Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan
    Şəhidlər Şəhidlərimizin qisası alınıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və rayon prokuroru Əli Qurbanovla birlikdə Hüsənli kəndində şəhid Əmirov Şahin Əhəd oğlunun ailəsini ziyarət edib, ailənin qayğısı və problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri bildirib ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir. Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, şəhid Əmirov Şahin Əhəd oğlu 1961-ci il fevral ayının 23-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Sürücülük ixtisasına yiyələnmiş və yaşadığı M.Ə.Sabir adına sovxozda sürücü işləmişdir. Qarabağ müharibəsi başlananda o, rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilmişdir. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il dekabr ayının 29-da Ağdərə ətrafında gedən döyüşdə şəhid olmuşdur. Evli idi. Yaqut və Nuranə adlı iki qızı var. Şahin Əmirov Hüsənli kənd qəbiristanlığında dəfn olunub. Daha ətraflı »

  • 18Yan
    Digər 7 fevral Prezident seçkiləri günüdür! üçün şərhlər bağlıdır

    Məntəqə seçkilərə hazırdır

    20 saylı Qaraağacı seçki məntəqəsi Qaraağacı kənd tam orta məktəbinin binasında yerləşir.
    Seçkilərin keçirilməsi üçün hazırlıq işləri başa çatıb.
    Məntəqənin sədri Rəşad Qarayev bildirdi ki, burada seçimi siyahılarının dəqiqləşdirilməsi aparılıb, seçici kabinələri quraşdırılıb, ərazidə təbliğat lövhələri yerləşdirilib. Seçkiqabağı təşviqat işlərinin aparılması üçün şərait yaradılıb.

  • 18Yan
    Digər Düzgün seçim etməliyik üçün şərhlər bağlıdır

    Qarşıdan 7 fevral – Prezident seçkiləri günü gəlir. Bir ziyalı, eyni zamanda şəhid bacısı kimi mən qərarımı növbədənkənar seçkilərin keçirilməsi barədə xəbər verildiyi ilk gündən müəyyən etmişəm.
    Hesab edirəm ki, vətəndaşlarımzın əksəriyyəti də mənim kimi düşünür. Biz 30 ildən artıq bir müddətdə səmamızı bürüyən qara buludları dağıdan, öz siyasətilə ölkəmizdə sülhü və əmin-amanlığı bərqərar edən möhtərəm Prezidentimizə, cənab İlham Əliyevə səs verəcəyik.
    “Mən hər bir vətəndaşın Prezidentiyəm”, – deyən cənab İlham Əliyev öz fəaliyyəti ilə hər gün bunu təsdiq edir. Hər dəfə onu işğaldan azad olunmuş yerlərdə görəndə, burada aparılan abadlıq-quruculuq işlərinin şahidi olanda, ürəyimiz dağa dönür, qürur hissi keçiririk. Ona görə ki, ermənilərin bizə qarşı törətdikləri vandallıq hərəkətlərinin izləri sürətlə aradan qaldırılır, dağıdılmış, viran qoyulmuş kəndlər, şəhərlər müasir qaydada yenidən tikilir.
    Mən görülmüş və gələcəkdə görülən işlərə səs verəcəyəm. Ona görə ki, Prezident seçkilərindən sonra Azərbaycan tarixinin yeni, çox mühüm və əhəmiyyətli bir mərhələsini yaşayacaq.
    Bir şəhid bacısı kimi bildirmək istəyirəm ki, övladlarımız, əzizlərimiz, doğmalarımız bu Vətən, torpaq yolunda şirin canlarından keçiblər. İndi Vətənin gələcək taleyi bizim vətəndaşlıq mövqeyimizdən, birliyimizdən, seçkilərdə fəal iştirakımızdan asılıdır.
    Tərtərlilər hər zaman öz vətənpərvərliklərilə seçiliblər. Düzgün seçim etmək də vətənpərvərliyin nümunəsidir. Əminəm ki, rayonumuzda Prezident seçkiləri yüksək səviyyədə keçiriləcək.

    Ziyafət Rüstəmova,
    şəhər 1 saylı tam orta məktəbin
    direktor müavini

  • 18Yan
    Digər Qanlı Yanvardan 34 il ötür üçün şərhlər bağlıdır

    Tarix nə unudur, nə də unutdurur

    1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Bakı şəhərinə hücumu nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edil-miş, 744 nəfər yaralanmış, 4 nəfər soydaşımız isə itkin düşmüşdür. Azərbaycan xalqının iradəsini, azadlıq istəyini boğmağa hədəflənmiş Yanvar faciəsi onların düşündüyünün tam əksinə olaraq milli iradəni, xalqımızın qorxmazlığını, azadlığa can atdığını, Azərbaycan xalqının əsrlər boyu nümayiş etdirdiyi mərdliyi, cəsarəti bir daha gözlər önündə sərgilədi.
    Tariximizin xalq, millət üçün ən agır səhifələrindən birinə çevrilən “Qanlı Yanvar” hadisələri Azərbaycanın müsəqilliyinin həqiqətə çevrilməsi naminə qurban gedən insanların haqqının təcəssüm etdirilməsi məqsədilə ədəbiyyatımızda, kinomuzda, musiqimizdə, təsviri incəsənətdə də özünü göstərmisdir. Daha ətraflı »

  • 18Yan
    Digər BU DÜNYADA BİR QONAĞIQ üçün şərhlər bağlıdır

    Hərənin bu dünyada taleyinə yazılan bir ömür payı var. Sevinci ilə, kədəri ilə, insan təbiətindən doğan özəllikləri ilə dolu bir ömür payı. Deyirlər ömür olumla ölüm arasındakı yoldur. Bu ömür yolunu necə yaşamısansa, doğmalarının, əzizlərinin, iş yoldaşlarının, tanış-bilişlərinin, qonşularının yaddaşında eləcə də qalırsan.
    Bir aya yaxındır ki, redaksiya binasından içəri qədəm qoyan iş yoldaşları bir anlıq ayaq saxlayıb, girəcəkdəki otağa nəzər salırlar. Elə bil bu an qapıdan Elfuzə xanım boylanıb “sabahınız xeyir, necəsiniz” deyəcək, güləş üzü ilə hərəylə bir cür hal-əhval tutacaq.
    O, işə hamıdan tez gələrdi. Həmişə səliqə-səhmanlı otağına əl gəzdirər, fəsil çiçəkləri, gülləri ilə bəzərdi. İşinə çox məsuliyyətlə yanaşardı. Hərdən zarafat edərdim ki, səndə əsl məmur xisləti var. Həmişə cavab verərdi ki, insan gərək dəqiq olsun. Nə gözləməyi, nə gözlətməyi sevmirdi. Redaksiyaya dəvət etdiyi, haqqında yazacağı gənclərlə, müharibə iştirakçıları, qazilərlə, şəhid ailə üzvləri ilə söhbətlərində hər xırda nöqtəni belə diqqətindən qaçırmazdı. Götürdüyü faktlar sonradan ürəyini, ruhunu qoyduğu yazılara çevrilirdi. Və onları cildləyib saxlayardı, nə vaxtsa kitab kimi görmək arzusu ilə… Sağlığında qisməti olmayan bir çox arzuları kimi… Daha ətraflı »

  • 18Yan
    Şəhidlər Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun anım gunu qeyd olundu üçün şərhlər bağlıdır

    Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun anım gunu keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, şəhid ailələri, qazilər və qəhrəmanın ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, qəhrəmanın büstü önünə tər gül dəstələri qoymuşlar.
    Tədbir iştirakçılarına öncə onun həyat və döyüş yolu haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1968-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirib, Azərbaycan Dövlət Politexnik İnstitutunun məzunudur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb.
    Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub. Daha ətraflı »

  • 17Yan
    Mədəniyyət SALAM ŞUŞA, ŞÜКÜR BU GÜNƏ, SƏN AZADSAN! üçün şərhlər bağlıdır

    Şuşaya  ilк səfərimdən sоnra  sanкi bütün təəssüratlarımı şaхta vurub dоndurmuşdu. Nə yaхşı кi, bu səfərin hərarəti о dоnu əritdi…Yaхşımı, pismi ilк səfərimin təəssüratlarını cızma-qara еdə bildim…

    …Bu dəfə də Şuşaya gеdəcəyim хəbər qəfil оldu. Mеdianın Inкişafı Agеntliyindən dекabr ayının 26-da agеntliyin təşкilatçılığı ilə rеgiоnal mеdia numayəndələrinin Şuşaya səfərinə dəvət оlundum.

    Хеyli vaхt idi кi, ürəyimdə yaşatdığım arzum çin оlurdu. Aхır vaхtlar hеç bеlə sеvinməmişdim.  Məmuniyyətlə razılıq vеrib dərin minnətdarlığımı bildirdim.

    Marşurutumuz yеnə həmin Zəfər yоlu idi. Saat 11.30-da artıq Əhmədbəyli кəndində idiк. Amma bu dəfə Allahımızın хоş saatına düşmüşdü. Qış ayı оlsa da təbiətdə bahar havası vardı. Hamımız qış gеyimi götürməyimizə pеşman idiк.

    Qarşımızdaкı Füzuli rayоnunun Əliхanlı кəndi uzun illər düşmənlə təmas кəndi оlub. Bu кəndin tоrpaqları tamamilə minalarla çirкləndirilmiş ərazilərdir. Yоlun sağ və sоlunda düşmənin üçmərhələli müdafiə mövqеlərinə baхdıqca sanкi tоrpaqdan qatil bоylanır, adamı ölüm havası bоğurdu. Burada hələ minalardan təmizlənməmiş nə qədər ərazilər vardır. Daha ətraflı »

  • 15Yan
    Mədəniyyət Şuşam, mənə bir nəğmə de… üçün şərhlər bağlıdır

    O gün, Şuşaya getdiyim gün mən sanki yuxuda idim. Artıq yola çıxmışdıq, Şuşaya istiqaməti göstərən yol nişanları biri-birini əvəz etsə də inanmağım gəlmirdi. İnanmağım gəlmirdi ki,  2021-ci ilin son günü mənə belə bir xoşbəxtlik nəsib olar, mən Şuşamıza səfər edəcək qrupa dəvət alacağam, dağların qucağına sığınan, 30 il övladlarının yolunu gözləyərək günlərini nisgil içərisində keçirən nadir incimizi, Şuşamızı görəcəyəm. Zəfər yoluna çıxdığımız an artıq bütün şübhələrim arxada qaldı. Bəli, biz, bir qrup vətəndaş cəmiyyətinin üzvləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mədəniyyət beşiyimiz, musiqimizin qibləgahı, Qarabağımızın döyünən ürəyi olan Şuşaya təşkil etdiyi  səfərdə iştirak edirdik. Bundan əvvəl Suqovuşana və Xudafərinə edilən səfərlərdə də hər birimiz çox həyəcanlanmış, ermənilərin işğal olunmuş ərazilərdə  törətdikləri vəhşilikləri görərkən erməni vandalizminin hüdudu olmadığına əmin olmuş, insanlıq əleyhinə yönələn bu vəhşilikləri pisləyən Bəyanat qəbul edərək beynəlxalq təşkilatlara və hələ də işğalçını dəstəkləyən dünya dövlətlərinə ünvanlamışdıq. İndi isə Zəfər yolu bizi Şuşaya aparırdı. O Şuşaya ki, onun hər bir azərbaycanlının qəlbində özəl bir yeri var, o Şuşaya ki, onun azad olunduğu gün hər birimizin gözündən bir damla yaş axdı, bu yaş Şuşa işğal olunan gündən bir qübar kimi gözümüzə dolub durmuşdu. O yaş sevinc göz yaşı idi, o yaş artıq bizə Qələbədən xəbər verirdi. Bütün Azərbaycan ayaq üstə idi, Ali Baş Komandanın Şəhidlər Xiyabanından verdiyi o xəbəri dinləyirdi. 44 günün ağırlığına mərdi-mərdanə dözən, müharibənin ən ağır anlarında belə özünü sındıqmayan Ali Baş Komandan ilk dəfə idi kövrəlmişdi və titrəyən səsi ilə xalqını müjdələyərək deyirdi:”Şuşa, sən azadsan, Şuşa biz səni azad etmişik!”

    Daha ətraflı »

  • 12Yan
    Digər Gücümüz cəmiyyətin və xalqın birliyindədir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibə verib.

    Dövlət başçısı bildirib ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.

    Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.

    2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.

    1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

    Prezident İlham Əliyev deyib ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi. Daha ətraflı »

  • 11Yan
    Tərtər RİH-də “100 yaşıma ən böyük hədiyyəm Umudlunun azad edilməsi oldu” üçün şərhlər bağlıdır

    Bu sözləri I Qarabağ müharibəsi şəhidi Məmməd Abbasovun anası Atlas Abbasquliyeva deyib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 100 illik yubileyi münasibətilə onu ziyarət edərkən ana öz ürək sözlərini söyləyib.
    100 illiyini övladlarının, nəvə-nəticələrinin əhatəsində qeyd edən Atlas nənə onu da bildirib ki, Ulu Tanrı hər bir insana müəyyən ömür payı ayırır. Çox şükür ki, ömrü Umudlunun işğaldan azad olunduğunu görməyi ona nəsib etmişdir.
    Umudlunun ilk şəhidi olan Məmməd Abbasov doğma kəndi uğrunda şirin canından keçib, sona qədər övladlarına ata qayğısı göstərə bilməyib. Bu dərd doğmalarını üzüb. Lakin kəndin 30 ildən artıq bir müddətdə işğal altında olması xüsusilə ağır idi. İndi şükür, Umudlu azaddır.
    Görüş zamanı ailə üzvlərinin Umudluya qayıdışından, erməni qəsbkarlarının kənddə törətdikləri vəhşiliklərdən də söhbət gedib.
    Şəhidin qardaşı Fi-ruz Abbasov bildirib ki, düşmən gülləsi Məmmədin düz ürəyindən dəymişdi. O, qardaşının son nəfəsinə çatıb, ancaq vəsiyyətini eşidə bilməyib.
    Onun və yüzlərlə şəhidimizin qisasını Azərbaycan Respub-likasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu aldı.
    Rayon rəhbəri Atlas nənəyə “Təşəkkürnamə”, gül dəstəsi təqdim edib və növ-bəti ad gününü Umudluda qeyd etməyi arzulayıb. Artıq bu, real arzudur. Çünki Böyük Qayıdış başlayıb.

    “Yeni Tərtər”