Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek
    Səhiyyə MÖVSÜMİ XƏSTƏLİKLƏR üçün şərhlər bağlıdır

    Həkim məsləhəti

    Bildiyimiz kimi ilin 4 fəsli var: Yaz, yay, payız, qış. Mən bu fəsillərdə baş verən mövsümi xəstəliklərdən sizə az da olsa məlumat vermək istərdim.
    Yazın gəlişi ilə müxtəlif xəstəliklər özünü biruzə verməyə başlayır. Xüsusilə immun sistemi zəif olan insanlar üçün fəsil dəyişkənliyi daha ağır keçir. Belə ki, qışda fəaliyyətini dayandıran bir çox viruslar bu dövrdə öz fəallığını daha da artırır. Nəticədə həmin şəxslərdə ilk baxışdan qripə bənzər xəstəliklər baş qaldırır. Xəstəliklərin ümumi əlamətləri temperatur, halsızlıq və bədənin müxtəlif orqanlarında ağrılarla müşahidə olunsa da, əslində diqqətli olmaq lazımdır. Çünkü bu əlamətlər başqa bir xəstəliyin carçısı da ola bilər. Bu kimi önəmli əlamətlər lazımı diqqət yetirilmədiyi hallarda sonradan ciddi problemlər yarada bilər.
    Yay fəslində ən çox yayılan xəstəliklər mədə-bağırsaq infeksiyalarıdır. Bu infeksiyalar yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvan məhsulları, çirkli su vasitəsi ilə keçə bilər. Bunun üçün içdiyimiz suların, habelə yediyimiz qidaların yuyulduğu suların təmiz və filtirlənmiş olması əhəmiyyətlidir. Mədə-bağırsaq xəstəlikləri zamanı ishal, yüksək tempe-ratur, ürək bulanma, qusma, qarında sancılar və s. kimi əlamətlərlə müşayiət olunur. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Səhiyyə GAVALININ XEYRİ üçün şərhlər bağlıdır

    Gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 qram gavalını 0,7 litr suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edilir. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızıl gül ləcəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır. İbn Sina qeyd edir ki, gavalı əzilib, dəri üzərindəki yara və dəmrova çəkilsə, fayda vermiş olar. Gavalı yarpaqlarının həlimi ilə ağızı yaxalasanız, boğazdakı iltihab dilçəyə və badamcığa gəlib çıxa bilməz. Gavalı kitrəsindən hazırlanan məlhəm gözün nurunu möhkəmlədir. Şirin gavalı ödü qovur. Gavalı kitrəsini su ilə qatıb içilsə, sidik kisəsindəki daşları parçalayır.

    Teqlər:

  • 21Noy
    Səhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır

    ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİNİN SAYI ARTIB

    2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi hesab olunur.
    Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”. Bu gündə ictimaiyyət xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırılır, xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır. Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir.
    Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.
    Dünyanın bir çox ölkələrində diabet göstəricilərinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Səhiyyə BU BƏLA İLƏ HAMILIQLA MÜBARİZƏ APARILMALIDIR üçün şərhlər bağlıdır

    ƏN YAXŞI HƏLL YOLU NARKOTİKƏ TOXUNMAMAQDIR

    Hamı narkotikin necə ziyanlı olduğu barədə bilir. Buna baxmayaraq, onun toruna düşənlərin sayı çox sürətlə artır. Görünür, narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat çox az adamlarda var. Mənim məqsədim bir həkim olaraq bu təhlükəni gənclərə çatdırmaqdır. Tibbi təcrübə göstərir ki, narkomaniyadan müalicə olunmaq çox çətindir. Narkotikdən asılılıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə başalyır. Lakin onun caynaqlarından qurtarmaq çox az adama nəsib olur. Narkotikdən can qurtarmaq güclü iradə və uzun vaxt tələb edir. Buna görə ən yaxşı həll yolu narkotikə toxunmamaqdır. Narkotik ilk növbədə insanın sağlamlığına ziyan vurur. Narkomaniya orqaniz-min zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün tükənməsinə gətirib çıxarır. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Səhiyyə QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər iştirak edib.
    Aksiyada 165 nəfər qan verib.
    Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara yardım etmək hər birimizin vətəndaşlıq borcudur. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Səhiyyə ÇAĞIRIŞIMIZA TƏLƏSƏNLƏR üçün şərhlər bağlıdır

    Peşəmizdən, çalışdığımız sahədən asılı olmayaraq hər birimizin qarşısında bir məqsəd durur–məsuliyyətli olmaq, xalqa xidmət etmək. Bu, hər bir bəşər övladının müqəddəs vəzifəsidir. Lakin elə insanlar da var ki, onlar bədbəxt hadisələr zamanı, canımızın ağrı-acılı anlarında, qəfləti qəzalarla qarşılaşanda köməkçimizə çevrilərək, hər kəsi düçar olduğu bədbəxtliyin və ya ağrı-acının cəngindən almağa çalışar, həyatda yaşamamıza səbəb olarlar. Bu insanlar “Təcili yardım”ın işçiləridir. Bu sahənin nümayəndələri ümid yerimizə çevrilir, əlac tapmağımıza səbəb olurlar. 

    Çox uzağa getməyək, elə öz rayonumuzda çalışan, çağırışımıza özlərini vaxtında çatdıran “Təcili yardım” şöbəsi ilə bir anlıq tanış olaq .
    Müsahibim “Təcili yardım” şöbəsinin müdiri Gülsarə Camalovadır. Sadəliyi, səmimiliyi ilə fərqlənən həkimlərimizdən biridir. O, təcrübəli bir həkim olmaqla yanaşı ona müraciət edənlərin etimadını qazanıb. Hər bir çağırışda göstərdiyi ilk yardım, həmişə öz müsbət nəticəsini verir. Çalışdığı kollektivdə səmimi bir mühitin yaranmasına nail olub.
    Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Səhiyyə HƏKİM MƏSLƏHƏTİ üçün şərhlər bağlıdır

    DONDURMA:ONUN XEYİRLİ VƏ ZƏRƏRLİ TƏRƏFLƏRİ

    Dondurma dünyanın ən sevimli desertlərindəndir. Bu desert haqqında çoxlu müxtəlif fikirlər var. Müəyyən olunmuşdur ki, dondurmanı ilk dəfə Avropada hazırlamışlar və bunun xususi sirləri vardır. Bu sirlər pillə-pillə bütün dövlətlərə yayılmış və geniş şəkildə istifadə olunmağa başlamışdır. Get-gedə desertin hazırlanması təkmilləşdirilmiş və daha dadlı olan yağlı dondurmalı “plombir” adı ilə hazırlanmağa başlanmış və hal-hazırda da çox ləzzətlə yeyilir.
    Dondurma isti havaların bir nömrəli qidası hesab olunur. Bu dondurmaların hazırlanması üçün vacib olan süd və süd məhsullarından istifadə olunur. Sərinləmək üçün yeyilən dondurmanın insan sağlamlığında əhəmiyyətli rolu vardır. Belə ki, dondurmanın tərkibində A, D, E və B qrupu vitaminləri, həmçinin maqnezium, fosfor, sodium, dəmir və sink kimi minerallar vardır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havada deyil, müntəzəm olaraq istifadəsi uşaqlarda bəzi vitaminlərin çatışmazlığını da aradan qaldıra bilər.
    Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Səhiyyə TİBB İŞÇİLƏRİ GÜNÜ üçün şərhlər bağlıdır

    Tibb İşçilərinin Peşə Bayramı günü münasibəti ilə tədbir keçirildi.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Sonra dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.
    Sonra Mərkəzi Rayon Xəstə-xanasının baş həkimi Yaşar Hüseynov tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişindən və bu günündən danışdı. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Səhiyyə 17 iyun Səhiyyə İşçiləri Günüdür üçün şərhlər bağlıdır

    İNSANLARIN SAĞLAMLIĞI HƏYATİ MƏSƏLƏDİR

    İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. Sağlamlığın keşiyində isə tibb işçiləri durur.
    Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri səhiyyə ilə bağlı idi. Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
    İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan və insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır.
    Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin sərəncamına əsasən hər il 17 iyun ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
    İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli olub. Yeni təşkil olunmuş Nazirliyin qarşısında o vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərlə mübarizə aparmaq, xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr dururdu. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Səhiyyə Xatirələrdə daim yaşayanlar üçün şərhlər bağlıdır

    KAŞ BİR AZ DA ÖMÜR EDƏYDİ!…

    Hərdən düşünürəm, elə bir ixtiyar sahibi olaydım ki, el-obaya gərəkli, xalq üçün lazımlı insanları ölümün cəngindən ala biləydim, ömürlərinə ömür calayaydım. Lakin düşüncəm elə düşüncə olaraq qalır. Ona nə cəsarətim, nə gücüm çatır. Bu, yalnız Ulu Tanrıya məxsusdur.
    Belə bir kövrək notda köklənməyimin bir səbəbi var: təkcə ailəsi üçün deyil, xalq üçün gərəkli bir insanın itkisidir. Tanıdığım, həyatda yoxluğuna təəssüfləndiyim, Tərtərimiz və onun sakinləri üçün gərəkli olan bir həkimin–pediatr Zahid Kərimovun həyatdan gedişi hamı kimi məni də məyus etdi…
    Zahid həkim kimiydi? Yaxşı bilirəm ki, o, uzun müddət rayon uşaq xəstəxanasında həkim və baş həkim işləmişdi. Savadlı, qayğıkeş, hər bir xəstə uşağa həssaslıqla yanaşan pediatr idi. Hələ heç zaman eşitməmişdim ki, Zahid həkimdən narazılıq edən olsun. Hətta bu insan ölümün pəncəsində çırpınan bəzi uşaqlara öz qanından köçürdərək, həyata qaytarıb. Azyaşlı uşağı xəstələnən valideynlər həmişə Zahid həkimi axtarmış, ondan məsləhət almışlar. Bir sözlə, xalqın arxalandığı, güvəndiyi bir insana, həkimə çevrilmişdi Zahid Kərimov. Daha ətraflı »

    Teqlər: