Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    Digər üçün şərhlər bağlıdır

    Ilham Aliyev_Azerbaycan qezeti oxuyarken 1_1Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20İyl
    Digər 22 İYUL MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜDÜR üçün şərhlər bağlıdır

    MƏNALI İNKİŞAF YOLU

    Zerdabi Hesen Bey 1 EsassanEkinci qezeti 1 Qezet_0Azərbaycan milli mətbuatının əsası öz dövrünün görkəmli ziyalısı olan Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Bu mətbu orqan xalqımızın maariflənməsində, milli və bəşəri ideyaların təbliğində müstəsna rol oynayıb. Qəzetin əsas məqsədi xalq arasında cəhaləti aradan qaldırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub.
    “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində onun 56 nömrəsi işıq üzü görmüşdü. Qəzetin nəşrinə qadağa qoyulmasına əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub.
    “Əkinçi” qəzeti bağlansa da, onun Azərbaycan cəmiyyətində səpdiyi toxumlar cücərməyə başlayıb. XX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül (1880), “Kaspi (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər 23 İyul 1993-cü il Ağdamın işğalı günüdür üçün şərhlər bağlıdır

    DOĞMA YURDUN HƏSRƏTİ

    Изображение 002aghdam-p1-01–Azərbaycan tarixinə qara hərflərlə yazılan günlərdən biri də 23 iyul 1993-cü il –Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu gündür.
    Bu sözləri redaksiyada mənimlə üzbəüz söhbət edən Ağdam rayonu Şotlanlı kənd sakini Nəzərov Möhlət Salman oğlu dedi. O, 1966-cı ildə anadan olub. Möhlətgil ailədə 10 uşaq olublar –8 qardaş, 2 bacı. Möhlət ailənin böyük oğludur. Gəncə Kənd Tə-sərrüfatı İnstitutunun mexanikləşdirmə fakültəsini bitirib. Ailəlidir, 3 oğlu var. Hər üçü də ali təhsil alıb.
    Möhlət Nəzərov hazırda Tərtər rayonunun Qızıloba kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi işləyir. Deyir ki, ermənilər kəndimizi və bizə qonşu olan İlxıçı, Güllücə, Papravənd kəndlərini tez-tez atəşə tuturdular. Məcbur qalaraq kənddən axşam saat 5 radələrində çıxıb, Ağdərənin Seysulan kəndinə gəldik. Orada 10-15 gün qaldıq. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər Təbrik üçün şərhlər bağlıdır

    MASALLI RAYONUNDA ÇIXAN “YENİ HƏYAT” QƏZETİNİN KOLLEKTİVİNƏ

    Əziz həmkarlarımız! Azərbaycanın müasir media məkanında rayon qəzetlərinin özünəməxsus yeri var. Bu mətbu orqanları bölgənin, rayonun həyatını işıqlandırmaqla, bir növ tarixini yazırlar. 85 illik mənalı və şərəfli yol keçmiş Masallı rayon qəzeti də bu baxımdan bütün dövrlərdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. Kolxoz quruculuğu illərində işıq üzü görən qəzet sərt sovet rejimi dövründə də, bu gün də milli mətbuatımızın ənənələrinə, “Əkinçi” ilə başlanan yola sadiqlik göstərib. “Yeni həyat”ın indiki nüsxələrini oxuduqca biz bunun şahidi oluruq.
    Sevimli dostlar! Yubileyiniz münasibəti ilə sizləri ürəkdən təbrik edirik! Kollektivinizin hər bir üzvünə cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Daim qələminiz iti, sözünüz kəsərli olsun. Azərbaycanımızın, onun gözəl guşəsi olan Masallının yeni həyatından bəhs edən yazılarınızla qəzetin oxucularını sevindirəsiniz.
    Gün o gün olsun ki, hazırda işğal altında olan torpaqlarımızdan və didərgin soydaşlarımızın öz doğma yurd-yuva-larına qayıtma sevinclərindən birgə yazılar hazırlayaq. Cocuq Mərcanlının sağ əli bizim digər dağılmış obalarımızın başına!

    Hörmətlə: Tərtərdə çıxan “Yeni Tərtər” qəzetinin kollektivi

    Teqlər:

  • 20İyl
    Digər ERMƏNİ VANDALİZMİ: ALÇAQLIQ VƏ ŞƏRƏFSİZLİK üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN MƏTBUAT ŞURASI ALXANLIDA YAŞANAN FACİƏ İLƏ BAĞLI BƏYANAT YAYIB

    Şura dünyanın media ictimaiyyətinə çağırış edib

    Azərbaycan Mətbuat Şurası 4 iyul 2017-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin – Allahverdiyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb. Dünyanın me-dia ictimaiyyətinə ünvanlanmış bəyanatda bildirilir:
    “Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu günədək erməni tərəfi bu razılaşmanı daim pozub, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik halları, atəşkəsin pozulması faktları zaman-zaman dünyanın media ictimaiyyətinin də diqqət mərkəzində olub.
    Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində azərbaycanlı mülki şəxslər qətlə yetirilib, xəsarətlər alıb, onların əmlakları dağıdılıb, bir sözlə insan faciələri yaşanıb.
    Belə faciələrdən biri iyulun 4-də erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində bir daha yaşandı. Allahverdiyeva Sahibə İdris qızı, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak oldular, daha bir mülki vətəndaş Quliyeva Sərvinaz İltifat qızı yaralandı. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər TƏRTƏRLİ DİNDARLAR DÜNYA İCTİMAİYYƏTİNİ ERMƏNİ VANDALİZMİNƏ YOX DEMƏYƏ ÇAĞIRIRLAR üçün şərhlər bağlıdır

    Tərtər rayon dindarları iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması ilə əlaqədar bəyanat verib.
    Tərtər Cümə Məscidi Dini İcmasından AZƏRTAC-a daxil olan bəyanatda deyilir: “İyulun 4-ü axşam erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində iki yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın həlak olması bütün Azərbaycan xalqı kimi biz cəbhə bölgəsində yaşayan sakinlərin, eləcə də Tərtər dindarlarının da etirazına səbəb olub.
    Ermənistan silahlı bölmələri atəşkəs rejimini mütəmadi olaraq pozur, təmas xəttinə yaxın yaşayış məntəqələrini atəş altında saxlayır. Ermənistan ordusunun ötən ilin aprel ayında Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Həsənqaya kəndində yaşayan 16 yaşlı Turanə Həsənova da həlak olmuşdu. Nə 2 yaşlı Zəhra, nə də 16 yaşlı Turanə döyüşən əsgər deyildilər. Göründüyü kimi, Ermənistan ordusu vandalizm nümayiş etdirir, günahsız insanların, qadınların, uşaqların qanını tökməkdən çəkinmirlər. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər AZƏRBAYCAN EVİNİN BƏYANATI üçün şərhlər bağlıdır

    Parisdəki Azərbaycan Evi Ermənistan Respublikasının silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayo-nunun Alxanlı kəndinin mülki əhalisinə qarşı törətdiyi qanlı hərbi provokasiyanı qətiyyətlə pisləyir. Bu hərbi müdaxilə nəticəsində Sahibə Allahverdiyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyeva həlak olmuş, başqa bir dinc sakin, Sərvinaz Quliyeva yaralanmış və həmçinin, çoxsaylı mülki infrastruktura ziyan dəymişdir.
    Assosiasiyanın üzvləri faciə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verir və yaralanan qadının tezliklə sağalmasını arzu edir.
    Xatırladaq ki, 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı, azərbaycanlıların yaşadığı 7 rayon da daxil olmaqla Azərbaycan ərazisinin təxminən 20%-i Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Təxminən 1 milyon Azərbaycanlı döğma yurdundan qovulmuş, 20 min nəfər öldürülmüş, 50 min nəfərdən çox insan şikəst edilmişdir. Ermənistanın həbs düşərgələrində işgəncə və təzyiqlərə məruz qalmış dörd mindən (4000) çox azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər MÜHARİBƏNİ İSTƏMƏSƏK DƏ… üçün şərhlər bağlıdır

    Bu günlərdə “Azərbaycan” qəzetində tanınmış rusiyalı ictimai xadim, “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovun “Bakı–həyat ağacı” məqaləsini oxudum. Vaxtilə onun xalqını təmsil edənlər ermənilərlə birlikdə Bakıda yanvar qırğınını törətmişlər. Indi isə Aleksandır Proxanov müasir azərbaycanlılar haqqında belə deyir: “Azərbaycanlılar təbiət etibarilə müharibəyə deyil, ticarətə, vuruşmağa deyil, dostluğa və barışığa meyl göstərən sülhsevər və şən xalqdır. Indi isə yeni ölkədə avanqard arxitekturanın əhatəsində, yeni tarixi və mədəni vəzifələrin təsiri, daim səfərbərliyin təyziqi altında çoxmillətli, yaradıcı, şüurunda öz xalqının misilsizliyi ideyası olan, bəxtinə parçalanmış sərsəm dünyaya harmoniya və həmrəylik örnəyi nümayiş etdirmək kimi tarixi missiya düşmüş yeni Azərbaycan milləti yaranır.”
    Bəli, Azərbaycan bu sərsəm dünyada harmoniya yaratmağa çalışır. Amma hər kəs bilməlidir ki, azərbaycanlılar müharibəni sevməsələr də, lazım gəldikdə, əllərində silah öz vətəndaşlarını, öz torpaqlarını qorumağa qadirdirlər. Körpə Zəhranın və onun nənəsinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, günahsız dinc sakinin yaralanması hər kəsdə qəzəb və nifrət hissi oyadıb. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər ZƏHRA LAYLASI üçün şərhlər bağlıdır

    ermeni-vandalizmi-3-2b7190ba274b8e35378d09f2ebf884deaŞər vaxtı özüylə şər gətirdi. Bir həyətin, bir kəndin, bir elin, külli– Qarabağın, nəhayətdə Ulu vətənin–Azərbaycanın dincliyi, sakitliyi güllələndi. Eyni bəşər övladı olaraq insanın insa-na inamı, etibarı güllələndi. Bəşəriyyətin onsuz da laxlamış mövqeyi bir az da aşağılandı. Haqqa, ədalətə olan inam bir az da qırıldı.
    “Meşəyə insan
    gəlmişdi…”
    Atılan mərmilər bir dinc həyəti üç günahsız insanın qanıyla al qırmızı rəngə boyadı. O rəngə ki, dövlətlərin şərəf rəmzi olan bayraqların bir çoxu öz rəngini məhz ondan almışdır.
    Nə yazıqlar ki, bu məqamda o şərəf deyil, antişərəf rəmzi, bəşər vicdanına bir ləkə idi. İnsana güllə atmaq olmaz. (humanizm, xeyir ölübmü?), qadına güllə atmaq olmaz (şərin təntənəsidirmi?). Nəhayətdə uşağa (körpəyə) güllə atmaq olmaz (zülmün, haqsızlığın, varvarlığın, manqurtluğun son nöqtəsi budur, daha bundan o yanası yoxdur!!!…)
    –Bəs kimə atılmışdı bu güllələr? Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər TÖKÜLƏN NAHAQ QANLARA SON QOYULSUN! üçün şərhlər bağlıdır

    e1e920d1bd4fcb83f91ecf221e54199c737fc6687ec6b748ddf746fc78c4d6cbAzərbaycan! Qəlbi qan ağlayan, ürəyi parçalanan Vətənim! Dağlarına, daşlarına Koroğlu nərəli, Nəbi qeyrətli ər oğullarının əks-səda verən hayqırtısı hopmuş diyar! Torpaqların toxunulmazlığı, ərazilərin bütövlüyü uğrunda canlarından keçmiş minlərlə şəhid övladının narahat ruhlarının dolaşdığı məmləkət! Öz elində, obasında didərginlik həyatı yaşayan, qaniçən ermənilərin zülmünə məruz qalmış yurddaşlarımız! Yüzlərlə vətəndaşının dərdinə tab gətirərək əyilməyən, sınmayan məğrur, Vətənim!
    25 ildir bu dərdə dözürsən! Övladların 25 ildir qaçqın, köçkün həyatını yaşamağa məhkum olub səbr edir. Bu gün dözümün, səbrin tükənən çağıdır. 25 ildir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi beynəlxalq hüququn davamlı olaraq pozulmasıdır və dünyanın görməzliyə vurduğu bu münaqişənin qurbanı olan saysız-hesabsız mülki və hərbçi ailələrinin göz yaşlarının tökülməsinə səbəb olur. Daha ətraflı »

    Teqlər: