Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn
    Digər “ANCAQ VƏTƏN SEVGİSİ” üçün şərhlər bağlıdır

    Изображение 135Aprel ayının əvvəlində baş vermiş hadisələr bir daha sübut etdi ki, ordumuz qüdrətlidir və düşmənə qalib gəlməyi bacaran oğullarımız var.
    Nağıyev Zaur Nizami oğlu da Milli Ordumuzun tərkibində xidmət edən belə oğullarımızdan biridir. Zaurun uşaqlığı I Qarabağ savaşının aparıldığı bir vaxta təsadüf etmişdir. O zaman hələ erməni fitnəkarlığını yaxşı anlamasa da, müharibənin dəhşətlərini öz gözləri ilə görürdü. “Qrad” qurğularından, “Alazan” tipli raketlərdən şəhərin atəşə tutulması, insanların həlak olması, yaşayış məntəqələrinin dağıdılması onun uşaq təfəkküründə düşmənə qarşı nifrət yaradırdı. Əsgərlik yaşı çatanda vətənə borcunu ləyaqətlə yerinə yetirmişdir.
    Zaur hərbi xidmətdən sonra doğma şəhərimizdə sürücülüklə məşğul olsa da, fikrindən ordu sıralarında çalışmaq keçirdi. Artıq qəti qənaətə gəlib qərarını vermişdi. 2014-cü ilin fevralından müddətdən artıq xidmətdədir.
    Necə oldu ki, yenidən hərbi xidmətdə qulluq etməyə qərar verdin?–sualına düşünmədən cavab verdi:
    –Buna səbəb ancaq Vətən sevgisidir. 20 faizdən artıq torpaqlarımızın işğal altında olması, doğma yerlərimizə gedə bilməməyimiz həmişə məni narahat edirdi. Ona görə də yenidən orduya qayıtdım. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Digər HƏRBÇİ 4 QARDAŞ üçün şərhlər bağlıdır

    IMG-20160617-WA0032Vətən hər kəsin doğulduğu eldən və evdən başlayır! – deyib babalarımız. Bu gün vətənə oğullar böyüdən belə eldən və evdən danışacağıq.
    Bu el cəbhə bölgəsində uşaqdan böyüyə hər kəsin tanıdığı, təmas xəttindən 200 metr məsafədə yerləşən Qapanlıdır. O ev vətənə əsl vətənpərvər oğullar böyüdən Allahverdiyev Şahinin ata ocağıdır.
    Dörd oğul anası olan Tünzalə xanımın ən böyük arzusu övladlarını sağlam, təhsilli, layiqli vətəndaş kimi böyütmək idi. Bu gün ana öz arzusuna çatmışdır. Milli Ordumuzun dörd hərbcisi olan Nicat, Rusif, Anar, Nəriman qardaşlarını təkcə kənd sakinləri deyil, oxuduqları Qapanlı kənd orta məktəbinin müəllim kollektivi və hal-hazırda xidmət göstərdikləri hərbi hissələrin zabit və komandirləri də çox sevirlər. Milli Ordumuzun erməni təxribatına cavab olaraq apardıqları Aprel döyüşlərində onlar vətənə olan sevgilərini silaha sarılaraq, Nicat – xüsusi təyinatlılarda, Rusif ağır artilleriyada – top komandiri kimi. Anar TŞK -da – manqa komandiri kimi, Nəriman isə havadan müdafiə hərbi hissəsində bir daha sübut etdilər.
    Bax, budur vətəndaşlıq borcu və vətənpərvərlik hissi! Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Xəbərlər ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ üçün şərhlər bağlıdır

    2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Təəssüf ki, indi bu mövzu biz azərbaycanlılar üçün də ən ağrılı mövzulardan biridir. Ermənistanın ölkəmizə təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və köçkün yaşayan ölkəsinə çevirib. Dövlətimizin qayğısı ilə bu gün məcburi köçkünlərin sosial problemləri uğurla həll olunur.
    Bu problemlərin həlli istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Böyük öndərin 1998-ci ildə qəbul etdiyi “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlayıb.
    2003-cü ildən başlayaraq Prezident İlham Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Səhiyyə Təbrik edirik! üçün şərhlər bağlıdır

    ZƏHMƏTƏ VERİLƏN YÜKSƏK QİYMƏT

    Изображение 065Həyatda peşələr çoxdu. Kim hansı peşəni seçib, ona ürəkdən bağlanırsa, insanların sevimlisinə çevrilir. Bax, elə rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinin tibb bacısı Fazilə Əliyeva kimi.
    Fazilə xanım haqqında qısa arayış: O, 1959-ci ildə rayonumuzun Qaradağlı kəndində anadan olub. Orta təhsilini də yaşadığı kənd məktəbində alıb. 1978-ci ildə Mingəçevir şəhərindəki tibb texnikumunu bitirib. Tərtər rayon mərkəzi xəstəxanasının vərəm xəstəlikləri şöbəsində işə başlayıb. Gənc tibb bacısı həmişə çalışıb ki, həm işlədiyi kollektivin, həm də xəstəxanaya gələn xəstələrin hörmət, izzətini qazansın. Buna nail olub da.
    Artıq 16 ildir ki, cərrahiyyə şöbəsində tibb bacısı işləyir. Əvvəlki iş yeri kimi, burada da kollektiv arasında böyük hörməti var. Hamı onu həm yaxşı tibb bacısı, həm də yaxşı yoldaş kimi tanıyır.
    Bu günlərdə rayona yayılan şad xəbər Fazilə xanımla yanaşı xəstəxana kollektivinin də böyük sevincinə səbəb olub.
    Ölkə Prezidentinin Sərəncamı ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin tibb bacısı Əliyeva Fazilə Məhəmməd qızı “Əməkdar tibb işçisi” adına layiq görülüb, döş nişanı ilə təltif edilib.
    Fazilə xanım ailəlidir, 3 övladı, 7 nəvəsi var. Belə bir xoş, fərəhli, gündə biz də Fazilə xanımı təbrik edir, ona şərəfli və məsuliyyətli peşəsində müvəffəqiyyətlər arzulayırıq.

    Mirzə Nəsir

    Teqlər:

  • 28İyn
    Milli-mənəvi dəyərlər GƏNCLƏRİ PİS VƏRDİŞLƏRDƏN ÇƏKİNDİRƏK üçün şərhlər bağlıdır

    Изображение 330Изображение 302Bu günlərdə rayon Gənclər Mərkəzində “Narkomanlıq bəşəriyyət üçün böyük təhlükədir” mövzusunda tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil şöbəsinin işçiləri, məktəb direktorları və yuxarı sinif şagirdləri iştirak edirdilər.
    Tədbiri rayon polis şöbəsinin rəisi polkovnik Rauf Məcidov açdı. Mövzu ilə bağlı geniş və ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.
    Təəssüflər olsun ki, bu meyl günü-gündən artmaqdadır. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır.
    Rayon prokuroru Azər Hətəmov, narkoloq həkim Rima Axundova, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, təhsil şöbəsinin psixoloqu Gülxar Abbasova rayonda narkomaniyaya qarşı mübarizə, görülən profilaktiki işlər barədə məlumat verdilər. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Milli-mənəvi dəyərlər ALLAH ORUCLUQ AYINDA BÜTÜN DUALARIMIZI QƏBUL ETSİN! üçün şərhlər bağlıdır

    93AAEDED-EF87-438D-8CF9-E12AD1CFB4AB_mw800_sBismillahir Rəhmanir Rəhim!
    Mehriban və Bağışlayan Allahın Adı ilə!
    “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə surəsi, ayə 238.) Hz. Peyğəmbərimiz (s) buyurur: “Ümmətim Ramazanın xeyrini və yüksək şərəfini bilmiş ol-saydı bütün ilin Ramazan olmasını arzu edərdi”.
    Ramazan hicri qəməri təqvimin 9-cu ayıdır, mənası “yandırmaq” anlamı verən bu ay, sair aylardan öz zəhməti, bərəkəti və insanlara bir insaf aşılaması ilə kəskin seçilir. Çünki oruc ayini məcburi ayindir və ona əməl etmək hər bir müsəlmana vacibdir (xəstələr və səfərdə olanlar istisnadır). Heç bir zaman aclıq, susuzluq və məhrumiyyət görməyən in-san (müsəlman) oruc tutub bu dilin anlada bilməyəcəyi acı hisslərdən xəbardar olmuş olur. Və beləliklə də onda bir rəhmət və insaf hissi əmələ gəlir, o da imkansızlara yardım etməyə başlayır. Elə məhz buna görə də Ramazan ayına Rəhmət ayı deyilir. Mərhəmətli Allahımız özü bəndələrinə qarşı şəfqətli olduğu kimi, hər fürsətdə çalışıb ki, bəndələri də bir-birinə ehtiram göstərə. Bəqərə s. ayə 184-də buyurulur ki, xəstə olub oruc tuta bilməyən müsəlman, bunun kəffarəsini imkansızlara ödəsin. Günə bir yoxsulu doyuracaq qədər fidyə verməklə bir yaxşılıq etsin Allah bəndəsinə. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Mədəniyyət “FİTNƏ” SƏNƏDLİ FİLMİ NÜMAYİŞ OLUNDU üçün şərhlər bağlıdır

    DSC_7969 (3)Изображение 034Tərtər rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Fitnə” filmi nümayiş etdirilmişdir.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi Bölgəsi üzrə şöbə müdiri Nəcəf Əlizadə, rayon ictimaiyyətinin nümayəndələri, müəllim və şagirdlər, rayon dindarları və ziyalılar iştirak etmişlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Umudov çıxış edərək dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin radikalizmə qarşı mübarizədə önəmli təsir gücünə malik olduğunu bildirmişdir.
    Sonra “Fitnə” sənədli filminə baxış olub. Filmin nümayişindən sonra iştirakçılar ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirib, onun hazırlanmasında əməyi olanlara təşəkkürlərini bildiriblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 28İyn
    Təhsil Minnətdarlıq üçün şərhlər bağlıdır

    YAXŞILIQ UNUDULMUR

    Cari tədris ili cəbhə bölgəsində, o cümlədən Tərtər rayonunda yaşayan uşaqlar üçün asan olmadı. Erməni təxribatı nəticəsində aprel ayında baş verən hadisələr, yaşayış məntəqələrinin, hətta məktəblərin belə güclü artilleriya qurğularından atəşə tutulması dərs prosesində müvəqqəti çətinliklər yaratdı. Şagirdlər bu gərginlikdən əziyyət çəkdilər.
    Həmin vaxt uşaqları stresdən qorumaq məqsədilə ən gərgin günlərdə onları Yevlax şəhərinə apardıq. Onlar dərslə-rindən geri qalmasınlar deyə, şəhərdəki 5 saylı tam orta məktəbin direktoru Zərxanım Əhmədovadan bizə köməklik göstərməsini xahiş etdik. Zərxanım müəllimin və onun rəhbərlik etdiyi kollektivin əsl pedaqoqa xas olan yüksək keyfiyyətləri, həmçinin vətənpərvərliyi, insanpərvərliyi uşaqlara erməni vəhşiliyi nəticəsində yaranan psixoloji gər-ginlikdən azad olmağa kömək etdi. Bir neçə gündən sonra onlar rayonumuza qayıtdılar və dərslərinə normal qaydada davam etdilər.
    Övladlarımıza göstərilən qayğını bugünədək unutmuruq.
    Onu da bildirmək istəyirəm ki, Yevlax şəhərindəki 5 saylı tam orta məktəbində təlim və tərbiyə prosesindəki müsbət təcrübə təqdirəlayiqdir.

    Çingiz İsayev,
    Tərtər Rayon İcra

    Hakimiyyəti Başçısı

    Aparatında şöbə müdiri, valideyn

    Teqlər:

  • 13İyn
    Milli-mənəvi dəyərlər İYUNUN 15-i MİLLİ QURTULUŞ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    İYUNUN 15-i MİLLİ QURTULUŞ GÜNÜDÜR

    HeyderEliyev400_11993-cü ilin iyun ayının 15-i – Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtardı. Öz xilaskar missiyası ilə Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyətini – müstəqilliyini təmin etdi. Həmin gün xalqın inadlı tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu.
    Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli dövlətçiliyi-mizin konsepsiyasını yaratdı. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Xəbərlər ALMANİYA – AZƏRBAYCAN: İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ MÖHKƏMLƏNİR üçün şərhlər bağlıdır

    image description

    Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel, vitse-kansler, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel, Alman – Azərbaycan Forumu İdarə Heyətinin sədri Hans-Eberhard Şlayer, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşündə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdi.

    Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkel ilə görüşdə nüfuzlu Avropa dövlətlərindən olan Almaniya ilə respublikamızın sıx əməkdaşlıq etmək niyyətini açıq ifadə etmişdir: “Bu gün xanım Kanslerlə görüş bizə bir daha ikitərəfli gündəliyimizə daxil olan vacib məsələlər, habelə regional məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı verdi. Xanım Kanslerin qeyd etdiyi kimi, biz qarşılıqlı marağa və əhəmiyyətə malik olan bir çox sahələri müzakirə etdik. Əminəm ki, Almaniya – Azərbaycan əlaqələrinin uğurlu inkişafı regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi. Biz bu münaqişənin beynəlxalq hüquq normalari və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyirik”.
    Prezident İlham Əliyev Almaniyada keçirdiyi müxtəlif tədbirlərdə həmçinin Almaniya Bundestaqında Ermənistanla bağlı qətnamə qəbul edilməsi məsələsinə toxunmuş və Azərbaycanın daim qardaş Türkiyənin tərəfində olduğunu bildirmişdir.

    “Yeni Tərtər”

    Teqlər: