Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy
    Digər 12 NOYABR KONSTİTUSİYA GÜNÜDÜR üçün şərhlər bağlıdır

    1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.
    Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.
    Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.

  • 08Noy
    Digər 17 NOYABR AZƏRBAYCANDA MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Xalqımızın istiqlal mübarzəsinin əsas mərhələlərindən biri olan 17 noyabr–Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
    Mixail Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq Meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi. Daha ətraflı »

  • 08Noy
    Digər İNTELLEKTUAL YARIŞIN SEÇİM TURU üçün şərhlər bağlıdır

    Tərtər şəhər Uşaq Gənclər Şahmat Məktəbində İsmayıllı İntellektual Oyunlar klubu Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Tərtər Rayon İcra Hakimiyyətinin təskilatçılığı ilə “Nə? Harada? Nə Zaman?” yarışı ücün seçim turu keçirib.İki turdan ibarət olan yarışda 8 komanda iştirak edib. Final raundunda daha çox xal toplayan Köçərli kənd tam orta məktəbinin komandası Şəki şəhərində keçiriləcək final turuna vəsiqə əldə edib.

    “Yeni Tərtər”

  • 08Noy
    Digər Milli Qəhrəmanlarımız üçün şərhlər bağlıdır

    ŞƏHİD ABİDƏSİ ÖNÜNDƏ DÜŞÜNCƏLƏR

    Canını Vətən yolunda qurban vermiş bir şəhidin, yaxın dostum, Elman Süleyman oğlu Hüseynovun abidəsi önündə dayanmışam. Fikrimdən nələr keçmir ki?!
    İnsan ömrü bir ulduz axışı qədərdi–bir anlıq, bir kiprik çalımı. Və elə insan ömrünün fəlsəfəsi də budur: Doqquz ay ana bətni, fani olan bu dünyada bir anlıq həyat və əbədi gediş! Bu dünyadan o dünyaya-bir addımlıq yol, milyon illərdir Yer belə, Göy belə, varlıq da belə… Gəlimlər, gedimlər!…
    İndi abidəyə dönmüş Milli Qəhrəman Elman Hüseynovla məni qırılmaz dostluq telləri bir-birimizə bağlayırdı. Həm şəxsi həyatda, həm də birgə iş şəraitində çox yaxın sirdaş idik. Mən öz xatirələrimdə bu barədə əvvəllər də ətraflı yazmışam. Lakin bu dəfə ayrı məqamlardan danışmaq istəyirəm.
    1983-cü il idi. Mirbəşir (indiki Tərtər) Elektromexanika zavodunda direktor Rauf Həsənzadə ilə yola getmədiyim üçün işdən çıxmışdım. Gənclik dostum Oqtay Musayev o vaxtlar rayon partiya komitəsində işləyirdi. Mənə dedi ki, rayon Xalq Nəzarəti Komitəsinin inspektoru Məhəmməd Əliyevi raykoma təlimatçı gətiriblər, onun yeri boşdur, Elman müəllimə mən xahiş edərəm, özün də bir müraciət elə, bəlkə alındı. Daha ətraflı »

  • 08Noy
    Digər Qarabağ müharibəsi qaziləri üçün şərhlər bağlıdır

    KEÇMİŞ DÖYÜŞÇÜNÜN
    ARZULARI

    Qarabağ savaşı insanlarımızın Vətən sevgisinin bir daha nümayişinə çevrildi. Əli silah tutan hər kəsata da, oğul da, hətta cəsur, qorxmaz qızlarımız da mənfur erməniyə qarşı savaşa qatıldı. Vətənimizin ərazi bütövlüyü uğrunda mərdliklə döyüşdü. Onlar ya şəhid oldular, ya da ki, qazi. Hansı qazini dindirsən keçdiyi döyüş yolundan çətinliklərə baxmayaraq, vətən uğrunda candan keçməyə hazır olduqlarından böyük sayqı ilə danışır. Belə döyüşçülərdən biri də Qasımov Şükür İsgəndər oğludur.
    Şükür Qasımov 1956-cı ildə Tərtər rayonunun Balakəngərli kəndində anadan olub. Orta təhsilini Cəmilli kənd məktəbində alıb. Hələ yeniyetməlik illərində rəssam olmaq arzusu ilə yaşayıb. Orta
    məktəbi 1973-cü ildə bitirdikdə gecikdiyindən ali məktəbə qəbul ola bilməyib. 1974-cü ildə Çingiz İldırım adına Politexnik İnstitutunun mexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Kirov vilayətində daxili qoşunlarda xidmət keçib. 1976-cı ildə hərbi xidmətini başa vuraraq qayıdıb və təhsilini davam etdirib. İnstitutda oxuduğu illərdə həm də Gəncə şəhərində Hərbi Aviasiya polkunda müqaviləli hərbi qulluqda çalışıb. 1983-cü ildə institutu bitirərək Mirbəşir (Tərtər) rayonunun “Özbəkistan” kolxozunda təchizat mühəndisi vəzifəsində işləyib. Daha ətraflı »

  • 08Noy
    Digər KAMERANIN YADDAŞINA KÖÇÜRÜLƏN DÜNYA üçün şərhlər bağlıdır

    Hazırda həyatımızı internetsiz, sosial şəbəkəsiz təsəvvür etmək qeyrimümkündür.
    Bu şəbəkələrdə yayımlanan videogörüntülərin müəlliflərindən biri də həmyerlimiz Zahir Əsədovdur. Onu bir gün kamerasız təsəvvür etmək mümkün deyildir.
    Bu günlərdə Zahirlə söhbət edib, barəsində yazmaq istədiyimi bildirdim. Məmnunluq göstərərək, imkanlaşdırıb görüşəcəyimizi vəd etdi və işinin çoxluğuna baxmayaraq, dediyi vaxt redaksiyamızın qonağı oldu. Bəzi suallarla ona müraciət etdim.
    –Necə olub ki, məhz bu peşəni seçmisiniz?
    –1998-ci ildə hərbi xidmətdən sonra Rusiyada qardaşımla birgə yaşamalı oldum. Bir rus qonşumuz varıydı. Mənə kamera ilə işləməyi təklif etdi. Gündəngünə artan marağımı görən qardaşım mənə kiçik əl kamerası aldı. Hələ orda ikən kiçik çəkilişlər etməyə başladım. Nəhayət, Azərbaycana qayıtdım. Artıq kamera ilə işləməyi özümə peşə seçdim. Həvəskar kimi gördüyüm iş püxtələşməyimə səbəb oldu və bir də gördüm ki, operatoram. Daha ətraflı »

  • 08Noy
    Digər NARKOMANİYA VƏ ALKOQOLİZM DÜNYANIN BƏLASIDIR üçün şərhlər bağlıdır

    Yaşadığımız dövrün ən ciddi problemləri sırasında narkomaniya və alkoqolizm ön cərgələrdə qərarlaşıb. Son zamanlar bu problem bütün dünya ölkələri arasında geniş yayılmış və ciddi fəsadların yaranmasına səbəb olmuşdur. Əlbəttə, ətraflı fikirləşəndə bir çox ailələrin dağılmasına, xəstəliklərin əmələ gəlməsinə, yol qəzaları, təcavüzlər və bir çox digər cinayət hadisələrinin baş verməsinə səbəb məhz alkoqolizm və narkomaniyadır. Narkotik və alkoqola vərdiş edən insanların övladları problemdən əziyyət çəkir və bu onların sağlamlığına ciddi zərbə vurur. Daha ətraflı »

  • 30Okt

    Digər üçün şərhlər bağlıdır

    Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının
    Prezidenti

  • 30Okt
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    YAXŞI Kİ, ÜMİD VAR!…

    Bu günlərdə redaksiyamıza yaşlı bir kişi gəldi. Bir qədər özündən, ailəsindən, yaşama tərzlərindən danışdı. Övladları haqqında qısa olaraq məlumat verdi. Bir az da küskün olmasını hiss elətdirdi. Onun söhbətindən anladım ki, şəhid atasıdır. Küskünlüyünə səbəb olan da elə oğul itkisidir. Bu qəmli atanın sözlərinə səbrlə qulaq asdıqdan sonra ona nə deyəcəyimi düşündüm. Yaxşı bilirəm ki, bu cür insanlarla söhbət edəndə də gərək hər bir sözə fikir verilsin, çünki sınmış qəlbin təkrarən qırılmasına səbəb ola bilərdim…
    Bir az təskinlik verdim. Oğlunun şəhidliyini, hamımızın, öncə xalqımızın şəhidi olduğunu söylədim. Şəhidlərin heç zaman unudulmadığını, şəhid adının yüksək olduğunu və hər kəsə nəsib olmadığını söylədim. Bu zaman hiss etdim ki, bu dərd köləsi olan atanın əsəbini bir az sakitləşdirdim. Hətta: “Çox sağ ol, ay bala!” –dedi də…
    Bu, şəhid İlham Sarıyevin atası Əli kişi idi.
    İlhamgil ailədə 5 uşaq olublar, Azad, Mübariz, Azər, İlham, İlhamə. Ataları Əli kişi sürücü, anaları Solmaz evdar qadın idi. Sadə, zəhmətkeş bir ailə olublar. Uşaqların hər biri öz qismətini yaşayıb. İlhamın qismətinə isə şəhidlik düşüb.
    İlham 1972-ci il mart ayının 24-də baharın ilk günlərində doğulub. Bütün qardaş-bacısı kimi qayğı ilə böyüyüb. Orta təhsilini Tərtər şəhər 2 saylı tam orta məktəbdə aldıqdan sonra Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağrılıb. Xidmətdən qayıtdıqdan sonra 41 nömrəli səyyar mexanikləşdirilmiş tikinti təşkilatında, sonra isə Tərtər pambıqtəmizləmə zavodunda işləyib. Daha ətraflı »

  • 30Okt
    Digər Əlilərimiz üçün şərhlər bağlıdır

    “İGİD ODUR YARALARA QATLANA”…

    Vətən yolunda fədakarlıqla xidmət göstərən insanlara hər birimiz borcluyuq. Belə oğullar xalqımızın başucalığıdır. Rayonumuzun mərd insanları hər zaman torpaqlarımızın müqəddəsliyini qoruyub, ölkəmizin bütövlüyü uğrunda əlindən gələni əsirgəməyib. Biz mətbuat işçilərinin də borcu ürəkləri vətənpərvərlik hissi ilə döyünən oğullarımızın haqqında fəxrlə danışmaqdır.
    Barəsində yazacağım vətən oğlu torpaqlarımız uğrunda cəsarətlə döyüş tapşırıqlarını yerinə yetirib.
    Məmmədov Ayaz Əvəz oğlu 1975-ci il aprelin 5-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta təhsilini həmin kənddə başa vurduqdan sonra 1994-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. Döyüşdə olduğu bölgələrdən: Ağdam, Ağdərənin “Vışqa” yüksəkliyi, Tərtərin Çaylı kəndi, “Donaşen-1”, “Donaşen-2”, Ağdamın Yuxarı Salahlı, Aşağı Salahlı və Qərvənd uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirdi.
    Vətənə olan sevgisi onun mənəvi zənginliyindən irəli gəlir. Xalqa və ölkəmizə sonsuz məhəbbətlə bağlı olan Ayaz döyüşlərdə şücaət göstərib. 1994-cü il aprelin 13-də Marquşevanda (Şıxarx) yaralanıb. Həmin anı belə xatırlayır:
    –Ayaqlarımdan yaralandım. Minaatan mərmisi yanıma düşdü, özüm isə səngərin içinə yıxıldım. Yaralandığımı, qəlpənin ayağımı apardığını hiss etdim. Əllərim qana batdı. Səngərdən çıxıb ayaq üstə durmaq istəyəndə gördüm ki, sol ayağım da yaralanıb. Bədənimin müxtəlif nahiyələrindən qəlpə yarası almışdım. Təzəkənddən döyüşdüyüm bölmənin komandiri leytenant Vilayət Məmmədov əvvəlcə məni Ural maşınına qoyub Tərtər hospitalına gətirdi. Axşam saat 5-6 radələrində əməliyyata götürüldüm. Sağ ayağımdan 6 qəlpə, sidik kisəmdən 2 qəlpə çıxarıblar. Sol ayağım amputasiya olundu. Helikopterlə Bakı Semaşka xəstəxanasına aparıldım, 2 ay orada yatdım. Sonradan döyüşdən tərxis olundum. O döyüşdə 6 nəfərdən 4 nəfər şəhid oldu, 2 nəfər yaralandı. Daha ətraflı »