Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen
    Ədəbiyyat AZƏRBAYCAN DİLİNDƏ YAD ÜNSÜRLƏR üçün şərhlər bağlıdır

    Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Eramızdan əvvəl I minillikdə meydana gəlmiş və eramızın I minilliyində bir dil kimi formalaşmış, XVI əsrdə Şah İsmayıl Xətainin hökmdarlığı dövründə dövlət səviyyəsinə çatmış və dövlət dili elan edilmişdi. Dilimiz neçə əsr bundan əvvəl indiki kimi səlis və rəvan deyildi. Bu gün isə Azərbaycan dili kamil quruluşa, zəngin söz ehtiyatına, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Müstəqillik qazanandan bəri Azərbaycan dili dünya dilləri səviyyəsinə qədər yüksəlib, yüksək tribunalardan səslənən bir dil olub, dövlətlərlə sazişlər bu dildə imzalanır, əsrin müqavilələri bu dildə bağlanır. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Daha ətraflı »

    Teqlər:

  • 11İyl

    ATA

    Ədəbiyyat ATA üçün şərhlər bağlıdır

    Mənim hər dərdimə şərik olursan,
    Ömrümə xoş arzu, diləksən, ata!
    Çox şükür, nə yaxşı yanımda varsan!
    Sən mənə arxasan, dirəksən, ata.

    İstəsən, canımı sənə verərəm,
    Daim gözlərində qayğı görərəm.
    Yanımda olmasan mən nə edərəm?
    Sən mənə hər zaman köməksən, ata!

    Məni candan sevən qardaşım olsa,
    Nə qədər yoldaşım, sirdaşım olsa,
    Lap qocalsam belə, yüz yaşım olsa,
    Yenə də sən mənə gərəksən, ata.

    Zərifə ƏSGƏRZADƏ,
    Tərtər şəhər 1 saylı tam orta məktəbin üçüncü sinif şagirdi

     

    Teqlər:

  • 08May
    Ədəbiyyat “ÖMRÜN MƏTBUATDA KEÇƏN 50 İLİ” üçün şərhlər bağlıdır

    Tərtər Rayon Gənclər Mərkəzində “Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini, “Qızıl Qələm” mükafatı laureatı Svetlana Bağırovanın əmək fəaliyyətinin 50 illiyinə həsr olunmuş “Ömrün mətbuatda keçən 50 ili” adlı tədbir keçirilib.
    Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə birgə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin Qarabağ Bürosunun sədri Ziyəddin Sultanov, “Yeni Tərtər” qəzetinin kollektivi, jurnalistin keçmiş iş yoldaşları və ailə üzvləri iştirak ediblər. Daha ətraflı »

    Teqlər: ,

  • 09Fev
    Ədəbiyyat POEZİYA GUŞƏSİ üçün şərhlər bağlıdır

    NƏ İŞİM VARDI

    Atam istəmişdi. Anam gətirdi,
    Mənim bu dünyada nə işim vardı?
    Ömrüm varaqlarda sətir-sətirdi,
    Mənim bu dünyada nə işim vardı?

    Kimisə tamladı – yarı göndərdi,
    Bir ballı çiçəyə arı göndərdi.
    Gəlməyim yox idi, Tanrı göndərdi,
    Mənim bu dünyada nə işim vardı?

    Tapdı qılığımın çəmin kimisi,
    Heyranım kimisi, qənim kimisi.
    Burda arta bilməz mənim kimisi,
    Mənim bu dünyada nə işim vardı?

    Varmı bir bəxtəvər özünnən əmin?
    Qoy durum başına dolanım həmin.
    Yavanlıq olmadı dişimə mənim,
    Mənim bu dünyada nə işim vardı? Daha ətraflı »

    Teqlər:

  • 31Yan
    Ədəbiyyat BİZƏ YAZIRLAR üçün şərhlər bağlıdır

    CAVİD ÖMRÜ

    32323Cavid ömrü. Tufanlara sinə gərib, şaxtalarda donan ömür. Qürbət eldə qürub edən, qərib kimi bitən ömür. Vətən adlı, xalq adlı bir sevdaya tutuşan, atəş ilə qovrulan, həsrət ilə yanan ömür.
    Xəyal!… Əvət. Yaşatan yalnız əhli-halı odur,
    Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.
    (H. Cavid)
    Bəli, Cavid ömrü də azad bir ölkənin, əsarətin pəncəsində əzilməyən bir xalqın xəyalı ilə yaşadı. Lakin onu yaşadan bu arzu, bu xəyal onun ölüm fərmanına çevrildi. Bir şair və yazıçı kimi rəğbət qazanan, dövrünün qabaqcıl ziyalılarından olan, əsərlərində gözəlliyi, sevgini, azad ruhu vəsf edən, qaranlığa işıq tutan Hüseyn Cavid nədənsə sovet hökumətinin gözünə batmağa başladı. Hələ sağlığında yaradıcılıq gecələri təşkil olunan, dəyər verilib sağalması üçün Almaniyaya göndərilən şair birdən-birə düşmən qüvvəyə çevrildi. Təqiblərə məruz qaldı. Nəhayət, varlığından xofa düşənlər fətvasını verdi. İmperiyanın quzğun caynaqları Cavidi vətənin bağrından sökərək onun od nəfəsini, azad ruhunu dondurmaq üçün Sibirin şaxtasına təslim etdi. Daha ətraflı »

    Teqlər:

  • 31Yan
    Ədəbiyyat DUYĞULAR ALƏMİ üçün şərhlər bağlıdır

    BİR OCAĞIN ŞÖLƏLƏRİ

    runousŞairliyi Tanrı hər kəsə qismət eləmir və bu, həyatda qazanılan vərdişlərdən deyil. Şair gərək anadangəlmə şair olsun. Yəni Allahın bəxş etdiyi fitri istedad ana bətnində ikən lütf olunmalıdır, süddən və qandan qaynaqlanmalıdır, yoxsa sonradan şair olmaq mümkün deyil, istəyirsən on universitet bitir, məhşur alim ol, akademik ol. Şairlik sənə fitrən verilməyibsə, özünü yorub biabır eləmə, çıx get bacardığın işlə məşğul ol.
    Bir isti ocağın bir şair oğlu ilə tanışam. Onunla bir yerdə olanda rahatlıq tapıram, yazdığı şeirləri dinlədikcə poeziyaya ac qalan mənəvi dunyam doyur, qəribə duyğular çulğalayır məni, hisslərimə sığal çəkilir.
    Yurdumuzun bu şair oğlu hazırda Tərtər rayonunun İrəvanlı kəndində yaşayan əslən Qərbi Azərbaycandan olan Talıb Məmmədlidir (Həsənoğlu). Mənəviyyatı o qədər zəngindir ki, belə “var-dövlət” dünyanın ən varlı adamlarında ola bilməz. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat Yeni kitabın təqdimatı üçün şərhlər bağlıdır

    “ÖMRÜN MƏTBUATDA KEÇƏN 50 İLİ”

    DSC_7063DSC_7083İllərin qovuşuğunda “Yeni Tərtər” qəzeti redaksiyasında maraqlı bir tədbir keçirildi. Bu tədbir məzmun etibarı ilə əvvəlkilərdən bir qədər fərqlənirdi. Buraya kollektivə doğma olan insanlar dəvət olunmuşdular.
    “Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini Svetlana Bağırovanın çapdan çıxmış “Ömrün mətbuatda keçən 50 ili” kitabının təqdimatı keçirildi. Kitabda olduğu kimi, tədbirdə də ön sözü həm “Yeni Tərtər” qəzetinin, həm də kitabın redaktoru, şair–publisist Tofiq Yusif söylədi. O, Svetlananın ilk tərtərli qadın jurnalist kimi fəaliyyətindən, ailədəki və cəmiyyətdəki rolundan, istedadlı qələm sahibi olduğundan ətraflı söhbət açdı. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat Payız etüdləri üçün şərhlər bağlıdır

    PAYIZ YARPAĞI

    01Bu gün sən budaqdan ayrılıb ehmalca yerə düşdün. Ətrafına baxıb özün kimi saralmış yarpaqları gördün və dərin fikrə getdin.
    Gözəl bahar günündə siz hamınız bar ağaclarının budaqlarında dünyaya gəlmişdiniz. Əsən bahar mehi sizə sakitcə laylay çalırdı, yaz yağışlarında islanıb daha da gözəlləşirdiniz. Sizi görənlər bu mənzərəyə heyranlıqla tamaşa edirdilər, Sizdən sonra budaqlarda dünyaya gələn çiçəklər aranızda gizlənərək ətirli meyvələrə çevrilirdilər. Bu meyvələri dərən insanlar hərdən sizi incidirdilər. Bəziləriniz hətta qırılan budaqlarla kənara atılırdınız. Amma sən yaşamısan, gözəlliklər içində yaşamısan, həyatından zövq almısan, payız yarpağı.
    İndi rəngin dəyişsə də, yenə göz oxşayırsan. Fərq bircə ondadır ki, daha heç kimə, heç nəyə gərək deyilsən. Bir zaman səndən həyat eşqi alan insanlar indi ömrün payızını xatırlamamaq üçün yanından tələsik ötüb keçirlər. Sanki siz heç olmamısınız. Amma, bu, mümkündürmü?

    Svetlana BAĞIROVA

     

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat AĞACLARIN PAYIZ ÖMRÜ üçün şərhlər bağlıdır

    Изображение 416DSC_7960 (Копировать)

     

     

     

     

     

    Fotolar KƏNANINDIR

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat KÖVRƏK DUYĞULAR üçün şərhlər bağlıdır

    Payız

    Köçüb getdi el-obası,
    O dağlar marala qaldı.
    Meşələrin rəngi soldu,
    Çəmənlər sarala qaldı.
    ***
    Xəzəllər–payızın şeiri,
    Qonaq duman döndü geri.
    Çobanların ocaq yeri
    Qarala-qarala qaldı.
    ***
    Başlandı göylərin toyu,
    Kiridi bulağın suyu.
    Qısaldı günlərin boyu–
    Darala-darala qaldı. Daha ətraflı »

    Teqlər: