Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                                                            YAŞAYAN XATİRƏLƏR

    Mayın 26-da 26 yaşı tamam oldu. İlk dəfə olaraq ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, yaşadığı kəndin sakinləri, hərbiçi dostları onsuz ad günü keçirdilər. Şəhidin xatirəsinə tikilmiş bulağın açılışı oldu. Həmin gün böyük də, kiçik də Rəşad haqqında danışdı. Mirzəli Rəşad Hafiz oğlundan hamı xoş sözlər söylədi. Dedilər ki, Rəşad Mirzəli Hacıqərvənd kəndinin igid, mərd oğullarından biri idi. Süfrə açıldı, tort kəsildi. Hamının gözü Rəşadı axtardı. Ən çox da anası Afidənin, Qarabağ müharibəsi veteranı olan atası Hafizin, bir də təkcə qalmış qardaşı Amilin gözləri. Nə qədər axtarsalar da, gəzsələr də, görünməyən Vətənin şəhid oğlu Daha ətraflı »

  • 18İyn
    Hərbi vətənpərvərlik ŞƏHİDİN DOĞUM GÜNÜ üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəis muavini Ramin Qarayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları şəhid İsaqlı Anarın adı-na tikilmiş bulağın ətrafına toplaşıblar. Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi,
    sonra böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qa-dağan olunmuş raket atılıb. Daha ətraflı »

  • 18İyn
    Hərbi vətənpərvərlik TƏRTƏRİN MÜDAFİƏSİNDƏ ŞÜCAƏT GÖSTƏRƏNLƏR üçün şərhlər bağlıdır

                                                      MƏĞLUBEDİLMƏZ TƏRTƏR

    Bu gün təkcə xalqımız deyil, bütün bəşəriyyət çətin sınaq qarşısındadır. Dünyanın bütün ölkələri COVİD-19 pandemiyasının təsiri altında qalmaqda davam edir. Ermənilərlə apardığımız müharibə illərdir ki insanlarımızın yuxusunun pozulmasına, el-obasından, dədə-baba yurdyuvasından uzaq düşməsinə, uzunmüddətli həsrətə səbəb olmuşdur. Bir xalq kimi yurdu-yuvası bilinməyən qonşularımız florası və faunası ilə fərqlənən ərazilərimizi zəbt edərək məskunlaşmışlar. Tarixən iblis xislətli məxluqların törətdiyi faciələrdən və buna bənzər düşmənçilik siyasətindən əziyyət çəkənlərdən biri də mənim yaşadığım, sakini olduğum Tərtərimdir. Səfalı mənzərəsi, təmiz havası, sərin suları ilə məşhur olan Tərtər rayonu həmişə mənfur qonşuların xəyanətlərinə düçar olub. Lakin mərd, igid insanların mübarizliyi sayəsində torpağının bir qarışını belə düşmənə təslim etməyib.
    Bunu birinci və ikinci Qarabağ müharibəsində daha aydın görmək olur. Daha ətraflı »

  • 18İyn
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                                         YARIMÇIQ ÖMÜR YOLU

    Əlizadə Elşən Faiq oğlu İsmayılbəyli kəndində doğulub. Uşaqlıqdan ata-anasının zəhmətlə, alın təri ilə yaşadıqlarının şahidi olub. Ailədə böyüyən 4 uşağın kiçiyi idi Elşən. Yeniyetməliyi də doğulduğu kənddə keçib. Hələ orta məktəbdə təhsil aldığı illərdə mənfur qonşularımız olan ermənilərin azərbaycanlılara qarşı etdikləri cinayətləri müəllimlərdən, valideynlərindən və qonum-qonşudan eşitmişdi. 2016-cı ildəki aprel döyüşlərinin və 30 ilə yaxın bir müddətdə törədilən təxribatların şahidi olmuşdu.
    Doğrudur, o, hərbi xidmətini Bakı şəhərində çəkmişdi. O zaman erməni vandallarının təxribatlarının qarşısını Daha ətraflı »

  • 18İyn
    Hərbi vətənpərvərlik Qazilərimiz üçün şərhlər bağlıdır

                                                       ÖLÜMÜN ASTANASINDA

    Bu cəsur, igid oğul 1994-cü il sentyabrın 25-də Bərdə rayonunun Yenidaşkənd kəndində anadan olub. Yeniyetməlik dövrü elə həmin kənddə keçib, orta məktəb təhsilini də elə orada alıb. 2012-ci il oktyabrın 5-də həqiqi hərbi xidmətə çağrılıb. Vətənə borcunu ləyaqətlə başa çatdırıb. Qisməti onu xidmət müddətindən sonra Tərtərə gətirib. Anası Qərənfilin dayısıgilin yanında torpaq alıb, orada ev tikdiriblər. İnqilab ananın tək övladıdır. Əslən Kəlbəcərlidirlər.
    2016-cı ilin Aprel döyüşlərindən sonra İnqilab orduda müddətdən artıq xidmət etmək qərarına gəlir. Hərbi hissələrin birində kurs keçdi. Tərtərdəki “N” saylı hərbi hissədə moto-atıcı briqadanın kəşfiyyat bölüyündə kəşfiyyatçı-snayper oldu. 44 günlük Vətən müharibəsi başlayan vaxt artıq 5 il idi ki, orduda xidmət edirdi.
    Müharibə başlayanda İnqilabın xidmət etdiyi bölüyə əmr verildi ki, onlar Talış kəndi istiqamətində müdafiəyə qoşulmalıdırlar. 27 sentyabrın səhər çağı düşmənin atdığı raket və toplar müharibənin başladığından xəbər verdi. İnqilabgilin bölüyünə hücum əmri verildi. 6 saat müddətinə düşmən həmləsinin qarşısı alınmalı, ermənilərin yerləşdiyi yüksəklik ələ keçirilməli idi. Az vaxta düşmənin istehkamı dağıdılaraq təyin olunmuş yüksəklik hərbiçilərimizin nəzarətinə götürüldü. Bu uğur asanlıqla qazanılmadı. Daha ətraflı »