Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06May
    Digər Hər yerdə hörmətlə qarşılanır üçün şərhlər bağlıdır

    Bu gün müasir cəmiyyətimizi internetsiz təsəvvür etmək qeyri mümkündür. İnternet vasitəsi ilə çoxsaylı informasiyalar alınır. Bunun üçün müəyyən texnologiyalardan istifadə bacarığı və ona olan tələbat nəzərdə tutulur. Bəzən bu texnologiyalardan istifadə çətinləşir, peşəkarlara müraciət etməli oluruq. Belə peşəkarlardan biri Tərtər Telekommunikasiya qov-şağında çalışan, həm iş yoldaşları, həm də rayon ictimaiyyəti tərəfindən hörmətlə qarşılanan Taleh Hüseynovdur.
    Dədə-babadan xalqımız arasında belə bir deyim var: “Filankəs canlara dəyən oğlandır”. Talehlə söhbətimdən sonra mən də belə qərara gəldim ki, elə bizim bu mütəxəssis Taleh də “canlara dəyən oğlandır”.
    O, rayonumuzun Qaraağacı kəndində sadə bir ailənin övladıdır. Atası Saleh də, anası Pərvanə də öz zəhməti ilə dolanan insanlardır. İki oğullarını da elə belə böyüdüb, tərbiyə ediblər. Taleh ailənin kiçik oğludur. Qaraağacı kənd orta məktəbini bitirdikdən sonra Bakı şəhərində Rabitə və Nəqliyyat kollecinə daxil olub. Rabitə qovşağı və kommutator sistemləri fakültəsində qiyabi təhsil alıb. 2012-ci ildən rayon Telekommunikasiya qovşağında telefon montyoru kimi fəaliyyətə başlayıb. 2014-cü ildə internet şöbəsində reklam meneceri, 2021-ci ildə isə informasiya texnologiyaları mütəxəssisi vəzifələrinə təyin olunub. Bu müddətdə gənc Taleh bir az da püxtələşib, sevdiyi peşənin mütəxəssisinə çevrilib. Hazırda həmyaşıdları arasında öz mədəni rəftarı və peşəkarlığı ilə fərqlənənlərdəndir. Talehin bu rəftarı rayon sakinləri arasında xətir-hörmət qazanmasına səbəb olub. Onun çöhrəsində sanki bir nur topası birləşib. İşi ilə əlaqəli çağırıldığı hər yerdə çöhrəsindəki nurdan “pay” qoyub çıxır. Daha ətraflı »

  • 04May
    Digər Azərbaycanın sülh təşəbbüsləri Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar yaradır üçün şərhlər bağlıdır

      Aprelin 29-da ADA Universitetində “Cənubi QAfqaz: İnkişaf və əməkdaşlıq mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda giriş nitqi söyləyib.

    Prezident İlham Əliyev bildirib ki,  ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.

    Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində.

    Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Daha ətraflı »

  • 04May
    Digər Prezident İlham Əliyevin apardığı siyasət onun  lider olduğunu dünyaya göstərir üçün şərhlər bağlıdır

    28 aprel 2022-ci il tarixdə Azərbaycanın mədəniyyət paytaxtı olan  Şuşa şəhərində  işə başlayan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası 2021-ci ilin aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Qarabağda beynəlxalq konfransın keçirilməsi təşəbbüsü ilk olaraq ADA Universitetində keçirilmiş konfransda  təklif etmiş olunmuş  və Möhtərəm Prezidenimiz bu təklifi müsbət qiymətləndirmiş  və Prezidentimizin tapşırığına əsasən keçiriləcək  tədbir  “Beynəlxalq Şuşa Forumu” kimi yeni ad altında təşkil edilmişdir.

    Konfrans iştirakçıları  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda etdiyi  çıxışında    ciddi və hər bir vətəndaşı düşündürən məqamlara aydınlıq gətirmiş, önəmli məsələlərə toxunmuşdur.  Azərbaycanın o cümlədən ,Cənubi  Qafqazda yeni dövrün – sülh və əməkdaşlıq dövrünün  təşviq etdiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsipi təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnaldır”.

    Bir müddət əvvəl Azərbaycan Ermənistana münaqişənin normallaşması üçün5 prinsipdən ibarət təklif göndərmişdir. Hazırda normallaşma prosesinin əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasından ibarətdir. Bu prinsiplər Beynəlxalq Qaydalar çərçivəsində oldugundan  Avropa İttifaqı da  Azərbaycanın təkliflərini dəstəkləyir. Başqa çıxış yolu olmayan  Ermənistanın isə Azərbaycanın beş prinsipini qəbul etməkdən başqa yolu yoxdur. Çünki bunun əksinə getmək sülhə və təhlükəsizliyə qarşı çıxmaq kimi qəbul olnmalıdır. Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bu barədə fikirlərini açıqlayıb. Dövlət başçısı bildirib ki, bizim açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyimiz və təşəbbüslərimiz Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib.

    Regionda yeni  sülh və əməkdaşlıq erasının fəal şəkildə olmasından geniş söhbət açan Möhtərəm Prezidentimiz aşağıdakı hədəfləri açıqlayaraq göstərdi ki, “Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır”.

    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan Şuşa Bəyannaməsi ölkəmizin diplomatik tarixinin ən mühüm sənədlərindən biridir Bəyannamə 30 ilə yaxın bir müddətdə işğal altında olmuş və 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin  nəticəsində Cənubi Qafqazın bənzərsiz gözəlliyi ilə  fərqlənən – Şuşa şəhərində imzalanıb. Bu mühüm hadisə möhtərəm cənab Prezident İlham Əliyevin hərbi-siyası strategiyasının təntənəsinin növbəti parlaq nümunəsi idi. Şuşa Bəyannaməsinin imzalanması dünyaya mesaj və eyni zamanda region üçün yeni tarixi gerçəklik demək idi.

    Fakt odur ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev düşünülmüş daxili və xarici siyasət yeritməklə, az itkilərlə ölkədə, bölgədə və bütün dünyada sülh proseslərinə, eləcə də beynəlxalq aləmə mühüm örnək olduğunu sübut edir.

    Eldar Əsədov

    YAP Tərtər rayon

    təşkilatının sədri

     

  • 29Apr
    Digər Müqəddəs ocağın nuru üçün şərhlər bağlıdır

    O, baharın ən gözəl çağında – aprelin 28-də anadan olmuşdu. Özü də elə bahar kimiydi – zərif, gözəl, eyni zamanda güclü və qüdrətli.
    Baharda torpaq oyanır, həyat canlanır. Zərifə xanım Əliyeva da insanları bahar kimi sevindirirdi, onların gözlərinə nur bəxş edirdi.
    Həm də onun qismətinə xalqımızın böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyevin həyat yoldaşı olmaq kimi bir missiya düşürdü. Milyonların gözünə nur bəxş edən qadın özü bu müqəddəs ocağın nuru idi.
    Zərifə xanımın onlarla, bəlkə də yüzlərlə titulunun sırasında ən şərəflisi anadır – Azərbaycan xalqının sevimlisinə, qəhrəmanına çevrilən Prezident İlham Əliyevin anası.
    Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və sarsılmaz etdi, onun siyasi varisi olan İlham Əliyev isə torpaqlarımızı işğaldan azad edərək bizə bütöv bir Azərbaycanın vətəndaşları olmaq hissini yaşatdı. Hər ikisinin həyatının ilham mənbəyi olan Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolu xalqımız üçün örnəkdir.
    Bu gün Zərifə xanımın davamçısı olan, bu ocağın “çırağını yandıran” Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da öz humanizmi, xeyirxahlığı, vətənpərvərliyi ilə o böyük yolun yolçusudur.
    Doğum günündə Zərifə xanımı minnətdarlıq hissi ilə xatırlayırıq. Belə insanlar heç zaman unudulmur.

    Svetlana Bağırova

  • 29Apr
    Digər Maraqlı talelər üçün şərhlər bağlıdır

    EL ŞAİRİ SURXAY DƏQİQ

    Səfərov Surxay Umud oğlu 1922-c- ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olmuşdur. 1941-ci ildə Evoğlu kənd orta məktəbinin X sinfini bitirmiş, ehtiyac olduğuna görə rayonun müxtəlif kəndlərində müəllimlik etmişdir. Atası Səfərov Umud 1937-ci il repressiya qurbanlarından biri olmuşdur (1956-cı ildə bəraət almışdır). Odur ki, Surxay hərbi xidmətə çağırılmamış, müharibəyə göndərilməmişdir. Gənc yaşlarından yaradıcılığa başlamış, şeirləri müəllimlərinin və kənd əhalisinin diqqətini cəlb etmişdir.
    Səməd Vurğunun yaradıcılığı onun üçün əsl ilham mənbəyi olmuşdur. Dəfələrlə Səməd Vurğunla görüşmək ona qismət olmuşdur. Surxayın yaradıcılığına diqqət və qayğı ilə yanaşan şair ona “Dəqiq” təxəllüsünü vermişdir.Yazılarının birində Surxay müəllim Vurğunu ustadı hesab edərək belə

     

     

    Qəlbim döyündükcə coşacağam mən,
    Kükrəyib dəniz tək daşacağam mən,
    Hələ min-min nəğmə qoşacağam mən,
    Çünki Vurğun kimi söz ustadım var.

    Şairin ölümündən kədərlənən Dəqiq “Deyə bilmirəm” şeirini yazmışdır. Eyni zamanda Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən “Vurğun” mənzum dramını yaratmışdır. Əsərin yalnız bir hissəsi durur. Şair özü ”Yeni il şərəfinə sağlıq” şeirində həmin drama işarə edərək yazmışdır: Daha ətraflı »

  • 26Apr
    Digər Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı üçün şərhlər bağlıdır

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən Müharibəsində düşmən işğalından azad etdiyi qədim qalamızda – Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.

    Qurultayda geniş nitq söyləyən Prezident İlham Əliyev deyib: “Qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir”.

    Müzəffər Ali Baş Komandan gənclərimizin Vətən Müharibəsindəki xidmətlərini yüksək qiymətləndirərək bildirib ki, tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

    Qeyd olunub ki, Ulu Öndərin davamçıları V qurultayı Şuşada keçirir. Mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava ilə qarşılayır və bu onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.

    Azərbaycan Respublikasının Prezidenti deyib ki, Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq.

    Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Daha ətraflı »

  • 25Apr
    Digər Azərbaycan dünyada yaşayan hər bir  azərbaycanlının Vətənidir üçün şərhlər bağlıdır

    YAP Tərtər rayon  təşkilatının sədri – Eldar Əsədov

    Müstəqil Azərbaycan dövlətinin  tarixində  ən əlamətdar  hadisələrindən biri – Dünya Azərbaycanlılarının V qurultayının Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhəridə  keçirilməsi oldu. Qurultayın  Möhtərəm  Prezidentimiz , Yeni Azərbaycan Partiyasının Sədri  Müzəffər Ali Baş Komandanımız cənab  İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli  ordumuzun düşmən əsarətindən  azad edilən  Şuşa şəhərində baş tutması heç də təsadüfü deyildir. Bildiyimiz kimi  dünyanın 65 ölkəsindən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçirilən qurultay beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayır. Bu qurultay bizim tarixi zəfər qurultayımız oldu.

    İlham Əliyev cənablarının  Zəfər qurultayında dediyi kimi  uzun illərdən bəri Azərbaycanımız üçün problem olan  Qarabağ münaqişəsinin həll edilməsi Prezidentimiz üçün başlıca vəzifə olmuşdur. İkinci Qarabağ  müharibəsindəki parlaq qələbəmiz bütün dünyaya  göstərdi ki, bu missiya  Prezidentimiz tərəfində layiqincə  yerinə yetirildi.  Müzəffər Ali Baş Komandanımızın  vətənin azadlığı uğrunda olan  çağırışı  ilə vətənimizin igid övladları Vətən qarşısında əvəzolunmaz  xidmətlər göstərdilər. Müasir müstəqil Azərbaycan dövləti yarandıqdan sonra vətənpərvərlik ruhunda böyüyən  gənclərimiz  bu tarixi qələbəni Azərbaycan xalqına bəxş etdilər.

    2001-ci il tarixdə keçirilən Dünya Azərbaycanlılarının  I Qurultayında ulu öndər Heydər Əliyev demişdir ki, vaxt gələcək Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlarımız  işğaldan azad olunacaq, Azərbaycan xalqı öz tarixi  yurdlarına  qayıdacaq. 44 günlük Vətən müharibəsindəki qələbəmiz Ulu öndərin vaxtı ilə dediyi  sözlərin həyata keçməsini təmin etdi.  Ulu öndərin siyas kursunun layiqli davamçısı  cənab  İlham Əliyevin rəhbərliyi altında 2006, 2011 və 2016-cı illərdə keçirilən dünya azərbaycanlılarının qurultaylarında dövlət başçısı diaspora nümayəndələri qarşısında Vətən, torpaq, müstəqillik amilini qabartdı, soydaşlarımızı tarixi vətənlə bağları daha da gücləndirməyə çağırdı.

    Möhtərəm Prezidentimizin  dediyi kimi “Müstəqil Azərbaycan  dövləti bizim  hamımızın – bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi. Bizim hər birimiz istər Vətəndə olsun, istərsə də Vətəndən kənarda bu məsələyə  hörmət hissiilə yanaşaraq  hər bir  soydaşımıza Vətəni sevmək nümunəsi göstərməliyik. Dövlət Başçımızın birlikdə olmaq çağırışı  ölkədən kənarda yaşayan soydaşlarımızı  Azərbaycan dövlətçiliyi ideyaları ətrafında sıx birləşdirdi. Dövləti  məsələlərdə həmrəylik nümayiş etdirildi.

    Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya azərbaycanlılarını Zəfər bayrağı  altında mədəniyyət beşiyimiz olan Şuşa şəhərinə  toplamaqla sübut edir ki, bundan sonra bizi heç kim əyə bilməz! Bundan sonra heç bir qüvvə bizə qalib gələ bilməz! Bundan sonra xalqımız öz torpağında, öz dövlətində qalib xalq , Azərbaycan isə qalib ölkə  kimi yaşayacaq!

  • 22Apr
    Digər Azərbaycan dilinə dövlət dili statusu verilməsi Ulu Öndərin böyük tarixi xidmətlərindən biridir üçün şərhlər bağlıdır

    Hər bir xalqın taleyində liderlərin rolu əvəzsizdir. Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndər Heydər Əliyev kimi əbədiyaşar lideri var. Həyatımızın hansı sahəsinə diqqət yetirsək, Ümummilli Liderin müəyyən etdiyi strategiyanın, başladığı işlərin təntənəsini görürük

    70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.

    1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Daha ətraflı »

  • 22Apr
    Digər Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb üçün şərhlər bağlıdır

    Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.

    Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır

    Görüş zamanı qeyd olunub ki, Azərbaycanla Qırğız Respublikası münasibətlərinin qədim tarixi kökləri var. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir

    Bildirilib ki, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.

    Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var. Daha ətraflı »

  • 21Apr
    Digər Görkəmli aftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib üçün şərhlər bağlıdır

    YAP rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə  görkəmli oftolmoloq, akademik  Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunan   tədbir keçirilib.

    Tədbiri giriş sözü ilə  rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  açıb, Zərifə xanım Əliyevanın və Vətən müharibəsi şəhidlərinin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə edib. O qeyd edib   ki, akademik Zərifə xanım Əliyeva 1942-ci ildə orta məktəbi bitirdiktən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib. Zərifə  Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və o, orada həkim-ordinator kimi işə başlamışdır. Zərifə  xanım 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdiktən sonra respublika Oftalmoloqiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir.   Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. O zaman xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi və onunla mübarizə təkçə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir. Konkret müalicə təcrübəsindən başqa o, Azərbaydanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Daha ətraflı »