Müəllim sönməyən günəşdir.
(Atalar sözü)
Bəli, müəllim sönməyən Günəşə bənzəyir. İllər keçsə də onun elminin ziyası sönmür. İnsanların bütün həyatını müəllim ziyası işıqlandırır. Belə müəllimlərimizdən biri də Musayeva Könül Sahib qızıdır. Onunla şəxsi tanışlığım olmadığı üçün dərs dediyi şagirdlər və valideynlərdən maraqlandım. Öyrəndim ki, ciddi və tələbkar, tədris etdiyi fənni ürəkdən sevən bir müəllimdir. 1 saylı tam orta məktəbdə coğrafiya fənnini tədris edir.
Könül Musayeva 1978-ci il 4 apreldə Tərtər şəhərində ziyalı ailəsində anadan olub. Bu ailədə 3 övlad Daha ətraflı »
-
20OktTəhsil ZƏHMƏTİN SİLİNMƏZ İZLƏRİ üçün şərhlər bağlıdır
-
08OktTəhsil ƏNƏNƏVİ TƏDRİSƏ BAŞLANILIB üçün şərhlər bağlıdır
Tərtər rayonunda ümumtəhsil məktəblərinin V-XI sinifləri üzrə ənənəvi şəkildə tədrisə başlanılıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev rayonun ümumtəhsil məktəblərində olublar.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ənənəvi tədrisə başlanılması münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar arzulayıb. Gələcəyimiz olan uşaqların azad və firavan yaşaması üçün torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Daha sonra icra başçısı 44 gün davam edən Vətən müharibəsi dövründə Tərtər rayonuna dəymiş ziyan və onun aradan qaldırılması üçün görülən tədbirlər barədə müfəssəl məlumat verib.
Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Daha ətraflı » -
08OktTəhsil Qədəmləriniz uğurlu olsun! üçün şərhlər bağlıdır
BEŞYAŞLILARIN MARAĞI
Artıq ölkəmizin hər yerində balaca fidanlar – beş yaşlılar məktəbə hazırlıq siniflərinə qədəm qoyublar. Müxtəlif oyuncaqlardan ayrılmayan körpələr sanki sehirli bir aləmlə qarşılaşıblar. Şəhər 1 saylı tam orta məktəbin foyesində bir əlində çanta, bir əlində gül-çiçək tutmuş körpələr cərgə ilə sinif otaqlarına doğru addımlayırlar. Sinif otaqları isə əvvəlcədən müxtəlif rəngli şarlarla, şəkillərlə bəzədilmiş, partaların üstünə Azərbaycan bayrağının rəmzi olaraq üç rəngli lentlərlə bağlanmış “məktəbə hazırlıq”hədiyyə bağlaması düzülmüşdür. 5 yaşlılar sinifə daxil olurlar. Hər bir körpənin gözündə heyrət görünür. Ata-analarından ayrılmayan körpələrin qarşısında yeni və maraqlı bir dünya açılır.
Müəllim Ülviyyə Məmmədova beş yaşlıların heyrətli baxışlarını öz üzərinə səmtləndirir. Hələ sual-cavablara öyrəşməyən uşaqlar müəllimin köməkliyi ilə üçrəngli bayrağımız haqqında məlumat öyrənir, sinifdə oturuş qaydalarına əməl etməyə çalışırlar. Rüstəm Quluzadə, Hilal Vəliyev, Leyla Mustafazadə, Rahilə Səfərzadə, Nicat Oruczadə, Daha ətraflı » -
30SenTəhsil TƏBRİK EDİRİK üçün şərhlər bağlıdır
2020-2021-ci tədris ilində rayonumuzun ümumtəhsil məktəblərini onbirinci siniflər üzrə 584, doqquzuncu siniflər üzrə 752 nəfər bitirmişdir. Onbirinci sinif məzunlarından 326 nəfər ali məktəblərə sənəd vermişdir. Onbirinci sinif üzrə 206 nəfər, doqquzuncu sinif üzrə 98 nəfər müxtəlif ali təhsil və orta ixtisas müəsssisələrinə qəbul olunub. Ali məktəblərə sənəd verən məzunlardan 3 nəfər 600-dən, 26 nəfər isə 500-dən yuxarı bal toplayıb. 600-dən yuxarı bal toplayanların 2-si 1 saylı tam orta məktəbin, 1-i isə Hüsənli kənd tam orta məktəbin məzunlarıdır.
-
30SenTəhsil 600-DƏN COX BAL TOPLAYANLAR üçün şərhlər bağlıdır
Xədicə Məmmədova-634 bal
İnsan dünyaya göz açanda yazılmamış vərəqi xatırladır. Böyüdükcə ilk sətirlər yazılmağa başlayır. İnsan ömrünə yazılan sətirlərin ən ürəyə yatanı, işıq saçanı orta məktəb illəridir. Hansıki bu illərdə elmlərin açarını qazanırsan. Elə bir açar ki, həyat yolundakı bütün qapıları aça bilmək üçün yalnız ondan istifadə olunur. 11 il istisinə, soyuğuna öyrəşdiyimiz doğma məktəbdə ürəklərinin odunu, gözlərinin işığını şagirdləri üçün şam edən müəllimlərdən öyrənərək müstəqil həyatda ayaq üstə dayanmağı bacarırıq. Hər il yüzlərlə məzunlarımız tələbə adı qazanaraq valideynlərinə, müəllimlərinə sevinc bəxş edirlər.
Məmmədova Xədicə İlqar qızı 2020-2021-ci tədris ilində 1 saylı tam orta məktəbin məzunlarından biri olmuşdur. O, orta məktəbi müvəffəqiyyətlə bitirmiş, qəbul imtahanında rayonumuz üzrə ən yüksək bal toplamışdı – 634 bal. Bu, müstəqil həyatda Xədicənin ilk – həm də yüksək uğurudur. Sevincinin həddi-hüdudu yoxdur. 11 il çəkdiyi əziyyət öz gözəl bəhrəsini verib. Valideynlərinin və müəllimlərinin etimadını doğruldub.Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olub. Özü isə bu barədə deyir: Daha ətraflı » -
30SenTəhsil üçün şərhlər bağlıdır
Alsu Əsədova-627 bal
Əsədova Alsu Xəqani qızı şəhər 1 saylı tam orta məktəbin rus bölməsində təhsil alıb. Oxuduğu sinifdə o, həmişə yoldaşlarından fərqlənib. Müəllimlərin gündəlik tapşırıqlarını məsuliyyətlə yerinə yetirər, həmişə dərslərə hazırlıqlı olardı. Qarşısına məqsəd qoymuşdu ki, böyüyəndə qanunların keşiyində duracaq – hüquqşünas olacaq. 11 illik qayğılı illər artıq arxada qalıb. Alsu ali məktəblərə qəbul olmaq məqsədi ilə imtahan verib və yüksək balla – 627 balla ADA universitetinin hüquqşünas fakültəsinə qəbul olub.
Alsu ailənin tək övladıdır. Buna baxmayaraq anası Billurə müəllim qızının ali təhsil olması üçün ciddi tələbkarlıq göstərib. Bu gün isə bir valideyn olaraq onun zəhməti öz bəhrəsini verib. Qızı universitet tələbəsi adını qazanıb.
Alsu özü isə belə deyir:
– Əvvəla mən bu il universitetlərə qəbul olunaraq tələbə adı qazanmış bütün məzunlarımızı təbrik edib, gələcək təhsil illərində onlara uğurlar arzulayıram. Sonda isə mənim müvəffəqiyyət qazanmağımda zəhməti olan – Rima, Rəna, Məlahət, Könül və Solmaz müəllimlərimə öz minnətdarlığımı bildirirəm. Daha ətraflı » -
30SenTəhsil üçün şərhlər bağlıdır
Fatimə Hacızadə-605 bal
Hacızadə Fatimə Zülfüqr qızı Hüsənli kənd tam orta məktəbində təhsil alıb. O təhsil aldığı illərdə müəllim kollektivinin və məktəb rəhbərliyinin etimadını qazanıb. Keçilən dərsləri yaxşı mənimsəməsi üçün müəllimlərə diqqətlə fikir verib, əlaçı şagirdlərdən olub. Oxuduğu illərdə dərslərə və müəllimlərin tapşırıqlarına məsuliyyətlə əməl edərək gələcəkdə həkim olmaq arzusu ilə yaşayıb. Artıq 11 illik məktəb həyatı arxada qalıb. O, ali məktəbə qəbul olmaq üçün IV qrupda imtahan verib, yüksək balla –605 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. Fatimə bu xəbərin sevincini ilk olaraq anası Ülviyyə və kimya fənnini ona sevdirən Məsləhət müəllimlə bölüşüb. Sonra bütün doğmaları, qohumları, qonşuları, dostları onun bu sevincinə şərik olublar.
Fatimə ilə söhbətdə bildirdi ki, Ali təhsil almaq üçün hazırlaşan vaxt çox həyəcanlanırdım, qəbul ola bilməyəcəyimdən qorxurdum. Lakin, ata-anam inad edirdilər ki, hökmən həkim olmalısan. Onların bu inadı mənim daha çox çalışmağıma səbəb olurdu. İndi sevinirəm ki, valideynlərimin dəstəyindən istifadə edərək çalışdım və qəbul oldum. Sevinirəm ki, onların da arzusunu yerinə yetirmişəm. Daha ətraflı » -
20SenTəhsil Rayonumuzun ziyalıları üçün şərhlər bağlıdır
ŞAM ÖMRÜ YAŞAYAN MÜƏLLİM
”Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Heydər Əliyev
“Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır”.
Mustafa Kamal Atatürk
“Mənə bir hərf öyrədənin köləsi olaram”.
Həzrəti ƏliLap çoxdan, digər uşaqlar kimi, mən də elə bilirdim ki, müəllim çörək yemir, çay içmir. Onlar yalnız tərbiyə vermək və elm öyrətmək üçün budünyaya gəlmişlər. Bu fikir ona görə formalaşmışdır ki, Daha ətraflı »
-
18İynTəhsil MƏZUNLAR TƏBRİK OLUNDU üçün şərhlər bağlıdır
İyunun 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 569 nəfər şagird XI sinfi, 873 nəfər şagird isə IX sinfi bitirir.
XI sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimlərin iştirakı ilə ümum təhsil müəssisələrinin həyətyanı ərazilərində sosial məsafə gözlənilməklə açıq hava şəraitində təşkil olunan “Son zəng” tədbirləri Dövlət him-ninin səsləndirilməsi ilə başlandı.
Tərtər şəhər 1 saylı, 5 saylı, 6 saylı tam orta məktəblərdə və 2 saylı məktəb-liseydə təşkil olunan son zəng tədbirlərinə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müstəqil həyata qədəm qoyan məzunlara uğurlar dilədi, dövlətimiz üçün əsl vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi,
təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini qeyd etdi.
Çıxışının sonunda rayon rəhbəri bir daha məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzuladı. -
18İynTəhsil PEŞƏSİNİN VURĞUNU OLAN GƏNC MÜƏLLİM üçün şərhlər bağlıdır
Müəllim peşəsi həm şərəfli, həm də məsuliyyətli peşədir. Hər yerdə müəllim
əməyinin izləri, zəhmətinin bəhrəsi görünür. Ta ilk məktəbə gələndə əlimizə qələm tutmağı öyrədən müəllimdən başlamış elmlərin sirlərini aşılayan müəllimədək hər birinin öz yeri olur ürəkdə. Xatırlananda böyük məhəbbətlə xatırlanır. Böyük məhəbbəti ürəklərdə qazanmaq üçün müəllimin bacarığı, onun şagirdlərə yanaşma tərzi, keçdiyi dərsi öyrətmə səriştəsi və bu kimi xüsusiyyətlər böyük rol oynayır. Bütün bu keyfiyyətlər yeniyetmələrin gələcək həyat yolunda əsaslı rol oynayır.
Hazırda ümumtəhsil məktəblərində öz peşəsinin Daha ətraflı »
Yeni ismarıclar