Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar
    Digər AZƏRBAYCANIN QƏHRƏMAN OĞLUNU DÜNYA TANIYIR üçün şərhlər bağlıdır

    Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
    Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
    Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
    19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər O, XALQIMIZIN FƏXRİDİ üçün şərhlər bağlıdır

    Mübariz, sən Vətənimizin fəxrisən. Sən əsl qəhrəmansan. Azərbaycanın hər bir guşəsində məktəblilər səni anırlar.
    Bu gün təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sənin qəhrəmanlığından danışırlar.
    Sən bilə-bilə şəhidliyə doğru getdin. Şəhid oldun ki, biz rahat yaşayaq və yaxşı oxuyaq. Biz səni heç zaman unutmayacağıq.

    Günay ƏLİZADƏ,
    şəhər 1 saylı tam orta məktəbin III sinif şağirdi

    Teqlər:

  • 07Mar
    Digər QARADAĞLI FACİƏSİ üçün şərhlər bağlıdır

    1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı.
    Bu soyqırımı ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri qətlə yetirilib.Ümumilikdə Qaradağlı soyqırımında kənd 117 övladını itirib, onlarla insan girov götürülüb. Ermənilər ölənləri silos quyularına doldublar, girovlara dəhşətli işgəncələr veriblər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

    Teqlər:

  • 07Mar
    Digər BEYNƏLXALQ ANA DİLİ GÜNÜ üçün şərhlər bağlıdır

    Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.
    Bu günün yaranma tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub.
    Banqladeş nümayəndələri məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi fevralın 21-nin Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər.
    YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

    Teqlər:

  • 07Mar
    Digər MARTIN 5-i AZƏRBAYCANDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
    Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
    Hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycanda idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.

    Teqlər:

  • 07Mar
    Digər RAYONUMUZUN TARİXİNİ ƏKS ETDİRƏN MƏKAN üçün şərhlər bağlıdır

    Tərtər Tarix-diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyət göstərir. İlk açılışı ilə Tərtər Cümə Məscidində öz ziyarətçilərini qəbul edən muzeyin iki işçisi olub. Əşyaları isə kəndlərdən yığıblar. 1994-cü ildən uşaq musiqi məktəbinin yerləşdiyi bəy evinin 1-ci mərtəbəsində 2 darısqal otaqda fəaliyyət göstərib. Eksponatların sayı hazırda 2016-ya çatdırılıb.
    Ötən ilin sonunda rayonumuza səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muzeyin yeni binasının açılışını etdi. Hazırda buranın fondu 8 bölmədən ibarətdir: Nəqqaşlıq (rəssamlıq), heykəltəraşlıq, tətbiqi incəsənət, arxeoloji əşyalar, məişət, etnoqrafiya, fotoşəkillər, mühüm sənədlər və sair.
    Muzeydə 150-dən çox eksponat sərgilənir . Hal-hazırda burada iki xovlu xalça, o cümlədən Azadqaraqoyunlu kəndinin sakini Nubar Mədətli tərəfindən hədiyyə edilən 150 yaşı olan və üzərində ərəbcə “Ya Allah” sözü yazılan xalça tamaşaçı marağına səbəb olur. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər YAŞAMAQ ÜÇÜN TƏBİƏTİ QORUMALIYIQ üçün şərhlər bağlıdır

    Təbiət yaşadığımız canlı aləmdir. Canlı aləmin varlığı, onun yaşaması üçün təbiətin qoynunda daim yaşıllıqlar salmalı, mövcudlarını isə qorumalıyıq.
    Bizim yaşadığımız Tərtər rayonu əzəmətli Murov dağının ətəklərində qərar tutub. Onun çox təmiz havası, münbit torpağı, saf, təmiz suyu var. Bu xüsusiyyətlərinə görə rayonumuz bir sıra yaşayış məntəqələrindən fərqlənir.
    Hal-hazırda rayonumuzun ərazisində 520 hektardan çox sahədə meşəlik var. Bunlar əsasən Borsunlu, Bəyimsarov, Kovdadıq, Xoruzlu, Hüləbətli, İsmayılbəyli, Evoğlu, Mamırlı, Köçərli və digər kəndlərin ərazilərindədir.
    Həmin meşə zolaqları daim qorunur, vaxtaşırı suvarılır.
    Rayon statistika idarəsinin məlumatına əsasən, 2016-ildə Tərtər-Goranboy, Tərtər-Dördyol, Tərtər-Bərdə istiqamətlərindəki yol kənarlarına yaşıllıq məqsədilə 32 min müxtəlif ağac, 1 milyon 300 min həmişəyaşıl və 10 min ədəd gül əkilmişdir. Həmçinin ötən il – 2017-ci ildə həmin istiqamətlərdə daha 40 min ağac, 10 min muxtəlif gül kolları və milyonyarım həmişəyaşıl ağaçlar əkilib. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər HƏMYERLİMİZİN UĞURLARI üçün şərhlər bağlıdır

    Emin İsmayıllının böyük idmana yolu rayonumuzun Azadqaraqoyunlu kəndindən başlayıb. Bu yolda bələdçisi isə tanınmış idman ustası Sabir Zeynalov olub. Yüzlərlə idmançının ilk məşqçisi olan Sabir müəllim Eminin bacarığını və böyük həvəsini görüb, ona bu sahə üzrə təhsil alaraq, idman karyerasını Bakıda davam etdirməyi məsləhət görüb.
    2011-ci ildə Emin Bakıya gəlib və karate ilə məşğul olmağa başlayıb. İndi gərgin məşqlərin bəhrəsi olan titulların və mükafatların hər biri onun üçün çox qiymətlidir. Redaksiyamızda olarkən Emin İsmayıllı dedi:
    –Uşaq vaxtı həddindən çox dəcəl idim. Valideynlərim heç cür aşıb-daşan enerjimin öhdəsindən gələ bilmirdilər. Bir gün atam əlimdən tutub məni Sabir müəllimin yanına gətirdi. Onun rəhbərliyi altında güləşlə məşğul olmağa başladım və həyatımı idmana həsr etmək qərarına gəldim. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Digər Dövlətə və dövlətçiliyə sadiq olan tərtərlilər Azərbaycanın daha xoşbəxt gələcəyini Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdə görürlər üçün şərhlər bağlıdır

    1477257330_ilham-eliyev

    Teqlər:

  • 23Fev
    Digər XALQIMIZ YENİDƏN İLHAM ƏLİYEVƏ ETİMAD GÖSTƏRƏCƏK üçün şərhlər bağlıdır

    Üzvü olduğum Yeni Azərbaycan Partiyasının VI qurultayının qərarı ilə cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini YAP Tərtər Rayon Təşkilatının üzvləri də razılıq hissi ilə qarşılayıblar .
    Bu, hər birimizin ürəyincədir. Çünki Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan günü-gündən inkişaf edir, regionda və beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilir. Ölkəmizdə sabitlik hökm sürür.
    Mən inanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq.
    Bu il ölkəmizdə prezident seçkiləri ilə yanaşı digər mötəbər tədbirlər də keçiriləcək. Azərbaycan Xalq Cümhuriyyəti qurulmasının 100 illiyi, 31 Mart-azərbaycanlıların soyqırımının 100 illiyi, milli ordumuzun yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və s. Tərtərlilər həm bu mötəbər toplantıların keçirilməsində, həm də Prezident seçkilərində fəallıq göstərəcək, xalqın alternativsiz liderinə–İlham Əliyevə səs verəcəklər.

    Surxay VƏLİYEV,
    partiya veteranı

    Teqlər: