaldırıb,
    Başdaşına dönmüş əlini.
    Vaqif İbrahimin “Yaşamaq eşqi” şeirini kövrələ-kövrələ deyərdi həmişə. Yumşaq təbiətli, kövrək, poeziyanı sevən bir insan idi. Ömrünün ixtiyar çağında da valideynlərindən danışanda uşaq kimi kövrələrdi.
    Uzun illər Nəsirov Əvəz Abdulla oğlu ilə bir otaqda oturub işləmişik. Yaşamaq eşqi güclü, əhval-ruhiyyəsi nikbin idi. Onun özünəməxsus xüsusiyyətləri var idi. Sovet dönəmində SSRİ Jurnalistlər İttifaqının üzvü olmuş, bu rejim dağılandan sonra da həmin döş nişanını pencəyinin yaxasından çıxarmırdı. Daha ətraflı »

  • 20Avq
    Digər FÜZULİ VƏ ÇƏBRAYIL RAYONLARININ İŞĞALI üçün şərhlər bağlıdır

                                                                      FÜZULİ RAYONU

    Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləş-mələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
    Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzulili döyüşüb, Daha ətraflı »

  • 20Avq
    Digər QUBADLI RAYONUNUN İŞĞALI üçün şərhlər bağlıdır

    Qubadlı rayonunun işğalından 27 il keçir. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. İşğal nəticəsində rayonun 826 kv.km ərazisi, habelə 93 kəndi, 13,2 min hektar meşə zolağı düşmənin nəzarətinə keçib.
    Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşmüş, respublikanın 2 şəhərində və rayonlarında da məcburi köçkün kimi məskunlaşmışdır.
    Müharibə nəticəsində Qubadlı rayonundan 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri isə 60 yaşdan yuxarı Daha ətraflı »