Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11İyl
    Təhsil MÜƏLLİM-İKİNCİ VALİDEYN üçün şərhlər bağlıdır

    Bir cəmiyyətin formalaşmasında müəllimin rolu əvəzsizdir.
    Mən bütün müəllimlərimi çox istəyirəm. Ən çox sevdiyim fənn isə tarixdir.
    Tarix dərsini bizə Elçin müəllim öyrədir. Tarixi bilmək bizim borcumuzdur. Hər ölkənin keçmişi onun tarixidir.
    Mən fəxr eləyirəm ki, Elçin müəllim kimi bir müəllim mənə tarix dərsi deyir.
    Onun üçün hər zaman öndə olan vətəndir. Elçin müəllim dərsi o qədər gözəl izah edir ki, sanki o hadisələrin içindəsən. Mənim və sinif yoldaşlarımın hər birinin ona böyük hörmətimiz var.
    Hər bir insan vətəni sevməli, tarixini bilməlidir. Çünki tarix keçmişlə gələcək arasında bir bağdır.

    Mirzə BAXŞALIYEV,
    Tərtər şəhər 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi

    DƏRS ƏLAÇISI VƏ FƏAL İCTİMAİYYƏTÇİ

    Amin Qasımov 3 saylı şəhər orta məktəbin beşinci sinif şagirdir. Yaşının az olmasına baxmayaraq, artıq rayonda çoxları bu istdadlı oğlanı yaxşı tanıyır. Ona görə ki, fəaldır, ictimai işlərdə yaxından iştirak edir, həm də dərslərini yaxşı oxuyur.
    Amin həm məktəbdə, həm də rayon miqyasında keçirilən müxtəlif tədbirlərdə maraqlı çıxışları ilə diqqəti cəlb edir. Belə ki, Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə və 31 mart–Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mərasimlərdə iştirakına görə Mərkəzin Fəxri Fərmanına layiq görülmüşdür. Bundan əvvəl isə oxuduğu məktəbin di-rektoru tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Təhsil ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ “SON ZƏNG” ÇALINDI üçün şərhlər bağlıdır

    İyun ayının 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 602 nəfər şagird XI sinfi, 807 nəfər şagird isə IX sinfi bitirir.
    Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərinə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir Dövlət Bayrağının gətirilməsi, Dövlət Himninin səs-ləndirilməsi ilə başlandı.
    Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi proqramları, müəllimlərin, valideynlərin, məzunların çıxışları bir-birini əvəz etdi.
    “Son zəng” tədbirlərində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik edərək, onlara tövsiyələr verdi. Müstəqil Azərbaycanımızın gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu söylədi. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Təhsil AÇILIŞLAR üçün şərhlər bağlıdır

    MƏKTƏBLƏR ƏSASLI TƏMİRDƏN SONRA İSTİFADƏYƏ VERİLDİ

    Bu günlərdə Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları müasir tələblər səviyyəsində yenidən qurulub, zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təchiz olunaraq istifadəyə verilib. Bu münasibətlə Təhsil Nazirliyinin nümayəndələrinin, ictimaiyyətin, ziyalıların, valideynlərin iştirakı ilə açılış mərasimləri keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev tədbirlərdə çıxış edərək, müəllim, şagird və valideynləri təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar. Daha ətraflı »

    Teqlər:

  • 29May
    Təhsil MƏKTƏBDƏ TƏDBİR KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Bu günlərdə Elman Qarayev adına Qarağacı kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş musiqili tarix viktorinası keçirildi.
    Tədbirə məktəbin şagird və müəllim kollektivi, valideynlər və KİV nümayəndələri dəvət olunmuşdular.
    Məktəbin tarix müəllimi Rahilə Manaflının giriş sözlərindən sonra direktor Məzahir Quliyev AXC-nin 100 illiyi ilə bağlı toplantı iştirakçılarını ətraflı məlumatlandırdı.
    Keçirilən tarix viktorinasında 6, 7, 8, 9 və 10-cu sinif şagirdlərindən ibarət 4 qrup yarışırdı. Bunlar “Füyuzat”, “İşıq”, “Açıq söz” və “Həyat” qrupları idi. Hər qrupda 9 şagird iştirak edirdi. İki saatdan çox davam edən musiqili viktorinada bir neçə mərhələdən sonra qaliblər müəyyənləşdirildi. Sonda I yeri “Açıq söz” (rəhbəri Nərgiz Məmmədova), II yeri “İşıq” (rəhbəri Nazan Tatıxanova), III yeri “Füyuzat” (rəhbəri Esmira Əliyeva), IV yeri isə “Həyat” qrupu tutdu (rəhbəri İlahə Qədirli).
    Qaliblər məktəb rəhbərliyi tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırıldılar.
    Sonda valideynlər, müəllimlər və şagirdlər birlikdə rəqs etdilər.

    Əvəz NƏSİROV

    Teqlər:

  • 09Apr
    Təhsil TƏHSİLƏ HƏSR OLUNMUŞ ÖMÜR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda təhsilin inkişafı üçün çalışan məktəb direktorları olub ki, onlar bu gün böyük ehtiramla yad edilir. Əsəd Məmmədov, Sabir Paşayev, Kamil Sadıqov və bir çox başqaları öz fəaliyyətləri dövründə təhsilin və təlim-tərbiyənin günün tələbi səviyyəsində olmasına çalışıblar. Belə məktəb direktorlarından biri–Sadıqov Kamil Yusif oğlunun həyat yolu ilə tanış olmağı qərara aldım.
    60-cı illərin sonu, 70-ci illərin əvvəlində orta məktəb şagirdi idim. Kamil Sadıqovun özü kimi, həyat yoldaşı Zərifə müəllimə də pedaqoji təhsilli idi. Öz ixtisaslarını ürəkdən sevərək tədris edirdilər. Təhsildə olduğu kimi, şəxsi həyatda da bir-birilərini tamamlayırdılar. Onlar hər ikisi əslən Qərbi Azərbaycanın İrəvan şəhərindən idilər. Aralarında 3 yaş fərq varıydı. Kamil Sadıqov 1926-cı ildə sənətkar ailəsində, Zərifə Məmmədova isə 1929-cu ildə ziyalı ailədə dünyaya gəlmişdilər. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Təhsil “İNSAN ÖZ SƏADƏTİNİ ARZULARINDA YOX, POTENSİALINDA AXTARMALIDIR” üçün şərhlər bağlıdır

    Qədim yunan filosofu Aristotelin bu kəlamı sanki Fərqanə müəllim haqqında deyilib. Tədris etdiyi fənni ürəkdən sevən Fərqanə Kərimova müasir dövrün şagirdlərindən gileylənməyi xoşlamır. Çünki potensial imkanları o qədər çoxdur ki, kiminsə onun dərsinə laqeyd qalması mümkün deyil.
    O, keçmiş Ağdərə rayonunun İmarət-Qərvənd kəndində dünyaya göz açıb. Bu yerlərin təbiətinin füsünkarlığı bütün varlığına hoparaq, qələmindən damla-damla süzülür və gözəl cümlələrə, yazılara çevrilir. Ona görə də tanıyanların hamısı Fərqanə müəllimin pedaqoji məharəti ilə yanaşı, tamamilə fərqli, özünəməxsus qələm sahibi olduğunu söyləyirlər.
    Sadə, təvazökar, şəxsiyyətinə hörmətlə yanaşan, lakin elədikləri ilə heç zaman öyünməyən Fərqanə Kərimova çalışdığı 2 saylı məktəb-liseyin müəllim və şagird kollektivinin dərin hörmətini qazanıb.
    İş sahəsində olduğu kimi, ailəsində də Fərqanə müəllim əsl Azərbaycan qadınının müsbət keyfiyyətlərinin daşıyıcısıdır.
    Ona görə əmindir ki, öz səadətini övladları Elvin və Nərmində tapacaq.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Mar
    Təhsil MƏKTƏBDƏ XOŞ ANLAR üçün şərhlər bağlıdır

    Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbində xalqımızın əziz bayramlarından biri olan Novruza həsr olunmuş şənlik keçirildi.
    Milli paltar geyinmiş uşaqlar Novruzun rəmzlərindən olan qalanmış tonqalın ətrafında dövrə vurub oxuyur, oynayırdılar.
    Məktəbin tarix müəllimi Kifayət Məmmədova Novruz günlərində hamıya xoş, firəvan həyat arzuladı.
    Uşaqlar Novruza, bahara aid şeirlər söylədilər. Balaca fidanların ifasında biri-birini əvəz edən “Bahar gəlir”, “Hakışta”, “Arşın malalan” komediyasından parçalar səsləndi. Zəhra Əhmədlinin, Fatimə Kərimovanın, Zəhra Əliyevanın, Məhəmməd Kərimlinin, Yıldız Akyolun, Yeganə Süleymanovanın və Murad Abdullayevin oynadıqları milli rəqslər və mahnılar şənliyi daha da gözəlləşdirirdi. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Təhsil “TƏHSİLDƏ KEYFİYYƏT İLİ” üçün şərhlər bağlıdır

    Tehsil_Nazirliyi96e695cd80c9800966a1e42d08f8b027Təhsil Nazirliyinin müvafiq sərəncamı ilə 2017-2018-ci tədris ili respublikamızın bütün ümum-təhsil məktəblərində “Təhsildə keyfiyyət ili” elan edilmişdir. Cari dərs ilinin əvvəlindən respublikamızın hər yerində olduğu kimi, Tərtər Rayon Təhsil Şöbəsində də “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrasına başlanılmışdır.
    Bununla bağlı hər bir məktəbdə maarifləndirmə işləri aparılmış, görüləcək işlərə dair tədbirlər planı hazırlanmış və Təhsil Şurasında müzakirə edilmişdir.
    Rayon məktəbləri üzrə buraxılış imtahanlarının nəticələri, son 3 ildə ali məktəblərə qəbulun vəziyyəti, ayrı-ayrı fənlər üzrə təlimin keyfiyyət göstəriciləri təhlil olunmuş, məktəblərin reytinq cədvəlləri hazırlanmışdır. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Təhsil UŞAQLARA HƏDİYYƏLƏR PAYLANDI üçün şərhlər bağlıdır

    DSC_8951 (Копировать)usaqlaraUşaq gənclər inkişaf mərkəzinin müəllim və şagird kollektivinin iştirakı ilə “Xoş gəlmisən, Yeni il” adlı tədbir keçirildi.
    Tədbirin aparıcıları–bədii qiraət dərnəyinin üzvləri İlahə Əkbərova və Fəridə Baxışzadə sözü mərkəzin direktoru Ülviyyə Qənbərovaya verdilər. O, Mərkəzin ötən ildəki fəaliyyətindən danışdı.
    Sonra RTŞ-nin metodkabinetinin müdiri İntiqam Nuriyev çıxış etdi.
    Uşaqlar Şaxta Babanı səslədilər. Şaxta Baba Qar Qızla səhnəyə gəldi.
    Müxtəlif dərnəklərin üzvləri Yeni il haqqında seirlər söylədilər, mahnılar oxudular.
    Tədbirdə dərnək rəhbərləri öz ürək sözlərini söylədilər. Şaxta Baba şagirdlərin hər birinə hədiyyələr payladı.

    Kənan HÜSEYNZADƏ

    Teqlər:

  • 10Yan
    Təhsil YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ üçün şərhlər bağlıdır

    DSC_9640 (Копировать)yeni mektebYeni il ərəfəsində rayonumuzun Bayandur kəndində 40 şagird yerlik modul tipli yeni məktəb binası istifadəyə verilib.
    Bu məqsədlə keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov müəllim, şagird və valideynləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsilin tərəqqisinə göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.
    Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Qırx şagird yerlik ibtidai məktəb 5 sinif otağı, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir.

    “Yeni Tərtər”

    Teqlər: