Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar
    Xəbərlər XOCALI SOYQIRIMI BƏŞƏRİ CİNAYƏTDİR üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Tarixə şahid və şəhid Xocalım!” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət müəssisələrinin nümayəndələri və şəhər 3 saylı məktəbin şagird və müəllimləri iştirak ediblər.
    Əvvəlcə kitab sərgisinə baxış olub. Sonra Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açıb.
    O, bu ağlasığmaz faciəni yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı olan tarixi və qanlı cinayət adlandırıb, ermənilər tərəfindən burada törədilən vəhşilikləri faktlarla diqqətə çatdırıb.
    Mərkəzləşmiş kitabxana sisteminin işçisi Nigar Əlizadə, şəhər 3 saylı məktəbin tarix müəllimi Kifayət Kərimova, tarix-diyarşünaslıq muzeyinin müdir əvəzi Aybəniz Məmmədova faciə haqqında danışıblar. Şagirdlərin ifasında kompozisiya səslənib. Sonda tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş videoçarxa baxıblar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 23Fev
    Xəbərlər SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ALTINCI İLDÖNÜMÜ üçün şərhlər bağlıdır

    TER_7900 (Копировать)Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının altıncı ildönümü münasibəti ilə tədbir keçirmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
    Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Sonra torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Rayon Icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü münasibətilə təbrik etdi və onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Xəbərlər GÜLABATLI KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    TER_8047 (Копировать)TER_8040 (Копировать)Bu dəfə rayon icra hakimiyyəti başçısının səyyar qəbul-görüşü rayonun Buruc kənd İƏD üzrə nümayəndəliyinin Gülabatlı kəndində keçirildi. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etdilər.
    Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kənd haqqında ətraflı məlumat verdi.
    Sonra Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev rayonda, eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdı. Məktəblərində yardımçı sinif otaqlarının tikilməsinə ehtiyac olduğunu bildirdi. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Xəbərlər GƏNCLƏR TƏŞƏBBÜSKARLIQLARI İLƏ SEÇİLİRLƏR üçün şərhlər bağlıdır

    DSC_8987DSC_8945 (Копировать)Rayon tarix-diyarşünaslıq muzeyində Gənclər Günü münasibəti ilə “Gənclərlə irəli” adlı tədbir keçirilib. Fəal tərtərli gənclərin iştirakı ilə keçirilən toplantını müzeyin direktor əvəzi Aybəniz Məmmədova açıb. Fond müdiri Pəri Yusifli Gənclər Gününə həsr olunmuş məruzə ilə çıxış edib. O bildirib ki, bugünkü gənclər cəmiyyətdə fəal iştirakı, hərtərəfli bilikləri, təşəbbüskarlıqları ilə seçilirlər. Onlar dövlətin qayğısı ilə əhatə olunublar. Gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Qızıl Aypara Tərtər rayon təşkilatının üzvü Aytən Qarayeva, rayon uşaq-gənclər idman şahmat məktəbinin direktoru Emin Quliyev, məktəbin metodisti Azər Musayev, “Ca qroup”un (SCAG) rəhbəri Coşqun Aslanov, musiqi məktəbinin müəllimi Müşfiq Ağayev çıxış edərək gənclərin üzərinə düşən məsul vəzifələrdən danışıblar.

    Kənən HÜSEYNZADƏ

    Teqlər:

  • 23Fev
    Xəbərlər SATIŞ -YARMARKA TƏŞKİL EDİLİB üçün şərhlər bağlıdır

    TER_8137Tərtər şəhərində təşkil edilən satış-yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılıb. Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin öz məhsullarını bazara çıxarmasına kömək etmək, bazarlarda süni qiymət artımının qarşısını almaq, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaqdır.
    Şəhərin Mehdi Hüseynzadə küçəsində, əhalinin gediş-gəlişinin sıx olduğu yerdə təşkil edilən yarmarkaya alma, mandarin, apelsin, qoz və fındıq ləpəsi, yerli soğan, kartof, pendir və şor, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb. Alıcılar yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər. Satış-yarmarkanın hər həftənin şənbə və bazar günləri təşkil edilməsi nəzərdə tutulur.

    Teqlər:

  • 23Fev
    Xəbərlər ƏHALİNİN PULSUZ KÜTLƏVİ TİBBİ MÜAYİNƏSİ üçün şərhlər bağlıdır

    TER_8224Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2014-cü ildən başlayaraq hər il fevral ayının 12-dən mayın 1-dək əhali pulsuz olaraq tibbi müayinədən keçirilir.
    Bununla bağlı mərkəzi rayon xəstəxanasında baş həkimin müavini Sevda Əliyeva ilə əlaqə saxladıq. Həkim bildirdi ki, ötən illərdə olduğu kimi bu il də pulsuz tibbi müayinəyə insanlar həvəslə gəlir, bu kampaniyada yaxından iştirak edirlər.
    Rayon icra hakimiyyəti tərəfindən təsdiq edilmiş cədvələ əsasən rayon mərkəzi xəstəxanasında vətəndaşların pulsuz müayinəsi davam edir.
    Ümumiyyətlə, rayon üzrə əhalinin kütləvi müayinə olunması üçün 6 həkim briqadası fəaliyyət göstərir. Bununla yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da əhalinin tibbi müayinədən keçirilməsi işləri mütəşəkkilliklə təşkil olunub. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Xəbərlər YAP ÜZVLƏRİ AĞACƏKMƏ KAMPANİYASINDA İŞTİRAK EDİBLƏR üçün şərhlər bağlıdır

    TER_7682“Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının YAP Tərtər Rayon Təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tərtər rayonunun Buruc–Hüləbətli kəndləri ərazisində yerləşən meşə zolağının daha 2,5 hektar sahəsində 3 min ədəd ağac əkilmişdir. Beləliklə, YAP rayon təşkilatı ümumilikdə meşə zolağında 7 min ədəd ağacın əkinini başa çatdırmışdır.
    Ağacəkmə kampaniyasında rayonun idarə, müəssisə və təşkilatlarında çalışan yüzlərlə YAP üzvü böyük həvəslə iştirak etmişdir.

    “Yeni Tərtər”

     

    Teqlər:

  • 09Fev
    Xəbərlər FÖVQƏLADƏ HALLAR NAZİRİ TƏRTƏRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB üçün şərhlər bağlıdır

    1(3)Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər rayonundakı Gənclər Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.
    Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də iştirak etdikləri qəbulda Tərtər, Ağdam, Bərdə rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
    Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Xəbərlər BAMF-ın AMERİKANIN DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRDİYİ MƏCBURİ KÖÇKÜN GƏNCLƏRLƏ BAĞLI LAYİHƏYƏ YEKUN VURULUB üçün şərhlər bağlıdır

    DSC_9012 (Копировать)Tərtər rayonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyilə həyata keçirdiyi “Regionlarda məcburi köçkün gənclərin Vətəndaş Cəmiyyəti quruculuğunda iştirakının dəstəklənməsi” layihəsinin bağlanış tədbiri keçirilib.
    Rayona səfər edən qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Rayon rəhbəri cəbhə xəttində yerləşən Tərtər rayonunun sosial—iqtisadi inkişafı haqqında onlara geniş məlumat verib. BAMF-ın Tərtər rayonunda gördüyü sosial-humanitar işləri də yüksək qiymətləndirib. Rayon rəhbəri ölkədə kənd təsərrüfatına göstərilən qayğının nəticəsində Tərtərdə pambıqçılığın, baramaçılığın, meyvə-tərəvəz istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Xəbərlər RAYONUMUZDA “KİTABXANA ÇAY EVİ” FƏALİYYƏTƏ BAŞLAYIB üçün şərhlər bağlıdır

    15169499944682711983_1000x669Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi və şəhər kitabxanalarında “Kitabxana çay evi” fəaliyyətə başlayıb.
    “Kitabxana çay evi”nin yaradılmasında məqsəd əhalinin asudə vaxtının səmərəli təşkili, oxucuların, xüsusən yeniyetmə və gənclərin kitabxanalara cəlb edilməsi, onların mütaliəyə marağının artırılmasıdır.
    “Kitabxana çay evi” oxucuların böyük marağına səbəb olub.

    Teqlər: