Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Mar
    Milli-mənəvi dəyərlər NOVRUZ ADƏTLƏRİ üçün şərhlər bağlıdır

    Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
    Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
    Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir.
    Tonqaldan tullanmaq. Tonqaldan tullanarkən bu ifadə deyilir: “Ağırlığım-uğurluğum odda yansın”.
    Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə, bu, həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
    Səməni yetişdirmək. Bu, yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
    Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin sınmış yumurtalarını özünə götürür.
    Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
    Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər XALQIMIZA SEVİNC GƏTİRƏN BAYRAM üçün şərhlər bağlıdır

    Müasir dünyamızda hamılıqla sevinəcəyimiz, çox az, bəlkə də barmaqla sayılacaq qədər tarixi günlərimiz var. Bu tarixi günlərin arasında bir gün də vardır ki, həmin məqam yaxınlaşdıqca hamının gözündə həyat eşqi parlayır. Bu bayram tanrının biz bəndələrinə bəxş etdiyi ən xoş gün kimi dəyərləndirilə bilir. Öz ətri, öz qoxusu olan bu bayramın adı Novruz kimi tarixə düşsə də, bu, daha çox milli birlik, tükənməz ümid, sabaha inam bayramıdır. “Novruz” sözünün mənasını yeni gün, yeni il, yeni gül, təzə il kimi yozanlar heç də yanılmamışlar. Ən azı ona görə ki, bu bayram əkinçiyə bol məhsul, xəstəyə sağlamlıq eşqi, millətə inamla yaşamaq həvəsi verir. Novruz min illərdir ki, öz xüsusiyyətləri ilə xalqımızın milli birlik ideyalarının qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, bütün bunların inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi kimi olduqca mühüm bir vəzifənin öhdəsindən uğurla gəlir. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər İNANIRIQ Kİ, BU BAHAR FƏRQLİ OLACAQ üçün şərhlər bağlıdır

    Ömrümüzün bir qışı da sona çatdı. Yerini yaza verdi, bahar gəldi. Ətirli, füsunkar, nazlı-qəmzəli, nəğməli, cəh-cəhli, hərarətli bir yaz. Qədəmin sayalı olsun, bolluq, bərəkət ilinə çevirəsən ilimizi. Gör necə sevimlisən anan Təbiət üçün. Səni üç qardaşa bir bacı bilib adını Bahar qoyub Təbiət. Bu ad sənə yaraşır, sən də ruhumuzu oxşayırsan. Hər yerdə oyanış başlayır. Dörd çərşənbə sənin nişanələrindir.
    “Su çərşənbəsi” sularımızın donun açıb axarlı, edir, “od çərşənbəsi” torpağın hərarətini artıraraq oyanış yaradır, “torpaq çərşənbəsi” insanları əkin-biçinə ruhlandırır, çağırır, “yel çərşənbəsi” otları, ağaçları göyərdir, çiçəklədir, köçüb-gedən quşları geri qaytarır. Bununla da sənin gəlişin el-obamızı sevindirir. Hər gəlişin həsrətlə gözlənildiyindən ən gözəl təamlarımız süfrələrimizə düzülür, sənin şərəfinə. Göyərdilmiş yamyaşıl səmənilər bənövşə, nərgizlə bəzədilərək baharın rəmzinə çevrilir. Dadlı şirniyyatlar–şəkərbura, paxlava, badambura, qoğallar, ətirli plovlar–səbzili, qovurmalı, çolpalı süfrələrimizə yaraşıq verir. Bütün bunları etməklə ilimizin daha bolluqla keçməsini arzulayırıq. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər TƏRTƏRDƏ NOVRUZ ŞƏNLİYİ üçün şərhlər bağlıdır

    Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Milli-mənəvi dəyərlər GƏNC NƏSLİN MİLLİ MƏNLİK ŞÜURUNUN İNKİŞAF ETDİRİLMƏSİ VƏ VƏTƏNPƏRVƏRLİK HİSSLƏRİNİN TƏRBİYƏSİ üçün şərhlər bağlıdır

    VƏTƏNPƏRVƏR, FƏAL VƏ BİLİKLİ GƏNCLƏR AZƏRBAYCAN DÖVLƏTİNİN ƏN BÖYÜK SƏRVƏTİDİR

    2017-03-29-17-00-56kivdfƏsl azərbaycanlı haqqında söhbət
    Rayonumuzdakı Heydər Parkı digər bölgələrdəkindən seçilir. Bu fərq onun təbii relyefi ilə bağlıdır. Parkın içərisindən keçən iki təbii arx bura xüsusi gözəllik verir. Nəvələrim Heydər Parkında gəzməyi çox sevirlər. Amma bir məsələ onları narahat edir: nəyə görə soyuq qış aylarında arxlarda su bol olur, yazda və yayda isə quruyur? Sualların getdikcə artdığını görüb, hiss elədim ki, uşaqlar böyüyüblər və onlara bəzi məsələləri izah etməyin vaxtı çatıb.
    Elə buradaca, parkda, Heydər Əliyev Mərkəzi yerləşir. Uşaqların əllərindən tutub, bu müqəddəs məkana gəlirəm. Azərbaycanda körpəlikdən Ulu Öndərimizi yaxşı tanıyırlar. Mənim məqsədim onun haqqında nəvələrimin bilmədiklərini danışmaq və göstərmək idi. Mərkəzin direktoru Səlimə Yusibovadan icazə alıb, bələdçi ilə birlikdə pilləkənlərlə yuxarı qalxırıq. Burada hər bir eksponat Ümummilli Liderimizin Vətənimizə, xalqına olan məhəbbətindən və bu istiqamətdə gördüyü misilsiz işlərdən danışır. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Milli-mənəvi dəyərlər GƏNCLƏR ARASINDA DİNİ MAARİFLƏNDİRMƏNİN ROLU üçün şərhlər bağlıdır

    скачанные файлы (1)Mehriban və bağışlayan Allahın adı ilə!
    Heç bir kəsə sirr deyil ki, bütün dövrlərdə və bütün quruluşlarda cəmiyyətdə gənclərin rolu ən əsas yerlərdən birini tutmuşdur. Sonuncu və bəşəri din olan İslam dinimizdə də əsas üstünlük gənclərə verilir. İslam tarixində oxuyuruq ki, sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) vacib toplantılarda gəncləri də danışdırar və onların qiymətli fikirlərini qəbul edər, tələsik qərarları isə qəbul etməzdi.
    Azərbaycan adlı kiçik dövlətimiz lap qədim zamanlardan həm dost və həm də düşmənlərinin daim diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, gözəl Vətənimiz İpək yolunun əsas hissələrindən birini təşkil edir. Buna görə də bu günün cavanları olan vətəndaşlar daim elm dalınca getməli, cəhalətdən, nadanlıqdan qətiyyətlə uzaq durmalıdırlar. Altıncı imam Cəfər Sadiq (ə) (700-775) buyurur: “Mən istəyirəm ki, siz müsəlman gəncləri hər vaxt iki halda görəm; ya elm öyrənən, ya da elm öyrədən. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Milli-mənəvi dəyərlər SƏFƏRDƏN ZƏNGİN TƏƏSSÜRATLARLA QAYITMIŞIQ üçün şərhlər bağlıdır

    20171114_132332Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya rayonumuzun məktəbliləri də qoşulub. Rayonumuzu təmsil edən 40 nəfər məktəbli bu layihə çərçivəsində şimal bölgəmiz olan Quba, Qusar, Xaçmaz rayonlarına səfər etdilər.
    Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə biz məktəblilərdən ibarət qrupun təntənəli şəkildə yolasalma mərasimi keçirildi.
    Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyduqdan sonra, bizim üçün ayrılmış xüsusi avtobusla şimal bölgəsinə səfərə yola düşdük. 7-8 saatlıq yoldan sonra, nəhayət, Quba şəhərinə çatdıq. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Milli-mənəvi dəyərlər 28 noyabr Həsən bəy Zərdabinin anım günüdür üçün şərhlər bağlıdır

    MAARİFÇİ VƏTƏNPƏRVƏR

    Zerdabi1Böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabi 1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində ziyalı bəy ailəsində doğulmuşdu. Həsən bəy 7-8 yaşlarından mədrəsədə oxusa da ilahiyyata maraq göstərməmişdi. Atası Səlim bəy balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur. Həsən bəy burada öz bilik və bacarığı ilə hamının diqqətini cəlb edir. Buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil idarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Qısa vaxtda uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir. 1865-ci ildə oranı namizəd diplomu ilə bitirən ilk azərbaycanlı olur. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Milli-mənəvi dəyərlər 2017-ci il “İslam həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır

    İSLAMDA QADINA MÜNASİBƏT

    azerbaycan_garabag_2_457Bəzi tarixi mənbələrdə göstərilir ki, İslamdan əvvəl qadınlara ikinci sinif varlıq kimi baxıldığı, hətta onların alınıb satıldığı dövrlər olub. Lakin İslam və İslamın nuru olan Peyğəmbərimizin (s) vəsiləsi ilə Allahın Quranda çiçəyə bənzətdiyi qadınlar ucaldılmışlar.
    Peyğəmbərimiz (s) qadınları Allahın əmanəti kimi dəyərləndirərək onları baş tacı etməyi məsləhət bilib. Rəsulullah (s) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət edib və bu mövzuda buyurub: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun!” Başqa bir hədisdə isə deyilir: “Sizin ən xeyirliniz əhlinə
    (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Mən də əhlinə qarşı ən xeyirli olanınızam”.
    Bu günümüzə gəlib çıxmış hədislərdən birində isə deyilir: “Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. (İmam Qəzəli). Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ VƏ YAŞADAQ üçün şərhlər bağlıdır

    0000Bu dəyərlər zaman-zaman yaşayaraq bizi başqa xalqlardan fərqləndirir. Bununla əlaqədar Qurani-Kərimdə deyilir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”. (Hücurat-13).
    Milli dəyərlərimizin qorunması bu gün daha çox aktualdır. Çünki bu dəyərlərin həm də milli dövlətçiliyimizin formalaşmasında xüsusi rolu var.
    Ümumiyyətlə, milli dəyərlərə nələri aid etmək olar? Bu, bizim ideologiyamız, tariximiz, dilimiz, dinimiz, musiqimiz, folklorumuzdur. Bir sözlə, milli olan nə varsa, hamısı milli-mənəvi dəyərlər sisteminə aiddir.
    Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini hər bir azərbaycanlının əsas vəzifəsi hesab edirdi: “Bizim hamımızın bir vətəni var–bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. Daha ətraflı »

    Teqlər: