Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar
    Digər YAŞAMAQ ÜÇÜN TƏBİƏTİ QORUMALIYIQ üçün şərhlər bağlıdır

    Təbiət yaşadığımız canlı aləmdir. Canlı aləmin varlığı, onun yaşaması üçün təbiətin qoynunda daim yaşıllıqlar salmalı, mövcudlarını isə qorumalıyıq.
    Bizim yaşadığımız Tərtər rayonu əzəmətli Murov dağının ətəklərində qərar tutub. Onun çox təmiz havası, münbit torpağı, saf, təmiz suyu var. Bu xüsusiyyətlərinə görə rayonumuz bir sıra yaşayış məntəqələrindən fərqlənir.
    Hal-hazırda rayonumuzun ərazisində 520 hektardan çox sahədə meşəlik var. Bunlar əsasən Borsunlu, Bəyimsarov, Kovdadıq, Xoruzlu, Hüləbətli, İsmayılbəyli, Evoğlu, Mamırlı, Köçərli və digər kəndlərin ərazilərindədir.
    Həmin meşə zolaqları daim qorunur, vaxtaşırı suvarılır.
    Rayon statistika idarəsinin məlumatına əsasən, 2016-ildə Tərtər-Goranboy, Tərtər-Dördyol, Tərtər-Bərdə istiqamətlərindəki yol kənarlarına yaşıllıq məqsədilə 32 min müxtəlif ağac, 1 milyon 300 min həmişəyaşıl və 10 min ədəd gül əkilmişdir. Həmçinin ötən il – 2017-ci ildə həmin istiqamətlərdə daha 40 min ağac, 10 min muxtəlif gül kolları və milyonyarım həmişəyaşıl ağaçlar əkilib. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər HƏMYERLİMİZİN UĞURLARI üçün şərhlər bağlıdır

    Emin İsmayıllının böyük idmana yolu rayonumuzun Azadqaraqoyunlu kəndindən başlayıb. Bu yolda bələdçisi isə tanınmış idman ustası Sabir Zeynalov olub. Yüzlərlə idmançının ilk məşqçisi olan Sabir müəllim Eminin bacarığını və böyük həvəsini görüb, ona bu sahə üzrə təhsil alaraq, idman karyerasını Bakıda davam etdirməyi məsləhət görüb.
    2011-ci ildə Emin Bakıya gəlib və karate ilə məşğul olmağa başlayıb. İndi gərgin məşqlərin bəhrəsi olan titulların və mükafatların hər biri onun üçün çox qiymətlidir. Redaksiyamızda olarkən Emin İsmayıllı dedi:
    –Uşaq vaxtı həddindən çox dəcəl idim. Valideynlərim heç cür aşıb-daşan enerjimin öhdəsindən gələ bilmirdilər. Bir gün atam əlimdən tutub məni Sabir müəllimin yanına gətirdi. Onun rəhbərliyi altında güləşlə məşğul olmağa başladım və həyatımı idmana həsr etmək qərarına gəldim. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Digər Dövlətə və dövlətçiliyə sadiq olan tərtərlilər Azərbaycanın daha xoşbəxt gələcəyini Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdə görürlər üçün şərhlər bağlıdır

    1477257330_ilham-eliyev

    Teqlər:

  • 23Fev
    Digər XALQIMIZ YENİDƏN İLHAM ƏLİYEVƏ ETİMAD GÖSTƏRƏCƏK üçün şərhlər bağlıdır

    Üzvü olduğum Yeni Azərbaycan Partiyasının VI qurultayının qərarı ilə cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini YAP Tərtər Rayon Təşkilatının üzvləri də razılıq hissi ilə qarşılayıblar .
    Bu, hər birimizin ürəyincədir. Çünki Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan günü-gündən inkişaf edir, regionda və beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilir. Ölkəmizdə sabitlik hökm sürür.
    Mən inanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq.
    Bu il ölkəmizdə prezident seçkiləri ilə yanaşı digər mötəbər tədbirlər də keçiriləcək. Azərbaycan Xalq Cümhuriyyəti qurulmasının 100 illiyi, 31 Mart-azərbaycanlıların soyqırımının 100 illiyi, milli ordumuzun yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və s. Tərtərlilər həm bu mötəbər toplantıların keçirilməsində, həm də Prezident seçkilərində fəallıq göstərəcək, xalqın alternativsiz liderinə–İlham Əliyevə səs verəcəklər.

    Surxay VƏLİYEV,
    partiya veteranı

    Teqlər:

  • 23Fev
    Digər VETERANLAR İLHAM ƏLİYEVİ DƏSTƏKLƏYİRLƏR üçün şərhlər bağlıdır

    Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon təşkilatının sədri Suliddin Yusibov redaksiyamızda olarkən bildirdi ki, müharibə veteranları birmənalı olaraq YAP-ın qurultayında qəbul edilən qərarı dəstəkləyirlər. Cənab İlham Əliyev müharibə veteranlarına çox həssas, doğma münasibət göstərir, onların qayğıları ilə yaxından maraqlanır. Bu təbəqədən olan insanlar üçün mənzillər, fərdi evlər tikilib istifadəyə verilir, onlar minik maşınları ilə təmin edilirlər. Şəhid ailələri, əlillər də bu qayğıdan kənarda qalmırlar.
    Veteranlar əmindirlər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət nəticəsində işğal altında olan torpaqlarımız azad ediləcək, məcburi köçkün soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
    Söhbətinin sonunda Suliddin Yusibov dedi: “Bizim yeganə liderimiz cənab İlham Əliyevdir”.

    “Yeni Tərtər”

    Teqlər:

  • 23Fev
    Digər MƏCBURİ KÖÇKÜNLƏR GƏLƏCƏYƏ NİKBİN BAXIRLAR üçün şərhlər bağlıdır

    Erməni vandallarının törətdikləri vəhşiliklər nəticəsində öz doğma yurd-yuvalarımızı, isti ocaqlarımızı tərk edib məcburi köçkün həyatı sürməyə məcburuq. Lakin bu, bizi ruhdan salmır. Çünki cənab İlham Əliyev kimi Prezidentimiz var. Dünyanın ən mötəbər tribunalarından o, Azərbaycanın haqlı mövqeyini səsləndirərək, bu məsələnin tezliklə həll olunmasına çalışır.
    Biz Prezidentimizin fəaliyyətini ürəkdən bəyənirik. Bu fəaliyyətin məqsədi xalqın xoşbəxtliyidir. Ötən ilin sonunda Şıxarda məcburi köçkünlər üçün tikilən şəhərcikdə mən möhtərəm Prezidentimizlə görüşdüm. İlham Əliyev tək bir ananın, bir ailənin övladı deyil, o, bu xalqın böyük və qüdrətli oğludur. Qarşıdakı prezident seçkilərində biz məcburi köçkünlər cənab İlham Əliyevə səs verəcəyik.

    Pakizə MƏMMƏDOVA,
    Ağdam rayonundan məcburi köçkün

    Teqlər:

  • 23Fev
    Digər KƏND ƏMƏKÇİLƏRİNİN YAXIN DOSTU üçün şərhlər bağlıdır

    Uzun illərdir ki, kənd təsərrüfatında çalışıram. Son illər bu sahənin sürətli inkişafı hər birimizi ürəkdən sevindirir. Biz kənd adamları cənab İlham Əliyevin verdiyi tapşırıqlar əsasında əkinçilikdə və heyvandarlıqda bir-birindən uğurlu nəticələr əldə edirik. Bu gün elmi yeniliklər kəndlinin həyatına daxil olmaqla, onun güzəranını kökündən dəyişdirib.
    Belə ki, mən özüm təsərrüfatımda cins mallar saxlayıram. Bu, süd istehsalını xeyli artırmağa kömək edir. Pambıq tarlalarında, çuğundur sahələrində müasir texnika işləyir ki, bunun da nəticəsində məhsulumuzu vaxtında və itkisiz toplayırıq. Dövlətdən aldığımız subsidiyalar da işlərimizi düzgün qurmağa kömək edir.
    Bir sözlə, torpaqla təmasda olan kəndli öz problemləri ilə tək deyil. Biz cənab Prezidentin daimi qayğısını hiss edirik. Əldə etdiyimiz bütün uğurlar məhz bu qayğının və diqqətin nəticəsidir.
    Əminik ki, cənab İlham Əliyevin yenidən Prezident seçilməsi aqrar sektorunun inkişafına yeni təkan verəcəkdir.

    Habil İBRAHİMOV,
    Bəyimsarov kəndində fermer

    Teqlər:

  • 23Fev
    Digər DÜNƏNİN ƏYALƏTİ BUGÜNÜN İNKİŞAF ETMİŞ RAYONUDUR üçün şərhlər bağlıdır

    1 milyon 500 min üzvü və 16901 təşkilatı özündə birləşdirən Həmkarlar İttifaqı Konfederasiyası və 700 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası İlham Əliyevin Prezidentliyə namizədliyini irəli sürüblər.
    Yalnız həmin təşkilatlar deyil, bütün Azərbaycan xalqı qarşıdakı Prezident seçkilərində cənab İlham Əliyevi alternativsiz lider hesab edir. Bu isə xalqın öz Prezidentinə, onun həyata keçirdiyi siyasətə inam hissindən doğur.
    İnsanlar ilk növbədə həyatda gördüklərinə inanırlar. Son 14 ildə Azərbaycanda görülən işləri isə təkcə biz özümüz deyil, bü-tün dünya görür. Dostlarımız sevinir, düşmənlər isə deməyə söz tapmırlar.
    Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən regional inkişaf Proqramları regionlarımızın həyatını tanınmaz dərəcədə deyişib. Artıq Azərbaycanın hər hansı bir nöqtəsinə əyalət deməyə insanın dili gəlmir. Çünki cənab İlham Əliyevin tapşırıqları əsasında real işlərə çevrilən irimiqyaslı layihələr, Proqramlar nəticəsində indi iri şəhərlərimizlə rayon mərkəzləri arasındakı fərq aradan götürülüb. Sosial infrastruktur layihələrin icrası nəticəsində bölgələrdə yaşayan insanlar da elektrik enerjisindən, mavi yanacaqdan, içməli sudan, rabitə xidmətlərindən lazımınca istifadə edirlər. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Digər VƏTƏNİNƏ BÜTÜN VARLIĞI İLƏ BAĞLI OLAN LİDER üçün şərhlər bağlıdır

    Əbəs yerə demirlər ki, yazılı media özündə tarixi yaşadır. Bu, həqiqətən də belədir. Qarşımda saralmış bir qəzet nüsxəsi var–6 noyabr 2003-cü il tarixli “Xalq qəzeti”. Burada mənim “Prezident İlham Əliyev hakimiyyətə ölkənin problemlərini həll etmək üçün gəlib” məqaləm dərc olunub. O zaman mən Bakı elektron hesablayıcı maşınlar zavodunun direktoru işləyirdim. Bu məqaləni oxuyarkən bir daha xalq müdrikliyinin şahidi olursan. Məqalədə deyilir: “Mən Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkilərində müşahidəçi kimi iştirak etdim. Əllidən çox məntəqədə oldum. Xarici müşahidəçilər də çox idi. Sözün həqiqi mənasında, heyrət edirdilər. Rusiyalı müşahidəçilər neçə dəfə dilə gətirdilər ki, kaş bizim ölkənin vətəndaşları taleyüklü məsələlərdə belə fəal olaydılar. Adamlar səs vermək üçün növbəyə durmuşdular. Səsvermə prosesi o qədər yüksək səviyyədə keçirdi ki, kimsə irad tutmağa əsas tapmırdı”.
    Məqalədə daha sonra bildirilir ki, ölkəmiz işıqlı gələcək yolundadır. Bu yol Heydər Əliyev yoludur. İndi xalqı bu yolla firavan gələcəyə aparacaq şəxs İlham Əliyevdir. Onu xalq seçib, bu missiyanı da xalq ona həvalə edib. Daha ətraflı »

    Teqlər:

  • 09Fev

    Digər üçün şərhlər bağlıdır

    _AZpressAZ_Ilham_Eliyev_Heyder_Eliyev_Merkezi__5Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşgul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi.

    İlham Əliyev,

    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər: