Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Yan
    Digər Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib üçün şərhlər bağlıdır

        

    Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

     Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Daha ətraflı »

  • 19Yan
    Digər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yeni imkanlar yaranıb. üçün şərhlər bağlıdır

    Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub.  Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var.   Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.

    Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edərkən qeyd edib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmizdə  neft və qaz sektorunaun inkişaf etrdirilməsi üçün böyük  investisiyalar qoyulub ki,bununda nəticəsində ölkəmiz özünün enerji təhlükəsizliyini tamamilə təmin edib. Ölkəmiz öz enerji tələbatini ödəməklə yanaşı xaricə neft və neft məhsulları ixrac edir.Bu da onun nəticəsidir ki,Azərbaycanda aparılan iqtisadi siyasət düzgün aparılır..

    Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini Azərbaycan hələ iki il əvvəl  tərəfdaşları ilə başa çatdırmış və ölkəmizdən Cənubi Avropaya gedən  boru kəmərləri sistemi yaratmışdır. Yaradılan bu və digər müasir enerji infrastrukturu sayəsində  ölkəmizin təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə,  növbəti  ildə bu rəqəm 24 milyard kubmetrə çatacaq. Daha ətraflı »

  • 19Yan
    Digər HEYDƏR ƏLİYEV İLİ– 2023 üçün şərhlər bağlıdır

    20 Yanvar faciəsindən 33 il ötür

    Bu barədə əsl həqiqətləri dünyaya Ulu Öndər çatdırdı

    1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet Ordusu Bakıda görünməmiş qırğınlar törətdi. Bu qırğın zamanı qadın, uşaq, qocaya fərq qoyulmadan müstəqillik istəyən azərbaycanlılar vəhşicəsinə qətlə yetirildilər. Lakin xalqımıza qarşı törədilmiş bu mərhəmətsiz hərəkət əks təsir yaratdı və faciədən az sonra – 18 oktyabr 1991-ci ildə Azərbaycan öz haqq səsini ucaldaraq, müstəqilliyini bütün dünyaya bəyan etdi.
    İlk olaraq bu hadisənin Azərbaycan xalqına qarşı törədilmiş cinayət olduğunu o zaman Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev dilə gətirdi.
    Belə ki, 21 yanvar 1990-cı ildə Heydər Əliyev Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçıların, günahkarların adlarını çəkdi, qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmasını tələb etdi.
    20 yanvar 1990-cı il hadisələri Azərbaycan Respublikasının müstəqilliyə gedən yolunda ən böyük sınaqlardan biri olmuş və Azərbaycan xalqı bu sınaqdan üzüağ, alnıaçıq çıxmışdır. Hadisənin ertəsi günü Heydər Əliyevin imperiyanın mərkəzi olan Moskvada mətbuat konfransı keçirməsi, birbaşa Sov.İKP-nin rəhbərlərini ittiham etməsi və əsl həqiqəti dünya içtimaiyyətinə çatdırması bu yolda böyük bir cəsarət nümunəsi olmuşdur.

    “Yeni Tərtər”

  • 19Yan
    Digər “Heydər Əliyev ili”nə həsr edilmiş şahmat turniri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Hey-dər Əliyev ili”nə həsr edilmiş məktəblilər ara-sında şahmat turniri keçirilib. Turnirdə rayonun pilot məktəblərindən 6-8, 10-12, 14-16 yaş qrupları üzrə 30-u qız, 50-si oğlan olmaqla ümumilikdə 80 nəfər məktəbli iştirak edib.
    Turnirə start verməzdən öncə rayonun mərkəzi meydanında müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül-çiçək dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.
    Tərtər Uşaq Gənclər İdman Şahmat Məktəbində davam edən turnirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Elvin Umudov çıxış edərək bildirib ki, 2023-cü ilin “Heydər Əliyev İli” kimi təsis edilməsi, həmçinin bu istiqamətdə il ərzində həyata keçiriləcək silsilə tədbirlərin təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi.
    “Heydər Əliyev İli” dahi şəxsiyyətin müasir və müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında ro-lunu və xidmətlərini ümumiləşdirir. Bugünkü qalib Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Daha ətraflı »

  • 19Yan
    Digər BÖYÜK SƏRVƏT, TÜKƏNMƏZ MÖVZU üçün şərhlər bağlıdır

    Azərbaycan mətbuatının əsa-sını qoyan “Əkinçi” qəzetinin ilk nüsxəsi çapdan çıxdığı gündən onun üzərində daim senzura olub. Xalqın maariflənməsindən ehtiyat edən çar Rusiyası bu həqiqət carçısının fəaliyyətindən çəkinərək, hər vasitə ilə onun bağlanmasına təsir göstərirdi. Beləliklə də, “Əkinçi”nin çapı az bir müddətdən sonra dayandırılsa da, onun yaydığı mütərəqqi ideyaların qığılcımları sönmədi, Azərbaycanda nəşr olunan digər qəzet və jurnalların fəaliyyəti ilə davam etdirildi.
    Sovetlər dönəmində də mətbuat, azad söz bir sıra çətinliklərlə üz-üzə dayanıb. Müasir Azərbaycan mətbuatının inkişafı, onun üzərində senzuranın ləğv edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
    Həm 1969-cu ildə birinci dəfə hakimiyyətə gəldiyi illərdə, həm də sonralar xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra o, Azərbaycan mətbuatının qayğıkeşi kimi bu sahənin inkişaf etdirilməsinə misilsiz töhfələr verib.
    Belə ki, 70-80-ci illərdə Azərbaycanda “Kommunist”, ”Bakı”, “Azərbaycan gəncləri”, “Bakinski raboçi” və digər qəzetlər nəşr olunurdu. Heydər Əliyev şəxsən qəzetlərin fəaliyyətini izləyir və burada dərc olunan tənqidi materialların əksəriyyətinə birbaşa Mərkəzi Komitə səviyyəsində dərhal reaksiya verilirdi.
    Televiziya ekranlarında Ümummilli Liderin jurnalistlərə nə qədər səmimi münasibət göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Təbiətən çox zəhmli və ciddi olan bu dahi insan mətbuat işçilərinin hər bur sualını dolğun cavablandırır, onlara qayğı və diqqət göstərirdi. Onun bu münasibəti hər bir məmur üçün nümunəyə çevrilmişdi. Məhz belə bir qayğının nəticəsidir ki, o illərdə Azərbaycanda yüzlərlə jurnalist yüksək fəxri adlara layiq görüldü, çoxsaylı insanlar növbədənkənar mənzil və maşın aldı. Ən başlıcası isə, Azərbaycan jurnalistikasının böyük bir nəsli Heydər Əliyev ideyalarının işığında püxtələşərək, yüksək peşəkarlıq səviyyəsinə ucaldı. Daha ətraflı »

  • 19Yan
    Digər BİZƏ YAZIRLAR üçün şərhlər bağlıdır

    Sevinc göz yaşları ilə qarşıladıq

    Mən Oğuz yurdu Göyçə mahalının Basarkeçər rayonunun Kiçik Məzrə kəndində doğulmuşam. 20 yaşına kimi burada yaşamışam. 1988-ci ildə deportasiya nəticəsində ailəmiz kəndimizi tərk edərək Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıb. Ailədə atam, anam və 6 övlad olmuşuq.
    Göyçə mahalı Göyçə gölünün ətrafında təqribən 100 kilometr uzunluğu, 40 kilometr eni olan bir ərazini əhatə edir. Bu gözəl yer cənubdan Ağlağan, Təpəsidəlik, Çənlibel dağları və Səlim gədiyi ilə, şimaldan isə Murğuz, Şahdağ silsi-ləsi ilə əhatə olunmuşdur.
    Bu yurdun qədim yaşayış məntəqələrimizdən biri olmağı barədə Prezident ilham Əliyev deyib: “Göyçə, Zəngəzur, İrəvan bizim tarixi torpaqlarımızdır. Biz, azərbaycanlılar, o torpaqlara qayıtmalıyıq və o torpaqlara qayıdacağıq. Biz tariximizi heç vaxt unutmamalıyıq”.
    Bizim Kiçik Məzrə kəndinin tarixi XIV əsrin so-nu, XV əsrin əvvəllərinə təsadüf edir. Kəndin eni 3 kilometr, uzunluğu 4 kilometrdir. Kəndimizdə çoxlu qədim tarixi abidələr vardı. Bunlardan biri Alban türklərinin tarixindən bəhs edən, üzərində “Qrabar” əlifbası ilə yazısı olan Alban kilsəsidir. Bundan başqa, burada həmin əlifba ilə yazısı olan, alban türklərinin tarixindən bəhs edən xaç daşları vardı. Bala Məzrədə çox sayda müqəddəs ziyarətgahlar, pirlər olmuşdu. Bu gün oradakı müqəddəs ruhlar yolumuzu gözləyir.
    Möhtərəm Prezidentimiz İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəni ailəmizdə hamı sevinc göz yaşları ilə qarşıladı. Bəli, müzəffər Ali Baş Komandan, dövlətimizin rəhbəri bir daha bütün dünya qarşısında bəyan etdi: ”Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməıliyik ki, bu hüququ təmin edək”. Daha ətraflı »

  • 19Yan
    Digər Təşəkkürümü bildirirəm üçün şərhlər bağlıdır

    Əmək veteranıyam.40 ildən artıq Tərtər poçtamtında montyor işləmişəm. Ailəmizin təsərrüfatla da həmişə əlaqəsi olub. Ulu Öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldiyi dövrdə yaşadığımız Seydimli kəndinin əsasında Nəriman Nərimanov adına kolxoz fəaliyyət göstərirdi. Rayonda ən qabaqcıl təsərrüfatlardan biri idi. Pambıqçılıqda yarış cədvəlində adımız birinci olurdu.
    İndi torpaqlar mülkiyyətçilər arasında bölünüb. Ailəmiz yenə də pay torpağını becərərək, hər il yaxşı göstəricilər əldə edir. Büdcəmizi möhkəmləndiririk.
    Eyni zamanda kəndin infrastrukturu da yaxşılaşıb. Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərini daim yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyevin səyi nəticəsində həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində bir çox layihələr həyata keçirilib. İndi elektrik enerjisi, qaz və su sarıdan korluğumuz yoxdur. Yollarımız abad və rahatdır. Kənddə müasir məktəb binası var. Bir neçə il əvvəl isə Seydimli kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verildi. Hicran Hüseynovanın rəhbərliyi altında burada mehriban və qayğıkeş kollektiv çalışır. Nəvəm Hüseyn də bu bağçada tərbiyə alır. Hətta qonşu kəndlərdən də bura övladlarını gətirən valideynlər var.
    Əmək veteranı kimi hər il dövlət tərəfindən verilən göndəriş əsasında Azərbaycanımızın səfalı yerlərində istirahət edir, sağlamlığımın qayğısına qalıram. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. 30 ildən artıq bir müddətdə Seydimli cəbhəyanı kənd kimi daim təhlükə altında yaşayırdı. Şanlı Qələbəmizdən sonra insanlar rahat nəfəs aldılar. Bir ağsaqqal kimi bütün bunlara görə Ümummilli Liderimiz Heydər Əliyevin layiqli siyasi davamçısı cənab İlham Əliyevə kəndimizin sakinləri adından dərin təşəkkürümü bildirirəm.

    Zaməddin İmanov,
    Seydimli kəndinin sakini

  • 18Yan
    Digər Azərbaycan bərpaolunan enerji mərkəzlərindən birinə çevrilir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edib.  Dövlət başçısı mərasimdə çıxış edib.

    O bildirib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir.

    Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.

    Prezident diqqətə çatdırıb ki,  bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik.

    Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

    Təbii qaz ixracımız artır – 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil.

    Qeyd olunub ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır.

    “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

    Bildirilib ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Daha ətraflı »

  • 18Yan
    Digər “Siyasi partiyalar haqqında” AR yeni  Qanunu hazırlanır üçün şərhlər bağlıdır

       “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

    Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.

    “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar nəzərdən keçirilib:

    Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” (233 tövsiyə – onlardan 132-si sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aiddir).

    Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”.

    24 ölkənin təcrübəsi (Almaniya, ABŞ, Fransa, İsveç, İspaniya, Niderland, İtaliya, Avstriya, Türkiyə, Polşa, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Tacikistan, Özbəkistan və Ermənistan).

    47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif;

    Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif (cəmi 350-dən çox təklif).

    “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar təmin edilib: Daha ətraflı »

  • 16Yan
    Digər 20 Yanvar – Xalqımızın qan yaddaşıdır üçün şərhlər bağlıdır

    Keçmiş Sovet İttifaqı rəhbərlərinin və onun Azərbaycandakı itaətkar nümayəndələrinin əli ilə xalqımıza qarşı törədilmiş Qanlı Yanvar faicəsindən 33 il vaxt keçir. Qanlı Yanvar faicəsi XX əsr tarixinə və bəşəriyyətə qarşı ən amansız cinayətlərdən biri kimi tarixə düşmüşdür. O qanlı gecədə mənfur rejimi hər vəchlə qoruyub saxlamağa çalışan qırmızı imperiya dəhşətli hərb maşınını işə salaraq, öz mill azadlığı və istiqlaliyyəti, doğma torpağının müdafiəsi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə açıq hərbi təcavüzə başladı. Bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.Xalqımız həmin gün üstünə şığıyan Sovet hərbisinin qara guruhuna qarşı sinəsini irəli verdi, öz istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

    Əslində 20 Yanvara aparan yolun 1988-c ildən başlandığı aşkar görünür. Keçmiş imperiya rəhbərliyinin-şəxsən əlləri xalqımızın qanına batmış Mixail Qarbaçovun bilavasitə xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddialları nəticə etibarı ilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğurnda mübarizəsinə əlavə impulslar verdi. Xalqımız ölkəmizn ərazi bütövlüyünü qoruyub saxlamaq üçün 1988-ci ildə iradəsini ortaya qoydu. Güclü meydan hərəkatı başladı.

    20 Yanvar faciəsi ərəfəsində və ondan sonrakı mərhələdə Azərbaycan tamamilə informasiya  blokadasına alınmışdı. Respublikamızın xaricə çıxışı yalnız “Azadlıq” radiosu vasitəsilə təmin  edilirdi. Bu da çox məhdud idi. Odur ki, Azərbaycanın üzləşdiyi problemləri, faciələri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, real vəziyyətlə bağlı dolğun təsəvvürlər yaratmaq mümkün deyildi. 20 Yanvar hadisələrindən sonra hakimiyyətdə olan imperiyapərəst qüvvələr, eləcə də faciənin üzərində hakimiyyətə gəlmək istəyən qüvvələr, əslində, bu prosesdə iştirak etmədilər.

    Bütün ömrü boyu xalqın yanında olan ümummilli liderimiz Heydər Əliyev isə belə ağır vəziyyətdə ailəsi ilə birgə yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və sərt bəyanatla çıxış etdi. Xalqımıza qarşı repressiyaya əl atmış Kremlin bir addımlığında kifayət qədər aydın, cəsarətli mövqe ortaya qoyan ümummilli liderimiz Azərbaycanının üzləşdiyi informasiya blokadasının aradan qaldırılması, real həqiqətlərin Dünya ictimaiyyətina çatdırılması üçün tarixi addım atdı. Ümummilli liderimizin bu addımı həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük rezonans doğurdu. Bu qətiyyətli mövqe dərin sarsıntı içində olan xalqa mənəvi dəstək oldu. Bununla da Heydər Əliyev hər zaman xalqla, onun problemləri ilə birgə olduğunu, dərdinə şərik çıxdığını sübuta yetirdi. Bundan narahat olan qüvvələr sonradan ulu öndərimizin Azərbaycana dönmək istəyinin qarşısını almaq üçün ciddi-cəhdlə fəaliyyətə başladılar. Lakin yaradılan maneələrə baxmayaraq, Heydər Əliyev Naxçıvana gəldi və fəal siyasətlə məşğul olmağa başladı. Daha ətraflı »