Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Avq
    Xəbərlər “YENİ TƏRTƏR”İN 11 YAŞI QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Изображение 031“Yeni Tərtər” qəzetinin ilk nömrəsinin çapdan çıxması münasibəti ilə redaksiyada tədbir keçirildi. Qəzetin baş redaktoru Tofiq Yusif 7 illik fasilədən sonra qəzetin yenidən nəşr olunmağa başlamasının rayonun ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd etdi. Bildirdi ki, ilk vaxtlar işdə bir sıra çətinliklər olsa da (bina, lazımi avadanlıq yox idi, kollektiv formalaşmamışdı), “Yeni Tərtər”in ilk nömrəsi 2005-ci il avqustun 20-də işıq üzü gördü.
    Artıq 11 ildir ki, “Yeni Tərtər” ayda üç dəfə oxucularının görüşünə gəlir.
    Qəzetin əməkdaşı Əvəz Nəsirov öz çıxışında bildirdi ki, gənclik illərindən indiyədək, təxminən yarım əsrə bərabər bir müddətdə redaksiyada çalışıb. Bu gün informasiya bolluğu şəraitində yaşasaq da, müxtəlif qəzet və jurnallar, elektron media sırasında “Yeni Tərtər”in öz yeri və özünəməxsus dəsti-xətti var.
    Gənclər adından çıxış edən Türkan Sabirli göstərdi ki, mən Bakı Dövlət Universitetini bitirdikdən sonra ilk iş yerim “Yeni Tərtər” qəzeti redaksiyası olub. Hesab edirəm ki, həyatda bəxtim gətirib. Çünki BDU-da nəzəri biliklərə yiyələndimsə, redaksiyada çalışdığım müddətdə yaşlı nəslin nümayəndələrinin təcrübəsindən bəhrələndim, qəzet işi, onun dizaynı kimi çox maraqlı bir sahəni öyrəndim.
    Yığıncağın sonunda xatirə fotoşəkli çəkdirildi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Avq
    Xəbərlər 95 SAYLI TƏRTƏR DAİRƏ SEÇKİ KOMİSSİYASINDA TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Изображение 006Изображение 020Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar (22-24 avqust 2016-cı il) keçirilir. Belə tədbir 95 saylı Tərtər Dairə Seçki Komissiyasında da təşkil olunmuşdur.
    Tərtər rayonunda keçirilən tədbiri 95 saylı dairə seçki komissiyasının sədri Həmid Mehdiyev açdı. Tədbir barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi. Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, “Seçici siyahıları ilə işin aparılması, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və. s bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda toplantı iştirakçıları qarşısında çıxış etdi. Daha ətraflı »

    Teqlər:

  • 29Avq
    Xəbərlər RASİM MÜRSƏLOV KÜÇƏSİNƏ ASFALT ÖRTÜYÜ SALINIR üçün şərhlər bağlıdır

    Изображение 041Изображение 047Şəhərin Heydər Əliyev prospektində və Elman Hüseynov küçəsində səkilərə 1450 kvm tamet daşı döşənmişdir. Elman Hüseynov küçəsində 4 km məsafəyə yeni səki daşları (bardyur) düzülmüş, küçə genişləndirilmiş, burada kommunikasiya xətləri qaydaya salınmış, yol boyu yaşıllıq zolağı salınmış, gecə işıqlandırılması çəkilmişdir. E. Hüseynov, Ş.Qurbanov və M. Mahmudov küçələrinə bütünlükdə asfalt örtüyü salınmışdır. Hazırda R. Mürsəlov küçəsinə asfalt örtüyün salınmasına başlanmışdır.

    Teqlər:

  • 29Avq
    Xəbərlər KOMPÜTER KURSUNUN ÜÇÜNCÜ BURAXILIŞI üçün şərhlər bağlıdır

    DSC_2897DSC_2959Bu günlərdə rayon Gənclər Mərkəzində fəaliyyət göstərən “İdeal” kompüter kurslarının üçüncü buraxılışı olub. Kursu bitirən 59 nəfərdən 26-sı diplom, 33-ü isə sertifikat alıb.
    Həmin kurs üç ildir ki, Tərtərdə fəaliyyət göstərir. Bu müddət ərzində 142 nəfər kompüterin sirrini mənimsəyərək müvafiq olaraq sertifikat və diplom almışdır. Üçüncü buraxılışın məzunlarına sənədlərin təqdim olunması münasibəti ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri Svetlana Əzizova, Qadir Mədətov, Füzuli Əliyev, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, maliyyə idarəsinin müdiri Zahid Təhməzov, mənzil-istismar sahəsinin rəisi Hafis Ələkbərov iştirak etmişlər.
    Kursun baş direktoru Araz Əliyev, Tərtər filialının rəhbəri Taleh Qurbanovdur.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Avq
    Xəbərlər KÖRPÜ TİKİLƏCƏK üçün şərhlər bağlıdır

    1364427159_korpu6-kopiyaGəncə şəhərinə yolu düşənlər, Goranboy-Tərtər avtomobil yolunun 18-ci kilometrində yerləşən İncə çayı üzərindəki qəzalı vəziyyətdə olan körpünü görüb, həmişə təəssüf hissi keçirirlər. Bu yaxınlarda əlaqədar təşkilatlardan öyrəndik ki, həmin körpünün inşası üçün layihə-smeta sənədləri hazırlanmışdır. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır. Həmçinin 2016-cı ilin 6 ayı ərzində rayonda respublika əhəmiyyətli avtomobil yollarında 379,2 min manatlıq, yerli əhəmiyyətli avtomobil yollarında 57,4 min manatlıq təmir işləri görülmüşdür. Respublika əhəmiyyətli Goranboy- Tərtər avtomobil yolunun 18-36 kilometrlərində əsaslı təmir və yenidənqurma işləri aparılması üçün layihə-smeta sənədləri hazırlanır.

    Teqlər:

  • 29Avq
    Xəbərlər “VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN REGİONLARDA TƏBLİĞİ üçün şərhlər bağlıdır

    DSC_0490 — копияTərtər rayon Gənclər Mərkəzində “Gənc Politoloqlar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliği” layihəsi çərçivəsində tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə iştirakçıları salamlayaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliği” layihəsinin əhəmiyyətindən və rayonda bu sahədə görülən işlərdən danışıb. Sonra «Gənc Politoloqlar Mərkəzi»nin sədri İlkin Əliyev və hüquqşünas təlimçi Lamiyə Məmmədova layihə haqqında məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış yeni Qanuna müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq bir çox yeni müddəalar əlavə edilmişdir. Mövzu ilə bağlı Tərtər Rayon Polis şöbəsinin rəis müavini İlqar Fərəcov, Tərtər Rayon Prokurorunun köməkçisi Rəşid Bayramov öz fikirlərini bölüşüblər.
    Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, iştirakçılara maarifləndirici materiallar paylanıb. Növbəti gün tədbir Tərtər Peşə Təlimi Mərkəzində davam etdirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Avq
    Xəbərlər KÖRPƏLƏR EVİ-USAQ BAĞÇASI İSTİFADƏYƏ VERİLƏCƏK üçün şərhlər bağlıdır

    DSC_7258 (Копировать)Şəkildə gördüyünüz bu ikimərtəbəli yaraşıqlı bina şəhərimizin Nizami küçəsində inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçası üçün nəzərdə tutulub.
    Burada mətbəxt, sanitar otağı, iş otağı, uşaqlar üçün oyun otağı, yataq otağı, kompüter otağı vardır. Bir sözlə, bura hər cür şəraiti olan uşaq bağçasıdır.
    Müasir tələblərə cavab verən bu binanın ümumi sahəsi 1200 kvadratmetrdir.
    İnşasına 2015-ci ilin əvvəllərində başlanmışdır. Dam örtüyü müasir mansard üslubunda vurulmuşdur.
    Şəhərimizin ümumi gözəlliyini daha da artıran bu bina və burada yaradılan şərait balaca sakinlərin də xoşlarına gələcəkdir.
    Körpələr evi-uşaq bağçası tezliklə istifadəyə veriləcəkdir.

    Teqlər:

  • 29Avq
    Xəbərlər BAKIDA “KİV VƏ MÜƏLLİF HÜQUQLARI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Shekil-1MİTDİB.Bakı.Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Bakı şəhərində “KİV və müəllif hüquqları” mövzusunda konfrans keçirib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransa KİV təmsilçiləri və internet fəalları qatılıblar.
    Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “İnternet informasiya resursla-rında müəllif hüquqlarının qorunması təşəbbüslərinə yardım” layihəsi çərçivəsində baş tutub. Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: “İnternetin inkişafı KİV-də müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Bax-mayaraq ki, müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biridir. Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsal-çıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Xəbərlər AZƏRBAYCAN-RUSİYA-İRAN ÜÇTƏRƏFLİ GÖRÜŞÜ YENİ ƏMƏKDAŞLIQ FORMATININ ƏSASINI QOYDU üçün şərhlər bağlıdır

    6772f4c4fe57c499947b5db71ed14223Bu günlərdə Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda keçirilən zirvə görüşü bütün dünyanın diqqət mərkəzində olmuşdur. Bu görüş yeni əməkdaşlıq formatının əsasını qoymuşdur. Üç dövlətin prezidentlərinin imzaladıqları birgə Bəyannamədə qeyd olunmuşdur ki, tərəflər bərabər hüquqlu və qarşılıqlı əməkdaşlıqlarının hərtərəfli inkişafını, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlərin bütün sahələri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqu intensivləşdirməyi və genişləndirməyi davam etdirəcəklər.
    Bəyannamədə eyni zamanda regiondakı həll olunmamış münaqişələrə də diqqət yetirilmişdir. Bildirilmişdir ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibdir.
    Həmçinin bəyan olunmuşdur ki, tərəflər bərabər hüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əməkdaşlıqlarını intensivləşdirəcəklər.
    Prezident İlham Əliyev zirvə görüşündə çıxışı zamanı bildirib: “Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxaq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan statuskvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Xəbərlər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN QƏBƏLƏ VƏ İSMAYILLI RAYONLARINA SƏFƏRİ üçün şərhlər bağlıdır

    02 (1)v3Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfər edib.
    Dövlət başçısı əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra Prezident İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
    Qəbələyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
    Bundan sonra Prezident İlham Əliyev Qəbələdə inşası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olaraq görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
    Prezident “Qəbələ” Park-Bulvar kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, həmçinin “Qafqaz Tufandağ Mountan Resort” hotelinin açılışında iştirak edib.
    Qəbələyə səfəri çərçivəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.
    Sonra Prezident Nohurqışlaq Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib. Daha ətraflı »

    Teqlər: