Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn
    Ədəbiyyat KAMİL TƏRTƏRLİ üçün şərhlər bağlıdır

    kamil qaqamKamil Tərtərli (Süleymanov Kamil Şəmil oğlu) 1955-ci il aprel ayının 26-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
    2015-ci ildə onun “Ana yurdum vətənim Tərtər” adlı şeirlər kitabı çapdan çıxıb.
    Aşağıda şeirlərini olduğu kimi dərc edirik.

    TƏRTƏR, SƏNİN QUCAĞINDA

    Sən qəhrəman şəhərimsən
    Düşmənlərin qabağında.
    Keçilməzdi sərhədlərin
    Tərtər, sənin qucağında.

    Qaçqınlara açdın qucaq,
    Məlhəm oldu ana torpaq.
    Gör neçə ev oldu dayaq
    Tərtər, sənin qucağında.

    Oğlun-qızın qəhrəmandı,
    Düşmənlərin bağrın yardı.
    El orduya havadardı
    Tərtər, sənin qucağında. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Ədəbiyyat POEZİYA üçün şərhlər bağlıdır

    QINAYIN MƏNİ

    Yenə qatar-qatar, yenə nizamsız.
    Şükür, sağ-salamat, uğurgüzarsız.
    Mənəm eli perik, mənəm nizamsız,
    Qınayın durnalar, qınayın məni.
    ***
    Siz uçan səmada xəyalım ötər,
    Nə həsrət əriyər, nə hicran bitər.
    Köçəri həyatdan köçgünlük betər,
    Qınayın durnalar, qınayın məni.
    ***
    Keçib dərə-təpə, düz, qayıdırsız,
    Doğma ünvanlara düz qayıdırsız.
    Mən dönə bilmirəm, siz qayıdarsız…
    Qınayın durnalar, qınayın məni.
    *** Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Ədəbiyyat BƏNZƏR üçün şərhlər bağlıdır

    Əzizim Gülnara

    Həyatdır, ömr edir hərə bir cürə,
    Nisgilə, həsrətə, qübara bənzər.
    Hələ nə yaşayıb, nə də gün görə?
    Təzə pöhrələnmiş çinara bənzər.
    ***
    Hələ qönçə olan dağ çiçəyidir,
    Lalə yarpağıdır, gül ləçəyidir.
    Bu qız bənövşənin yaz diləyidir,
    Duyğusu, sevgisi bahara bənzər.
    ***
    Acı xatirələr səfə düzülür,
    Ürəkdi sızlayır, candı üzülür.
    Şirin danışığı baldır süzülür,
    Hər sözü bir əhdə, ilqara bənzər.
    *** Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Ədəbiyyat BEYNƏLXALQ ANA DİLİ GÜNÜ üçün şərhlər bağlıdır

    13Ana dilim! Doğma Azərbaycan dilim. Anamın mənə layla dediyi, ahıl nənəmin nağıl söylədiyi dil! Vətənim Azərbaycan, anam Azərbaycan, dilim Azərbaycan.
    Haradır Azərbaycan?! Odlar ölkəsi Azərbaycan! Qoy bunu Səməd Vurğun desin:
    Min Qazaxdan köhlən ata
    Yalmanına yata-yata
    At qan tərə bata-bata
    Göy yaylaqlar belinə qalx
    Kəpəz dağdan Göy gölə bax.
    Ölkəni ölkə edən, yurdu yurd edən onun daxili zənginliyi, ən əsas isə onun dilidir. Dil fikrin, qəlbin ən incə, ən dərin hisslərini ifadə edir. Hər kəsin öz ölkəsinə olan məhəbbəti, öz doğma dilinə olan məhəbbətdən ayrılmazdır. Dilə ancaq onu dərindən öyrənməklə yiyələnmək olar. Buna görə də onu həyatımızın sonuna qədər fasiləsiz olaraq öyrənməliyik. İnsanın bütün həyatı dillə bağlıdır. Çünki dil insanın dünyaya gəldiyi ilk gündən insanın canına, qanına, beyninə və ürəyinə ana südü, ana laylası ilə daxil olur. Ona görə də təsadüfi deyil ki, uşaqların dil açarkən dediyi ilk söz “ana” sözüdür. Yer üzərində yaşayan hər bir insan ana ilə vətən sözlərini birgə işlədir.
    Ana dili həm də vətən rəmzidir. Daha ətraflı »

    Teqlər:

  • 28Noy
    Ədəbiyyat Həsən bəy Zərdabinin anım günü üçün şərhlər bağlıdır

    ONUN DƏYƏRLİ İRSİ ÖYRƏNİLİR

    zerdabi1Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə hər il Həsən bəy Zərdabinin dünyadan köçdüyü 28ekinchi1 noyabr tarixinin böyük şəxsiyyətin anım günü kimi qeyd edilməsi ölkəmizdə ənənəyə çevrilib.
    Həm “Əkinçi” qəzetinin ilk nömrəsinin çapdan çıxdığı 22 iyul–Milli Mətbuat Günündə, həm də 28 noyabrda bu dahi şəxsiyyətin həyatı, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında söhbət açılır, yaradıcılığının hər zaman–bu gün də, gələcəkdə də bizlərə lazımlı olduğu qeyd edilir. Təsadüfi deyil ki, Həsən bəy Zərdabinin dəyərli irsi indi də tədqiqatçılarımız tərəfindən öyrənilir, araş-dırılır və xalqa çatdırılır. İctimai televiziyada onun həyat və fəaliyyətindən bəhs edən film də çəkilmişdir.
    Həsən bəy Zərdabinin ən böyük arzusu xalqını müstəqil, azad, dünyadakı sivil dəyərlərə yiyələnmiş görmək idi. Bu gün onun arzuları gerçəkləşib.

    Teqlər:

  • 29Okt
    Ədəbiyyat “KEÇMİŞƏ NƏZƏR SALANDA…” KİTABI HAQQINDA DÜŞÜNCƏLƏRİM üçün şərhlər bağlıdır

    00Professor Rasim Axundovun bu yaxınlarda çapdan çıxan “Keçmişə nəzər salanda…” kitabını mən də oxudum. Onun ailə üzvləri haqqında əvvəlcədən məlumatım vardı. Rasim müəllımin söhbətlərinə çox qulaq asmışdım. Bu da ondan irəli gəlirdi ki, ailənin sonbeşiyi olan professor Rasim müəllimlə isti münasibətim var. Kitabın ayrı-ayrı bölmələrində– “Taledən qismət”, “Ömründən nur paylayan ana”,”Atam haqqında xatirələrim”, “Ailəmiz Axundovlar soyadını daşıyanlar haqqında” və s. maraqlı materiallar və xatirələr oxucuların diqqətinə çatdırılmışdır.
    Kitabdan məlum olur ki, onlar ailədə 10 uşaq olublar. Professor bəzən zarafatla deyir ki, ailədə onuncu – sonuncu uşaq olmaq mənim qismətimə düşüb.
    Qarabağ mahalında Fərrux bəy kimi yaxşı tanınan atam və anam Maya həmişə zəhməti sevən insanlar olublar. Ona görə də ailədəki 10 uşaq—6 oğlan, 4 qızın hamısı ali təhsil alıb, özü də necə!… Oğlan uşaqlarının 5-i professor, elmlər doktoru zirvələrinə yüksəliblər.
    Ailənin başçısı Fərrux bəy həm həkim olub, həm də müəllim. Bütün günü at belində Tərtərin Azadqaraqoyunluya yaxın olan kəndlərini gəzib xəstə insanlara kömək edir, şəfa verirdi. Özü də o vaxtlar indiki kimi apteklər, dava-dərman evləri olmayıb. İstifadə elədiyi dərmanları Fərrux bəy özü bitkilərdən hazırlayırdı.
    Ailədə 10 uşağa qulluq göstərilməsi, biş-düş işləri əsasən evin xanımı Maya nənənin üzərinə düşərdi. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Ədəbiyyat YENİDƏN DÜNYAYA GƏLƏRƏMSƏ, MÜƏLLİM OLACAĞAM üçün şərhlər bağlıdır

    56055–Yaşım altmışın üstündə olsa da, qəlbimin lap dərinliyindəki eşq odunun istisi ilə qızınan ruhum hələ cavandır.
    Şüurlu yaşadığım əlli ildə pis bildiyim heç nəyi təkrar etmədim, yaxşı bildiyim heç nəyin üstündən xətt çəkmədim.
    Yaşadığım illəri yenidən olduğu kimi yaşayardım, tək bir dəyişiklik etməklə: Əgər yenidən bir də bu dünyaya gələrəmsə, peşə kimi Müəllimliyi seçərdim. Və heç vaxt təqaüdə çıxmadan yenidən dünyamı dəyişənə kimi Müəllim işləyərdim. Gün kimi isti, ay kimi işıqlı, bulaq suyu kimi saf, dağ havası kimi təmiz balalara həyat dərsi öyrədərdim. Mən Müəllim olardım!
    Millətini olduğu kimi sevən, tarixini, ədəbiyyatını, mədəniyyətini uca tutan, torpağını sevən və onun müqəddəsliyinə inanan və inandırmağı bacaran müəllim olardım. Şagirdlərimə sevməyi öyrədərdim. Öyrədərdim ki, onlar yaxşı nə varsa sevsinlər, pisin mənşəyini öyrənsinlər. Axı, yaradan heç nəyi pis yaratmayır. Bəs nə üçün pisliklər yaranır?…
    Qəfil səs məni fikirdən ayırdı.
    –Salam əleyküm! Bərk fikrə getmişdiniz.
    –Və əleyküm salam! Hə, fikirdə idim. Fikirləşə bilməyən insanla ölmüş insanın fərqi birincinin gözünü döyməsində, ikincininsə göz qapaqlarının örtülü olmasındadır. İnsanın yarada bildiyi nə varsa, hamısı insan fikrinin, idrakının məhsuludur. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Ədəbiyyat “ŞEİR DƏ GÜZGÜ KİMİDİR” üçün şərhlər bağlıdır

    qesemHəmyerlimiz şair Qəşəm Çıraqlının “ Şeir də güzgü kimidir” adlı növbəti kitabı çapdan çıxıb. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Çıraqlı “Dünya həmin dünyadır”, “Fikir burulğanı”, “Yollar sabaha gedir” “Ömrün işığı”, “Mən hamıya inanıram”, “Tarazlıqda yaşayırıq”, “Bir işıq ucundan tutub gedirəm”, “Bu dünya Tanrıya səcdə yeridir”, “Yolumuz ömrümüz boydadır” və “Əsərləri” (I-II cild) şeir kitablarının müəllifidir.
    Qəşəm Çıraqlı bədii yaradıcılığındakı uğurlarına görə “Vətən” və “ Qızıl Qələm” mükafatlarına, həmçinin “Qafqaz Media” İçtimai Birliyinin Fəxri Diplomuna layiq görülmüşdür.
    “ Şeir də güzgü kimidir” kitabı sanki bir ağsaqqalın oxucu ilə səmimi söhbətidir. Şeirlər öz hikməti ilə oxucunu düşündürür. Bu isə tamamilə fərqli bir üsluba malik şairi oxuculara sevdirir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 28Sen
    Ədəbiyyat MÜBARİZ İBRAHİMOV FENOMENİ üçün şərhlər bağlıdır

    012%d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b911-1
    Atalar çox gözəl deyiblər ki, “Ot kökü üstə bitər”. Əsrlər boyu nəsildən-nəslə keçən, ağızdan-ağıza ötürülən və həyatda dəfələrlə öz təsdiqini tapan bu məşhur deyim bizim dövrümüzdə bir daha igid Azərbaycan oğullarının sayəsində öz təsdiqini tapmışdır. Qəhrəman oğullarımız mənfur erməni quldurlarına qarşı döyüşən zaman göstərdikləri şücaətləri ilə ulu babalarımızın dediklərini bir daha gerçəkliyə çevirdilər. Həmin qəhrəman Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovdur.
    Mübarizi həyata bəxş edən xalq çox sayda qəhrəmanlar yetirmişdir. Dədə Qorqud igidləri, Babək, Koroğlu, Qaçaq Nəbi, Həzi Aslanov, Qafur Məmmədov və Azərbaycanın müstəqilliyi dövründəki yüzlərlə qəhrəmanlarımız.
    Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq özünün qeyri-adiliyi ilə seçilir. O, Koroğlu babamızın “Tüfəng çıxdı, qəhrəmanlıq getdi” fikrinin doğru olmadığını öz şəxsi şücaəti ilə təsdiqləməklə bərabər, eyni silahla silahlanmış düşmənin çoxlu sayda əsgərini məhv etdi.
    Onun göstərdiyi igidlik İkinci Dünya müharibəsində Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin yeni formada da-vamı, general Həzi Aslanovun düşündüyü hərbi-taktiki gediş-lərin fərdi döyüşçü tətbiqidir desək, yəqin ki, mübaliğəyə yol vermərik. Daha ətraflı »

    Teqlər:

  • 19Sen
    Ədəbiyyat QƏDİR TƏRTƏRLİ: “MƏNİM  HƏYAT  ROMANIM” üçün şərhlər bağlıdır

    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-11Həmyerlimiz, şair, jurnalist, Qızıl Qələm mükafatı laureatı Qədir Tərtərlinin yenicə çapdan çıxmış “Mənim həyat romanım” kitabını son cümləsinədək böyük maraqla oxudum və əsər haqqında fikirlərimi qəzetimizin oxucuları ilə bölüşmək qərarına gəldim. Əvvəlcədən deyim ki, “Mənim həyat romanım” kitabı bir insanın taleyindən bəhs etsə də, burada biz Azərbaycanın ötən əsrin 30-cu illərindən başlayaraq və XXI əsrin əvvəllərinədək olan ictimai-siyasi mənzərəsini, xalqımızın yaşam tərzini, adət-ənənələrini, valideyn-övlad və övlad-valideyn münasibətlərini görürük. Balaca Qədirin doğulduğu Əksi-para kəndi ilə birlikdə böyüdüyünün, dəyişdiyinin, Böyük Vətən müharibəsi illərində keçirdiyi əzab-əziyyətlərin, sıxıntıların şahidi oluruq.
    Kitabdakı bütün səhnələr təbii və səmimidir, xalqın öz dili ilə qələmə alınıb.
    Yaddaşımda xüsusilə iz qoyan səhnələrdən biri yay aylarında kənd camaatının yaylaqlara köç etməsidir. Bu o vaxtlar idi ki, hələ nə maşınlar vardı, nə də müasir rahat şərait. Qədir müəllim yol boyu rastlaşdıqları gözəllikləri, ferma müdiri işləyən atası Hüsü kişinin çobanlara, onların ailə üzvlərinə münasibətini elə canlı təsvir edir ki, oxucu özü də yolçulara qoşulub sərin yaylaqların ətrafında dincəlir, “Həmzə çiməni”ndə uşaqların “Çataldaş”ın altında məktub gizlətdiklərinin şahidi olur, qadınların dağda bitən göylərdən sacda bişirdikləri ləzzətli kətənin ətrini duyur. Daha ətraflı »

    Teqlər: