Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq
    Digər Böyük Qayıdış üçün şərhlər bağlıdır

    Sakinlər işlə təmin olunurlar

    Bu kəndə qayıdış 16 mart 2023-cü ildə baş tutub. Bu zaman Talışa 20 ailə, 90 nəfər köçürülüb. Kənd sakinləri yeni evlərlə təmin olunublar, həmçinin onlar üçün rahat infrastruktur yaradılıb, məktəb, uşaq bağçası, ictimai icma mərkəzi tikilib, tibb mərkəzi müasir avadanlıqlarla təmin olunub. Yeniliklərdən biri də müasir üslubda salınmış parklar və burada günəş enerjisindən istifadə olunmasıdır, həmçinin kənd yolları da rahatdır.
    Kəndin ilk qonağının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olması sakinlər arasında yüksək əhval-ruhiyyə yaradıb.
    Talış kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 7 ailəyə – hər ailəyə 3 heyvan və 1 ton yem verilib. Bundan əlavə, 1 ailəyə arıçılıqla məşğul olmaq üçün hər cür avadanlıq və arı ailələri çatdırılıb. Daha ətraflı »

  • 31Avq
    Digər Yeni dərs ili qarşısında üçün şərhlər bağlıdır

    TƏMİR İŞLƏRİ YEKUNLAŞIR

     

     

     

     

     

     

    “Bilik Günü”nə sayılı günlər qalıb. İndi hər bir məktəbdə son hazırlıq işləri yekunlaşmaq üzrədir.
    Mehman Hətəmov adına Köçərli kənd tam orta məktəbində də şagirdləri səliqə-səhmanlı sinif otaqları gözləyir.
    Məktəbin direktoru Elnur Ələkbərov deyir:
    –Məktəbimiz 1970-ci ildə ibtidai təhsil ocağı kimi fəaliyyətə başlayıb. 2002-ci ildən tam orta məktəbdir. Yeni dərs ilində burada 245 şagird təhsil alacaq. Onu da qeyd etmək istəyirəm ki, builki məzunlarımızdan 2 nəfər yüksək bal toplayaraq universitetlərə qəbul olub.
    Məktəb binasının təmiri ilə “Elnur-2” tikinti şirkəti məşğul olur. Belə ki, burada cari təmir işləri aparılıb. Döşəmə və tavan dəyişdirilib, qapı və pəncərələr yenisi ilə əvəz olunub, elektrik sistemi qismən bərpa edilib. Sinif otaqları rənglənərək səliqəyə salınıb. Binanın dam örtüyündə də müəyyən bərpa işləri aparılıb. Daha ətraflı »

  • 29Avq
    Digər Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib. Dövlət başçısı həmin tədbirdə çıxış edib.

    Prezident İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi.

    Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.

    Bildirilib ki, Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.

    Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Daha ətraflı »

  • 25Avq
    Digər Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksək səviyyədədir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir.

    Səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə – beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.

    Artıq əldə edilən nəticələr bizim gələcəklə bağlı düzgün yolda olduğumuzu göstərir.

    Səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

    Enerji sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər var. Enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir.

    Nəqliyyat-logistika sahəsində yük axınının artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik. Daha ətraflı »

  • 24Avq
    Digər 2023-cü il “Heydər Əliyev İli”di üçün şərhlər bağlıdır

    “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi”

    22 sentyabr 1993-cü il tarixdə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdəki çıxışında Ulu Öndər deyib: “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq.”

    Eyni zamanda, o, gənclər qarşısında da məsul vəzifələr dayandığını diqqətə çatdırırdı: “Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun.”

    Heydər Əliyev tövsiyə edirdi: “Həm elm sahəsində, həm təhsil sahəsində, ədəbiyyat, mədəniyyət sahəsində və bizim mənəvi mənbəyimiz olan din sahəsində, İslam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır.”

    O bildirirdi: “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır.”

    “Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur.” Daha ətraflı »

  • 22Avq
    Digər ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MƏTBUATI üçün şərhlər bağlıdır

    Respublikamızda hər bir sahədə olduğu kimi mətbuatın inkişafında da Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Bu dahi şəxsiyyət hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycan mətbuatının inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərə qayğı göstərilməsi istiqamətində mühüm addımlar atıb. Sovetlər dönəmində onun rəhbərliyi altında Azərbaycan mətbuatı böyük tərəqqi yoluna qədəm qoyub.
    Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan mətbuatında yeni səhifələr açılıb. Həmin vaxt respublikada söz və mətbuat azadlığının, demokratiyanın təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkan yaradılması üçün ciddi tədbirlər həyata keçirilib.
    Heydər Əliyevin başçılığı altında müstəqil Azərbaycan Respublikası Konstitusiyası qəbul edildikən sonra ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət elan edilməsi bu sahədə mühüm əhəmiyyət kəsb edib. Azərbaycan Konstitusiyasının 50-ci maddəsinə əsasən ölkədə məlumat azadlığının tətbiq edilməsi jurnalistikanın fəaliyyətinin genişləndirilməsinə, jurnalistlərə dövlət diqqət və qayğısının gücləndirilməsinə ciddi təkan verib. Belə bir şərait respublikamızda ənənəvi media orqanları ilə yanaşı, ilk internet-media nümunəsi yaradılmasına da geniş imkanlar açıb. Daha ətraflı »

  • 22Avq
    Digər TƏŞƏKKÜR üçün şərhlər bağlıdır

    Təhsilə diqqət dövlətin gələcəyinə qayğıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin qayğı və problemlərini daim diqqət mərkəzində saxlayır, bunların həlli istiqamətində ardıcıl işlər həyata keçirirlər. Dövlətimizin qayğısını öz üzərində hiss edən ailələrdən biri də Tərtər şəhərində yaşayan Kərimovlar ailəsidir.
    Bu günlərdə ailənin övladı Səbuhi Kərimovun ölkə rəhbərinə ünvanladığı məktubunda deyilir:
    – Əziz Prezident, cənab Ali Baş Komandan.
    Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan vətəndaşların övladlarının təhsil xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi çox humanist və gözəl bir işdir. Sizin bununla əlaqədar vaxtilə imzaladığınız Sərəncam Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərinin bariz nümunəsi və əməli ardıcıllığıdır. Bizim ailə dövlətimizin belə humanist addımlarına görə çox sevinir.
    Şəhid övladı olaraq Sizə təşəkkür edirəm. Ölkəmizi böyük qələbələrə doğru aparan siyasətinizdə Sizə uğurlar arzulayıram.

    Hörmətlə,
    Kərimov Səbuhi Sabir oğlu, şəhid övladı.
    Azərbaycan Respublikası, Tərtər şəhəri.

  • 22Avq
    Digər HEYDƏR ƏLİYEV İLİ – 2023 üçün şərhlər bağlıdır

    ŞƏRƏFLİ HƏYAT YOLU

    Müstəqil Azərbaycanın yeni tarixinin son onillikləri sözün əsl mənasında islahatlar dövrü olmuşdur. İqtisadiyyat, səhiyyə, təhsil və başqa sahələrlə yanaşı insan hüquqları və azadlıqlarının təmini istiqamətində də köklü dəyişikliklər baş vermişdir. Müstəqilliyin ilk illərində çətinliklərlə üzləşən Azərbaycan xalqı yalnız 1993-cü ilin iyun ayından, dahi rəhbərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyini möhkəmləndirməyə nail olmuşdur.
    Müstəqilliyin dövlətləşdirilməsi, yəni nəzəriyyədən praktikaya keçid Heydər Əliyev siyasətinin əsas prioritet istiqamətini təşkil edir. Ümumiyyətlə, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.
    Silahlı Qüvvələr üçün kadrların hazırlanması işinə xüsusi diqqət ayıran Heydər Əliyevin müstəqilliyin qorunub möhkəmləndirilməsi istiqamətində gördüyü ən böyük işlərdən biri sözsüz ki, ayrı-ayrı dövlətlərlə hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsidir. Daha ətraflı »

  • 22Avq
    Digər Vətəndaşların müraciətləri dinlənilir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq keçirilən qəbullarda vətəndaşların müraciətləri diqqətlə araşdırılır və operativ tədbirlər görülür.
    Bu günlərdə keçirilən qəbul zamanı da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilib. Bəzi məsələlər elə yerindəcə öz həllini tapıb.
    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

  • 22Avq
    Digər Biz o yerlərə qayıdacağıq üçün şərhlər bağlıdır

    TARİXİN ƏN ACINACAQLI SƏHİFƏSİ

    SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in Azərbaycan əhalisinin köçürülməsi prosesinə başlanılmış, 100 mindən artıq azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürülmüşdür.
    Bu köçürülmədə bizim ailənin üzvləri – atam Mehdiyev Musa Teymur oğlu, anam Mehdiyeva Simuzər Yusif qızı, atamın anası (nənəm 1898-ci il təvəllüdlü) Mehdiyeva Şarabanı və əmim Mehdiyev Cəlil Teymur oğlu, 1947-ci il təvəllüdlü qardaşım Mehdiyev Teymur Musa oğlu və mən – 1949-cu il təvəllüdlü Mehdiyev Həmid Musa oğlu da olub. Bizə köçürülmə barədə sənəd verərək məcburi köçürülmüşük. Qoca nənəm Şarabanı deyirdi ki, bizi tez-tələsik yük vaqonlarına doldurdular və dedilər ki, Azərbaycana gedirsiniz. Biz ağır, çətin şəraitdə vaqonlarda əziyyət çəkmişik. Çoxları yolda, vaqonda bu çətinliyə tab gətirməyərək ölürdülər, heç sahib çıxan da olmurdu. Bu çətinliklə Azərbaycana gəlmişik. Bizlərə Kür-Araz ovalıqlarında yaşamağı təklif edirdilər. Əhali bu yerlərə uyğunlaşmadığından, özləri istədikləri yerləri seçiblər. Biz də Mirbəşir rayonunun (indiki Tərtər) Buzluq deyilən Cəmilli kəndi ilə Kolanı kəndinin aralığında yolqırağı bir yerdə məskunlaşmışıq. Sonra oradan Ağkəndə köçmüşük. Orada da çətin bir həyat yaşamaqla atamın işlədiyi Xoruzlu kəndinə köçmüşük. O vaxt mənim 2-3 yaşım var idi. Daha ətraflı »