Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Yan
    Milli-mənəvi dəyərlər GƏNCLƏRİMİZ ARASINDA DİNİ MAARİFLƏNDİRMƏNİN ƏHƏMİYYƏTİ üçün şərhlər bağlıdır

    Изображение 138DSC_4793Rəhimli və mərhəmətli Allahın adı ilə!
    İnsanı ən mükəmməl şəkildə xəlq edən Rəbbimizə sonsuz şükürlər olsun.
    Əziz İslam Peyğəmbəri, Hz. Muhəmməd (s) buyurub; “Dörd şeyi, dörd şeyə yetişməzdən əvvəl qənimət bil; 1. Cavanlığı qocalmazdan əvvəl. 2. Sağ-lamlığı xəstələnməzdən əvvəl. 3. Dövləti kasıblıqdan əvvəl. 4. Həyatı ölümdən əvvəl”. (Vəsailüş-şiə, cild 16, səh. 83 ) Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Xəbərlər İDEAL MMC-NİN TƏRTƏR FİLİALININ İKİNCİ BURAXILIŞI üçün şərhlər bağlıdır

    Изображение 086“İDEAL” MMC-nin Tərtər filialında tələbələrin ikinci buraxılışına diplom və sertifikatların təqdim olunması münasibəti ilə tədbir keçirilib. Tədbiri cəmiyyətin Tərtər filialının rəhbəri Taleh Qurbanov acıb. O göstərib ki, “İDEAL” MMC 15 sentyabr 2003-cü il tarixdən Yevlaxda fəaliyyətə başlayıb. 2014-cü ilin dekabr ayının 5-də Tərtər filialı yaradılıb. Cəmiyyətin direktoru Anar Alıyevdir. Tərtər filialında birinci buraxılışda kursu 40 nəfər bitirib, 12 diplom, 28 sertifikat təqdim olunub. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Təhsil SƏMƏD BƏY MEHMANDAROVUN 160 İLLİK YUBLEYİ İLƏ ƏLAQƏDƏR TƏDBİR üçün şərhlər bağlıdır

    Изображение 012Heydər Əliyev Mərkəzində rayonun uşaq yaradıcılıq mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamı əsasında, görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir keçirdib. Azərbaycan dövlət himni ilə başlayan tədbiri uşaq yaradıcılıq mərkəzinin direktoru Ülviyyə Qənbərova açıb. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Digər 20 YANVAR QAN YADDAŞIMIZDI üçün şərhlər bağlıdır

    Изображение 005Heydər Əliyev Mərkəzində şəhər 6 saylı tam orta məktəbin şagirdləri və uşaq yaradıcılıq mərkəzinin kollektivi ilə birgə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar “20 Yanvar qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib.
    Öncə ziyarətçilər kitab sərgisinə, uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə, daha sonra isə Ümummilli Lider Heydər Əliyevin faciəyə sərt etirazını əks etdirən guşəyə baxdılar.
    Daha sonra “Dəyirmi masa”da Mərkəzin direktoru Səlimə Yusibova 20 Yanvar faciəsi haqqında geniş məlumat verdi.
    Sonda isə hadisəni özündə əks etdirən qısametrajlı film göstərildi.

    Teqlər:

  • 22Yan
    Xəbərlər TƏRTƏR İSTEHSALÇILARININ MƏHSULLARI PAYTAXT YARMARKALARINDA üçün şərhlər bağlıdır

    download42015-ci ildə Tərtər əməkçiləri Bakı və Sumqayıt şəhərlərinin yarmarkalarına xeyli miqdarda və müxtəlif çeşidli məhsullar göndəriblər. İl ərzində hər şənbə, bazar və bayram günlərində cəmi 342 ton meyvə-tərəvəz, 90 min dəstə göyərti, 9,5 ton ət, 3,4 ton süd məhsulları, 12 min ədəd yumurta yarmarkalara çıxarılıb. Həmçinin ekologiyanı sağlamlaşdırmaq və yaşıllığı artırmaq məqsədilə 8 min ədəd müxtəlif meyvə tingləri yola salınıb. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Xəbərlər O GÜN AZADLIQ SƏDASI GÖYLƏRƏ QALXDI üçün şərhlər bağlıdır

    Изображение 109Tədbiri YAP Tərtər Rayon Təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova açıb. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xatirə Məmmədova XX əsr tarixinə ən amansız cinayətlərdən biri kimi daxil olmuş faciə ilə bağlı məruzə söyləyib. Məruzədə 20 Yanvara aparan yolun haradan başladığı, meydan hərəkatının yaranması və xalqımızın milli oyanışını, milli ruhunu əzməyə çalışanların vəhşilikləri, dinc əhaliyə qarşı törətdikləri amansız terror aktları əksini tapıb. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Xəbərlər İNZİBATİ ƏRAZİ DAİRƏLƏRİ ÜZRƏ NÜMAYƏNDƏLİKLƏRDƏ HESABAT YIĞINCAQLARI üçün şərhlər bağlıdır

    2015-ci il arxada qaldı. Bütövlükdə dünyamız üçün bu il o qədər də rəvan olmadı. Yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran artdı, yeni münaqişə ocaqları yarandı.
    Bunlara baxmayaraq, ötən il Azərbaycan bütün sahələrdə uğurlarını artıra bildi. Xüsusilə qeyri-neft sektorunun inkişafına önəm verildi, “Kənd təsərrüfatı ili” çərçivəsində aqrar sahənin səmərəliliyinin yüksəldilməsi üçün müəyyən tədbirlər görüldü. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Xəbərlər TƏKLİFLƏR SƏSLƏNDİRİLDİ üçün şərhlər bağlıdır

    Изображение 025Изображение 026Tarixə qovuşan 2015-ci il Mamırlı və Poladlı kəndlərinin sakinləri üçün uğurlu illərdən birinə çevrildi. Məhz bu ildə həmin kəndlərin qazlaş-dırılması başa çatdı və bununla da əhalinin ən böyük problemlərindən biri həll olundu. Sosial məsələlərin həlli ilə yanaşı iqtisadiyyatın möhkəmləndirilməsi, hey-vandarlıq və əkinçilik məhsulları istehsalının atırılması da diqqət mərkəzində saxlanıldı. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Xəbərlər GÖRÜLƏN İŞLƏR MÜSBƏT QİYMƏTLƏNDİRİLDİ üçün şərhlər bağlıdır

    Изображение 005Изображение 003Hacıqərvənd kənd İnzibat Ərazi Dairəsi üzrə nümayəndəlik rayonumuzun iri yaşayış məntəqələrindən biri olmaqla ərazisi 1271 hektar, yerli əhalisi 2867 nəfər, ailə təsərrüfatlarının sayı 686-dır. Ərazidə 247 nəfərdən ibarət 79 məcburi köçkün ailəsi məskunlaşmışdır.
    Bu günlərdə keçirilən hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi Vəli Əliyevin ötən il ərzində görülən işlər barədə hesabatı dinlənilib və qarşıda duran vəzifələr müzakirə edilib. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Xəbərlər QARŞIDA DURAN VƏZİFƏLƏR üçün şərhlər bağlıdır

    Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi Dəmirçilər və Ağkənd kəndlərini əhatə edir. Burada keçirilən hesabat yığıncağında nümayəndə Zəqəm Ağayev göstərib ki, bu iki kənddə təsərrüfatların sayı 510, ərazi vahidinin sahəsi 1810 hektar, əhali 2141 nəfərdir. Sakinlərin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Əkin sahəsi 664 hektardır. Ötən ilin yay mövsümündə suyun ermənilər tərəfindən kəsilməsi işdə çətinliklər yaratsa da adamların ciddi cəhdi nəticəsində əkin sahələrinə qayğı ilə qulluq edildi, buğda, arpa, yazlıq bitkilər sahələrindən və yoncalıqlardan kifayət qədər məhsul tədarük olundu. Əldə olunan məhsullar əvvəlki illə müqayisədə xeyli çoxdur. Daha ətraflı »

    Teqlər: