Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Yan
    Digər HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN üçün şərhlər bağlıdır

    Xoşbəxtəm ki, o dahi insanla bir neçə dəfə görüşmüşəm

    1923-cü il 10 may tarixində dünyaya bir uşaq gəldi. Amma heç kim bilməzdi ki, bu uşaq Azərbaycanın dahi şəxsiyyəti Heydər Əlirza oğlu Əliyevdir.
    Heydər Əliyev gəncliyindən liderlik xüsusiyyətləri ilə yoldaşlarından fərqlənib, hər yerdə rəhbərliyi öz üzərinə götürüb. Daim öz üzərində çalışıb.
    Cəsarəti və qorxmazlığı iş sahəsində də özünü göstərib. Qısa müddətdə dövlət orqanlarında məsul vəzifələrə irəli çəkilib.
    SSRİ imperiyası dövründə azərbaycanlı gənclərin dövlət orqanlarında çalışmaları müşkül idi. Heydər Əliyev cəsarəti, intellektual səviyyəsi, iş bacarığı sayəsində qarşıya çıxan bütün maneələri aşaraq yüksəlişə doğru irəliləyirdi. Yüksək biliyə sahib olması onu Dövlət Təhlükəsizlik orqanında ən yüksək vəzifəyə – Azərbaycan SSR-də Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə gətirdi. Qısa müddətdə peşəkarlığı, işgörmə bacarığı qiymətləndirilərək 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komutəsinin birinci katibi vəzifəsinə seçiməsinə səbəb oldu. Bundan sonra Azərbaycan SSR aqrar respublikadan tədricən sənaye respublikasına çevrilməyə başladı. Heydər Əliyev milli kadrların yetişdirilməsinə xüsusi önəm verirdi. Onun respublikada gördüyü işlər Azərbaycan ictimaiyyətinə məlumdur. Bir faktı bildirmək istəyirəm ki, onun 1969-1982-ci illərdə 220-dən artıq zavod və fabrik tikdirməsi bugünkü Azərbaycanın təməlinin möhkəm olmasına zəmin yaratmışdır. Elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində götdüyü işlər danılmazdır. Dahi şəxsiyyət Heydər Əliyev SSRİ imperiyasında yeganə azərbaycanlıdır ki, SSRİ rəhbərlərindən biri olmuşdur. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, siyasi büronun üzvü olmuşdur. Bu, Azərbaycan xalqının qələbəsi idi. Artıq xalqın içərisindən öz lideri yetişmişdir. Ümummilli Liderimizin dünyanın siyasi xadimləri tərəfindən tanınması Azərbaycanın tanınması demək idi. Daha ətraflı »

  • 11Yan
    Digər Nümayəndə qurultaydan qayıdıb üçün şərhlər bağlıdır

    Əsas hədəflərdən biri “Böyük Qayıdış” konsepsiyasıdır

    Heydər Əliyev Azərbaycan təhsilinin inkişafı tarixindən danışarkən onun keçdiyi yollara nəzər salmağı, hər şeyə obyektiv yanaşmağı vacib sayırdı. Azərbaycan müəllimlərinin XI qurultayında dediyi belə bir konseptual fikir də məhz bunu təsdiq edir. O xatırladırdı ki, “… xalqımızın maariflənməsi, təhsillənməsi üçün o dövr çox əhəmiyyətli bir dövr olmuşdur. Biz bunu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Biz tariximizə doğru, ədalətli qiymət verməliyik”.
    15-16 dekabr 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunduğu vaxtda keçirilən ilk qurultaydır.
    Bu qurultayın iki gün davam etməsi və panel müzakirələr əvvəlki qurultaylardan fərqlənirdi. Xüsusilə panel müzakirələrin çox əhəmiyyətli olduğunu qeyd etmək istəyirəm.
    Burada ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin təmsil olunması təhsilin pillələri arasında əlaqələri qurmağa da kömək edən bir vasitədir.
    Müəllimlərə birinci gün rəsmi şəxslərlə görüşmək və öz fikir və təkliflərini çatdırmaq imkanlarının verilməsi Azərbaycan təhsilinin inkişafına yönəlib.
    Qurultayın qətnaməsini təhlil edəndə görürük ki, “Böyük Qayıdış” konsepsiyası əsas hədəflərdən biridir.
    Eyni zamanda növbəti 5 il üçün müəllimlərin qarşısına hədəflərin qoyulması Azərbaycan təhsilinə təkan verəcək bir addımdır. Daha ətraflı »

  • 11Yan
    Digər 2023-cü ildə böyük və tarixi hadisələrin şahidi olduq üçün şərhlər bağlıdır

    2023-cü il başa çatdı. Məncə zamanın və ömrünün hər bir ilini geridə qoyan hər kəs özlüyündə düşünür: “Necə bir il oldu, nə ilə yadda qaldı bu il”.
    Mən də hamı kimi bu düşüncəyə vardım. Şəxs olaraq deyil, hamımız üçün, dövlətimiz üçün “Tarixi il oldu” deyə düşündüm. Bəli, tarixi il! Təkcə 2023-cü il deyil, 2020-2023-cü illər qədim tariximizə qızıl hərflərlə və rəqəmlərlə nəqş olunacaq: Zəfər, Qələbə, Qayıdış illəri.
    Və illər, zaman keçdikcə bu dövrdə yaşayan hər kəs qürurla deyəcək ki, mən Azərbaycanın şanlı tarixi dövründə yaşamışam. Böyük və tarixi hadisələrin şahidi olmuşam. Həm də bu tarixi yazanların müasiri olduğumuz üçün, o qəhrəmanlarla bir dövrdə yaşadığımız üçün özümüzü xoşbəxt sanacağıq.
    2020-ci ilin payızından başlayan müqəddəs torpaqlarımız uğrunda müqəddəs savaşımız Böyük Qələbə ilə başa çatdı.
    2023-cü ilin yenə payızında cəmi 23 saatlıq savaşla tarixi ata-baba torpaqlarımız yağı pəncəsindən azad olundu.
    Ali Baş Komandan, möhtərəm Prezidentimiz öz yenilməz Ordusu ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır. Və 2023-cü ilin sentyabrında Qarabağ məsələsinə birdəfəlik son qoyuldu. Daha ətraflı »

  • 11Yan
    Digər 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində seçicilərlə görüşlərin keçirilməsi və seçkiqabağı təşviqat işlərinin aparılması ilə bağlı rayonun yaşayış məntəqələrində müəyyənləşdirilmiş açıq və qapalı yerlərin S İ Y A H I S I üçün şərhlər bağlıdır

    97 saylı Tərtər-Naftalan-Goranboy Seçki Dairəsi üzrə:
    Tərtər şəhəri

    Qapalı şərait üçün Gənclər mərkəzi və Olimpiya İdman Kompleksinin qapalı mini futbol meydançası
    Açıq şərait üçün Tərtər Olimpiya Kompleksinin stadionu
    Təşviqat üçün Seçki məntəqələri ərazisində quraşdırılmış lövhələr

    Buruc kənd İƏD-nin Buruc kəndi

    Qapalı şərait üçün Müvafiq yer yoxdur
    Açıq şərait üçün İdman meydançası
    Təşviqat üçün Seçki məntəqəsi ərazisində quraşdırılmış lövhə

    Buruc kənd İƏD-nin Güləbatlı kəndi

    Qapalı şərait üçün Klub binası
    Açıq şərait üçün Klubun qarşısındakı meydan
    Təşviqat üçün Seçki məntəqəsi ərazisində quraşdırılmış lövhə

    Cəmilli kənd İƏD-nin Cəmilli kəndi

    Qapalı şərait üçün Müvafiq yer yoxdur
    Açıq şərait üçün Kəndin mərkəzi meydanı
    Təşviqat üçün Seçki məntəqəsi ərazisində quraşdırılmış lövhə Daha ətraflı »

  • 11Yan
    Digər Ötən il aparılan təmir işləri şəhərimizi daha da gözəlləşdirib üçün şərhlər bağlıdır

    Ötən il şəhərimizdə, müasir şəhərsalmanın tələblərinə uyğun olaraq, təmir-tikinti işləri aparılıb.
    Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hü-seynzadə, Mahir Əsədov, Rasim Mürsəlov, Şakir Həsənov və Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatıb. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınıb. Bununla yanaşı Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov, Süleyman Məmmədov küçələrində istinad divarları hörülüb hündürləşdirilib, divarlar aqlay və bəzək daşları ilə üzlənib. Kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınıb, təmizlik işləri aparılıb.
    Küçələrlə yanaşı üzun İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə. Sabir adına parkda da aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M. Ə. Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar qaydaya salınıb, yeni işıqlandırma sistemi qurulub, istinad divarları aqlay daşları ilə üzlənib, mühəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb. Daha ətraflı »

  • 11Yan
    Digər Şənlik şənliyə qarışdı üçün şərhlər bağlıdır

    Şəhər 5 nömrəli uşaq bağçasında keçirilən bayram şənliyində uşaqlar, bağçanın kollektivi və valideynlərlə yanaşı, qonaqlar da iştirak ediblər. Tədbir həm də məktəbəqədər müəssisənin fəaliyyətə başlamasının 5 illiyinə həsr olunduğu üçün, xüsusilə yaddaqalan olub.
    Uşaqlar şənlənib, şeir söyləyib, mahnı oxuyublar.
    Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, həmçinin 5 illik yubiley münasibətilə təbrik edib. Qeyd olunub ki, az müddət keçməsinə baxmayara, uşaq bağçasının kollektivi balacaların məhəbbətini, valideynlərin isə hörmətini qazana bilib.
    Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayonu üzrə Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev öz çıxışında uşaqların sağlam və xoşbəxt böyüməsinin cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləyib.

    “Yeni Tərtər”

  • 06Yan
    Digər Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2023-cü ilin ölkəmizin həyatında bir çox önəmli hadisələrin baş verdiyini, dövlət suverenliyimizin bərpasının Azərbaycan xalqının yaddaşında əbədi qalacağını bildirib.

    Bildirib ki, ötən il birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin beynəlxalq hüquqla tanınan ərazilərimizdən çıxarılması, separatizmə son qoyulması və düşmən ordusunun məhv edilməsi fonunda yekun qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir. Daha ətraflı »

  • 29Dek
    Digər “Heydər Əliyev ili – 2023” tarixə qovuşur üçün şərhlər bağlıdır

    “Heydər Əliyev ili” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
    Tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.
    Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. Rayon rəhbəri öz çıxışında bildirib ki, 2023-cü il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” elan olundu və ölkə rəhbərinin 28 noyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı, həmin tədbirlər planı əsasında isə rayon icra hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin təqvim planı təsdiq edildi. Həmin təqvim planına əsasən bu günədək rayonumuzda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş onlarla tədbirlər – elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi. Daha ətraflı »

  • 29Dek
    Digər Ağbirçək sözü üçün şərhlər bağlıdır

    Biz ailəlikcə sevimli Prezidentimizə səs verəcəyik

    2023-cü il ölkəmiz üçün çox düşərli oldu. 2020-də qazandığımız Böyük Zəfərimiz “Heydər Əliyev” ilində daha da böyük qələbə ilə nəticələndi–sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları nəticəsində torpaqlarımızın işğalına tamamilə son qoyuldu, suverenliyimiz bərpa edildi. Bu döyüşlərdə mənim yaxınlarımdan 4 gənc iştirak edib. Onlardan biri – qardaşımın nəvəsi Fuad Məhərrəmli şəhidlik zirvəsinə ucaldı, qalanları isə düşmənlə mübarizədə qəh-rəmanlıq nümunələri göstərərək qazi kimi ailələrinə döndülər. Dövlətimiz, Prezidentimiz tərəfindən onların igidliyi yüksək qiymətləndirilib, müxtəlif medallara və digər mükafatlara layiq görülüblər.
    2023 bizim üçün həm də ona görə qiymətlidir ki, dünya siya-sətçilərinin birincisi Heydər Əliyev ilidir. Mən özümü xoş-bəxt sanıram ki, Ulu Öndərin rəhbərlik etdiyi ölkədə oxuyub işləmişəm. O dahi insan gənclərin oxuması üçün çox gözəl şərait yatarmışdı. Mən özüm gündüz işləyərək, texnikumun axşam şöbəsində oxumuşam. Sonra Gəncə Dövlət Universi-tetini bitirmişəm. 40 il Tərtər şəhər 1 saylı tam orta məktəbində müəllim işləmişəm. Dərs dediyim müddətdə çalışmışam ki, uşaqlara bilik verməklə yanaşı, onların vətənpərvər ruhda böyümələrinə kömək edim. Daha ətraflı »

  • 29Dek
    Digər MAARİFLƏNDİRİCİ TƏDBİR üçün şərhlər bağlıdır

    Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis leytenantı Sirac Əlizadə, Vətən müharibəsi qazisi Təhmuraz Muradov, Tərtər Təhsil Sektorunun metodisti, psixoloq Gülxar Abbasova, Tərtər rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Sənan Kazımov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanlı, Tərtər şəhər 1 saylı tam orta məktəbinin direktoru Amil Hüseynov və şagirdlər iştirak ediblər.
    Vətən müharibəsi qazisi gənclər arasında vətənpərvərliyin mahiyyəti, vətənə məhəbbət mövzusunda şagirdlərlə öz dü-şüncələrini bölüşmüşdür. Daha ətraflı »