Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Fev
    Digər Erməni vəhşiliyinin nəticələri üçün şərhlər bağlıdır

    ƏLİLLƏRİMİZ

    ŞƏHİD RUHLARI RAHAT OLACAQ

    DSC_7642Bərdari Nizami Fərhad oğlu. Bu ad rayonumuzda çoxlarına tanışdı. O, 1968-ci ildə Tərtər rayonunda anadan olub. 1976-1986-cı illərdə Səhlabad kənd tam orta məktəbini bitirib. Təhsilini başa vurandan sonra 1987-89-cu illərdə Rusiyanın Sankt-Peterburq şəhərində hərbi xidmət keçib. Hələ o illərdə Nizaminin çevikliyi, qoçaqlığı komandirlərinin diqqətindən yayınmayıb. Nümunəvi qulluğuna görə valideynlərinə dəfələrlə təşəkkür məktubları gəlib.
    Məlum hadisələr baş verəndə, mənfur qonşularımızın bizə qarşı torpaq iddiası, insanlarımıza verdikləri əzab-əziyyətlər hər bir vətən oğlu kimi Nizami Bərdarini də ciddi narahat elədi. Odur ki, 1992-ci ildə könüllü olaraq milli ordumuzun tərkibinə yazılıb, torpaqlarımızın müdafiəsinə qalxdı. Ağdərə istiqamətində döyüşlərdə vuruşdu, həmin il iyun ayının 12-də sol ayağından ağır qəlpə yarası aldı. Bir müddət hərbi qospitalda müalicə olunandan sonra yenidən cəbhəyə döndü. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər MÜHARİBƏ VETERANLARININ XATİRƏLƏRİ üçün şərhlər bağlıdır

    56566565532jpg555555555jpgElbrus Sadıqov                                                                        Mahmud Mehdiyev          Məlumdur ki, rayonumuz düşənlə 48 kilometrlik təmas xəttində yerləşir. İllərdir insanlarımız mənfur düşmənin hiyləsindən əziyyət çəkir. Böyüklərimiz əkin-biçin aparanda, uşaqlarımız çöl-bayırda oynayarkən dördgöz olurlar. Sanki hansısa bir tərəfdən güllə atılacağını, ya da qəfləti mərmi qəlpəsinin qurbanına çevriləcəklərini düşünürlər. 1988-ci ildən yönü bəri mərd oğullarımız torpaqlarımızın toxunulmazlığı uğrunda ölüm-dirim savaşına qalxaraq bir qarışını belə erməniyə verməyiblər. Şəhid veriblər, sağalmaz yaralar alıblar, amma candan əziz sevdikləri Tərtər torpağını qoruyublar. Bu gün yüzlərlə qazilərimiz var ki, bədənlərində savaşlar zamanı aldıqları yaraların izlərini daşıyırlar. Keçdikləri döyüş yollarının xatirələrini unuda bilmirlər. Hər an torpaqlarımızın azad olunması üçün hazır olduqlarından ürəklə söz açırlar. Onlar Qarabağ Müharibəsi əlili və ya veteranıdırlar. Elbrus Sadıqov və Mahmud Mehdiyev də Qarabağ Müharibəsi veteranlarıdır. Ürəkləri ağrılı-acılı xatirələrlə doludur. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər Gənclər Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    KOLLEKTİVİMİZİN ƏN KİÇİYİ

    DSC_7646İki il əvvəl redaksiyamızda kompüterçi işləmək üçün 3 nəfər müraciət etmişdi. Adəti üzrə hər üçünə sınaq müddəti verildi ki, qəzet proqramını öyrənsinlər. Təcrübəli kompüterçilər öz peşələrini həvəslə onlara öyrətməyə başladılar. Müraciət edənlərdən bir nəfəri–Aysel hər bir incəlikləri tez mənimsəməyə çalışdı. O, orta məktəb partası arxasından yenicə ayrılmışdı. Şəhər 5 saylı tam orta məktəbini bitirmişdi. Bu gün dövrümüz kompüter əsri olduğu üçün Aysel seçimində yanılmamışdı. Çox az bir zamanda lazım olan proqramları mənimsəyərək, kompüterçi işinə qəbul edildi. Onunla birlikdə gələnlərdən fərqləndi, tez bir zamanda qəzet səhifələrini lazım olan səviyyədə qurmağı bacardı.
    Ayselin kollektivimizə daxil olduğu iki il ərzində, o, öz işi, səmimiyyəti ilə hamının sevimlisi olub. Redaksiyadakı digər işlərin görülməsində də yaxından köməklik göstərir. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər TƏBRİK üçün şərhlər bağlıdır

    Şəlalə Əli qızı Əhmədova oğlu Zöhrabı, nəvələri İlkini, Turanı və Nuranı ad günləri münasibəti ilə təbrik edir, onlara cansağlığı, uzun ömür, bəxtəvərlik və səadət arzulayır.

    Teqlər:

  • 31Yan

    Digər üçün şərhlər bağlıdır

    b6c997e99be6db9f0c47404ed9cb4fc8Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdilər.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 31Yan
    Digər 2018-Cİ İL “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ”DİR üçün şərhlər bağlıdır

    MÜSƏLMAN ŞƏRQİNDƏ İLK DEMOKRATİK RESPUBLİKA

    405370089Xalq Cümhuriyyətinin yaradılması bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil.
    Həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Reallıq belə idi. Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı idi, ya da torpağımız parçalanıb bölünməli idi.
    Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. 1918-ci il may ayının 28-də Tiflisdə altı maddəlik “İstiqlaliyyət Bəyannaməsi” elan edildi. Daha ətraflı »

    Teqlər:

  • 31Yan
    Digər Əlillərə necə qayğı göstərilir üçün şərhlər bağlıdır

    BİZƏ OLAN MÜNASİBƏT ÜRƏYİMİZCƏDİR

    00011Yaranışdan insanı qarşıda nələr gözlədiyindən bixəbərdir. Bəlkə də bilinsəydi həyatın öz axarı maraqsız olardı. Amma elə yollar var ki, az da olsa nələrin baş verəcəyini anlayaraq könüllü olaraq üz tutursan, hər əzabına qatlaşırsan. Aldığın zərbələri özünün vətəndaşlıq borcun kimi qəbul edirsən. Vətənimizin ərazi bütövlüyü uğrunda yaralananlar və şəhid olanlar kimi.
    Bu gün ətrafımızda yüzlərlə igidimiz Qarabağ savaşında aldığı yaralardan əziyyət çəkir. Lakin bu ağrılara səbrlə, təmkinlə tab gətirirlər. Belə yaralı igidlərimizdən biri də Qaradağlı kəndində yaşayan Hüseynov Habil Əhməd oğludur. Habil özünümüdafiə batalyonuna yazılanda yaşadığı doğma kəndində kolxoz işlərində çalışırdı. Vətənin dar günü idi. Camaatın başına tökülən qrad qəlpələri, törədilən cinayətlər, axıdılan günahsız qanlar hamı kimi Habili də narahat edirdi. Özü də hərbi xidmətini Rusiyada keçmişdi və hərbi texnikadan anlayışı vardı. 1992-ci ilin noyabr ayında Vətənin qorxmaz bir oğlu kimi batalyonun tərkibində savaşa qoşuldu. Ağdərə ətrafı döyüşlərdə iştirak etdi. Elə həmin ay da Vəng uğrunda gedən döyüşdə ağır yaralandı. O dəhşətli günü xatırlayaraq döyüş yoldaşı Rövşən Məmmədov belə deyir: Daha ətraflı »

    Teqlər:

  • 31Yan
    Digər MÜHARİBƏ VETERANLARININ XATİRƏLƏRİ üçün şərhlər bağlıdır

    MİLLİ ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

    DSC_7503 (Копировать)Məni bu günlərdə gənclərin həqiqi hərbi xidmətə çağırılmasına həsr olunmuş tədbirə dəvət etmişdilər. Burada həmçinin ordudan yenicə tərxis olunan gənclər və Qarabağ müharibəsi veteranları, şəhid ailələri iştirak edirdilər.
    Bugünkü gənclərə baxanda istər-istəməz xəyalım məni bir az keçmişə, özümün orduya çağırıldığım günlərə apardı. 1990-cı illərin əvvəli idi. Ölkəmiz yenicə müstəqillik qazanmışdı. Milli Ordumuz hələ formalaşmamışdı. 1992-ci ildə mən Bakı şəhərindəki hərbi hissələrdən birində qulluq etdiyimə baxmayaraq, rayonumuza qayıtdım və yerli özünü-müdafiə batalyonuna yazıldım. Vətənimiz təhlükədəydi və belə vaxtda əli silah tutan hər kəsin borcu ön cəbhəyə getmək idi.
    Mən də vuruşdum. Bu gün fəxrlə deyə bilərəm ki, Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynov, Vəzir Orucov mənim komandirlərim olublar. Sıravi olsam da, döyüşdə müxtəlif silahlardan istifadə etməyi bacarırdım. Daha ətraflı »

    Teqlər:

  • 19Yan

    Digər üçün şərhlər bağlıdır

    7bb1e7b015cd6fa91f6f62c67df1ac27Azərbaycanın regionları ötən il sürətlə inkişaf etmişdir. Mən ötən il regionlara 30-dan çox səfər etmişəm. Hər yerdə quruculuq-abadlıq işləri göz oxşayır.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 19Yan
    Digər 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI üçün şərhlər bağlıdır

    1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
    2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
    2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 10 yanvar 2018-ci il.

    Teqlər: