Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyn
    Xəbərlər PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir. Epidemiya ilə bağlı tibbi-proflaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir. Bununla əlaqədar olaraq rayon ərazisində yerləşən Kapital Bankın, Beynəlxalq Bankın, həmçinin Azərpoçtun binasının qarşısında və bankomatların qarşısında vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi üçün nişanlanma işləri aparılmışdır. Həmçinin mütəmadi olaraq Tərtər Rayon İcra Hakimiyyətində yaradılmış mobil qrupun üzvləri tərəfindən Tərtər şəhərində və rayonun kəndlərində Daha ətraflı »

  • 11İyn
    Xəbərlər MƏNİM ÜÇÜN BİRMƏNALI QAYDADA TƏRƏDDÜDSÜZ İNSANLARIN SAĞLAMLIĞI HƏMİŞƏ BİRİNCİ YERDƏ OLUB–İLHAM ƏLİYEV üçün şərhlər bağlıdır

    Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələri sırasında öncül yerlərdən birini tutur. Elə ilk günlərdən, hələ Azərbaycanda bu virusa yoluxan olmadığı halda Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə pandemiyanın geniş yayılmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirildi, ciddi hazırlıq işləri görüldü, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, əhalinin bu yoluxucu xəstəliklə bağlı maarifləndirilməsi diqqət mərkəzində saxlanıldı. Xəstələrin müayinəsi və müalicəsi üçün xüsusi yerlər müəyyən edildi, xəstəxanalar ayrıldı, müasir tibbi avadanlıqlar alınıb gətirildi. Dövlət büdcəsindən bu məqsədlə küllü miqdarda–milyardlarla vəsait ayrıldı. Görülən bu həllivacib tədbirlər, əlbəttə, öz səmərəsini verdi və əhali arasında bu qorxulu epidemiyanın daha geniş yayılmasının qarşısı alındı.

    Ölkə başçısı tərəfindən hazırda da koronavirus pandemiyasına qarşı ciddi tədbirlərin görülməsi davam edir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında onların iştirakları da bu vacib sahəyə diqqətin əsas təzahürüdür.

    Prezident İlham Əliyev öz nitqində qeyd etdi ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. Daha ətraflı »

  • 20May
    Xəbərlər YUBİLEY MEDALLARI TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    Faşizm üzərində Qələbə-nin 75 illiyi münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfər-bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəhbər şəxsləri müharibə veteranları– Tərtər rayon Köçərli kənd sakini Yunisov İsmayıl Həsən oğlunu və Hacıqərvənd kənd sakini Abbasov Musa Əliş oğlunu evlərində ziyarət edib, qayğıları ilə maraqlanıblar. Daha ətraflı »

  • 20May
    Xəbərlər NÖVBƏTİ VİDEOKONFRANS KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib. Konfransda Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasi-təsilə keçirilən Zirvə görüşündən, Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış rüşvətxorluq və korrupsiya hallarından, rayonda koronavirus pandemiyasına qarşı görülən işlərdən, karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qə-rarından irəli gələn məsələlərdən, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişindən  danışılıb. Daha ətraflı »

  • 09May
    Xəbərlər ƏRZAQ YARDIMI AKSİYASI üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə yardımlar göstərilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, ayrı-ayrı sahibkarların və iş Daha ətraflı »

  • 09May
    Xəbərlər DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD – 19)
    infeksiyasının Tərtər rayonunun ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə sanitar-dezinfeksiya işləri davam etdirilir. İnfeksiyanın qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri müəyyən edilmiş cədvələ əsasən aparılır.
    Tərtər şəhərinin bütün küçələri, çoxmənzilli və fərdi yaşayış binalarının ətrafı, giriş və çıxışları hər gün dezinfeksiya olunur,antiepidemiya tədbirləri görülür. Daha ətraflı »

  • 09May
    Xəbərlər İPƏKQURDU TOXUMU PAYLANDI üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənə-nəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsidir ki, respublikamızda barama istehsalı ildənilə dəfələrlə artır.
    Respublikamızın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Daha ətraflı »

  • 09May
    Xəbərlər AVTOMOBİL YOLU YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur. Bu, IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 33,5 kilometr olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı QaradağlıQapanlıQaynaqYuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.
    Ümumi eni 10 metr olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
    Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli də-mirbeton su ötürücü boruların tikintisi işləri də aparılıb. Daha ətraflı »

  • 30Mar
    Xəbərlər Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın MƏLUMATI üçün şərhlər bağlıdır

    29 mart saat 00:00-dan etibarən

    Xüsusi karantin rejimi gücləndirilsin.

    Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın. Daha ətraflı »

  • 30Mar
    Digər, Xəbərlər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır

    “GEDİRSƏN, TEZ QAYIT GƏL…”

    Şəhidlərin hər biri haqqında yazılar işləyəndə bu misralar keçir ürəyimdən:
    Gedirsən, tez qayıt gəl,
    Gözü yolda qalan var…
    Doğrusu, bu sətirlərin kimin olduğunu yaxşı xatırlaya bilmirəm. Amma beynimə hopub, ürəyimə işləyib sətirlərin hər bir sözündəki haray! Elə ona görə də bütün şəhid övladlarımıza şamil etmək istəyirəm. Axı, Vətən üçün canından keçən hər bir şəhidimizin arxasınca gözlər dikilib–ata-ana, bacı-qardaş, ailə-uşaq, sevgili gözləri. Bu gözləri intizarda qoymaq, ağlar qoymaq, yerə-göyə sığan dərd deyil. Ona görə də qapılardan çıxan hər kəsə söyləyirəm. “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var…” Necə ki, bütün şəhidlərimizə və eləcə də Aydın Abdullayevə deyilmişdi… Daha ətraflı »