Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek
    Ədəbiyyat “NİZAMİ GƏNCƏVİ İLİ”BAŞA ÇATIR üçün şərhlər bağlıdır

                                                                      POEZİYA DÜNYASININ PEYĞƏMBƏRİ

    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmışdır, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz Gəncədə ərsəyə gətirmişdir.
    Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılardan ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin əsərləri miniatür sənətin inkişafına da təkan vermişdir.
    Nizaminin ölməz ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir. Daha ətraflı »

  • 29Noy
    Ədəbiyyat Aşıq Ələsgər-200 üçün şərhlər bağlıdır

                                                               EL SƏNƏTKARININ QÜSSƏLİ HƏYATI

    Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
    Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini dolandırırdı.
    Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəməkdə maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayi Daha ətraflı »

  • 29Noy
    Ədəbiyyat SONRA ÖYRƏŞƏR üçün şərhlər bağlıdır

                                                                                               (Mini hekayə)

    İbrahim kişi kəndin sayılıb seçilən adamlarından idi. Həm saz çalıb aşıqlıq edərdi, həm də dəlləklik. Üzü-başı tüklü olanları elə öz evində abıra salardı. Elə ki, işini qurtardı, tükləri səliqə ilə yığışdırar, sonra da sazı sinəsinə basıb bir-iki ağız deyərdi.
    Bir gün ot biçinindən gələndə gördü ki, arvad yorğan-döşəkdədir. Rəngi də ağarıb. Düzü Səriyə arvad ölümdən çox qorxardı. Bir yeri ağrıdımı, rəngi cunadan da betər rəng alardı. Tez yapışardı kişinin yaxasından ki, mənə göz dəyib, ölüb eləməmiş özünü mollaya çatdır. Bu dəfə də İbrahim kişi içəri girən kimi bir şivən qopardı ki, eşidən-bilən deyərdi ki, bu dəfə deyəsən ölü düşüb. Zarıya-zarıya dedi:
    -Ay İbrahim, qadan mənə gəlsin, ölürəm, özünü mollaya çatdır!
    Səriyə arvad həkim-zad tanımazdı, inandığı bircə şey vardısa, o da mollanın duası idi. İbrahim kişi belə olanda sözü uzatmazdı. Bilirdi ki, nə desə də boş şeydir. Dinməz-söyləməz gedərdi mollanın yanına. Bu kəndin də mollası olmazdı. Gərək pay-piada qonşu kəndə gedəydi. Daha ətraflı »

  • 19Noy
    Ədəbiyyat PAYIZ MÖCÜZƏLƏRİ üçün şərhlər bağlıdır

    Payızın möcüzələri
    Bax ulduzlar nur çiləyir,
    Bu yer hara, qüssə hara?
    Qızıl payız nəğmə deyir
    Qızıl qəlbli insanlara!
                                                              (Nəbi Xəzri)

    Hər gülün, hər çiçəyin, öz gözəlliyi olduğu kimi hər fəslin də öz gözəlliyi var. Fəsillər havasıyla, mənzərələrilə bir-birindən fərqlənir. Qış fəsli soyuğu qarı ilə, yaz fəsli təbiətin oyanışı ilə, yay qızmar günəşi, dənizi ilə, payız fəsli isə küləyi və yağışı ilə. Ətrafımdakı insanların hər biri ayrı-ayrı fəsilləri sevirlər – kimisi meyvəsinə görə, kimisi gül-çiçəyinə görə, kimisi qızılı rənginə görə, kimisi havasına görə və sair. Mən də payız fəslini çox sevirəm elə buna görə də bu fəsil haqqında yazmaq istədim.
    Payız fəsli ilin 3-cü fəslidir. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan təqvimə görə sentyabrın 23-də payız fəsli girir. Havalar yavaş-yavaş soyumağa başlayır. 21 dekabra qədər davam edən payız fəsli yayla qış arasında bir körpüdür sanki. Daha ətraflı »

  • 12Noy
    Ədəbiyyat Duyğuların pıçıltısı üçün şərhlər bağlıdır

                                                      ALLAHSIZ CANAVAR
                                                                                             (Mini hekayə)

    Qobustan rayonunun Sədəfli kəndindən olan “Vətən müharibəsi qəhrəmanı” şəhidimiz Elyar Arif oğlu Vəliyevə həsr edilib.

    Elyar Xüsusi təyinatlı dəstədə vuruşurdu. Hələ 30 yaşı tamam olmamışdı. 29 yaşını cəbhədə keçirəcəkdi. Ona yoldaşları: “Allahsız Canavar”– deyirdilər. Həqiqətən, erməni faşistlərin əliyalın insanlara verdikləri işgəncələr yadına düşdükcə canavara dönürdü. Əsl türk oğlu türk idi. Bircə ay ərzində 40 tapanca təhvil vermişdi. Hər bir tapança bir erməni zabitinin idi. Bu o demək idi ki, əlbəyaxa döyüşlərdə 40 erməni zabitini cəhənnəmə vasil etmişdi.
    Füzuli və Cəbrayıl işğaldan Daha ətraflı »

  • 12Noy
    Ədəbiyyat QAYIT GƏL üçün şərhlər bağlıdır
    Sən gedəndən İsaq-Musaq oxuyur,
    Zülmət gecə hicran, həsrət qoxuyur.
    Dərdli günlər qəm xalısı toxuyur,
    Aydın günüm, ağ səhərim, qayıt gəl!

     

    Əlvan rənglər sənsiz solub-saralıb,
    Təbiətin hər nizamı pozulub.
    Günəşin də hərarəti azalıb,
    Tək günəşim, tək ülkərim, qayıt gəl!
    Sənsiz ürək bir qırılmış ney olub,
    Adamlar da hissiz olub, key olub.
    Həyat sönüb, bir mənasız şey olub,
    Ömrüm – günüm, xallı Pərim, qayıt gəl!
                             

                              Zabil Süleymanoğlu

  • 12Noy
    Ədəbiyyat VƏTƏN üçün şərhlər bağlıdır
    “Vətən, Vətən!” -deyib, öyünmək üçün,
    Bu ana torpağa səpiləm gərək. Sinəsində bitib, min nemət kimi,
    Elin süfrəsinə töküləm gərək.
    Mavi Xəzər olam, alam qoynuma,
    Kür olam, dolanam Vətən boynuna.
    İgid Qazan xanın qalib soyuna Nəğmələr söyləyib seçiləm gərək.
    Nubaram, yetirib ilk bahar məni,
    Qorxutmur nə boran, nə də qar məni.
    Vətənsiz göynədər intizar məni,
    Elimin oduna büküləm gərək.
                                         

                                          Nubar Mədətli

  • 12Noy
    Ədəbiyyat GÜNDÜR üçün şərhlər bağlıdır
    On yeddi yaşımın ilk baharında,
    Yarla ilk görüşə çıxdığım gündür.
    Titrək əllərini tutub ilk dəfə,
    Kövrək dodağıma sıxdığım gündür.
    Meh əsdi, üzümə dəydikcə telin,
    Ətrin qarışırdı ətrinə gülün
    Məhəbbət deyilən o coşqun selin
    Düşüb ağuşuna axdığım gündür.
     

    “Sevirəm!”- demişdim, dil əsə-əsə,
    İlk “hə” pıçıltısı…ilk şirin busə…
    Dayanıb üz-üzə, nəfəs-nəfəsə,
    Xumar gözlərinə baxdığım gündür.

     

    Yenə xatirələr oyandı bu gün,
    Gəncliyim qarşımda dayandı bu gün.
    Qəlbimdə bir həsrət boylandı bu gün,
    Özümü ilk oda yaxdığım gündür.

     

    Bir şehli çəmənin qoynuna girib,
    Seyrinə dalmışıq baş-başa verib,
    İlk hədiyyə kimi bir çiçək dərib,
    İpək saçlarına taxdığım gündür.

     

    Həzin xatirəyə dönən o bir gün,
    Qəlbimi sızladır, göynədir hər gün.
    Asif, nə biləydim o bəxtəvər gün
    Könlümün evini yıxdığım gündür…
    Bu gün ilk görüşə çıxdığım gündür…
                                                                          Asif Talıboğlu

  • 12Noy
    Ədəbiyyat ZƏMANƏNİN “MAHMUDLARI VƏ KƏRƏMLƏRİ” üçün şərhlər bağlıdır

    Ey xoşbəxtlər xoşbəxti Qeys! Ey bəxtiyarlar bəxtiyarı Mahmud! Mən də vaxtı ilə başqaları kimi sizləri nakam hesab eləyib, uğursuz taleyinizə acıyırdım.
    İndi isə həyatda rast gəldiyim yaşananları gördükcə taleləri real dərk edə bilmədiyimə, xarakterlərə həddinən artıq sadəlövh yanaşmağıma görə özümü qınayıram.
    Yəqin ruhunuza agah olmamış deyil ki, bu gün sizlərə qibtə eləyən, az qala həsəd aparan neçə-neçə “Qeyslər”, “Mahmudlar” mövcudur.
    Biləsiniz ki, müasir “Leylilər” Qeysləri Məcnuna yox, yazıqlar-yazığına, “Əslilər” Mahmudları Kərəmə yox, milli düşmən obrazına çevirirlər.
    Xoşbəxt Məcnun, sən ona görə xoşbəxtsən ki, səni biyabana salan müqəddəs bir eşq, ülvi bir sevgi idi. Bu dövrün “Qeysləri” əndazədən çıxan iddialar, tələblər, ehtiyaclar, hətda iftiralar üzünnən Daha ətraflı »

  • 20Okt
    Ədəbiyyat QIRMIZI DON üçün şərhlər bağlıdır

                                                                                     (Mini hekayə)

    (Bu mövzunu mənə verən əziz tələbəm Aydan Hacıyevaya təşəkkür edirəm.)

    Niftalının ailəsi Laçının Qorçu kəndindən qaçqın düşüb, Bərdə rayonunda Meşəçilik deyilən yerə sığınmışdır. Atası rəhmətə gedəndən ailənin bütün ağırlığı anası Bənövşə arvadın çiynindəydi. Bənövşə arvad isə hər çətinliyə tab gətirib, yetimini böyütdü, oxutdu. Günlərin birində oğ-lu Bərdədəki bankda işə düzəldi.
    Niftalı anasına çox bağlanmışdır. Elə bil bu qadın onun dini-imanı idi. Aralarında gizlin nəsə olmazdı. Bir gün də şirin-şirin söhbət edərkən anası qəfildən soruşdu:
    -Ay oğul, heç gözaltın varmı?
    -Var, ay ana, var.
    -Kimlərdəndir, a bala?
    -Özümüzdən, ay ana. Uzaq qohumlardan.
    Bənövşə arvadın ürəyinə dammış kimi dedi: Daha ətraflı »