Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Apr
    Xəbərlər XALQA XİDMƏT AMALININ PARLAQ NÜMUNƏSİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günü ilə bağlı tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova və Tərtər Rayon Mərkəzi Xəstəxanasının kollektivi iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Bildirib ki, oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə xanım Əliyeva Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olmuşdur. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır. Bu gün dövlət başçısı İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır. Daha ətraflı »

  • 29Apr
    Xəbərlər İCRA BAŞÇISININ QARADAĞLI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ OLUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon Ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Kənd sakinlərini salamlayan icra başçısı onları müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib. Sonra o, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    Rayon rəhbəri Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının açılışında Ali Baş Komandan İlham Əliyevin çıxışı barədə də sakinlərə məlumat verib, ölkə rəhbərinin “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət ki-mi yaşayacaq!” fikrini vurğulayıb. Qeyd olunub ki, respublika Prezidenti Qarabağda, azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayını “Zəfər Qurultayı” adlandırıb. Daha ətraflı »

  • 29Apr
    Xəbərlər Pedaqoji kollektivə tövsiyələr verilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını tövsiyə edib. Siniflərdə şagirdlərlə səmimi görüşərək, dərslərində onlara uğurlar arzulayıb.

     

  • 29Apr
    Xəbərlər İFTAR SÜFRƏSİ TƏŞKİL EDİLİB üçün şərhlər bağlıdır

    Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günluk Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qaziləri üçün iftar süfrəsi təşkil olunub.
    “Tərtər” istirahət mərkəzində təşkil olunan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, din xadimləri, şəhidlərin ailə üzvləri, qazilər və onların fidan balaları iştirak ediblər. Əvvəlcə torpaqları-mızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müqəddəs Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsində xalqımızın şanlı Zəfərindən danışıb. Rayon rəhbəri Vətənə layiqli oğullar verdiklərinə görə şəhid ailələrinə, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.
    Sonra ölkəmizdə həyata keçirilən dövlətdin siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, Ramazan ayının əhəmiyyətindən və fəzilətlərindən danışıb. Daha ətraflı »

  • 29Apr
    Xəbərlər I Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb üçün şərhlər bağlıdır

    Yaşasaydı, 65 yaşı tamam olacaqdı

    Birinci Qarabağ müharibəsi şəhidi İnqilab Ağayevin 65 illik yubileyi mü-nasibəti ilə təhsil aldığı şəhər 2 nömrəli məktəb-liseydə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Öncə tədbir iştirakçıları Tərtər şəhər qəbristanlığında şəhidin məzarını ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
    Sonra tədbir şəhidin təhsil aldığı şəhər 2 nömrəli məktəb-liseydə adı verilən 7 B sinifində davam etdirilib.
    Mərasimdə çıxış edənlər şəhid İnqilab Ağayevin 1-ci Qarabağ müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqdan, onun keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Bildiriblər ki, şəhid, baş leytenant Ağayev İnqilab Mahmud oğlu 1957-ci il aprel ayının 18-də Tərtər şəhərində anadan olmuşdur.
    Əvvəlcə şəhər 2 saylı orta məktəbində, sonra isə 96 saylı Texniki Peşə Məktəbində təhsil almış, çilingər – mexanik peşəsinə yiyələnmişdir. 1977-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddət Bərdədə tikinti təşkilatında işləmişdir. Daha ətraflı »

  • 29Apr
    Xəbərlər Ümumrayon iməciliyi üçün şərhlər bağlıdır

    Tərtər rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür.
    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti iməcilikdə rayonun idarə, müəssisə, təşkilatlarının kollektivləri, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, rayon sakinləri fəal iştirak ediblər.
    Səhər saatlarından başlayan iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb. Park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib. Ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
    Eyni zamanda Tərtər-Bərdə avtomobil yolunun kənarında yeni ağaclar əkilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aparılan abadlıq və təmizlik işləri ilə tanış olub, sakinlərlə birlikdə ağacəkmə aksiyasında iştirak edib və müvafiq tövsiyələrini verib. Daha ətraflı »

  • 29Apr
    Xəbərlər Karxana sahibləri ilə görüş üçün şərhlər bağlıdır

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Tərtər rayonunda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşüb.
    Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, KOBİA-nın, Tərtər Rayon İcra Hakimiyyətinin, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının nümayəndələrinin iştirak etdiyi tədbirdə karxana sahiblərinin problemləri fəaliyyət göstərdikləri ərazilərə baxış keçirilməklə yerində dinlənilib. Görüşdə karxana sahiblərinə və bu sektorda fəaliyyətə maraq göstərən şəxslərə karxana fəaliyyətinin hüquqi əsasları, faydalı qazıntı yataqlarının istismar qaydaları, sahibkarlar üçün alternativ yataqların müəyyən edilməsi barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

     

  • 20Apr
    Xəbərlər Səmimi şəraitdə keçən görüş üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Azadqaraqoyunlu kən-dində keçirilib. Vaxtaşırı keçirilən bu cür görüşlər rayon rəhbərinə əhalinin problemləri ilə daha yaxından tanış olmağa və onların həlli üçün operativ tədbirlər görməyə kömək edir.
    Budəfəki görüşdə də Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov kənddəki mövcud vəziyyət barədə məlumat verəndən sonra, kənd sakinlərinin müraciətləri dinlənilib.
    Vətəndaşlar səmimi şəraitdə keçən görüşün nəticələrindən razı qalıblar.
    Kənd ağsaqqalları Arif Hüseynov, Vəli Mehdiyev və başqaları Azərbaycanda sülh və əmin-amanlıq şəraitinin yaradılmasına, hər bir vətəndaşa qayğı və diqqətlə yanaşılmasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

  • 20Apr
    Xəbərlər Təlim keçirilib üçün şərhlər bağlıdır

    Rayon Gənclər Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” mövzusunda təlim keçirilib.
    Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Ərazi məşğulluq filialına müraciət edən Tərtər rayonundan olan şəhid ailələrinin üzvləri və Qarabağ Müharibəsi iştirakçıları iştirak ediblər.
    Qarşılıqlı diskussiya şəklində keçirilən təlimdə iştirakçılara fərdi sahibkarlıqla məşğul olmaq və peşə seçiminə dəstək göstərmək üçün müvafiq təlimatlar verilib və onların sualları cavablandırılıb.

     

  • 20Apr
    Xəbərlər Rayonumuzda çiyid səpininə başlanılıb üçün şərhlər bağlıdır

    Bu il rayonda 3446,9 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumla-nıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
    Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 633 istehsalçı və “Azərpambıq” MMC tərəfindən isə 460 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqaviləyə əsasən pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
    Rayonda bu kampaniyaya 22 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 10-15 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.
    Səpin işlərinin gedişi ilə tanış olan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fermerlərə müvafiq tövsiyələrini verib. Qaraağacı kənd sakini, 2-ci də-rəcəli “Əmək” ordenli İlkin Qurbanovun və Qazyan kənd sakini Suliddin Ələkbərovun sahələrində səpin işlərinin gedişini iz-ləyib.
    Qeyd edək ki, 2021-ci ildə Tərtər rayonunda 3440 hektar sahədə pambıq becərilib və hər hektardan 31,1 sentner olmaqla, 10701,5 ton məhsul tədarük edilib.