Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan
    Digər QANLI YANVAR DEYƏNDƏ… üçün şərhlər bağlıdır

    33video-1368-67414Həmin il mən 6-cı sinifdə oxuyurdum. Hamı kimi bizim ailədə də adi günlərdən biri idi. Şam yeməyindən sonra oturub televizora baxırdıq. Birdən bütün kanallarda yayım dayandı, işıqlar söndü. Nə baş verdiyini heç birimiz anlamadıq. Əlbəttə, həmin dövrdə mənim yaşım heç imkan vermirdi nə baş verdiyini anlayım. Amma atamla anamın təlaşı, bir-birinə qorxu, həyəcan dolu baxışları, heç də xeyirdən xəbər vermirdi.
    Onsuz da həmin dövrlərdə ölkədəki qeyri-sabit vəziyyət, xalq arasındakı ümidsizlik, çaşqınlıq artıq nədənsə xəbər verirdi, sanki təhlükə dalğası gəlirdi.
    Səhər anamın ağlamaq səsinə yuxudan oyandım. Xalamla nədənsə danışır və ağlayırdılar. Səssizcə onlara yaxınlaşdım. Anam hıçqırığını boğa-boğa–“gecə bütün Bakını qırıblar, tankın, avtomatın qabağına veriblər, qırıblar milləti. Qırıblar, hələ də qırırlar, qanını içirlər qaniçənlər” –deyirdi
    Televiziyanın enerji blokunun partladılması, meydanlara axışan xalq kütləsinin gülləbaran edilməsi xəbəri ildırım sürəti ilə yayıldı. Heç kim Bakıdakı vəziyyətdən tam xəbərdar deyildi, göz yaşı, təlaş, qorxu, nifrət və ən əsası–dərin bir sükut.
    Heç kim bir-biri ilə danışmırdı, ürəkləri suallar didib-parçalayırdı. Təkcə “Azadlıq” radiosunun verdiyi qısa xəbərlər və mübarizəyə, azadlığa çağıran üsyankar şeirlər… Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Digər VƏTƏNDƏ GÖRÜŞLƏR üçün şərhlər bağlıdır

    img-20161231-wa0037img-20170101-wa0019Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin sədri, qubernatorun millətlərarası münasibətlər üzrə köməkçisi Nazir Hətəmov 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Gününü doğma kəndi Qaradağlıda qeyd edib. Həmin gün Nazir Hətəmov, onun dostları Fəxrəddin Alıyev və Elman İlyasov, anası Fatma xanım, qohumları Fitat Əliyeva, Saday Mehdiyev və Hümbət Ələsgərov, “Yeni Tərtər” qəzeti baş redaktorunun müavini Svetlana Bağırova Qaradağlı və Qapanlı kəndlərinin birgə qəbiristanlığını ziyarət edib, buradakı şəhid məzarları önündə dualar oxuyublar.
    Sonra onlar erməni əsirliyində olan Qapanlı kənd sakini Şahbaz Quliyevin anasını ziyarət ediblər. Belə əziz gündə onu yad etdiklərinə görə Sənəm ana qonaqlara təşəkkürünü bildirib.
    Həmin gün Nazir Hətəmov sevimli müəllimi, Qaradağlı və Qapanlı kəndlərinin bir neçə nəsl gənclərinin formalaşmasında böyük zəhməti olan Famil Quliyevlə də görüşüb, 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə onu təbrik edib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 09Yan
    Digər ZEYTUN üçün şərhlər bağlıdır

    zeytunZeytun bitkisini meyvəsinə görə becərirlər. Zeytun meyvələri müxtəlif məqsədlər üçün istifadə olunur. Meyvələrinin tərkibində 30-35% yağ vardır.
    Dünya miqyasında geniş sürətdə işlədilən və bir çox xalqların yemək üçün işlətdiyi məhsullar arasında əsas yer tutan provan yağı zeytunun meyvələrindən alınır.
    Bütün bitki yağları içərisində zeytun yağı öz keyfiyyətinə və dadına görə birinci yer tutur. Yağ çıxarmaqdan əlavə zeytun meyvələrindən yüksək keyfiyyətli və dadlı şoraba hazırlanır ki, bu da çox geniş surətdə istifadə olunur.
    Həmişəyaşıl, gümüşü yarpağı və hündür boyu olan zeytun ağaclarından bəzək bağçılığında, küçələrin yaşıllaşdırılmasında, park və meşə zolaqları salınmasında istifadə olunur. Zeytun bitkisinin bütün bu müsbət xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan Respublikasının rəhbərliyi bu bitkinin geniş surətdə becərilməsi haqqında xüsusi tapşırıqlar vermişdir.
    Azərbaycanda zeytun bitkisi çox qədim zamanlardan becərilir. Qədim yunan alimi Strabon hələ bizim eradan əvvəl yazdığı əsərində Azərbaycandan danışarkən burada zeytun ağacının becərildiyini qeyd etmişdir. VII əsr tarixçilərindən Moisey Kaqan Katvatsi göstərir ki, Azərbaycanın Kür və Araz çayları ətrafı rayonlarında külli miqdarda zeytun ağacı becərilirmiş. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Digər POEZİYA üçün şərhlər bağlıdır

    0115pen_and_paper-290x270DÜNYA

    Deyəsən işlərin çəminə düşmür,
    Bir təhər dəyirsən gözümə, dünya.
    Mənə de sirrini, sirdaşın olum,
    Gəl səni öyrədim ozümə, dünya.
    ***
    Pisin pisliyindən yorulacaqdı,
    Axıb bu suların durulacaqdı.
    O mizan-tərəzin qurulacaqdı,
    Bir az səbrin olsun, bezimə dunya.
    ***
    İstəyir gözünnən məni itir sən,
    İstəyir sözünü geri götür sən.
    O vədə dedim ki, məhvə gedirsən,
    Niyə kül üfürdün üzümə dünya.
    ***
    Axırdan əvvələ bir də dönüm var,
    Hayana qovlasan, bil ki, yönüm var.
    Hələ taleyimlə savaş günüm var,
    Hələ güvənirəm dizimə, dünya. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Digər İKİ REPLİKA üçün şərhlər bağlıdır

    FƏRQLİ MÜNASİBƏT

    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-1%d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-12DSMF rayon şöbəsində

    – Mənə ünvanlı sosial yardım düşürmü?
    –Yox, düşmür, çünki sənin eşşəyin var.
    Bax, əsl yardım bu kişiyə düşür. Çünki onun “Mersedes”i var.

    Teqlər:

  • 09Yan
    Digər SUSUZ QALAN QƏZETÇİLƏR üçün şərhlər bağlıdır
    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-13

    Susuz qalan qəzetçilər

               Rayon su-kanal idarəsində

    11

    -Cənab rəis redaksiyanın suyu neçə aydır ki, gəlmir.       -Bunun mənə heç bir dəxli yoxdu!

     

    Teqlər:

  • 28Dek
    Digər 2017- XORUZ İLİ üçün şərhlər bağlıdır

    ded_moroz1479129773_3Xoruz ili, 2017-ci ilin 28 yanvar tarixində Meymun ilini əvəz edəcək. İşıq və oyanış xüsusiyyətlərini daşıyan bu il, 2017-ci ildə də orijinal və enerji ilə dolu olacaq.
    Bu günə qədər düzgün və dəqiq idarə olunan layihələr ən böyük mükafatlarını məhz bu il əldə edəcəklər.
    Xoruz ilində doğulan insanların xüsusiyyətləri:
    Xoruz illəri: 1933 – 1945 – 1957 – 1969 – 1981 – 1993 – 2005 – 2017 – 2029…
    Uğurlu rəqəmləri: 5, 7 və 8
    Uğursuz rəqəmləri: 1, 3 və 9
    Uğurlu rəngləri: qızılı, qəhvəyi və sarı
    Uğursuz rəngləri: ağ və yaşıl
    Güclü xüsusiyyətləri: Azad, istiqanlı, qabiliyyətli.
    Zəif xüsusiyyətləri: Səbrsiz, həssas, gözlənilməz reaksiya, eqoist.
    XARAKTERİ:Xoruz, ev heyvanlarının lideri olduğu üçün, bu ildə doğulan insanlar çox qürurlu, özündən əmin və təkəbbürlüdürlər. Şüarları sədaqətlikdir. Səmimidirlər. Hər zaman həqiqəti deyər və verdikləri sözləri tutarlar. Daim qarşılıqlı hörmət gözləyən bu ilin sahibləri mənfi cəhətlərinin ortaya çıxmasından utanar və çəkinərlər. Daha ətraflı »

    Teqlər:

  • 28Dek
    Digər TƏRTƏRLİLƏR YENİ İLİ QARŞILAYIRLAR üçün şərhlər bağlıdır

    dsc_2625Daha bir il tarixə qovuşdu. Tərtərlilər üçün bu il xüsusilə yaddaqalan oldu. Aprel ayında baş verən hadisələr bizi bir daha sınağa çəkdi. Qəhrəman Tərtərin adı planetimizin hər bir guşəsində fəxrlə səsləndi. Dünyanın sülhsevər insanları dinc əhalini artilleriya atəşinə tutan, mülki əhalinin ölümünə səbəb olan, evlərini dağıdan erməni faşistlərini növbəti dəfə pislədilər. Tərtərə ayaq basan xarici jurnalistlər hadisələrin həqiqi gedişini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq, bu əməllərin beynəlxalq hüquq normalarına, müharibənin qayda-qanunlarına zidd olduğunu təsdiqlədilər.
    2016-cı il rayonumuzun tarixinə həm də quruculuq ili kimi daxil oldu. Düşmənlə üz-üzə dayanan şəhərdə görülən işlər, tikilən binalar, abadlaşan küçələr böhran içində yaşayan Ermənistan üçün həm göz dağı, həm də vurulan zərbədir.
    Tərtərlilər bütün bu işləri güclü Azərbaycan Ordusuna arxalanaraq görürlər. Ötən il ordu ilə xalqın birliyi daha da möhkəmləndi.
    2016-cı ili həm də bir növ “ağ qızıllı” tarlalara qayıdış ili adlandırmaq olar. Prezident İlham Əliyevin çağırışına ürəkdən cavab verən rayon sakinləri pambıq əkini sahələrini xeyli genişləndirdilər və uzun müddətdən sonra bu sahədə ilk uğurlarını qazandılar. Bu uğurların davamlı olması isə gələcəkdə kəndlilərin daha yaxşı yaşaması deməkdir.
    Qarşıdan 2017-ci il gəlir. Xalqımız Yeni ili böyük ümidlərlə, arzularla qarşılayır. Arzularınız çin olsun, əziz tərtərlilər!

    “Yeni Tərtər”

    Teqlər:

  • 28Dek
    Digər İNSANLARI BİRLƏŞDİRƏN YENİ İL AĞACI üçün şərhlər bağlıdır

    yolka11355602777-324Yeni İl bayramı ( Milad) böyük və qədim tarixə malik olsa da, şam ağacının bu bayramın atributu olma adət-ənənəsi orta əsrlərdə Almaniyaya təsadüf edir. Lakin bu atribut 19-cu əsrdən etibarən Rusiyada məşhurlaşmışdır ki, bundan sonra bütün dünyada şam ağacı Yeni İl bayramının atributu olaraq qəbul edilmuşdur. Onu da qeyd edək ki, Milad şam ağacı ilə Yeni İl şam ağacının bəzədilməsi və dekoru ilk əvvəl seçilsə də, daha sonra bu fərq götürülmüşdür və şam ağacı Yeni İl ilə xristian dünyasında qeyd olunan Milad bayramının atributu olaraq qəbul olunmuşdur. Şam ağacı Yeni İlin atributu olaraq dünyanı fəth etdikcə insanlar bu atributu öz adət-ənənələrinə, dəyərlərinə, həyat tərzlərinə uyğun bəzəməyə başladılar. İnsanlar, millətlər, fikirlər nə qədər müxtəlifdirsə, insanların ümidləri, gözləntiləri də bir o qədər müxtəlifdir. İnsanlar şam ağacından arzularının çin olmasını yox, bir növ bunu etməklə bu arzularının çin olacağına əmin olurlar və özlərində güvən, həyat eşqi yaradırlar ki, bundan da gözəl heç bir şey yoxdur. Əgər insanların ümidləri, gözəl arzuları varsa, deməli, dünyamızda sevgi də var, dəyər də var, həyat da var! Bayramlar insanları birləşdirir onlara paylaşmağı, sevməyi və ümid etməyi öyrədir ki, bəlkə də dünyamızın indiyədək qalmasıının səbəbi məhz həmin bayramlardır və insanlarda olan bayram əhval-ruhiyyəsidir.

    Teqlər:

  • 27Dek
    Digər 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Y%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f-111_azpressaz_moskva_umumrusiya_merkezi_sura_iclas_3“Vətəndən uzaqda vətənlə yaşamaq biz azərbaycanlıların ən ümdə vəzifəsidir. Dünyanın harasında oluruqsa, olaq, ən önəmli vəzifəmiz Azərbaycanın və azərbaycanlıların adına layiq yaşamaqdır”.
    Bu sözləri Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin regional bölməsinin sədri, qubernatorun millətlərarası məsələlər üzrə məsləhətçisi, Ümumrusiya Xalqlar Assambleyasının və Veteranlar Şurasının üzvü Nazir Hətəmov məzunu olduğu Tərtər rayonunun Qapanlı kənd tam orta məktəbində onunla keçirilən görüşdə deyib.
    Cari ilin noyabr ayında Moskvada keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının iclasında çıxış edən həmyerlimiz bu fikri bir qədər də genişləndirərək söyləyib ki, diaspor üzvlərinin hər biri nəinki Azərbaycanın adına layiq yaşamalı, həm də ölkəmizin problemlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz köməyini göstərməlidir. Daha ətraflı »

    Teqlər: