Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Mar
    Digər Bizi yolumuzdan döndərmək istəyənlərin planları baş tutmayacaq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 28 fevral tarixində Almanİqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qeyd olunub ki, Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb.

    Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.

    Bildirilib ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Daha ətraflı »

  • 12Mar
    Digər Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti üçün şərhlər bağlıdır

    Ömrünüz bahar kimi gözəl olsun!

    8 Mart Qadınlar Günü münasibəti ilə bizə doğma, əziz olan qadınları bir daha yada salır, qəlbimizdəki ən xoş arzuları, diləkləri onlara çatdırmaq istəyirik.
    İlk növbədə baharın bu gözəl çağında tərtərli qadınlar adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, qadınlarımızın, eləcə də qayğı və diqqətə ehtiyacı olan hər bir vətəndaşımızın ümid, pənah yeri olan, yalnız Azərbaycanda deyil, dünyada humanizm və mərhəmət simvolu kimi tanınan Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, bir-birindən mənalı və xoş günlər, cansağlığı arzulayırıq!
    Biz tərtərli qadınlar çətin günlərimizdə də, xoş günlərimizdə də Mehriban xanımı daim yanımızda görmüşük. 2016-cı ilin Aprel hadisələri bizi qələbəyə aparan böyük yola çıxardı. Amma bu yola çıxmaq üçün şəhid verdik, evlərimiz darmadağın oldu. Hadisədən dərhal sonra Prezident İlham Əliyev Mehriban xanımla birlikdə yanımızda oldular, evləri dağılmış insanlarla görüşdülər və hər şeyin tezlikə düzələcəyinə söz verdilər. Ermənilərin dağıtdıqları evlərin yerində qısa müddətdə yeni tikilən yaraşıqlı evlərin ilk qonaqları da elə cənab Prezident və Mehriban xanım oldular. Belə səmimi, mehriban görüşlər Tərtər qadınlarının qələbəmizə, ölkəmizin xoşbəxt gələcəyinə inamını artırır, bizə güc verirdi.
    Aprel hadisələrindən sonra ölkənin birinci xanımının Heydər Məscidində şəhidlərimizə ehsan verdiyinin, şəhid analarına, xanımlarına, övladlarına necə ürək yanğısı ilə yanaşdığının şahidi olduq. Şəhid Nicat İsgəndərovun anası Maya xanım deyir ki, çətin günlərində Mehriban xanımın onlarla bərabər olması Vətən yolunda oğul itirən analar üçün bir təsəlli idi. Daha ətraflı »

  • 12Mar
    Digər ADIN ŞƏRƏFLİDİR SƏNİN, EY QADIN! üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası veteranı

    Yenə də ön cərgələrdəyik

    2024-cü il həyatımıza mühüm hadisələrlə daxil oldu. Bunlardan ən önəmlisi 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi idi. Bu seçkilərdə ölkəmizin bütün vətəndaşları, o çümlədən yaşlı nəslin nümayəndələri böyük fəallıqla iştirak etdilər və gənclərə nümunə oldular.
    Prezident seçkilərində cənab İlham Əliyevə ürəkdən gələn inam və sevgi ilə səs verən xanımlardan biri də Xatirə Məmmədovadır.
    Xatirə xanım 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Uzun illər komsomol, partiya işində çalışıb. YAP Tərtər rayon Təşkilatının Qadınlar Şurasının sədri olub. Həmişə fəallığı, işgüzarlığı ilə seçilən Xatirə xanımın pozitiv enerjisi ətrafdakılara da təsir edib. Onun rəhbərliyi altında həmişə ən çətin işlər uğurla yerinə yetirilib, nəticə ürəkaçan olub.
    Xatirə xanım rayonumuzun fəal qadınları ilə birlikdə Azərbaycan Qadınlarının bir neçə qurultayında qəhrəman Tərtərimizi təmsil edib. Bu barədə o, belə deyir:
    –Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan Şanlı qələbə və bundan sonrakı antiterror əməliyyatı nəticəsində doğma Vətənimizin torpaqları azaddır və çox şükürlər ki, indi suveren, qüdrətli bir ölkənin vətəndaşlarıyıq. Ancaq mənim mənsub olduğum nəslin qadınları heç də həmişə belə rahat yaşamayıblar. Müstəqilliyimizin ilk illərində Tərtərdə də vəziyyət çox çətin idi. Mən deyərdim ki, bu çətinliklərin çox böyük hissəsini qadınlar öz çiyinlərində daşıyırdılar. Bir tərəfdən müharibə, atəşkəs illərində ermənilərin törətdikləri vəhşiliklər, digər tərəfdən məişət problemləri, işsizlik… Daha ətraflı »

  • 12Mar
    Digər Ağbirçəklərimiz üçün şərhlər bağlıdır

    Hamının sevimlisi Sofiya xanım

    1948-ci ildə 2 yaşında Qərbi Azərbaycann Vedi rayonundan zorla böyük bir ailə ilə Yevlax rayonuna köçürülən Sofiya hələ baş verənləri anlamırdı. Yalnız zaman-zaman anasının və özündən böyük bacı və qardaşlarının söhbətlərindən o, məsələnin mahiyyətini, doğma yerlərin necə gözəl olduğunu öyrənmişdi.
    Yaşadığı çətinliklərə baxmayaraq, həmişə pozitiv olan, ətrafdakılara xoş münasibəti ilə seçilən Sofiya xanım ömrün ahıl çağına da elə bu cür çatıb – hamının hörmətini qazanan, ictimaiyyətçi, başqalarının problemlərinə biganə olmayan, çalışdığı sahədə biliyi və bacarığı ilə seçilən əsl Azərbaycan qadını!
    Sofiya xanım deyir:
    – Orta məktəbi Yevlax rayonunda bitirmişəm. Sonra Bakıda maliyyə-kredit texnikumunda təhsilimi davam etdirdim. Texnikumu bitirdikdən sonra Tərtər dövlət bankına təyinayla işə göndərildim 30 il ərzində bankda baş mütəxəssis, sonra isə vergi müfəttişi kimi fəaliyyət göstərdim. Daim insanlarla işlədiyimə görə, hər kəslə dil tapmağı öyrəndim. Ən böyük mükafatım isə onların hörməti oldu. Daha ətraflı »

  • 12Mar
    Digər Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır üçün şərhlər bağlıdır

    10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən dövlət başçısı bildirmişdir ki, qanunvericilik hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və sağlam siyasi münasibətlərin bərqərar olunması üçün sistemli islahatlar aparılmalıdır. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.

    Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. Belə ki, Avropa İttifaqı tərəfindən verilmiş “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – kimi qiymət, seçkilərin tanınması deməkdir.

    Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər.

    Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

    Diqqətə çatdırılıb ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq.

    Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır.

    Bildirilib ki, islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Daha ətraflı »

  • 08Mar
    Digər Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ edilməsi dövlət siyasətinin tərkib hissəsidir üçün şərhlər bağlıdır

    Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.

    Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Daha ətraflı »

  • 06Mar
    Digər Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır üçün şərhlər bağlıdır

    Cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları olub. Prezident İlham Əliyev iclaslarda çıxış edib.

    Dövlət baçısı bildirib ki, Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var.

    Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.

    Bildirilib ki, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.

    Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur.

    Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib.

    Diqqətə çatdırılıb ki, ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. Daha ətraflı »

  • 06Mar
    Digər Neft inkişafa çevrildi, sərvətin ədalətli paylanması təmin edildi üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

    Prezident İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.

    Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.

    Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var.

    Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

    Prezident İlham Əliyev bildirib ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.

    Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Daha ətraflı »

  • 04Mar
    Digər Yeni Azərbaycan Partiyası günü-gündən güclənir və xalqın rəğbətini qazanır üçün şərhlər bağlıdır

    YAP-ın VII qurultayında partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmiş, iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.

    Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, digər müavin və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavin təyin edilmişdir.

    Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.

    Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Daha ətraflı »

  • 29Fev
    Digər Prezident İlham Əliyev cari ilin 26 fevral tarixində Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin 26 fevral tarixində Xocalı şəhərinə səfər edərək Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

    Tariximizin qan yaddaşı olan Xocalı soyqırımı gününün ilk dəfədir ki, Xocalıda qeyd olunduğunu diqqətə çatdıran dövlət başçısı bildirdi ki, otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyulduğunu vurğulayan cənab Prezident hər zaman Azərbaycan xalqının Xocalıya qayıdacağına inandığını qeyd etdi. Ölkə başçısı bildirdi ki, Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq. Qanlı Xocalı soyqırımının heç vaxt xalqımızın yaddaşından silinməyəcəyini bildirən Prezident qeyd etdi ki, heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.Təəssüf ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Daha ətraflı »