Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    Digər üçün şərhlər bağlıdır

    d990e511e22ad50e6ce30cf2902f31b2Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20Okt
    Digər BOLQARISTAN PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİ üçün şərhlər bağlıdır

    15078884635927461239-1000x669Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana səfər edib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.
    AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.
    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

    Teqlər:

  • 20Okt
    Digər AŞPA AZƏRBAYCANA QARŞI QƏRƏZLİ MÖVQEYİNİ BİR DAHA GÖSTƏRDİ üçün şərhlər bağlıdır

    ashpa iclas zaliAvropa Şurasında Parlament Assambleyasındakı son günlərdə Azərbaycanda demokratik təchizatlar və insan haqları ilə bağlı iki qərəzli qətnamə qəbul olunub.
    Belə görünür ki, Azərbaycanın inkişafı, mövqeyi, rolu, gördüyü işlər AŞPA-dakı bəzi ermənipərəst qüvvələri çox narahat edir. Nəyə görə Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsində on minlərlə yerinə yetirilməmiş işi kənara qoyaraq yalnız bir işdən yapışıb? Azərbaycanın nüfuzuna, mövqeyinə birbaşa zərbə vurmaq niyyəti hardan qaynaqlanır?
    Məruzələrin hazırlanmasında erməni lobbisinin dəsti xətti aydın görünür. AŞPA-da isə ağa qara demək siyasəti davam edir və qəbul edilən məruzələr AŞPA-ya utanc gətirən sənədlərdir.
    Azərbaycan müstəqil bir dövlət kimi bu cür qərəzli ittiham və böhtanları qəbul etmir və belə bir sənədlə işləyə bilməz.

    Teqlər:

  • 20Okt
    Digər RUSİYA ERMƏNİSTANI YENİDƏN SİLAHLANDIRIR üçün şərhlər bağlıdır

    img19386102015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq kredit paketini artıq təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kreditin Ermənistana 20 il müddətinə verilməsi və bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənilir.

    Teqlər:

  • 20Okt
    Digər YAP-ın 25-ci İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    DSC_6900DSC_6876Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatı təhsil şöbəsi ilə birlikdə Yeni Azərbaycan Partiyası yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
    Tədbiri giriş sözü ilə açan təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədri İntiqam Nuruyev məruzə ilə çıxış edib.
    Sonra çıxışlar oldu. Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, Köçərli kənd tam orta məktəbinin müəllimi Qaragöz Heydərli, Söylən kənd tam orta məktəbinin direktor müavini Təbrizə Əhmədova, Əksipara kənd tam orta məktəbinin müəllimi Dilguşə Aslanova çıxış edərək, Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında fikirlərini söylədilər.
    Tədbirdə iştirak edən YAP Tərtər Rayon Təşkilatının sədri, Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, bu sahədə Ulu Öndərin gərgin əməyindən, partiyanın sədri, Prezident İlham Əliyevin təşkilatın böyük bir siyasi qüvvəyə çevrilməsindəki rolundan ətraflı bəhs etdi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 20Okt
    Digər 18 OKTYABR DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    jgg123578Azərbaycan tarixinin ən mühüm günlərindən biri hər il oktyabrın 18-də qeyd edilir. Bu, Milli Müstəqillik Günüdür.
    XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
    1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası 4 gün müzakirələr apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd–Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi.
    Konstitusiya aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
    Bu mühüm tarix sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu, lakin müstəqqillik qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər ZƏNGİLANIN İŞĞALI üçün şərhlər bağlıdır

    1477733214_ziZəngilan rayonu 1993- cü il oktyabr ayının 29- da erməni vandalları tərəfindən işğal olunmuşdur. Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara ( Əsgülüm və Süsən dağlarında) bura ibtidai insanların yaşayışından xəbər verir.
    Zəngilan rayonu 1930- cu ildə təşkil olunmuşdur. Rayonun sahəsi 707 kvadrat-kilometr, əhalisi isə 39.660 nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 1 qəsəbə, 81 kəndi var idi. Mərkəzi Zəngilan şəhəri idi.
    XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazılıb. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da, digər rayonlarımız kimi, xəyanətin qurbanı oldu, təqvimimizdə daha bir qara günün sayı artdı. Ermənilərin hücumu iyunun 29- da oldu. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalmışdı. Oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombaladı. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər AZƏRBAYCAN ELDƏNİZLƏR DÖVLƏTİ üçün şərhlər bağlıdır

    11cdwrsSəlcuq imperatorluğunun tənəzzülə uğramasından sonra Səlcuqlar İran və İraq Səlcuq sultanlıqlarına parcalanır. Ayrı-ayrı vilayət hakimləri mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırır, öz ərazilərini müstəqil idarə etməyə başlayırlar. Feodal münasibətləri güclənir. Belə bir vaxtda Azərbaycan Eldənizlər dövlətinin yaranması prosesi baş verir (1136-1225).
    Rəvayətə görə bir tacir təsərrüfatında işlətmək üçün Dağıstanın qul bazarından 40 nökər alır. Qaydaya görə, 39-nun pulunu ödəyir, biri isə pay verilir. Bu balaca, cılız, çəlimsiz, çirkin uşaq Eldəniz olur. Dərbənddən İraqa aparılarkən yuxulu Eldəniz arabadan iki dəfə düşür. Ikinci dəfə düşəndə araba karvanı gedir və səhər ayılan bu çəlimsiz uşaq arabanın izilə günbatana yaxın karvana çatır. Karvan sahibi balaca Eldənizin bu fərasətindən heyrətlənir.
    Sarayda bütün nökərləri Səlcuq sultanının vəziri Sureyhəmı nəzərdən keçirmiş. Balaca Eldənizdən imtina edir. Eldənizin ağladığını görən vəzir rəhmə gəlib, onu da alır. Gözüaçıqlığı ilə ağasının diqqətini cəlb edən balaca Eldəniz tezliklə öz bacarığı, qorxmazlığı və igidliyi ilə şöhrət qazanır. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər AZƏRBAYCAN MÜXTƏLİF MİLLƏTLƏRİN YAŞADIĞI MULTİKULTURAL MƏKANDIR üçün şərhlər bağlıdır

    daily1.653098Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan həmişə öz gözəl və zəngin təbiəti, xalqının qonaqpərvərliyi ilə müxtəlif millətlərin diqqətini cəlb edib. Karvan yolu ilə bir ölkədən başqasına üz tutan tacirlər bəzən müxtəlif səbəblərdən buranı özlərinə ikinci vətən seçiblər. Müharibə zamanı da öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalanlar bizim məhsuldar torpaqlarımızda yerləşərək, azərbaycanlılarla çiyin-çiyinə bir ailə kimi yaşayıblar.
    Azərbaycana xaricdən birinci güclü axın ötən əsrdə Bakı neftinin çıxarılması ilə başlayıb. Bununla əlaqədar sənayenin yaranması müxtəlif xalqların pullu və ağıllı adamlarını Bakıya gətirib. Neft mədənlərində çalışanların arasında azərbaycanlılarla yanaşı ruslar, yəhudilər, ingilislər, ləzgilər və digər xalqların nümayəndələri vardı.
    Ümumiyyətlə, bütün dünyada Bakı həmişə beynəlmiləl şəhər kimi tanınıb.
    Nəinki Bakıda, Azərbaycanın hər bir bölgəsində ayrı-ayrı millətlərin nümayəndələri rahat yaşayıb, təhsil alıb, işləyiblər. Çünki dini və milli ayrıseçkilik xalqımıza xas olan cəhətlər deyil. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər BİR İLDƏ RAYONUMUZDA ƏHALİNİN SAYI 735 NƏFƏR ARTIB üçün şərhlər bağlıdır

    an-103010Azərbaycan sürətlə inkişaf edir, ölkənin bütün regionları ildən-ilə abadlaşır. Prezident İlham Əliyev Gədəbəy rayonundakı çıxışı zamanı deyib: “Biz onu da bilirik ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır. Yəni, bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var. Çünki, indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün gözəl şərait yaradılır. Rayon statistika idarəsinin verdiyi məlumata görə 1 yanvar 2017-ci il tarixə Tərtər rayonunun ümumi əhalisinin sayı 103 min 227 nəfərdir. Bunlardan 51 min 86 nəfəri kişi, 51 min 141 nəfəri qadındır. Şəhər əhalisinin sayı 30 min 167 nəfər, kənd əhalisinin sayı 73 min 60 nəfərdir. Daha ətraflı »

    Teqlər: