Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan
    Kənd təsərrüfatı 2021-ci ildə Tərtər rayonunda kənd təsərrüfatı məhsulunun həcmi 5,3 faiz artıb üçün şərhlər bağlıdır

    2021-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi 82 milyon 262.6 min manat təşkil etmiş, 2020-ci ilə nisbətən 5.3 faiz artmışdır. Onun 48 milyon 538.8 min manatı və ya 59 faizi bitkiçiliyin, 33 milyon 723.8 min manatı və ya 41 faizi heyvandarlığın hesabına formalaşmışdır.
                                                                                                                         Tərtər Rayon Statistika İdarəsi

  • 31Yan
    Kənd təsərrüfatı 2021-ci ildəTərtər rayonunda kənd təsərrüfatı bitkiləri məhsullarının toplanışı haqqında üçün şərhlər bağlıdır

    Son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağrışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.
    Aqrar sektorun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar və görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, tütünçülük, üzümçülük, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
    Rayon üzrə 2021-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 25550.6 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2020-ci ilə nisbətən 22 hektar və ya 0.1 faiz azalmışdır. Əkin sahəsinin 9017.7 hektarını və yaxud 35.3 faizini dənli və dənli paxlalı bitkilər, 5882.7 hektarını və yaxud 23 faizini texniki bitkilər, 1624 hektarını və yaxud 6.4 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9026.2 hektarını və yaxud 35.3 faizini yem bitkiləri təşkil etmişdir. Daha ətraflı »

  • 30İyl
    Kənd təsərrüfatı TƏRTƏR RAYONUNDA 2021-ci İLİN MƏHSULU ÜÇÜN KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ ƏKİNLƏRİNİN QƏTİ UÇOTUNUN YEKUNLARI üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2020-ci il 16 dekabr tarixli, 9/1 nömrəli qərarı ilə təsdiq edilmiş “2021-ci ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na uyğun olaraq 2021-ci il iyunun 1-i vəziyyətinə rayon ərazisində dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, həmçinin ailə kəndli və ev təsərrüfatları da daxil olmaqla bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir.
    Hesabat məlumatlarına əsasən 2021-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 25550.6 hektar olmuş və keçən illə müqayisədə 22 hektar və yaxud 0.1 faiz azalmışdır.
    Rayon üzrə əkin sahəsinin 9017.7 hektarını və yaxud 35.3 faizini dənli və dənli paxlalı bitkilərin, 5882.7 hektarını və yaxud 23 faizini texniki bitkilərin, 1624 hektarını və yaxud 6.4 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 9026.2 hektarını və yaxud 35.3 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
    Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin 5295 hektarı (58.7%) buğda, 3505.2 hektarı (38.9%) arpa, 189.5 hektarı (2.1%) dən üçün qarğıdalı, 2 hektarı noxud, 24 hektarı lobya və 2 hektarı soya əkinlərindən ibarətdir. Daha ətraflı »

  • 16İyl
    Kənd təsərrüfatı TAXIL BİÇİNİ BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    Tərtər rayonunda bu il 8800.2 hektar sahədə taxıl becərilib. Onun 5295 hektarı buğda, 3505.2 hektarı dən üçün arpadır. ArtıqTərtərdə taxıl biçini tam başa çatıb. Zəmilərdən 35968.5 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq əvvəki ilə nisbətən 1.2 sentner artaraq 40.9 sentner olmuşdur. 5295 hektar buğda sahəsindən 22699.9 ton buğda, 3505.2 hektar arpa sahəsindən 13268.6 ton arpa istehsal edilib. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 42.9 sentner, arpa üzrə 37.9 sentner olmuşdur. Əvvəlki ilə nisbətən buğdanın məhsuldarlığı 0.6 sentner, arpanın məhsuldarlığı 1.7 sentner artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

  • 09İyl
    Kənd təsərrüfatı ARPA BİÇİNİ BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    Tərtər rayonunun təsərrüfatlarında taxıl biçini mütəşəkkil davam etdirilir.
    Rayon Statistika İdarəsindən bildirib ki, bu il 8800,2 hektar sahədə taxıl becərilib. Onun 5295 hektarı buğda, 3505,2 hektarı dən üçün arpadır. Zəmilərdən 31 min 772,8 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq 40,4 sentnerdir.
    Artıq arpa biçini başa çatıb. 3505,2 hektar arpa sa-həsindən 13 min 268,6 ton məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 2020-ci ilə nisbətən 1,7 sentner artaraq 37,9 sentner təşkil edib.

     

  • 31May
    Kənd təsərrüfatı İPƏKQURDUNUN BƏSLƏNİLMƏSİ BARƏDƏ MƏLUMATLANDIRMA üçün şərhlər bağlıdır

    Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təlimçiləri tərəfindən İsmayılbəyli kəndində fermerlərə məxsus kümxanada “Baramaçılıqda aqrotexniki qaydalara düzgün əməl etməklə ipəkqurdunun bəslənməsi” mövzusunda təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfər kümçünün və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimlərdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
    Təlim zamanı Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Namiq Məmmədov, mütəxəssisləri Süleyman Məmmədov və Flora Ələsgərova kümçülərin həyata keçirməsi gərəkən aqrotexniki tədbirlər haqqında öz təcrübələrini bölüşüblər. Tut ipəkqurdlarından bol məhsul əldə etmək üçün, onların bəslənməsi, saxlanma şəraiti qarşılıqlı diskusiya şəklində müzakirə olunub. Kümçüləri maraqlandıran suallar cavablandırılıb.

  • 20May
    Kənd təsərrüfatı İSTEHSAL ARTIB üçün şərhlər bağlıdır

    2021-ci ilin yanvar-mart ayları üzrə Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8067.3 min manat təşkil etmişdir ki, onun 8024.3 min manatı və ya 99.5 faizi heyvandarlıq məhsullarının, 43 min manatı və ya 0.5 faizi bitkiçilik məhsullarının payına düşür. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə kənd təsərrüfatının istehsalı 0.3 faiz artmışdır.
                                                                                                   Tərtər Rayon Statistika İdarəsi

  • 31Mar
    Kənd təsərrüfatı KƏND ƏMƏKÇİLƏRİNİN YAZ QAYĞILARI üçün şərhlər bağlıdır

    İlin ən gözəl fəsillərindən biri sayılan yaz fəsli əkinçilikdə insanların həyatında həm faydalı, həm də əlverişli fəsil kimi hər zaman özünü göstərmişdir. Yaz fəsli torpaqda xüsusən də əkinçiyə lazım olan şərait amillərini yaradır. Azəri Yurdunun ta qədimdən torpaqda çalışan halal, zəhmətkeş insanları ilin ən gözəl yaz fəslini səbirsizliklə gözləmişlər. Bu fəslin sevinci Tərtər rayonunun əməkçi fermerlərindən də yan keçmir. Rayonun zəhmətkeş insanları hamılıqla öz təsərrüfatlarında yazın gəlişindən istifadə edərək, sidqürəklə alıntəri axıda-axıda ucsuz-bucaqsız tarlalarda çalışırlar. Hal-hazırda fermer təsərrüfatlarında mövsümə uyğun olaraq yaz səpinləri ilə əlaqədar işlərə başlanılmışdır.
    Təsərrüfat sahibləri yaxşı bilirlər ki, əgər torpaqda ilin fəsilləri ilə əlaqədar aparılan işlər gecikərsə, nəticədə oradan gözlənilən məhsul aşağı səviyyədə olacaqdır. Daha ətraflı »

  • 28Yan
    Kənd təsərrüfatı 2020-ci İLDƏ TƏRTƏR RAYONUNDA KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ MƏHSULARININ TOPLANIŞ I HAQQINDA üçün şərhlər bağlıdır

    Tərtər rayonu üzrə 2020-ci ilin məhsulu üçün kənd təsərrüfatı bit-kilərinin əkin sahəsi 25572.6 hektar olmuşdur. Kənd təsərrüfatı bit-kilərinin əkin sahəsi 2019-cu ilə nisbətən 1280.7 hektar və ya 4.8 faiz azalmışdır. Əkin sahəsinin 10882.8 hektarını və yaxud 42.6 faizini dənli və dənli paxlalı bitkilər, 5134.8 hektarını və yaxud 20.1 faizini texniki bitkilər, 1444.5 hektarını və yaxud 5.6 faizini kartof, bostan və tərəvəz bitkiləri, 8110.5 hektarını və yaxud 31.7 faizini yem bitkiləri təşkil etmişdir.
    2020-ci ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 288.6 hektar və yaxud 2.6 faiz, o cümlədən buğda əkini 1037 hektar və yaxud 14.6 faiz azalmış, arpa əkini 728.4 hektar və yaxud 19.1 faiz, digər dənli və dənli paxlalılar əkini 20 hektar və yaxud 7.6 faiz artmışdır. Nəticədə 2020-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 45323.2 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Bu isə əvvəlki ilin müvafiq göstəricisindən 1565.9 ton və ya 3.6 faiz çoxdur.
    Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur.
    Belə ki, istehsal olunmuş taxıl məhsulunun 56.2 faizini və ya 25620 tonunu buğda təşkil etmişdir. Taxılın 36.3 faizi və ya 16436.1 tonu arpa, 6.6 faizi və ya 2981.9 tonu qarğıdalının, 0.6 faizi və ya 285.1 tonu digər taxıl məhsullarının payına düşür. Əvvəlki ilə nisbətən 2020-ci ildə buğda istehsalı 13.1 faiz, darı istehsalı 7.4 faiz, noxud istehsalı 48.5 faiz, lobya istehsalı 18.2 faiz azalmış, arpa istehsalı 27.7 faiz, dən üçün qarğıdalı istehsalı 2.8 dəfə, soya istehsalı 24.1 faiz artmışdır. 2020-ci ildə dənli və dənli paxlalı bitkilərin hər Daha ətraflı »

  • 19Apr
    Kənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır

    BARAMA İSTEHSALI ARTIR

    Rayonumuzda baramaçılığın inkişafı üçün 2016-cı ildə təsərrüfatlarda 31 min 357 ədəd çəkil tingi əkilib. Ondan 30 min ədədi Çin Xalq Respublikasından gətirilib, 1357 ədədi isə yerli çəkil tingləridir. 2017-ci ildə isə 92 min ədəd çəkil tingi gətirilib və əkilib. Onun 40 min ədədi Çin Xalq Respublikasından gətirilib, 52 min ədədi isə yerli tingdir.
    2018-ci ildə rayonumuza 100 min ədəd çəkil tingi gətirilib və əkilib. Ondan da 33 min ədəd Çin Xalq Respublikasından gətirilən, 67 min ədədi isə yerli çəkil tingləridir. Bütövlükdə 3 il müddətində rayonumuza 223 min 357 ədəd çəkil tingi gətirilib və əkilib. 2017-ci ildə rayonumuza 112 qutu ipəkqurdu toxumu verilib, ondan ümumi çəkidə 4610 kq, 2018-ci ildə 251 qutu ipəkqurdu paylanmış, ondan 10 min 228 kq barama məhsulu istehsal olunub. Bütövlükdə rayonumuzda 2017-2018-ci illərdə ümumi 14 min 838,6 kq barama istehsal olunub.

    Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzi