Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    Digər üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Tərtər şəhər sakini, yeni övladı dünyaya gəlmiş qazi İnqilab Qayıbovun ailəsində də olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.
    Qeyd edək ki, qazi İnqilab Qayıbov Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Üçüncü qrup Vətən müharibəsi əlilidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

     

  • 09İyn
    Digər “Hədiyyə karvanı” layihəsinin iştirakçıları Tərtərdə üçün şərhlər bağlıdır

    Bayram münasibəti ilə “YAŞAT” Fondu tərəfindən icra olunan “Hədiyyə karvanı” layihəsi çərçivəsində Tərtər rayonunda yaşayan, yaşı 14-dək olan 37 nəfər Vətən müharibəsi şəhidlərinin övladlarına hədiyyələr verilib.
    Hədiyyələr Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və “YAŞAT” Fondunun nümayəndələri tərəfindən şəhid övladlarına çatdırılıb.
    Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 09İyn
    Digər “Ərzaq təhlükəsizliyinin təmin olunmasında seleksiya və genetik tədqiqatların rolu” mövzusunda tarla seminarı üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ərzaq təhlükəsizliyinin təmin olunmasında selleksiya və genetik tədqiqatların rolu” mövzusunda tarla seminarı keçirilib.
    Qarabağ Elmi-Tədqiqat Bazasında keçirilən tarla seminarında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru Mehrac Abbasov, Tərtər DAİM-in direktoru Mehman Babayev, Qarabağ Elmi-Tədqiqat Bazasının direktoru Həmid Mehdiyev, institutun əməkdaşları və fermerlər iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov seminarı açaraq tədbir iştirakçılarını salamlayıb, seminarın işinə uğurlar arzu edib. Seminarın əlamətdar bir vaxtda keçirildiyini, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu vurğulayıb. “Qarabağ Elmi-Tədqiqat Bazasının inkişafında icra hakimiyyətinin rolu” mövzusunda görülən işlərdən danışıb. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, milli toxumçuluğun inkişafına, xaricdən toxum asılılığının azaldılmasına xüsusi diqqət yetirilməklə elmi-tədqiqat bazalarının bu sahədə fəaliyyətinin yaxşılaşdırılmasına yönəlməli olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Daha ətraflı »

  • 09İyn
    Digər Dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl edək! üçün şərhlər bağlıdır

    Kənd təsərrüfatında məsul bir dövrün – dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq.
    Əlbəttə, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir.
    Birinci növbədə qeyd edilməlidir ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur.
    Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texnikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin qəsdən yandırılması səbəbləri ilə baş verdiyi məlum olmuşdur.
    Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır. Daha ətraflı »

  • 09İyn
    Digər Həmyerlilərimizin yaradıcılığından üçün şərhlər bağlıdır

    Sona Əsgərova həmyerlimizdir. Sabir Paşayevin sevimli şagirdlərindən biri olub. Şəhərimizdəki 2 saylı məktəbi (indi 2 saylı məktəb-lisey) medalla bitirib. Ömrünü Azərbaycan vətəndaşlarının sağlamlığına həsr edən bu qadın savadlı həkim və gözəl insan kimi yalnız Qarabağ bölgəsində deyil, Azərbaycanın hər guşəsində tanınır, adı hörmətlə çəkilir. Aşağıda onun öz həyatından qələmə aldığı iki sənədli hekayəni oxucularımıza təqdim edirik.

    MƏNİM HEKAYƏM

    Rəhmətliklər ata-babam və bacısı Fatma nənəm söhbət edərkən qulaq günahkarı oldum.
    Babam deyirdi: “Ay Fatma, deyirəm uşaqlar böyüyür, Solmazı istəyənlər çoxdur, orta məktəbi qurtarır. Onu köçürək, oğlanları piryota verək, bu üç qızı da Həcər saxlasın, yükü bir az azalsın”.
    Eşitdiklərimi anama çatdırdım, ağladım. Amma həmin gün anamdan ilk dərslərimi– əbədi dərslərimi aldım:
    –Sona, demək sən xəbərçisən.
    Heyrət etdim. Anam mənə nə deyir?
    –Bala, əgər razı deyildinsə, etirazını bildirəydin, ağlaya-ağlaya üstümə gəlməməliydin. Razılaşmadığın fikrə etiraz etmək sənin başucalığın, xəbər gətirməyin isə utancdır.
    O ki qaldı sizləri necə saxlamağa, narahat olma. Müvəqqəti çətinlikdir. Ağlım yerində, qollarım qüvvətlidir. Baramadan gələn ruzimiz bərəkətlidir. Mən sizin altınızı da oxudacam, ali təhsil verəcəm, sizlərə toy edəcəm. Mənim balalarımın taleyinə yalnız özüm qərar verirəm. Mən bilirəm ki, bu işdə sən mənə dayaq olacaqsan. Daha ətraflı »

  • 09İyn

    Digər üçün şərhlər bağlıdır

    DAĞ ARMUDU

    Bu bir təsadüfdür, yoxsa tanrının hikməti?
    Mən bu hekayəni məhz Ramazan bayramı günü – 21.04.2023-cü ildə, saat 01-də qələmə alıram.
    Evimizin qarşısında soğan ləkinin içində körpə bir armud ağacı əkilmişdi. Sel gələndə dağlardan gələn selintinin içində bir körpə fidanın olduğunu görən atam onu həyətimizə gətirib əkmişdi. Əkildiyi yeri sevən armud ağacı böyüyür, qol-budaq atırdı. Meyvələri o qədər şirin, o qədər ləzzətli idi ki…
    Atamın dünyasını dəyişdiyinin 3-cü ili idi. Qəflətən aprel ayında güclü külək başladı. Külək damların örtüyünü qoparır, ağacların başı əyilərək torpağa salama gəlirdi. Boylu-buxunlu, qamətli, tər çiçəkləri ilə həyətimizə gözəllik verən armud ağacının kökü az qala torpaqdan ayrılırdı. Anam ağacı qorumaq üçün 2 ədəd payanı yerə çaldı. Kəndiri ağacın gövdəsinə bağlayaraq onun dayaqlarını bərkitməyə çalışır, ancaq güclü külək buna imkan vermirdi. Elə bu zaman qayınları evinə gedən Məhluqə xala həyətə döndü. Anamın köməyinə çatdı. Ağacı bağladılar. Kökün ətrafını torpaqladılar. Külək, tufan elə bil bunu gözləyirdi. Ətrafı sakitlik bürüdü. Bağlar, bağçalar küləyin təsirindən viranəyə çevrilmişdi. Sınmış budaqlar, sovrulmuş çiçəklər çəpərlərin arasına, evlərin ətrafına sığınmışdı. Daha ətraflı »

  • 08İyn
    Digər Tərtərdə “Narkomaniyaya yox deyək!”, “Erkən nikahın fəsadları!” və “uşaqların vətənpərvər və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirili üçün şərhlər bağlıdır

    İyunun 7-də Tərtər rayonunun Qaynaq kənd ümumi orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qaynaq kənd İƏD üzrə nümayəndə Aqil Həsənov, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə, Tərtər rayon Təhsil sektorunun metodisti Gülxar Abbasova, məktəbin direktoru Yaşar Mirzəyev, müəllim kollektivi və şagirdlər  iştirak ediblər.

    Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir. Daha ətraflı »

  • 02İyn
    Digər Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxış edib.

    Dövlət başçısı deyib ki, 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

    1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı.

    “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək.

    Qeyd olunub ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak bu tədbirə öz məktublarını ünvanlayıblar. Bu, onun göstəricisidir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir. Daha ətraflı »

  • 02İyn
    Digər Azərbaycanla İsrail arasında daha sıx əməkdaşlıq üçün geniş imkanlar yaradılır üçün şərhlər bağlıdır
    Prezident İlham Əliyev cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
    Dövlət başçısı bildirib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var.
    Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
    Qeyd olunub ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. Lakin, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq.
    Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.
    İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir.
    Prezident İlham Əliyev deyib ki, yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.
    Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

    Daha ətraflı »

  • 30May
    Digər Laçının müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olacaq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 28 may tarixində Laçın şəhərində

    çıxış edib. O bildirib ki, Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir.

    Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır.

    Laçın şəhərinin Baş planı hazırlanıb. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.

    Qeyd olunub ki, Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq.

    Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. Daha ətraflı »