Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen
    Xəbərlər AZƏRBAYCAN PARLAMENTİNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ İCLAS KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi. Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyev milli parlamentimizin bir əsrlik yubileyinə toplaşmış 44 xarici ölkənin nümayəndə heyətini, 10-a yaxın beynəlxalq təşkilatın və ölkəmizdəki diplomatik korpusların təmsilçilərini salamladı. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Tərtər RİH-də KƏNGƏRLİ KƏNDİNDƏ SƏYYAR QƏBUL–GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Kəngərli kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Kəngərli kənd İƏD üzrə nümayəndə Xamis Əsgərov kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğuliyyəti və görülən işlər barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Solmaz Həsənova, Məhəmməd Əsgərov, Sevil Sadıqova, Rahilə Mahmudova və Həyat Salahova əsasən elektrik təsərrüfatının yenidən qurulması, subartezian quyusunun qazılması, kənd yolunun əsaslı təmiri, məktəbin qazanxanasına qaz çəkilməsi, qəzalı vəziyyətdə olan telefon xətlərinin dəyişdirilməsi və digər şəxsi məsələlər barədə müraciət ediblər. Daha ətraflı »

    Teqlər: ,

  • 28Sen
    Xəbərlər “CÜMHURİYYƏT TARİXİMİZ, QÜRURUMUZDUR” üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “Cümhuriyyət tariximiz, qürurumuzdur” mövzusunda tədbir keçirilib.Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxıb. Xalq Cümhuriyyəti hökuməti çətin tarixi şəraitdə üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirib. Diqqətə çatdırılıb ki, 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin başa çatdıra bilmədiyi ideyaları 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş müasir Azərbaycan Respublikası gerçəkləşdirdi. Azərbaycan Respublikası hazırda Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur.
    Tədbirin sonunda “ARB Aran” studiyasının istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filimi nümayiş olunub.

    “Yeni Tərtər”

    Teqlər:

  • 28Sen
    Xəbərlər “MUSİQİMİZ–MİLLİ RUHUMUZ” üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Musiqi Günü münasibəti ilə “Musiqimiz –milli ruhumuz” mövzusunda tədbir keçirilib. Tədbiri şəhər uşaq musiqi məktəbinin direktoru Mahir Qədimov açaraq, rayonun istedadlı gəncləri barədə məlumat verib.
    Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlının “Cümhuriyyət dövrü musiqisi” mövzusunda mühazirəsi dinlənilib. Fondun baş məsləhətçisi Nüşabə Hüseynova da çıxış edərək, Bilik Fondunun maarifləndirici layihələrindən söz açıb, “Mədəni maarifləndirmə” proqramı əsasında görülən işlər barədə məlumat verib. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Xəbərlər “HEYDƏR PARKI”nın GÖRKƏMİ DƏYİŞİB üçün şərhlər bağlıdır

    Tərtərlilərin sevimli istirahət guşəsi olan “Heydər Parkı”nda yenidənqurma, təmir və bərpa işləri aparılıb. Belə ki, burada 5 min kv.m sahənin köhnə döşənmə daş örtüyü yenisi ilə əvəz olunub, 1400 m məsafədə səki daşları düzülüb. Həmçinin parkın yaşıllıq zolaqları təzələnib. İndi çoxillik ağacların ətrafındakı yaşıl örtük öz gözəlliyi ilə göz oxşayır.
    Sakinlərin istirahətinin nümunəvi təşkili məqsədilə buradakı köhnəlmiş oturacaqlar yeniləri ilə əvəz olunub, hovuzlar təmizlənib və təmir edilib. Yeni işıqlandırma sistemi axşamlar bu məkanı da-ha da füsunkar edir. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Xəbərlər PAMBIQÇILIĞA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ üçün şərhlər bağlıdır


    Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icra vəziyyəti müzakirə edilib.

    Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin, rayonun aidiyyəti idarə və təşkilatlarının nümayəndələrinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, mexanizatorların, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, pambıqçılığın inkişafı istiqamətində rayonda görülən işlər, mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, bu il rayon ərazisində 3300 hektarda çiyid səpini həyata keçirilib. Sahələrdə aparılan düzgün aqrotexniki tədbirlər nəticəsində yaxşı bitiş alınıb. Tarlalarda kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işləri, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirləri vaxtlı-vaxtında həyata keçirilib. Hazırda pambıq tarlalarında defolyasiya işləri aparılır, məhsul yığımına hazırlıq görülür. Daha ətraflı »

    Teqlər:

  • 10Sen
    Xəbərlər CƏBHƏ BÖLGƏSİNİN BMT-dən OLAN QONAQLARI üçün şərhlər bağlıdır

    BMT-nin Qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Azərbaycanın qərb rayonlarına səfəri çərçivəsində cəbhə bölgəsində yerləşən Tərtər rayonuna gəlib.
    Quido Ambroso Komissarlığın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elsevər Ağayevlə birgə əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaq-lara cəbhə xəttində yaşayan əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, rayonda məskunlaşmış məcburi köçkünlərin sosial vəziyyəti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər barədə məlumat verib. Daha ətraflı »

    Teqlər:

  • 10Sen
    Xəbərlər ALTI MƏNTƏQƏNİ BİRLƏŞDİRƏN AVTOMOBİL YOLU üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayan-durlu-Qaradağlı avtomobil yolunun inşası yekunlaşmaq üzrə-dir. Uzunluğu 21,5 kilometr olan bu avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti layihəsinə uyğun olaraq, yolun ümumi eni 10 metrə çatdırılıb. İki hərəkət zolağı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Yola 2 qat olmaqla 12 santi-metr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri yüksək keyfiyyətlə həyata keçirilib. Daha ətraflı »

    Teqlər:

  • 10Sen
    Xəbərlər YENİ TİKİNTİ OBYEKTLƏRİ üçün şərhlər bağlıdır

    XALÇA EMALATXANASI

    Şəhərimizin Nizami küçəsində xalça istehsalı emalatxanasının tikintisi davam edir. Burada iş “Azərxalça” ASC tərəfindən aparılır. Emalatxananın ümumi sahəsi 4 min kvadratmetrdir. Hər gün tikintidə 30 nəfərə yaxın işçi çalışır. Emalatxana çari ilin noyabr ayının sonunadək istifadəyə veriləcəkdir. Bina istifadəyə veriləndən sonra burada 180 nəfər işçi işlə təmin olunacaqdır.

    Teqlər:

  • 10Sen
    Xəbərlər OLİMPİYA İDMAN KOMPLEKSİ üçün şərhlər bağlıdır

    Şəhərimizdə yeni olimpiya idman kompleksi də inşa olunur. Burada işlər sürətlə və keyfiyyətlə aparılır. Kompleks 3 mərtəbəli olacaqdır. Birinci və ikinci mərtəbədə işlərin çox hissəsi görülüb.
    Tikintidə hər gün 60 nəfərdən çox müxtəlif ixtisaslı peşə sahibləri çalışır.
    Olimpiya idman kompleksinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

    Teqlər: