Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Dek
    Ədəbiyyat BU ZALIM OĞLU üçün şərhlər bağlıdır
    Meymunlar tər töküb insana döndü,

    Adam olmadı da bu zalım oğlu!

    Başı dizindən də aşağı endi,

    Vecə almadı da bu zalım oğlu!

    Nə ətdir, nə balıq, nə ayaq, nə baş,

    Bilmirsən kəltəndi, ya təzək, ya daş?

    Gör neçə sifətə bükülüb, qardaş?!

    Sanki dolmadı da bu zalım oğlu!

     

    Zurna ver əlinə püləyib çalsın,

    Bir gündə yüzünün “ağrısın alsın”.

    Dəridən-qabıqdan çıxdı ki, qalsın,

    Yadda qalmadı da bu zalım oğlu!

     

    Sırtıldı sifəti-döndü sırtığa,

    Təlxək tək oynadı çəpik-çırtığa.

    Nə qədər yaşadı bircə yırtığa

    Yamaq salmadı da bu zalım oğlu!

     

    Elə arsızdır ki, 60 yaşında

    Bir dənə ağ tükü yoxdur başında.

    Bitdi tikan kimi Vətən daşında,

    Ölüb solmadı da bu zalım oğlu!

     

    Qəlbi niyyəti tək şərdir, qaradır,

    Təpədən-dırnağa “yaman yara”dır.

    Gözü yas axtardı, kədər aradı–

    Qara çalmadır da bu zalım oğlu!

     

  • 18Dek
    Ədəbiyyat YAŞAMAĞA QOYURLAR Kİ ADAMI ?! üçün şərhlər bağlıdır

                                                                                      “Hər kəs yüz il yaşamasa,
                                                                                       Günah onun özündədir.”
                                                                                                                                    Osman Sarıvəlli

    Yüz il yox ey, əllicə il, ay qağa,

    Yaşamağa qoyurlar ki, adamı?!

    Göz görməyə, dil dinməyə qadağa,

    Yaşamağa qoyurlar ki, adamı?!

    Tanrı göydə qarğışları eşidir,

    Tamahlar var, aslan, qaplan dişidir.

    Vallah, ölmək indi kişi işidir,

    Yaşamağa qoyurlar ki, adamı?!

     

    Varlığında  min ağrının əli var,

    Çox “yox”ları əvəzləyən “bəli” var.

    Dəli edib, deyirlər ki, dəli var,

    Yaşamağa qoyurlar ki, adamı?!

     

    “Çoxmərtəbə bazarlar”da haqq itdi,

    Loxmasını yeyən varsa, igiddi.

    Öldürürlər, deyirlər ki, tez getdi,

    Yaşamağa qoyurlar ki, adamı?

     

    Yurd-yuvamız para-para olandan,

    Ciyər vərəm, ürək yara olandan;

    Bu Vətəndə “qatıq qara olandan”

    Yaşamağa qoyurlar ki, adamı?!

     

    Yazılanlar elə qalır kağızda,

    Kasıblıqdan dad itibdir ağızda.

    Çıxan səsi batırırlar boğazda.

    Yaşamağa qoyurlar ki, adamı?!

     

    Bilmək olmur qanun düzdür, ya hənək?

    Başımızın üstündədir dəyənək.

    Bu dünyada adam oğlu adam tək

    Yaşamağa qoyurlar ki, adamı?!

     

    Tofiq Yusif bu cahandan bezibdir,

    Dərd-ələmdən, ah-amandan bezibdir.

    Təngə gəlib, daha candan bezibdir,

    Yaşamağa qoyurlar ki, adamı?!

    Yaşamağa qoyurlar ki, adamı?!

    Dərd öldürüb torpâğı da, daşı da,

    Yaxşı var ki, ömrünüzü yaşada?!

    Cavanlaşır ölümlərin yaşı da…

    Yaşamağa qoyurlar ki, adamı?!

     

  • 18Dek
    Ədəbiyyat ÇƏKİR üçün şərhlər bağlıdır
    O başı üstündə gəzdirdiyindən

    O bədən nə zülüm, nə zillət çəkir.

    Sənin ciyərində, sənin canında

    Aldığın nəfəs də əziyyət çəkir.

    Hər dindən dişarı, məzhəbdən uzaq,

    Əqidəsı tələ, əməli tuzaq,

    Bu ürəyi şıntır, bu beyni pazaq

    Bütün insanlarla ədavət çəkir.

     

    Gözlərin bükülüb riya kirinə,

    Düşmüsən böhtanın, şərin vərinə.

    Sənin əvəzinə, sənin yerinə

    Adam sənə baxıb, xəcalət çəkir.

     

    Göydən od ələnsə, qaya tökülsə,

    Dəryalar qurusa, dağlar sökülsə,

    Bütün əzizləri ağa bükülsə,

    Bir dəfə görməzsən o, xiffət çəkir.

     

    Pəyə süpürməyə hazır çalğısan,

    Peysərə vermisən–boynu yağlısan.

    Adam inanmır ki, adam oğlusan–

    Səndə ayrı şeyə xasiyyət çəkir.

     

    Vurduğu yaralar dərindən-dərin!

    Üzü ən arsızı sırtıq üzlərin.

    Onun tək bir sürü qeyrətsizlərin

    Ağrı-acısını bu millət çəkir.

     

    Duymazsan belində sınan pərdini,

    Hər zaman sularsan sən öz kərdini.

    Qapaza çevrilən qaxınc dərdini

    Həm qohum-əqrəba, həm külfət çəkir.

     

  • 18Dek
    Ədəbiyyat BAYQUŞ KİŞİLƏR üçün şərhlər bağlıdır

  • 21Sen
    Ədəbiyyat Duyğular dil açanda üçün şərhlər bağlıdır

                                                                                      AY XANIM NƏNƏLƏR, XATIN NƏNƏLƏR

                                                                 (Əlövsət Saldaşın “A köhnə kişilər, köhnə kişilər” şeirinə cavab)

     

    Əlimiz uzalı qalıb ismətə,

    Tuş oldu ömrümüz hansı qismətə?

    İndiki nənələr gəlmir nisbətə,

    Ay xanım nənələr, xatın nənələr.

    Hər tərəf qan-qada, hər tərəf şivən,

    Qəhətə çəkilib etibar, güvən.

    Barmaqla sayılır sevilən, sevən,

    Ay xanım nənələr, xatın nənələr.

     

    Hanı ismət dolu həyalı çağlar?

    O   namus yaylıqlar, qeyrət papaqlar?

    Gəlin, dilinizdə dinsin bulaqlar,

    Ay xanım nənələr, xatın nənələr.

    Qızlar sinə açıq, gəlinlər boya,

    Hardadır o ismət, o abır-haya?

    Şeytan da mat qalıb belə dünyaya,

    Ay xanım nənələr, xatın nənələr.

    Gəlin, bir səhmana salın dünyanı,

    Bu sərsəm, ağıldan yalın dünyanı .

    Ölümün cəngindən alın dünyanı.

    Ay xanım nənələr, xatın nənələr.

     

    Hənələr dünyanın başında tacdır,

    Gəlin, zəmanəmiz sizə möhtacdır,

    Ürəklər qayğıya, sevgiyə acdır,

    Ay xanım nənələr, xatın nənələr.

     

    Getdi sizin ilə urvatlı dünya,

    Quranlı, İncilli, Tövratlı dünya.

    O şirin nağıllı, ovqatlı dünya…

    Ay xanım nənələr, xatın nənələr.

    On iki taxtalı tumanlar getdi,

    Sevgiyə, vəfaya gümanlar getdi.

    Sizinlə birlikdə imanlar getdi,

    Ay xanım nənələr, xatın nənələr.

     

    Gəlin, özünüzü yetirin, gəlin,

    Qucaq nənnimizi gətirin, gəlin.

    O uşaq Tofiqi götürün, gəlin,

    Ay xanım nənələr, xatın nənələr,

    Ay xanım nənələr, xatın nənələr.

                             Tofiq YUSİF

     

  • 21Sen
    Ədəbiyyat İLAHİ üçün şərhlər bağlıdır
    Çəkdikləri naxışlanıb telində,

    Dinə bilmir həsrətinin dilində.

    Tək qalıbdı dərdlərinin əlində,

    Bu gözəlin nisgili var, İlahi!

    Sevgisinın tutub yasın,danışır,

    Havalanıb, qulaq asın, danışır…

    Öz- özünə xısın-xısın danışır,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Yalan olub ölüm-itim, ağlayır,

    Bilməm necə dada yetim, ağlayır.

    Boynuburuq, yetim-yetim ağlayır,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Gözlərindən ümidsizlik saçır bu,

    Adamlardan dəli kimi qaçır bu,

    Ürəyini dağa – daşa açır bu,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Kimsə yoxdu, yarasını sarısın,

    Rəvadımı lal-dinməzcə qarısın.

    Bir gün ağla, taleyindən yarısın,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Əlövsətəm, saçlarında dənəmsə,

    Çəkilərəm, yollarında çənəmsə

    Öldür məni, günahkarı mənəmsə

    Bu gözəlin nisgili var, İlahi!

                                               Əlövsət SALDAŞ

     

  • 21Sen
    Ədəbiyyat TANRIM, BU YOL EŞQ YOLU üçün şərhlər bağlıdır
    Tanrım, bu yol eşq yolu,

    Gedirəm, bitmirəm ki.

    Alırsan, al canımı,

    Xəsislik etmirəm ki…

     

    Yüz yerdən izlənmişəm,

    Düzünə düzlənmişəm.

    Gözündə gizlənmişəm,

    Gözündən itmirəm ki…

     

    Dadmışam hər azardan,

    Nəyim var üz qızardan?!

    Qorxum yoxdu məzardan,

    Piyada getmirəm ki…

                            Ramiz Qusarçaylı

     

  • 21Sen
    Ədəbiyyat DƏRDİ ƏLİMDƏN ALMAYIN üçün şərhlər bağlıdır

     

    Tanrım verirsə, lazımdı,

    Qismətim çoxum-azımdı.

    Dərd mənim alın yazımdı,

    Dərdi əlimnən almayın.

    Dostum, sirdaşım, tacımdı,

    Doğma qardaşım, bacımdı.

    Əsamdı, əl ağacımdı,

    Dərdi əlimnən almayın.

     

    İlk babama mehir salıb,

    O köçərkən atam alıb,

    Mənə də atamdan qalıb,

    Dərdi əlimnən almayın.

     

     

    Hər ərkinə səbirəm ta,

    Üz vermişəm, canbirəm ta.

    Dərd ucunnan şairəm ta.

    Dərdi əlimnən almayın.

             Talıb HƏSƏNOĞLU

  • 21Sen
    Ədəbiyyat AZƏRBAYCAN ƏSGƏRİ üçün şərhlər bağlıdır
    Salam, Azərbaycan əsgəri, salam!

    Ey odlar yurdunun polad sipəri!

    Ey millətin vuran qolu, dayağı!

    Vətən qalası, Vətən əsgəri!

     

    Ümidim, pənahım, sabahım əsgər!

    Həyatım, xoş günüm, rifahım əsgər!

    Ey mənim ən güclü silahım əsgər!

    Qüdrətlisən, titrət yeri, göyləri

    Ey qartal caynaqlım, Həzi ürəklim!

    Cavanşir biləklim, Babək biləklim!

    Ey mənim qırıcım, topum, tüfəngim!

    Qaytar Qarabağı, sən çal zəfəri!

     

    Düşmənin üstünə hücum zəfərdir,

    Əsgər köməyi silah, səngərdi.

    Yamandı yurd dərdi, Qarabağ dərdi!

    Hücum yalnız hücum, millət əsgəri!

    İgid babaları sən sal yadına,

    Zəfər çələngisən odlar yurduna

    Qaytar Qarabağı, çat muradına!

    Ey millət əsgəri, millət təpəri!

    Səbrimiz qalmadı, doymuşuq cana,

    “Allahu Əkbər!”-de, atıl meydana!

    Qoy yağı düşmənlər boyansın qana!

    Qovun Qarabağdan erməniləri!

    Sabir PAPRAVƏNDLİ

    Hər əsgər, komandir odlu şimşəkdir,

    Bütün oğulların şirdi, pələngdi.

    Qələbə üçünsə hücum gərəkdi,

    Hücum et, hücum et, gətir zəfəri

  • 21Sen
    Ədəbiyyat GENERAL POLAD üçün şərhlər bağlıdır

                                                            (General-mayor Polad Həşimova)

    Polad inamıyla səngərdə yatan,

    O enməz bayrağı qürurla tutan,

    Lələ-Təpə kimi dastan yaradan,

    Aslan biləkliydi General Polad.

     

     

    Düşmənin içinə vahimə salan,

    Hər bir əsgərinin qeydinə qalan,

    Əzmiylə çoxuna nümunə olan,

    Şirin diləkliydi General Polad.

     

    İgidlik göstərib, tökdü qanını,

    Mübariztək  yazdı öz dastanını.

    Odlar diyarına verdi canını,

    Vətən ürəkliydi General Polad.

    Mir Abbas,

    Güləbatlı kənd tam orta məktəbinin məzunu