Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Yan
    Xəbərlər TƏRTƏR İSTEHSALÇILARININ MƏHSULLARI PAYTAXT YARMARKALARINDA üçün şərhlər bağlıdır

    download42015-ci ildə Tərtər əməkçiləri Bakı və Sumqayıt şəhərlərinin yarmarkalarına xeyli miqdarda və müxtəlif çeşidli məhsullar göndəriblər. İl ərzində hər şənbə, bazar və bayram günlərində cəmi 342 ton meyvə-tərəvəz, 90 min dəstə göyərti, 9,5 ton ət, 3,4 ton süd məhsulları, 12 min ədəd yumurta yarmarkalara çıxarılıb. Həmçinin ekologiyanı sağlamlaşdırmaq və yaşıllığı artırmaq məqsədilə 8 min ədəd müxtəlif meyvə tingləri yola salınıb. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Xəbərlər O GÜN AZADLIQ SƏDASI GÖYLƏRƏ QALXDI üçün şərhlər bağlıdır

    Изображение 109Tədbiri YAP Tərtər Rayon Təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova açıb. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xatirə Məmmədova XX əsr tarixinə ən amansız cinayətlərdən biri kimi daxil olmuş faciə ilə bağlı məruzə söyləyib. Məruzədə 20 Yanvara aparan yolun haradan başladığı, meydan hərəkatının yaranması və xalqımızın milli oyanışını, milli ruhunu əzməyə çalışanların vəhşilikləri, dinc əhaliyə qarşı törətdikləri amansız terror aktları əksini tapıb. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Xəbərlər İNZİBATİ ƏRAZİ DAİRƏLƏRİ ÜZRƏ NÜMAYƏNDƏLİKLƏRDƏ HESABAT YIĞINCAQLARI üçün şərhlər bağlıdır

    2015-ci il arxada qaldı. Bütövlükdə dünyamız üçün bu il o qədər də rəvan olmadı. Yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran artdı, yeni münaqişə ocaqları yarandı.
    Bunlara baxmayaraq, ötən il Azərbaycan bütün sahələrdə uğurlarını artıra bildi. Xüsusilə qeyri-neft sektorunun inkişafına önəm verildi, “Kənd təsərrüfatı ili” çərçivəsində aqrar sahənin səmərəliliyinin yüksəldilməsi üçün müəyyən tədbirlər görüldü. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Xəbərlər TƏKLİFLƏR SƏSLƏNDİRİLDİ üçün şərhlər bağlıdır

    Изображение 025Изображение 026Tarixə qovuşan 2015-ci il Mamırlı və Poladlı kəndlərinin sakinləri üçün uğurlu illərdən birinə çevrildi. Məhz bu ildə həmin kəndlərin qazlaş-dırılması başa çatdı və bununla da əhalinin ən böyük problemlərindən biri həll olundu. Sosial məsələlərin həlli ilə yanaşı iqtisadiyyatın möhkəmləndirilməsi, hey-vandarlıq və əkinçilik məhsulları istehsalının atırılması da diqqət mərkəzində saxlanıldı. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Xəbərlər GÖRÜLƏN İŞLƏR MÜSBƏT QİYMƏTLƏNDİRİLDİ üçün şərhlər bağlıdır

    Изображение 005Изображение 003Hacıqərvənd kənd İnzibat Ərazi Dairəsi üzrə nümayəndəlik rayonumuzun iri yaşayış məntəqələrindən biri olmaqla ərazisi 1271 hektar, yerli əhalisi 2867 nəfər, ailə təsərrüfatlarının sayı 686-dır. Ərazidə 247 nəfərdən ibarət 79 məcburi köçkün ailəsi məskunlaşmışdır.
    Bu günlərdə keçirilən hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi Vəli Əliyevin ötən il ərzində görülən işlər barədə hesabatı dinlənilib və qarşıda duran vəzifələr müzakirə edilib. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Xəbərlər QARŞIDA DURAN VƏZİFƏLƏR üçün şərhlər bağlıdır

    Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi Dəmirçilər və Ağkənd kəndlərini əhatə edir. Burada keçirilən hesabat yığıncağında nümayəndə Zəqəm Ağayev göstərib ki, bu iki kənddə təsərrüfatların sayı 510, ərazi vahidinin sahəsi 1810 hektar, əhali 2141 nəfərdir. Sakinlərin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Əkin sahəsi 664 hektardır. Ötən ilin yay mövsümündə suyun ermənilər tərəfindən kəsilməsi işdə çətinliklər yaratsa da adamların ciddi cəhdi nəticəsində əkin sahələrinə qayğı ilə qulluq edildi, buğda, arpa, yazlıq bitkilər sahələrindən və yoncalıqlardan kifayət qədər məhsul tədarük olundu. Əldə olunan məhsullar əvvəlki illə müqayisədə xeyli çoxdur. Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Xəbərlər AĞACƏKMƏ KAMPANİYASI BAŞLAYIB üçün şərhlər bağlıdır

    Изображение 002Rayonumuzun yaşıllaşdırılması işlərində Изображение 016həvəslə çalışan kollektivlərdən biri də subartezian quyularının istismarı idarəsidir. Bu günlərdə rəhbəri və təsisçisi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü–İDEA çərçivəsində ağacəkmə kampaniyasına qoşulan kollektivin 42 nəfər üzvü “Tərtər-Bərdə” magistral yolu-nun sol kənarında ağacəkmə aksiyasında iştirak edib. Onların qüvvəsi ilə burada 100 ədəd Eldar şamı, 400 ədəd Krım gülü və 250 ədəd müxtəlif meyvə ağacları əkilib.
    * * *

    Tərtər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin və Məşğulluq Mərkəzinin əməkdaşları rayonumuzda yeni istifadəyə verilmiş 54 mənzilli yaşayış binasının həyətinin abadlaşdırılmasında yaxından iştirak ediblər. Keçirilən bir neçə iməcilik zamanı binanın qarşısında 100 ədədə yaxın Eldar şamı əkilib.

    Teqlər:

  • 16Dek
    Xəbərlər “HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANIN QURUCUSU VƏ MEMARIDIR” üçün şərhlər bağlıdır

    Новое изображениеikikkkkkkkkMövzu ilə bağlı Heydər Əliyev Mərkəzində “Dəyirmi masa” keçirildi.
    Tədbirdə rayonun idarə və müəssisələrində çalışan fəal YAP üzvləri iştirak etdilər.
    İstirakçılar öncə Ulu Öndərin büstünü ziyarət edərək, önünə gül dəstələri qoydular. Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Xəbərlər Tərtərlilər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad etdilər üçün şərhlər bağlıdır

    Изображение 095Изображение 031Tərtər şəhərinin Mərkəzi Meydanında
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyublar. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Xəbərlər KƏNDİMİZƏ QAZ ÇƏKİLİR üçün şərhlər bağlıdır

    Rayonumuzun bir sıra kəndləri kimi bizim Köçərli kəndinə də qaz çəkilişi işləri davam etdirilir. Kən-dimizin 390 təsərrüfatında 1700 nəfər əhali yaşayır. Sahə rəisi Elşad Məmmədov və iş icraçısı Çingiz Həsənov bildirdilər ki, qaz çəkilişini “Alıbəyli UY” şirkəti həyata keçirir. Çəkiliş zamanı 108, 76 və 57 diametrli dəmir borulardan istifadə olunur. Hər küçəyə qaz çəkilən zaman evlərə sayğac qoyulur, tənzimləyici quraşdırılır.
    Şirkətin işçiləri yeni il bayramınadək kəndin qazlaşdırılmasını başa çatdırmaq üçün var qüvvə ilə çalışırlar.

    Ziyəddin Nəcəfov

    Köçərli kənd sakini

    Teqlər: