Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10May
    Digər Narkomaniya bütün dünyanın bəlasıdır üçün şərhlər bağlıdır

    “SAĞLAM BƏDƏNDƏ SAĞLAM DA RUH OLAR”

    how-to-recognize-drug-addict1Görülən bütün tədbirlərə baxmayaraq, narkomanlıq qarşısı alınmaz yoluxucu bir xəstəlik kimi hər il artmaqda davam edir və bu bəlaya düçar olanların yaşı gəncləşir. Bu o deməkdir ki, narkomaniya yeniyetmələrə və uşaqlara da sirayət etməyə başlayıb. Belə hal isə ən dəhşətli faciələrdən və qorxulu bir tendensiyadan xəbər verir. Bütün dünyanın bəlasına çevrilmiş narkomaniyanın hansı mənbədən qaynaqlanaraq ildırım sürəti ilə artması, cəmiyyətin bütün təbəqələrini əhatə etməsi, bütün yaş baryerlərini aşması səbəbləri bəs nədir? Bunun qarşısını almaq mümkün deyilmi? Həyatda mümkün olmayan şey yoxdur, lakin asan deyil.
    Statistikaya görə ölüm yaşı da cavanlaşır. Onun bir əsas səbəbi də narkomaniyadır. Çox təəssüf ki, böyük həyati təhlükəsi olan bu vərdiş məktəblərdə də yayılmaqdadır. Yazıqlar olsun! Daha ətraflı »

    Teqlər:

  • 10May
    Digər ŞƏHİD AİLƏLƏRİNƏ QAYĞI üçün şərhlər bağlıdır

    DSC_0590Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də şəkildə gördüyünüz Abbasov Maarif İbrahim oğludur. O, 1967-ci il yanvarın 5-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurandan sonra hərbi xidmətdə olub. Bir müddət Tərtər Rayon Texniki Təchizat İdarəsində işləyib. 1993-cü ilin noyabr ayında Azərbaycanın ordu sıralarına yazılaraq ərazidəki hərbi hissədə doğma torpaqlarımızın müdafiəsinə qalxdı. Ağdərə istiqamətində gedən döyüşlərdə, 1994-cü ildə Güllücə kəndində şəhid oldu.
    Bunları mənə Maarifin qardaşı Mobil danışdı. Qeyd etdi ki, qardaşı Maarif 1992-ci ildə ailə qurmuşdu. Arif adlı bir oğlu var.
    Mobil deyir ki, mən də Maariflə birgə ermənilərə qarşı döyüşmüşəm. 1993-cü ildən 1995-ci ilin sonuna kimi hərbidə olmuşam. Daha ətraflı »

    Teqlər:

  • 03May
    Digər Azərbaycan Mətbuat Şurasının bəyanatı üçün şərhlər bağlıdır

    Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, mövcud xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Azərbaycan Mətbuat Şurası, ümumən Azərbaycan jurnalistləri M.Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.

    Hesab edirik ki, xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diqtə etmək iddiasından irəli gəlir. Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub.

    Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər Heydər Əliyev-94 üçün şərhlər bağlıdır

    XALQIMIZIN MİLLİ İFTİXARI

    c86e7-heydarAzərbaycan Respublikasının Ümummilli Lideri, bütün dünya türklərinin əvəzsiz şəxsiyyətlərindən biri, XX əsr dünya siyasətində xüsusi yeri olan, Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan Heydər Əlirza oğlu Əliyevin 94 yaşı tamam olur.
    Heydər Əlirza oğlu Əliyev 1923-cu il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.
    O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb, lakin başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
    1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Dövlət təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dovlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sank-Peter-burq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Daha ətraflı »

    Teqlər:

  • 27Apr

    Digər üçün şərhlər bağlıdır

    651843Biz inkişaf, müasirləşmə yolu ilə getməyə davam edəcəyik. Azərbaycanın davamlı inkişafı neft və qaza deyil, bilik, texnologiya, təhsil, qeyri-neft sektoruna əsaslanmalıdır. Biz regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcəyik ki, bu da öz növbəsində region xalqları üçün böyük imkanlar yaradacaq.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 27Apr
    Digər 23 Aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür üçün şərhlər bağlıdır

    KİTABLARA MÜNASİBƏT NƏ ÜÇÜN DƏYİŞİB?

    2012_08_19_c271b0telefonla-danisan-qizRəsmi məlumatlara görə UNESCO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü elan edilməsi barədə qərar qəbul olunub.
    1997-ci ildən başlayaraq Azərbaycanda bu gün geniş şəkildə qeyd olunur, bununla bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini bildirmək, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaqdır. Əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanılmasına yönəltmək də bu məqsədi şərtləndirən amillərdəndir. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər Tərtər rayon qəzetinin 83 illiyi münasibəti ilə üçün şərhlər bağlıdır

    TARİXİ YAŞADAN QƏZET

    _909283 il əvvəl aprel ayında ilk nömrəsi işıq üzü görən Tərtər rayon qəzetinin nəşri o dövrün zərurəti idi. Quruluş dəyişmiş, insanların həyat tərzi yenilənmişdir. Belə bir şəraitdə işə münasibətdə də dönüş yaranmalıydı. Buna görə də rayon sakinlərini bir amal uğrunda birləşdirən, qarşıda duran vəzifələri onlara çatdıran, nöqsanların operativ şəkildə aradan qaldırılmasına köməklik göstərən mətbu orqan lazım idi.
    Belə bir orqan ilk nömrəsi 1934-cü ildə çapdan çıxan “Kolxozçuların varlanması uğ-runda” qəzeti oldu. İlk vaxtlar MTS-in (Maşın-Traktor Stansiyasının) siyasi şöbəsinin nəzdində fəaliyyət göstərən bu qəzet sonralar rayon partiya komitəsinin orqanına çevrildi və demək olar ki, bir növ partiya komitəsinin tribunası oldu. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər YOLUNU AZMIŞ JURNALİSTLƏR CƏMİYYƏTİMİZƏ NECƏ GƏLİRLƏR? üçün şərhlər bağlıdır

    046Elə bir dövrün sakinləriyik ki, sərbəst sözümüzü açıq söyləyə bilirik. Lakin görək hər kəs bu fikir azadlığından lazımınca istifadə edirmi? Bu gün abırlı, ismətli, gözəl qələmi ilə tanınmış jurnalistlərin əvəzinə “reket jurnalistlər” xalqa nə söyləyib, nə bildirirlər? Nədən kimisə yalandan tərifləyən və ya kiməsə qara yaxanlar jurnalistikada geniş yayılıb?
    2-3 ilin söhbətidir. Otaqda işlə məşğul idim. Qapı döyüldü. Içəri 32-33 yaşlarında tanıdığım bir kişi gənc bir oğlanla daxil oldu. Qəzetdə elan verməklə bağlı gəldiklərini bildirdilər. Adəti üzrə lazımi sənədləri təqdim etmələrini söylədim. Qarşılığında mənə verdikləri cavabı nəzərinizə çatdırmaq istəyirəm:
    –Əşi, o sənəd olsa daha bura nəyə gəlirik, mən özüm də qəzetdə şöbə müdiri işləyirəm, deyirlər ki, gərək yerli qəzetdə elan verilsin, yoxsa öz qəzetimdə çap etdirərəm. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər YAŞAMAQ ÜÇÜN TƏBİƏTİ QORUMALIYIQ üçün şərhlər bağlıdır

    1414171397_tbitTəbiət yaşadığımız canlı aləmdir. Bu aləmin varlığı üçün təbiətin qoynunda daim yaşıllıqlar salmalı, mövcudlarını isə qorumalıyıq. “Dədə Qorqud” filmində deyilən bir ibrətamiz fikir hər birimizin yaddaşına həkk olunmalıdır: “Torpağın vətən olması üçün iki əsas şərt var: biri odur ki, gərək onu qoruyasan, ikincisi isə gərək onu əkib becərəsən. Əgər qoruya bilmirsənsə, əkib becərməyə, əkib becərmirsənsə, qorumağa dəyməz”.
    Yaşadığımız Tərtər rayonu havasına, münbit torpağına, saf, təmiz suyuna görə bir sıra rayonlardan fərqlənir. Ona görə də əkinçinin əlindən torpağa düşən bir toxum dənəsi dərhal cücərir, boy atır, bar verir. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    İdman Bədən tərbiyəsi və İdman Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    TƏRTƏRLİ GƏNCLƏRİN İDMAN NAİLİYYƏTLƏRİ

    05-24.12.15-1Müasir gənclərin milli ruhda və sağlam böyüməsi ilə yanaşı, kiçik yaşlarından uşaqların idmana həvəsləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu məqsədlə rayon gənclər və idman idarəsi də bir sıra tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, idmançılarımız nəinki rayon miqyasında, eləcə də respublika üzrə keçirilən idman yarışlarında Tərtəri layiqincə təmsil edir və qələbə qazanırlar.
    Belə ki, cari ildə idmançılarımız Gənclər Günü münasibəti ilə Mədəniyyət Mərkəzində keçirilən yarışlarda, fevral ayında Bakı İdman Sarayında kikboksinq üzrə XXIII ölkə çempionatında, həmin ay Bakı şəhə-rində boks idman növü üzrə Azərbaycan birinciliyində, yeniyetmələr arasında kikboksinq və boks üzrə ölkə birinciliklərində, “Şahinlər” hərbi idman oyununun rayon mərhələsində yüksək nailiyyətlər əldə etmişlər. Daha ətraflı »

    Teqlər: ,