Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Okt
    Xəbərlər ŞƏHİD BULAQLARININ AÇILIŞI üçün şərhlər bağlıdır

    Rayonumuzun Qazyan kəndində Şəhid Hacıyev Rüstəm Firqani oğlunun, Qaradağlı kəndində Şəhid Hüseynov Aslan Malik oğlunun və Tərtər şəhərində Aslanov Xəyal Qüdrət oğlunun adlarına tikilmiş Şəhid bulaqlarının açılışları olub.
    Açılışlarda Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, Milli Məclisin deputatı Sahib Alıyevin köməkçisi, İctimai Birliklərin nümayəndələri, qazilər, müharibə veteranları iştirak ediblər.
    Şəhidlərin ailə üzvləri onların övladlarının xatirələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 08Okt
    Xəbərlər PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Tərtərdə prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirmiş, prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir.
    Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Daha ətraflı »

  • 30Sen
    Xəbərlər TÜRKİYƏNİN BAŞ KONSULU TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Səfər çərçivəsində qonaq Tərtər rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri konsula rayon haqqında məlumat verməzdən öncə Ulu Öndərin “Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olması” fikrini dilə gətirdi.
    Sonra rayon rəhbəri bildirdi ki, müharibənin vurduğu ciddi ziyanlara baxmayaraq Tərtər rayonu günü-gündən böyüyür, gözəlləşir, rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir. Yaşıllıq zolaqları salınır, yollar çəkilir.
    Sonra konsul hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını ifadə etdi.
    Baş Konsul Tərtər rayon Tarix-diyarşünaslıq müzeyinə baş çəkib. İcra başçısı muzeydə Nuru Paşanın 1918-ci ildə Tərtərə gəlməsindən və onun burda təmtəraqla qarşılanmasından, sonra Tərtər rayonunda yerləşən 24 tarixi abidənin 1-i olan dünya əhəmiyyətli Bor-sunlu kurqanlarından danı-şıb. Görüş səmimi və yaddaqalan keçib. Daha ətraflı »

  • 30Sen
    Xəbərlər FAKTARAŞDIRICI MİSSYA DAVAM EDİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Tərtər rayonunda olub. Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
    Nümayəndə heyəti Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib.
    Səfər zamanı Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış yaşayış evinə və rayona atılmış qadağan edilmiş raketlərin qalıqlarına baxış keçirilib.
    Nümayəndə heyəti sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar. Bildirilib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə Daha ətraflı »

  • 30Sen
    Xəbərlər ANIM GÜNÜ MÜNASİBƏTİ İLƏ ŞƏHİD MƏZARLARI ZİYARƏT OLUNDU üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli “Anım gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın anım günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində və royonun kəndlərində şəhidlərimizin məzarlarını ziyarət etmiş, onların xatirəsini dərin hörmət və ehtiramla yad edərək, məzarları önünə gül dəstələri düzüb.
    Sonra rayon rəhbəri şəhid ailələrində olub, onların problemləri, qayğıları ilə maraqlanıb.
    Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 30Sen
    Xəbərlər “ŞƏHİDLƏR ABİDƏSİNİN” VƏ “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI üçün şərhlər bağlıdır

    Anım günü ərəfəsində Soyulan kənd İƏD-nin Alışarlı kəndində “Şəhidlər abidəsi”nin, Hacallı kəndində isə “Şəhid bulağı”nın açılışı olub.
    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən Daha ətraflı »

  • 30Sen
    Xəbərlər İCRA BAŞÇISI ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Yeni tədris ilinin başlanması münasibəti ilə Tərtər şəhərinin məktəblərində olub.
    O, təhsil işçilərini və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Gələcəyimiz olan uşaqların azad və firavan yaşaması üçün torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu yad edilib.
    Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb.
    Qeyd olunub ki, 2020-2021-ci tədris ilində ümum-təhsil məktəblərini 584 nəfər məzun bitirib. Məzunlardan 326 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə sənəd verən məzunlardan ilkin olaraq 206 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 3 nəfər 600-dən, 26 nəfər isə 500-dən yuxarı bal toplayıb.
    Sonra ibtidai sinif şagirdləri Vətənə, anaya, məktəbə aid şeirlər deyiblər. Çalınan zəng onları sinif otaqlarına səsləyib.

     

  • 30Sen
    Xəbərlər TƏRTƏR RAYONUNA SƏFƏR üçün şərhlər bağlıdır

    Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və müavini Aris Məmmədov Anım günü ərəfəsində Tərtər rayonuna səfər ediblər. Səfərdə məqsəd I Qarabağ müharibəsi və Vətən müharibəsi qaziləri, veteranları, şəhid ailələri ilə görüşmək, şəhid məzarlarını, ailələrini ziyarət etmək, bu aillələrin problemləri və qayğıları ilə maraqlanmaqdır. Bu barədə səfər çərçivəsində sədr Mehdi Mehdiyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşərkən məlumat verib.
    Səfər çərçivəsində İctimai Birliyin nümayəndələri Vətən müharibəsi zamanı Tərtər rayonunun infrastrukturuna dəymiş ziyanla və aparılan təmir-bərpa işləri ilə də tanış olublar.

     

  • 20Sen
    Xəbərlər DEPUTATLA GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Həlli mümkün məsələlər operativ sürətdə həll olunub, araşdırılması vaxt tələb edən məsələlər barədə aidiyyəti qurumlara tapşırıqlar verilib.
    Qəbulda iştirak edən vətəndaşlar Milli Məclisin deputatı Sahib Alıyevlə fikir mübadiləsi aparıblar.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 20Sen
    Xəbərlər KOB DOSTU FƏALİYYƏTƏ BAŞLAYIB üçün şərhlər bağlıdır

    Qarabağ iqtisadi rayonu üzrə sayca ikinci Kiçik və Orta Biznesin Dostu (KOB dostu) Tərtər rayonunda fəaliyyətə başlayıb. Tərtər Gənclər Mərkəzində fəaliyyət göstərəcək KOB dostu müvafiq rayonla yanaşı, ətraf şəhər və rayonların sahibkarlarına da biznes sahəsində dəstək və xidmətlər göstərəcək.
    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, iştirakçılar KOB dostu ofisində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.
    KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB dostu mexanizmi və Agentliyin digər dəstək və xidmətləri barədə sahibkarlara məlumat verib, onları KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib. Qeyd olunub ki, KOB dostu Tərtər rayonunda sahibkarlıq fəaliyyətinin inkişafı, yeni biznes subyektlərinin yaradılması, sahibkarların maraqlarının müdafiəsi və s. kimi istiqamətlərdə dəstək Daha ətraflı »