Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Sen
    Təhsil TƏLƏBƏ ADINI QAZANMIŞ GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    ONLAR BU GÜN TƏLƏBƏ, SABAH MÜSTƏQİL AZƏRBAYCANIN QURUCULARIDIR

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətində 2024-cü ildə ümumtəhsil məktəblərini bitirərək ali məktəbə daxil olub, tələbə adını qazanmış gənclərlə görüş keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, məktəb direktorları, tələbə adını qazanmış məzunlar və valideynlər iştirak ediblər.
    Görüş rayon icra hakimiyyətinin akt zalında keçirilib.
    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqla-rımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, öncə tələbə adını qazanmış bütün məzunları ürəkdən təbrik edib. Onlara gələcək təhsillərində uğurlar diləyib, doğma vətənimiz–müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə yüksək bilikli mütəxəssislər kimi öz töhfələrini verməyi arzu edib.
    Sonra rayon rəhbəri Ulu Öndərin “Təhsil millətin gələcəyidir”, ”Mən dünyada müəllimlikdən yüksək ad tanımıram” kəlamlarını yada salıb, qeyd edib ki, bu sözlər müəllim əməyinə verilən ən yüksək dəyərdir. Daha ətraflı »

  • 11Sen
    Hərbi vətənpərvərlik Aişə Bayramlı “UWS Mostar”da təhsil alır üçün şərhlər bağlıdır

    Aişə Bayramlı 9 may 2008-ci ildə Tərtər şəhərində anadan olub, 16 yaşı var. Tərtər şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. Bu yaxınlarda dünya nüfuzlu “Beynəlxalq Bakalavriat (IB)” məktəbi olan, dünyanın bir çox ölkələrindən xüsusi istedadlı gənclərin təhsil aldığı “UWC Mostar”a 50% təqaüdlə 11 və 12-ci sinif təhsili almaq üçün qəbul edilib və həmin məktəbə qəbul olan ilk azərbaycanlıdır.
    Aişə deyir:
    –Xəyalım “UWC” kimi nüfuzlu bir məktəbdə qarabağlı bir gənc olaraq Vətənimi təmsil etmək, gələcəkdə “Kompüter Elmləri” ixtisası üzrə təhsil almaq, həmçinin müharibə şəraitində böyümüş bir gənc kimi ölkəmin ucqar bölgələrində yaşayan gənclərin texnologiya savadlılığının, innovasiya və təhsilə inamının artırılmasına dəstək göstərməkdir. Ümid edirəm ki, bu xəyallarımı gerçəkləşdirə və uğurlu “UWC” məzunları siyahısına qoşula bilərəm.
    “UWC” məzunları arasında Hollandiya kralı Uilyam Aleksandrı, OpenAI şirkətinin Baş Texnologiya Direktoru Mira Muratini, BMT-nin Dünya Qida Proqramının direktoru Marina Katenanı, hazırkı Kanada Baş nazirinin müavini və İqtisadiy-yat naziri Kristia Frilandı, Danimarkanın sabiq xarici işlər naziri Lene Feltman Esperseni, Almaniya, Hollandiya, Böyük Britaniya və sairə ölkələrdəki parlament üzvlərini, Kanada Hava Yollarının keçmiş sədri Robert Miltonu, Nokia Korporasiyasının keçmiş sədri Yorma Ollilanı, Yale Universitetinin professoru Şevket Turavanı, Oxford Universitetinin professoru Federiko Vareseni, həmin universitetin kafedra müdürlərindən Conatan Miçini və başqalarını qeyd etmək olar. Daha ətraflı »

  • 11Sen
    Xəbərlər Rayon rəhbərinin səyyar qəbul-görüşləri üçün şərhlər bağlıdır

    Əlaqədar qurumlara tapşırıqlar verilib

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İƏD üzrə nümayəndəliyin Bayandur kəndində keçirilib.
    Qəbulda YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iş-tirak ediblər. Əvvəlcə icra başçısı məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş xatirə löv-həsinin önünə gül-çiçək dəstələri düzüb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Bayandur kəndində görülən işlərdən, sakinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
    Qeyd olunub ki, Bayandur kəndinin 219 hektar ərazisi, 140 təsərrüfatı, 616 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 ticarət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 224 baş iribuynuzlu, 400 baş xırdabuynuzlu heyvan, 3400 baş quş, 30 arı ailəsi saxlayırlar.
    Son üç ildə Bayandur kəndində kəndarası yollar 1 km məsafədə təmir olunub, su arxları 1 km məsafədə lildən təmizlənib, suvarma suyu üçün 1 ədəd subartezian quyusu qazılıb, kənd ərazisində 1000 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb. Daha ətraflı »

  • 11Sen
    Kənd təsərrüfatı RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    ÜMİDLƏR DOĞRULACAQ

    Pambıqçılıq çətin və məsuliyyətli bir sahə olsa da, Tərtər rayonunda təsərrüfatın bu qoluna maraq çoxdur. Ona görə ki, illərin təcrübəsi var: insan bütün çətinliklərə sinə gəlib zəhmətinin əvəzini görəndə, gəliri yaxşı olanda, evinə yaxşı qazanc, ruzi-bərəkət aparanda heç bir çətinlik gözünə görünmür.
    Elə bu il də tərtərlilər ümumilikdə Ağdərə rayonu ilə birlikdə 2436.53 hektar ərazidə pambıq əkiblər. İstehsalçılar müqavilələri MKT İK MMC-nin Tərtər filialı, “Azərpambıq” ASK MMC-nin Pambıq istehsalı və tədarükü məntəqəsi və “Elakoton” MMC ilə bağlayıblar. Rayon üzrə ən çox müqavilə MKT ilə bağlanıb. 364 nəfər bu MMC-yə daha çox güvənib.
    Vaxt yetişdikcə pambıq əkən fermerlərin həyəcanı da artır. Bunun səbəbləri var. Cari təsərrüfat ili pambıqçılar üçün heç də əlverişli olmayıb. Xüsusən səpin mərhələsində yağan yağışlar bitişlərin alınmasını gecikdirib və hətta bəzi fermerlər təkrar əkin aparıblar. Ancaq, necə deyərlər, bunların hamısı arxada qalıb. Hazırda yamyaşıl pambıq tarlalarında son becərmə işləri görülür.
    Tərtərin Poladlı kəndinin sakini İntiqam Əzimov ixtisasca aqronomdur. 7-8 ildir pambıq əkini ilə məşğuldur. Həm nəzəri bilikləri, həm də kifayər qədər təcrübəsi var. Ona görə də özünün dediyi kimi, hər il bu sahə ailə büdcəsinə xeyli gəlir gətirir:
    – Cari ildə çiyid səpinindən sonra sahələri suvardıq. Ardınca başlayan yağışlar isə vəziyyəti çətinləşdirdi. Bitiş gec alındı. Sahələrdə alağın həddən çox olduğuna görə pambıq bitkisini görmək mümkün deyildi. 3 dəfə əllə kətmənləmə apardıq. Bununla yanaşı, kultivasiya, sovkaya, müxtəlif xəstəliklərə qarşı aparılan tədbirlər də vaxtlı-vaxtında görüldü. Şükür Allaha, çətinliklər arxada qalıb. Düzdür, arxayınlaşmamışıq, ancaq artıq demək olar ki, zəhmətimiz bəhrə verəcək. Daha ətraflı »

  • 11Sen
    Təhsil Vətənpərvərlik kitabı… üçün şərhlər bağlıdır

    Haradan başlanır Vətən? Belə bir mahnının olduğunu da bilirəm. Öncə bu suala cavab vermək istəyirəm.
    Vətən anadan başlayır. Onun dilindən başlayır. Vətən atadan başlayır. Onun nəsihətlərindən, öyüdlərindən başlayır.Vətən anlayışı bu qoşa qanadda təşəkkül tapır.
    Bəs vətənpərvərlik? Vətənpərvərlik doğulduğum evdən başlayır. Bu evdən cığırlar ayrılır və sən o cığırlara düşüb böyük yola doğru addımlayırsan. Bəs bu cığırlarda nə var? Burda anamın üzümə toxunan nəfəsi var. Mənə laylay deyən dili var, nəvazişi, şəfqəti, mərhəməti var. Bu şəfqət, mərhəmət, xeyirxahlıq mənim yol yoldaşım olacaq.
    Mənim insanlara münasibətim bu dəyərlərlə ölçüləcək. İnsana mərhəmət, torpağa, dilə sevgi. Canlı nə varsa, şəfqətimlə diriliş tapacaq.
    Atamın öyüdləri, anamın şirin sözləri mənimlə olacaq və Vətənpərvər kimi yetişəcəm.
    Vətənpərvərlik vətənə aid şeirləri əzbərləməklə bitmir. Pafosla vətən sevilmir.Vətən torpağına bir ağac əkməmisənsə və ya əkiləni qorumamısansa, becərməmisənsə, necə deyə bilərsən ki, mən bu ölkənin vətəndaşıyam, mən vətənpərvərəm. Tez-tez özünə sual ver. Mən bu Vətən üçün neyləmişəm, ya da nə etməliyəm sualını…..
    Vətən mənə oğul desə. Məncə, vətənin sənə oğul deməyini gözləmə, sən daima hazır olmalısan. Vətənin dar günündə də, şad günündə də yanında olmalısan. Daha ətraflı »

  • 11Sen
    Təhsil YOLUMUZ QARABAĞADIR üçün şərhlər bağlıdır

    Orta məktəbi müvəffəqiyyətlə bitirən 7 tərtərli gənc Qarabağ Universitetinin tələbəsi oldu

    Bugünkü gənclər Qarabağı böyüklərin sözündən-söhbətindən tanıdılar və qəlbən sevdilər. 44 günlük Vətən müharibəsində qanlarıyla, canlarıyla bu sevgini sübut etdilər. Şəhid oldular, yaralandılar, ancaq düşməni şəhərlərimizdən, kəndlərimizdən qovdular və hər yerdə böyük qürurla, fəxrlə Azərbaycan bayrağını dalğalandırdılar. Şəhidlərimizin, igid oğulların qanı tökülən o torpaqlar hər birimiz üçün müqəddəsdir. Böyük Qayıdış başlayıb. Kimi Qarabağı ziyarət etməyə gedir, kimi qurub-abadlaşdırmağa, kimi isə təhsil ardınca. Qarabağ Universitetini seçən 7 nəfər tərtərli gənc kimi.

    Emil Əhmədli, şəhər 6 saylı tam orta məktəbin məzunu

    Emil 44 günlük Vətən müharibəsi veteranı Elşən Əhmədovun övladıdır. Bir oğul kimi atasının və hər bir Azərbaycan əsgərinin, zabitinin keçdiyi şərəfli döyüş yolu ilə fəxr etdiyini söyləyir.
    Deyir ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ torpaqlarını düşməndən tamamilə azad etdi, milyonların arzusunu həqiqətə çevirdi. O torpaqları abadlaşdırmaq, ermənilərin xaraba qoyduqları şəhər və kəndləri cənnətə döndərmək bugünkü gənclərin vəzifəsidir. Bundan ötrü oxumaq, savadlı kadr kimi yetişmək lazımdır.
    Emil buraxılış imtahanlarından 274,4, ümumilkdə isə 595,9 bal toplayaraq Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə maliyyə ixtisası üzrə daxil olub. O, orta məktəbi qırmızı attestatla bitirib. Arzu edir ki, Universitetdə təhsil aldığı birinci il ingilis dilini yaxşı öyrənib, sonra təhsilini bu dildə davam etdirsin.
    Emil deyir:
    – Xarici dili öyrənməyimiz bizə dünyaya çıxışı təmin edəcək. İndiki dövrdə bu, çox vacibdir. Vətənimizə daha çox xeyir vermək üçün, biz dünya təcrübəsini öyrənməliyik.
    –Atası Elşənin də fikirlərini öyrəndik. O dedi: Daha ətraflı »

  • 11Sen
    Digər Bu barədə düşünmək lazımdır üçün şərhlər bağlıdır

    UŞAQLARDA AQRESSİYA NƏDƏN YARANIR?

    Son zamanlar biz anaların uşaqlarda ən çox narahat olduğumuz, şikayətləndiyimiz vəziyyətlərindən biri də bir anda onların dəyişməsi, aqressiv olması, nəyisə töküb dağıtmaları, qırmalarıdır. Bəzən anlaya bilmirik ki, nə baş verir? Bu zaman nə etməliyik və ya buna səbəb nə olur? Axı, hər şeyin bir səbəbi olur. Uşaqlarda aqressiyanı yaradan səbəb nədir?
    Hər bir şeyin başlanğıcı ailədən gəlsə də, bəzən ətarf mühitin də zərərli tərəfləri uşaqlara təsir göstərə bilir. Xüsusilə uşaqların aqressiv olmaları tək ailəylə bağlı deyil. Bəzən biz analar bunu dərk edə bilmirik. Həyatın qovhaqovunda uşaqlarımıza lazımınca önəm verə bilmirik, onlarla bolluca zaman keçirə bilmirik. Çöldəki problemlərimizi evə qədər gətirib çıxarırıq və övladlarımız da buna şahid olur.
    Bəzən isə bu, tək ailəylə, mühitlə bağlı olmur, sırf uşağın özüylə bağlı olur. Ümumiyyətlə, uşaqlarda aqressiya, gərginlik kimi hallar onlar özlərini ifadə edə bilməyəndə də baş verir. Məsələn, hələ danışa bilməyən uşaq nəyisə deyə bilmir, başa salır, valideyn onu anlamayanda isə o əsəbləşir. Başlayır ağlamağa . Yaş sindromlarında da aqressiya özünü büruzə verir. Ən çox 3 yaş sindromunda bunu görürük. Bu yaşda uşaq daha çox öyrənməyə meylli olur. Uşağımızın marağı və bizim “olmazımız” arasında qarşıdurma yaranır. Biz valideynlər bunun həllini tapa bilmədikdə uşaqda qəzəb hissi yaranır. Belə olanda uşaq aqressivləşir. Yeniyetməlik yaş sindromları da bəzən bunlardan qaynaqlanır. Mühit dəyişkənliyi olanda da belə hallar olur. Bizim üçün adi gələn şeylər uşaqlar üçün bəzən ağır olur. Yaxın adamını itirməyin, ev dəyişmənin, nənə-babayla yaşayan bir uşağın birdən-birə onlardan ayrılmasının təsiri olur. Öyrəşdiyi əşyalar, evin qoxusu, təbii ki, bu, onu narahat edir. Əvvəl vərdiş etdiyi, oynadığı oyuncaqların yeri dəyişir və onu tapmayanda aqressivləşir, ətrafına, bəzən də özünə zərər verir. Başlayır oyuncaqlarını qırmağa və ya evdə hansısa əşayaya ziyan vurur. Bəzən valideynlərini dişləyir, çimdikləyir, qışqırır. Bu, bizə o qədər də ağır gəlməsə də, bir uşağın düşüncəsi üçün ağır olur. Daha ətraflı »

  • 11Sen
    Digər Bizə yazırlar üçün şərhlər bağlıdır

    Uşaqlar üçün yeni istirahət məkanı

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhər və rayonlarımızda quruculuq və bərpa işlərinin aparılmasına dair tapışırıq və müvafiq göstərişlərinə əsasən Tərtər rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla aparılır.
    Həmçinin insanların vaxtlarının səmərəli keçməsi üçün binaların qarşısında söhbətgah, oturacaqlar, müxtəfil növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılır. Ötən günlərdə 4 nömrəli uşaq bağçasının və əlillərə inşa edilmiş binanın yanında uşaqlar üçün yeni istirahət məkanı salınıb. Burada uşaqların əylənməsi, oynaması üçün hər cür şarait yaradılıb. Buranın açılışı ən çox uşaqları sevindirir. Valideynlər bildirirlər ki, bizim küçəmiz şəhər mərkəzindən biraz uzaqdadır. Ona görə hər dəfə uşaqlarımızı oradakı parka apara bilmirdik. Bu məkanın yaradılması bizi bu problemdən azad etdi. Digər valideynlər də mənim kimi çox razıdırlar. Küçə sakinləri adından dövlətimizə, rayon rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Əziyyəti keçən hər kəsə təşəkkür edirik.

    Nərgiz Şükürova

  • 11Sen
    Digər Problem həllini tapdı üçün şərhlər bağlıdır

    Qəbiristanlıq hamının üz tutduğu bir məkandır. Ora aparan yol rahat olanda, insanlar da məmnun qalırlar.
    Neçə vaxt idi ki, qəbiristanlıq yolunun pis vəziyyətdə olması kənd sakinlərini narahat edirdi. Yağışlı havada dəfn mərasimlərinin keçi rilməsində çətinlik çəkirdik.
    Rayon rəhbəri kəndimizdə qəbul-görüş keçirərkən məsələni ona bildirdik və köməklik göstərməsini xahiş etdik. Tez bir zamanda problem həllini tapdı. Yol da rahat oldu, ziyarətə gedən insanlar da.

    Yasin Hüseynov,
    İsmayılbəyli kəndinin sakini

  • 11Sen
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Tərtər-Suqovuşan avtomobil  yolunun ətrafı təmizlənib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər-Suqovuşan avtomobil yolunun ətrafında təmizlik aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin kollektivləri aktiv iştirak edib.