Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn
    Xəbərlər TƏRTƏRLİLƏR MİLLİ QURTULUŞ GÜNÜNÜ TƏNTƏNƏ İLƏ QEYD ETDİLƏR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
    Əvvəlcə tədbir iştirakçıları ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında davam etdirildi.
    Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi və ulu öndərin Azərbaycan xalqının xilaskarlıq missiyasından danışdı. Rayon rəhbəri qeyd etdi ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Xəbərlər “VƏTƏN UĞRUNDA!” SƏYYAR TƏŞVİQAT DƏSTƏSİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi Tərtər rayon İcra Hakimiyyəti ilə birlikdə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə tədbir keçirib.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərək əsgər və zabitləri Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından təbrik edib və Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan danışıb.
    Sonra hərbi hissə komandirinin müavini Anar Cavadov çıxış edərək bildirib ki, bu kimi tədbirlərin keçirilməsi əsgərlərin milli və hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsində böyük əhəmiyyətə malikdir.
    Zabitlər Evi kollektivinin təqdim etdiyi musiqili proqram tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılanıb.

    Teqlər:

  • 29İyn
    Xəbərlər “VƏTƏNİN XİLASI, XALQIN QURTULUŞU” üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində Qurtuluş günü ilə əlaqədar “Vətənin xilası, xalqın qurtuluşu” adlı “Dəyirmi masa” keçirildi. Tədbirdə Laçın rayonunun Nərimaniya kənd ümumi məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
    Əvvəlcə ümummilli liderin büstü önünə gül-çiçək dəstələri qoyan ziyarətçilər ekspozisiya zalı ilə tanış oldular, sonra kitab sərgisinə baxdılar. “Dəyirmi masa”da mərkəzin direktoru Səlimə Yusibova Qurtuluş tarixindən ətraflı məruzə etdi.
    İradə Əkbərli, Fərqanə Orucova, Aybəniz Məmmədova, Sevda İsgəndərova, Əli Əhmədov, Aynur Quliyeva çıxış et-dilər.
    Sonda qısametrajlı videoçarx nümayiş etdirildi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29İyn
    Xəbərlər TALEYÜKLÜ TARİX üçün şərhlər bağlıdır

    Rayonun tarix-diyarşünaslıq muzeyində Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açaraq bildirdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olub. Həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.
    Muzeyin bərpaçısı Aybəniz Şahbazi geniş məruzə ilə çıxış etdi.
    Məruzə ətrafında MKS-in metodika və biblioqrafya söbəsinin müdiri Ətrabə Süleymanova, Heydər Əliyev Mərkəzinin elmi işçısi İradə Əkbərli və MKS-in Kovdadıq kənd kitabxanasının işçisi Fərqanə Orucova çıxış etdilər.

    Teqlər:

  • 29İyn
    Xəbərlər “SAĞLAM GƏNCLİK VƏ SAĞLAM GƏLƏCƏK” üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Region gəncləri arasında müxtəlif idman oyunları vasitəsi ilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində voleybol turniri keçirmişdir.
    Tədbiri giriş sözü ilə açan “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və bölgələrdə təşkil olunan tədbirlər haqqında ətraflı məlumat verdi.
    Tədbirdə iştirak edən Tərtər rayon Uşaq-Gənclər, İdman və Şahmat məktəbinin direktoru Emin Quliyev ölkə Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışdı.
    Sonda “Lider” komandası birinciliyə layiq görüldü. Bu komandanın üzvləri kubok, hədiyyə və sertifikatlarla təltif olundular.

    Teqlər:

  • 13İyn
    Xəbərlər MÜDAFİƏ MƏŞQİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının hazırlıq planına müvafiq olaraq Tərtər rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqi keçirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov göstərib ki, rayonumuzun düşmənlə 48 km təmas xətti var. Düşmənin bir addımlığında ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir.
    Məşqin gedişinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi tərəfindən baxış keçirilib.
    Məşq zamanı rayon ərazi qüvvələrinin qarşılıqlı fəaliyyəti təşkil edilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 13İyn
    Xəbərlər UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ üçün şərhlər bağlıdır

    DÜNYANIN GƏLƏCƏK SAHİBLƏRİ

    Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tərtər şəhərində “Heydər parkı”nda Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
    Bayram şənliyində rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarının uşaqları ilə birgə ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri də iştirak ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çox-saylı uşaqları bayram günü münasibəti ilə təbrik edib, onlara xoş arzularını bildirib.
    Sonra uşaqlar maraqlı konsert proqramı ilə çıxış etdilər.
    Sonda uşaqlara bayram şirniyyatı paylanıb.

    Teqlər:

  • 13İyn
    Xəbərlər MÜSTƏQİLLİYİMİZİN TƏMƏL TARİXİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirildi.
    Tədbirdə Tərtər şəhər 3 saylı orta məktəbin müəllim və şagirdləri, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
    Tədbiri muzeyin direktor əvəzi Aybəniz Məmmədova açdı. Bildirdi ki, 1918-ci il may ayının 28-də Tiflis şəhərində 4 müsəlman partiyasının iştirakı ilə iclas keçirilir. Milli Şuranın heyəti və sədri seçilir. 22 səs çoxluğu ilə Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri olur.
    3 saylı məktəbin tarix müəllimi Kifayət Kərimova, Heydər Əliyev Mərkəzinin müdiri Səlimə Yusibova, muzeyin işçisi Aybəniz Şahbazi çıxış edərək Cümhuriyyətin 100 illiyi ilə əlaqədar öz fikirlərini söylədilər.
    Sonda şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirildi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 13İyn
    Xəbərlər 100 YERLİK KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır

    Şəhərimizin Elman Səfərov küçəsində yeni 100 yerlik körpələr evi-uşaq bağçası inşa olunur. Binanın birinci mərtəbəsində işlər başa çatmışdır. İndi ikinci mərtəbədə inşaat işləri davam etdirilir. Hər gün tikintidə 14-16 nəfər işləyir.
    Tikintinin sifarişçi təşkilatı Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi, podratçı təşkilat isə “Qarabağ-ER”MMC-dir.

    Teqlər:

  • 13İyn
    Xəbərlər YENİ OLİMPİYA KOMPLEKSİ üçün şərhlər bağlıdır

    Şəhərimizn Heydər Əliyev prospektində yeni Olimpiya Kompleksinin inşasına başlanmışdır. İdman kompleksi gənclər arasında idmanın inkişaf etdirilməsi və onların asudə vaxtlarıının səmərəli keçirilməsi üçün şərait yaradacaqdır.
    Bu məqsədlə 4 hektar torpaq sahəsi ayrılmışdır. Kompleksin inşasında hər gün 25-30 nəfər işçi çalışır. Hazırda idman kompleksinin ikinci mərtəbəsində işlərə başlanmışdır.
    Olimpiya İdman Kompleksinin tikintisi 2019-cu ildə başa çatdırılacaqdır.

    Teqlər: