Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn
    Şəhidlər Şəhid ailələrinə, qazilərə qayğı həmişə diqqət mərkəzindədir üçün şərhlər bağlıdır

    Rayon rəhbəri 75 yaşlı şəhid anasını ziyarət edib

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Vüqar Allahverdiyevin anası Zənfurə müəlliməni 75 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı Alışarlı kəndində ziyarət edərək, onu təbrik edib, qayğıları ilə maraqlanıb.
    Zənfurə müəllimə uzun illər həyat yoldaşı Azay müəllimlə birgə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olub, onlara “ana”, ”vətən” kəlmələrini öyrətməklə yanaşı, şagirdlərinə də övladları kimi vətənpərvərlik hissləri aşılayıb.
    Ailənin 4 oğul, 1 qız övladı olub. 1973-cü ilin 26 yanvar tarixində anadan olan Vüqar ailənin ikinci övladı idi. Torpaqlarımızın azadlığı uğrunda savaş gedəndə o da döyüşə gedib və 1992-ci ilin 12 noyabr tarixində 21 yaşında Vəng kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
    Bu gün Allahverdiyevlər ailəsinin 4 övladı, 19 nəvəsi olsa da, Vüqarın yeri həmişə görünür.
    İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə Vətən üçün Vüqar kimi oğul böyütdüklərinə görə təşəkkür edib. Zənfurə müəlliməni 75 yaşı münasibəti ilə təbrik edərək ona Tərtər Rayon İcra Hakimiyyətinin təşəkkürnaməsini və hədiyyə təqdim edib. Torpaqlarımızın Vüqar kimi oğullar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.

     

     

     

  • 20İyn
    Təhsil Ümumtəhsil məktəblərində “son zəng” çalındı üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik etdi

     

     

     

     

     

     

    Tərtər rayonunun 34 tam, 10 ümumtəhsil məktəbində “Son zəng” tədbirləri təşkil olunub.
    “Son zəng” tədbirlərində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, məktəb kollektivləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Bu il rayonun ümumtəhsil məktəblərində 668 nəfər şagird 1 sinfi, 998 nəfər şagird IV sinfi, 919 nəfər şagird IX sinfi, 666 nəfər şagird isə XI sinfi bitirir.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhər 1 nömrəli, 5 nömrəli, 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli, Xoruzlu kənd tam orta məktəblərdə, 2 saylı məktəb-liseydə və rayon ərazisində yerləşən Laçın rayon Nərimaniya kənd tam orta məktəbində təşkil olunan “son zəng” tədbirlərində iştirak edib, tədbir iştirakçılarını salamlayıb. 2023-cü ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə “Heydər Əliyev ili” elan olunduğunu, belə bir tarixi ildə məzunların müstəqil həyata qədəm qoyduqlarını vurğulayıb. Daha ətraflı »

  • 20İyn
    Təhsil Qəhrəman Tərtər tələbə qonağımızın gözü ilə üçün şərhlər bağlıdır

    BİZ BURANI TANIDIQ VƏ SEVDİK

    Azərbaycan çox qədim tarixi köklərə əsaslanan bir çox inzibati ərazilərə malikdir. Bu səbəbdən Azərbaycanın region və şəhərlərini daha yaxşı analiz etmək üçün mənim kimi həvəskar bir qrup gənc bir sıra layihələr, düşərgələr və ekskursiyalar təşkil edir və birbaşa iştirak edirik. Bu düşərgələrdən biri qədim yaşayış məskənlərimizdən olan Tərtər rayonuna idi. Bu düşərgə zamanı bizim məqsədlərimizdən biri də regionumuzu daha yaxşı tanımaq və analiz edə bilmək idi. Biz “Tərtər Olimpia Kompleksi”ndə dörd gün keçirərək bir sıra yeni məlumatlar və faktlar öyrəndik. Düşünürəm ki, bunlar çox gözəl təcrübə idi. Daha ətraflı »

  • 20İyn
    Digər TƏMİR-BƏRPA İŞLƏRİ GÖRÜLÜR üçün şərhlər bağlıdır

    İdarəmiz Qarabağ massivində 96.217 hektar əkin sahələrini suvarma suyu ilə təmin etməlidir. Lakin məlum Qarabağ hadisələrindən sonra Sərsəng və Suqovuşan su anbarlarının və magistral sağ və sol kanallarının erməni işğalı altına düşməsi nəticəsində Tərtər, Yevlax, Bərdə və Goranboy rayonlarının yalnız 40 min hektar əkin sahəsini Tərtər çayından qidalanan 3 torpaq kanalı (Təley, Xoruzlu və Xanarx) suvarılmasını həyata keçirə bilirdik.
    Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfər nəticəsində torpaqlarımızın, o cümlədən Suqovuşan Su Anbarının işğaldan azad edilməsi idarəmizin imkanlarını xeyli artırdı. Bununla əlaqədar kollektivimiz qarşıda duran yeni vəzifələri, xüsusilə bərpa-təmir işlərini yüksək səviyyədə həyata keçirərək, bu gün olduqca aktual olan suvarma işlərində fermerlərimizə yaxından köməklik göstərməyə çalışır. Daha ətraflı »

  • 20İyn
    Təhsil MƏZUNLARLA GÖRÜŞ üçün şərhlər bağlıdır

    Cari dərs ilinin son günlərində Sarıcalı kənd tam orta məktəbində çox maraqlı, xatirələrdə uzun müddət yaşanacaq bir görüş keçirildi. Müəllim və şagird kollektivi məktəbin fəxri məzunlarını-ehtiyatda olan polkovnikleytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayılı və bacarıqlı pedaqoq, işlədiyi illər ərzində yüzlərlə şagirdin ürəyinə vətənpərvərlik və ədəbiyyata məhəbbət toxumları səpmiş Bəsti İsmayılovanı gül-çiçəklə qarşıladılar. Görüşdə Tərtər Təhsil Sektorunun nümayəndəsi Müsaməddin Qurbanov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova da iştirak edirdilər.
    Qonaqları salamlayan məktəbin direktoru Vəsilə Mehdiyeva bildirdi ki, qədim Sarıcalı eli özünün məşhur insanları ilə seçilir. Bu görüşün keçirilməsində məqsəd böyüyən nəsli kəndin, eləcə də təhsil aldıqları və cari ildə özünün 90 illiyini qeyd edəcək məktəbin tarixi və məzunları ilə tanış etməkdir. Daha ətraflı »

  • 20İyn
    Təhsil MÜSABİQƏLƏR QALİBİ üçün şərhlər bağlıdır

    Aişə Bayramlı şəhər 1 saylı tam orta məktəbin şagirdidir. O, hələ şagird partasında əyləşsə də, bugündən öz gələcəyini qurmağa çalışır və buna çox gözəl nail olur. Aişənin nailiyyətlərini oxucularımıza onun öz dilindən təqdim edirik.

    Mən 3D oyun dizayneri və sahibkaram. 2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9-cu sinif buraxılış imtahanında 270.1 bal toplayaraq Tərtər üzrə 1-ci oldum. Lakin bundan əlavə bir çox beynəlxalq və yerli müsabiqələrdə iştirak etmiş və qalib olmuşam.
    2021-ci ildə Tərtər-Bərdə-Ağdam rayonlarının ilk ingiliscə gender bərabərliyi mövzusunda tamaşalarında (Drammer) oynamış və fərqlənmişəm. PolyUp Azərbaycan qalibiyəm.
    Qlobal istiləşmə probleminin həll olunması məqsədi ilə layihə hazırlamış və Stanford Universiteti tərəfindən mükafatlan-ırılmışam. Layihəm isə Stanford tərəfindən 2021-ci ilin ən yaxşı layihələrindən biri olaraq elan olunmuşdur.
    Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna əsas Tərtər təmsilçisi seçilmiş və forumda iştirak etmişəm.
    Mərkəzi Amerikada yerləşən Let’sMOD şirkətinin məsləhət şurasındakı 2 şagirddən biriyəm. 3 ilə yaxındır ki, Let’s-MOD şirkətində fəaliyyət göstərirəm və Let’sMOD Azərbaycan İcmasının lideriyəm.
    2022-ci ildə keçirilmiş “Global Let’sMOD Competition”un qalibiyəm. Let’sMOD-ı yuxarı səviyyədə bildiyim üçün şirkət tərəfindən onlayn yay düşərgəsinə dünyanın fərqli ölkələrindən şagirdlərə 3D modelləşdirmə, riyaziyyat, dizayn və s. kimi mövzularda ingiliscə dərslər keçmək üçün dəvət olunmuşdum. Həmçinin “2022 Summer Camp” müsabiqəsində dünya üzrə 1-ci yerə layiq görülmüşəm. Daha ətraflı »

  • 20İyn
    Digər Bizim istedadlılar üçün şərhlər bağlıdır

    ARZUSU RƏSSAM OLMAQDIR

    Istedad özünü insanın hələ kiçik yaşlarından hiss elətdirir. Kimisi musiqiyə, kimisi rəsm çəkməyə, kimisi də elmin müxtəlif sahələrinə meyilli olur. Minayə Həsənlidə də belə olub. O, hələ 5 yaşı olmayanda əlinə keçən ağ kağız üzərində quş, gül, ev və başqa təbiət şəkillərini öz uşaq təxəyyülü ilə çəkərdi. Ata-anasına çəkdiyi şəkilləri göstərib müsbət rəy eşidəndə sevinərdi. Sevincinin həddi-hüdudu olmazdı. O, indi biraz boy atıb, böyüyüb. Hazırda şəhid Mehman Həsənov adına Köçərli kənd tam orta məktəbinin səkkizinci sinfində oxuyur, dərs əlaçısıdır. Gündəlik məşğuliyyəti isə diqqətini çəkən şəkillər üzərində işləməkdir. Minayə həm də rayonumuzdakı Uşaq Gənclər İnkişaf Mərkəzinin fəal üzvlərindəndir. Ya-xınlarda eşitdim ki, o, bir neçə dəfə rəsm müsabiqələrinin qalibi olub. Bu münasibətlə anası Pərvanə xanımla əlaqə saxladım və qızının redaksiyaya gəlməsini xahiş etdim.
    Minayə Həsənli anası Pərvanə xanımla dedikləri vaxt redaksiyada oldular. Qarayanız, suyuşirin bu qızla vurğunu olduğu rəsmlərindən söz açdım. Söhbətimizə hərdən anası da müdaxilə edirdi. Hər ikisi Minayənin çəkdiyi şəkillərin onun üçün önəmli olduğunu bildirdilər. Daha ətraflı »

  • 20İyn
    Digər QURBAN BAYRAMI İNSANLARI MƏNƏN SAFLAŞDIRIR üçün şərhlər bağlıdır

    Bismilləhir Rahmənir Rahim!
    Mehriban və Bağışlayan Allahın adı ilə!
    “Biz hər bir ümmət üçün qurbangah (və ya məbəd) müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (yəni, Bismilləh desinlər). Sizin məbudunuz tək olan Allahdır!..(Həcc surəsi, ayə 34).
    “(Ya Peyğəmbər) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı”…(Maidə s. ayə. 27).
    Yuxarıda qeyd olunan ayələrdən də bəlli olur ki, qurban ayininin çox qədim tarixi vardır. Başlanğıcını Hz. Adəmdən (ə) götürən qurbanvermə adəti sonrakı dönəmlərdə bir neçə formada davam edərək çağdaş zamanımıza qədər davam etmiş və etməkdədir. Qurban sözünün lüğəti mənası belədir: mənəvi baxımdan Uca Allahın hüzuruna yaxınlaşmağa səbəb olan əməl.
    Bu ayədə Rəbbimiz qurban əməlinin tərifini belə edir: “Əlbəttə, onların nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatacaq olan ancaq sizin təqvanızdır”. (Yəni əməlinizdir). Həcc s. ayə 37.
    Qurban insanı Rəbbinə yaxınlaşdıran bir vasitədir. Bu səbəblə də insanlar çox qədim dövrlərdən bəri illahlarına yaxınlaşmaq üçün qurbanlıq ayini icra edirdilər. Tarixən insanlar iki cür qurban verib: Daha ətraflı »

  • 19İyn
    Digər Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib. Dövlət başçısı bildirib ki, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.

    Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.

    Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir.

    Prezident İlham Əliyev deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır.

    Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Daha ətraflı »

  • 17İyn
    Digər Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalı və incəsənət xadimləri haqqında üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyevin fəaliyyəti çoxsahəli və geniş olub. O, Azərbaycan ziyalılarının, incəsənət xadimlərinin yaradıcılığını daim yüksək qiymətləndirir, bu sahənin inkişafı ilə bağlı tövsiyələrini verirdi.

    Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışında Heydər Əliyev deyib: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”

    “Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir.”

    Türkiyə Böyük Millət Məclisində çıxışında Ümummilli Liderimiz fəxrlə söyləyib: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.”

    Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının iclasında səslənən fikirlər Füzulinin azərbaycanlı olduğunu bir daha təsdiqləyir: “Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir.” Daha ətraflı »