Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek
    Xəbərlər 100 YERLİK KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır

    05Şəhərimizin görkəminə xüsusi yaraşıq verən yeni binalardan biri də 100 yerlik körpələr evi-uşaq bağçasıdır. Müasir üslubda inşa edilən ikimərtəbəli bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Binanın ümumi sahəsi 1200 kvadratmetrdir. İçərisində Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu körpələr evi-uşaq bağçasında 31 nəfər Tərtər sakini daimi işlə təmin ediləcəkdir.
    Binada uşaqlar üçün 4 oyun və 4 yataq otaqları, mətbəx, tibb otağı, akt zalı, metodiki, kompüter və digər texniki otaqlar var. Binanın həyətində uşaqların mənalı istirahəti üçün lazımi şərait yaradılıb.

    Teqlər:

  • 27Dek
    Xəbərlər UŞAQ GƏNCLƏR ŞAHMAT MƏKTƏBİ üçün şərhlər bağlıdır

    10Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bir sıra bölgələrində yeni, müasir standartlara cavab verən şahmat məktəbləri inşa olunur. Tərtər rayonunda da yeni uşaq-gənclər şahmat məktəbi istifadəyə verilib.
    Ümumu sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, oyun və iclas zalları var. Məktəbdə yaradılan 8 sinif otağı lazımı avadanlıqlarla təchiz edilib.

    Teqlər:

  • 27Dek
    Xəbərlər TƏRTƏR ÇAYI ÜZƏRİNDƏ KÖRPÜ üçün şərhlər bağlıdır

    cay-7Tərtər çayı üzərində salınan Sarıcalı və Zolgörən kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25 mindən çox sakininin mənzil başına rahat çatması üçün əlverişli şərait yaradıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çayın məcrasından hündürlüyü isə 15 metrdi. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdi. Piyadaların körpüdən rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər iki istiqamət üzrə 1,75 metr enində səkilər tikilib. Tərtər çayının sağ və sol sahilində yaşayan insanlar yeni körpünün salınmasına görə ölkə Prezidentinə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.

    Teqlər:

  • 27Dek
    Xəbərlər KƏND TƏSƏRRÜFATI İDARƏSİ üçün şərhlər bağlıdır

    buYeni inşa olunan binalardan biri də Tərtər Rayon Kənd Təsərrüfatı İdarəsinin binasıdır. Bu möhtəşəm bina Tərtər–Bərdə magistral yolunun sağında yaşıllıqlar qoynunda salınıb. Bina ikimərtəbədən və mansartdan ibarətdir. Fasad hissəsinin aqlay daşı ilə üzlənməsi binanın görkəmini daha da gözəlləşdirir. Yeni bina 28 otaqdan ibarətdir. Hər mərtəbədə iki ədəd sanitar qovşağı var.
    Yanğından mühafizə məqsədi ilə binanın həyətində su hovuzu, otaqları su ilə təmin etmək üçün daha bir hovuz və kanalizasiya xəttinə qoşulmuş şanbo (quyusu var)
    Binada bitki mühafizə idarəsi, toxum müfəttişliyi, texniki nəzarət müfəttişliyi, baytarlıq diaqnostika laboratoriyası yerləşir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Dek
    Xəbərlər “MEDİA ETİKASI VƏ MEDİA HÜQUQU” üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-002%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-032Mingəçevir Media Mərkəzində “Media etikası və media hüququ” mövzusunda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Oğuz və Göyçay bölgələrindən olan jurnalistləri üçün seminar keçirilib. Yayımların Monitorinq Mərkəzi İB-nin təşkilatçılığı ilə baş tutan tədbirdə təlimçi, media eksperti Ələsgər Məmmədli jurnalistlərin informasiya əldə etmək hüququ və ifadə azadlığı, məhdud informasiyalar, dif-famasiya, özəl həyat sirləri, ifadə azadlığının Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qorunma standartları, sosial mediada defomativ ifadələrin məsuliyyəti, etik davranış standartları haqqında ətraflı məlumat verib.
    Seminar iştirakçıları informasiya əldə etmək hüququ ilə bağlı bilgilərini kazusların müzakirəsi zamanı artırmaq imkanı qazanıblar. Onlar adi iş rejimində, ekstremal şəraitdə, qəza zamanı, fövqəladə hadisələrdə jurnalistlərin qarşılaşdığı halları və çətin durumdan çıxış yollarını müzakirə ediblər.

    Teqlər:

  • 27Dek
    Xəbərlər MƏKTƏBLİLƏR ÜÇÜN YENİ İL ŞƏNLİYİ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-069%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-059Azərbaycan Qızıl Aypara Cəmiyyəti Tərtər Rayon Bölməsinin sədri Etibar Heydərovun təşkilatçılığı ilə rayonun təmas xəttində yerləşən Şıxarx-1, Şıxarx-2 və Həsənqaya məktəbliləri üçün BQXK-nın sosial-psixoloji proqram çərçivəsində “Aydın səma altında” əyləncəli yeni il şənliyi təşkil etmişdir.
    Bu əyləncəli proqrama rayon rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılmışdır. Şənlikdə iştirak edən bütün şa-girdlərə yeni il hədiyyələri paylanmışdır. Məktəblilər arasında yarış keçirilmiş, fərqlənən məktəbə BQXK tərəfindən xüsusi hədiyyələr verilmişdir. Həsənqaya kəndi məktəbinə isə yeni il şənliyi üçün hazır yolka bağışlanmışdır. Daha ətraflı »

    Teqlər:

  • 17Dek
    Xəbərlər TƏRTƏRLİLƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ HÜZNLƏ YAD ETDİLƏR üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-138Tərtər şəhərinin Mərkəzi Meydanında Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anım mərasimi keçirildi. Minlərlə rayon sakini Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-122Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində əvvəlcə dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoydular. Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar və foto-stentlərlə tanış oldular. Daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı məruzə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın xilaskarı Heydər Əliyevin vəfatından on üç il keçir. Ulu Öndərimizin, əbədiyaşar Prezdentimizin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Daha ətraflı »

    Teqlər: ,

  • 16Dek
    Xəbərlər “ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ MƏTBUAT” üçün şərhlər bağlıdır

    dsc_1266Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında “Ulu Öndər Heydər Əliyev və mətbuat” mövzusunda tədbir keçirilib.
    Qəzetin baş redaktoru Tofiq Yusif mövzu ilə bağlı məruzə edib. Məruzədə əvəzolunmaz dahi lider parlaq zəka sahibi, dünya miqyaslı şəxsiyyət, geniş masştablı görkəmli rəhbər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olundu. Sonra onun Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən, azad fikir və açıq söz uğrunda apardığı mübarizədən və bu istiqamətdə həyata keçirdiyi önəmli tədbirlərdən bəhs olundu.
    Qəzetin əməkdaşları Əvəz Nəsirov, Elfuzə Vəliyeva və Bəxtilə Əliyeva öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi titanik fəaliyyətdən və mətbuatımıza bəslədiyi səmimi qayğıdan danışdılar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 16Dek
    Xəbərlər HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır

    img-20161207-wa0001Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar “Gedən cismimdir, ruhum sizinlədir” mövzusunda “Dəyirmi masa” keçirildi. Tədbirdə Tərtər Elektromexanika zavodunun keçmiş kollektivinin nümayəndələri və mədəniyyət işçiləri iştirak edirdilər.
    Tədbir iştirakçıları öncə Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoyub, xatirəsini yad etdilər.
    Tədbiri giriş sözü ilə mərkəzin direktoru Səlimə Yusibova açdı və “Dahi Şəxsiyyət” haqqında ətraflı məruzə ilə çıxış etdi.
    Sonra əvvəllər Elektromexanika zavodunun direktoru vəzifəsində çalışmış rayonumuzun ziyalısı, Rauf Həsənzadə Ulu Öndər haqqında, xatirələrini danışdı, Heydər Əliyevin Tərtərdə dəfələrlə olmasından, bu rayon üçün göstərdiyi xidmətlərdən bəhs etdi. Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Xəbərlər TƏRTƏRDƏ 31 MİNDƏN ÇOX TUT TİNGİ ƏKİLİB üçün şərhlər bağlıdır

    dsc_0983-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-095Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tut bağlarının salınması məqsədi ilə Çindən Azərbaycana gətirilən tut tinglərinin 30 mini bölgü əsasında Tərtər rayonuna göndərilib.
    Gətirilən tinglər rayonun Buruc, Əskipara, İsmayılbəyli, Yuxarı Qapanlı, Qarağacı və İrəvanlı kəndləri ərazisində, həmçinin Tərtər Bölgə Təcrübə Stansiyasında əvvəlcədən hazırlanmış sahələrə əkilib.
    Çin Xalq Respublikasından gələn mütəxəssislər tinglərin əkildiyi sahələrdə olub, öz tövsiyələrini verib.
    Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə rayon ərazisində 1357 ədəd tut tingi əkilib.
    Qeyd edək ki, Tərtər rayonunda baramaçılıqla məşğul olan kümçülər bu il 1 ton barama istehsal ediblər. Gələn il isə 4 ton barama istehsalı gözlənilir.

    Teqlər: