Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Apr
    Digər Təbrik edirik! üçün şərhlər bağlıdır

    ÖMRÜN BAHAR FƏSLİNİN UĞURLARI

    новый-1Aprelin 7-də Sənan Əli-zadənin 20 yaşı tamam olur. Yazın ən gozəl çağında ömrünün bahar fəslini qeyd edən bu gənc rayonumuzun Qara-ğacı kəndində anadan olub. 2012-ci ildə şəhərimizdəki 1 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası-nın İnzibati idarəetmə fakültəsinin III kurs tələbəsidir. Daha ətraflı »

    Teqlər:

  • 11Apr
    Digər Çanaqqala savaşının 100 illiyi üçün şərhlər bağlıdır

    teleqraf.com1426666512258295Elə mövzular var ki, onu yazmağa uzun zaman ürək edə bilmirsən. Qorxursan ki, bu mövzuları layiq olduğu kimi yaza bilməzsən. Məsələn, Çanaqqala, Qarabağ, Gü-ney Azərbaycan və s. Bunların için-də Çanaqqala xüsusilə fərqlənib. Ona görə ki, nə qədər şəhid versə də, türk oğlu son gücünü bütün dünyaya göstərdi. Dedi ki, türk oğ-lu son övladına qədər ölər, ac-susuz qalar, amma torpağını yadelliyə verməz. 13 yaşında getdilər cəbhəyə, əlləri silah tuta bilmirdi. Bütün ərzaq bitmişdi. Analar körpə uşağının üstündən adyalı çəkib top mərmisini bürüyürdü. Bu gün və-tənin xilası üçün top mərmisi daha vacib idi, hətta uşaqdan da… Vətən Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər Tərtərin tarixindən üçün şərhlər bağlıdır

    Bəzi tarixi mənbələrə görə Tərtər adı VII əsrdən xeyli əvvəl formalaşıb.
    Erkən orta əsrlərdə Altayda yaşamış türkdilli tayfalardan biri məşhur Tərtər tayfası imiş. Döyüşkən Tərtər tayfasının bir dəstəsi o zamanlar Dəclə və Fərat çayları arasında, Kərkük Vilayətində qalıb. Bağdad yaxınlığında Tərtər adlı çay və göl indi də vardır.
    Tərtərlərin XII əsrdə rus knyazlarının drujinaları ilə vuruşduğu göstərilir. Knyaz İqor qıpçaq tayfalarının bayraqları sırasında Tərtərlərin tayfa rəmzlərini də tanımışdı. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər Azərbaycan qadınları Böyük Vətən müharibəsi illərində üçün şərhlər bağlıdır

    Ananın boxçasındakı «qara kağız»lar

    Keçmiş Sovet İttifaqına daxil olan ökələrin hər birində olduğu kimi, Azərbay-canda da Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 70 illiyinə geniş hazırlıq işləri görülür. Bu münasibətlə Azərbaycan Respublikası Prezi- denti İlham Əliyevin sərəncamı ilə geniş “Tədbirlər planı” hazırlanmış və təsdiq olunmuşdur. Həmin tədbirlərdə II Dünya müharibəsi illərində xüsusi rolu olan qadınların yada salınması nəzərdə tutulur. Bu yazıda Böyük Vətən müha-ribəsinin bir ailənin həyatına gətirdiyi faciələrdən və Azərbaycan qadınının fədakarlığından söhbət açacağıq.
    Onlar Lacın rayonunun Baldırqanlı kəndində yaşayırdılar. Həmin kənd kiçik Qafqaz dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının şimal tərəfində, iki dağın arasındakı gözəl bir ovalıqda yerləşir. Alış Vəliyevin və Əsmər Vəliyevanın ailəsində 11 uşaq dünyaya gəlmişdi. Onlardan 2-si körpəikən vəfat etmiş, qalanları isə vali-deynlərinin qayğı və məhəbbəti ilə təbiətin bu füsunkar güşəsində xoşbəxt günlər yaşayırdılar.
    Müharibənin elə ilk günlərindən Alış Vəliyevin özü, oğlanları Talış və Bəhmən cəhbəyə gedirlər. Ailənin bütün ağırlığı ananın və 12 yaşlı Səttarın üzərinə düşür. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər 1904-1905-ci illərdə Azərbaycanda baş verən hadisələr Peterburq mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    1301565518_191801904-1905-ci illərdə mütləqiyyət hökumətinin, bununla birlikdə Peterburq mətbuatının Azərbaycana diq-qəti artırması təsadüfi deyildir. Hö- kumətin əvvəllər yarımfeodal-aqrar ölkəsi kimi təsəvvür etdiyi Azərbaycan neft sənayesinin sürətlə inkişaf etməsi nəticəsində hətta dünya kapitalistlərinin diqqətini cəlb etmişdi. V.İ. Lenin hələ 1899-cu ildə yaz-mışdır: “Rus kapitalizmi Qafqazı dünya əmtəə tədavülünə cəlb edirdi, onun yerli xüsusiyyətlərini – qədim patriarxal qapalılıq qalıqlarını aradan qaldırır və öz fabrikləri üçün özünə bazar yaradırdı”.
    Bakıda alman Nobel qardaşları-nın, fransız Rotşildin, rus kapitalist-lərindən Xokorevin, Şibayevin, Ben- kendoryun və başqalarının neft sənayesi firmaları yaradılmışdır. Bu-nunla əlaqədar Peterburqdan, Mos- kvadan və Rusiyanın başqa şəhər- lərindən Bakıya inqilab ruhlu mü-həndislər, təcrübəli fəhlələr axışıb gəlirdi. Bu isə sənaye Bakısında çox-millətli proletariatın yaranmasında və inqilabiləşdirilməsində mühüm rol oynayırdı. Rusiyanın şəhərlərində təhsil alan Azərbaycan ziyalıları da vətənə inqilab əhval-ruhiyyəsi ilə qayıdırdılar. Daha ətraflı »

    Teqlər: