Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May
    Ədəbiyyat 2021-ci İL- “NİZAMİ GƏNCƏVİ İLİ” üçün şərhlər bağlıdır

                                                        BƏŞƏRİ MƏHƏBBƏT ŞAİRİ

    Mərdə təmiz bir ad
    candan əfzəldir, Ləkəli qalmaqdan ölüm gözəldir…
    2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıçılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycan respublikasında 2021-ci il “Nizami Gəncəvi İli” elan edildi.
    Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması həmişə diqqət mərkəzində olmuş və bu sahədə xeyli iş görülmüşdür. Belə ki, Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb.
    Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Daha ətraflı »

  • 20May

    Ədəbiyyat üçün şərhlər bağlıdır

                                           880 İL BUNDAN ƏVVƏL DOĞAN GÜNƏŞ

    Dahi Azərbaycan şairi İlyas Yusif oğlu Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından dövrünün elmi biliklərinə maraq göstərmiş, mükəmməl təhsil almışdır.
    Nizami Gəncəvi ana dilini dərindən bilməklə yanaşı, o dövrün elm dili olan ərəb dilini və şeir dili olan fars dilini mükəmməl öyrənmişdir. Ömrü boyu mütaliədən ayrılmadığına görə get-gedə biliklərini təkmilləşdirərək dövrünün kamil bir aliminə çevrilmişdi. Buna görə də Nizamini “həkim” adlandırırdılar.
    Dahi şair mükəmməl dini təhsil almışdır. “Quranı” əzbər bilən şair oradakı fikirləri nəzmlə qələmə alaraq ölməzlik zirvəsinə ucalmışdır. Əsl müsəlman kimi yaşayan Nizami Gəncəvi öz yüksək mənəviyyatı, əxlaqi, davranışı ilə böyük hörmət qazanmışdır. Ona həmçinin “Şeyx Nizami” də deyirdilər. Aza qane olan şair azadlığı hər şeydən üstün bilmiş, sarayda yaşamaqdan imtina etmişdir. Halal zəhməti ilə yaşamış, sifarişlə əsərlər yazmışdır.
    Seçmişəm dünyada mən bircə bucaq,
    Arpa unu olmuş azuqəm ancaq,
    İlantək xəzinə üstə yatıram,
    Arpa çörəyiylə oruc tuturam.
    Bu misralardan şairin sadə bir həyat keçirdiyi aydın olur.
    Nizami Gəncəviyə dünya şöhrəti qazandıran ölməz “Xəmsə”si olmuşdur. Şairin öz həyatına aid faktlara da “Xəmsə”də rast gəlmək olur. Məlum olur ki, onun Afaq adında həyat yoldaşı, Məhəmməd adında oğlu olmuşdur. Oğluna Məhəmməd adı verməsi heç də təsadüfü deyil, şairin peyğənbər sevgisindən irəli gəlir. Daha ətraflı »

  • 20May
    Ədəbiyyat Aşıq Ələsgər– 200 üçün şərhlər bağlıdır

                                                            USTAD SƏNƏTKAR

    Azərbaycan sifahi xalq ədəbiyyatının ən böyük nümayəndələrindən və bu növün ən uca zirvələrini fəth edən sənətkarlardan biri də Aşıq Ələsgərdir.
    Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı. Əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
    Alməmməd kişinin ailəsi böyük idi–4 oğlu, 2 qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarnı ac, bir qarn tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərlik edir. Daha ətraflı »

  • 20May
    Ədəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır


    Tanınmış şair, yazıçı, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifin yaradıcılıq nümunələri tez-tez müxtəlif ölkələrin mətbuatında dərc olunur. İranda fəaliyyət göstərən “Ədəbi körpü” almanaxda da vaxtaşırı Tofiq Yusifin yaradıcılığına müraciət edir. Bu topluda həm latın, həm də ərəb qrafikası ilə yazılar dərc olunur.

    Aşağıda Tofiq Yusifin həmin almanaxda görkəmli ədəbiyyatşünas Səxavət İzzətinin dəstəyi ilə dərc olunmuş “Yaşamağa qoyurlar ki, adamı?!” şeirini təqdim edirik

     

  • 20May
    Ədəbiyyat BELƏ YAZ üçün şərhlər bağlıdır
    Vədəli gələcək, çağlı gələcək,

    Ormanlı, bağçalı-bağlı gələcək,

    Bu il yaz aranlı-dağlı gələcək,

    Könlünə yatırmı belə yaz, Talıb,

     

    Göndər o dağların söz nəmərini,

    Məna ver, göstərsin söz səmərini.

    Aranlı qurşayıb söz  kəmərini,

    Yaylaqda bir incə belə yaz, Talıb.

     

    Doğma bulaqların gözünü oxşa,

    Şehli lalələrin közünü oxşa.

    Sığalla, əzizlə sözünü, oxşa,

    Oxuyanlar desin: belə yaz, Talıb.

                                                                        Talıb Məmmədli

  • 07May
    Ədəbiyyat 2021-ci il-“Nizami Gəncəvi İli” üçün şərhlər bağlıdır

                                                       ŞƏRQ İNTİBAHININ ZİRVƏSİ NİZAMİ GƏNCƏVİ

    Qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami ömrü boyu bu şəhərdə yaşamışdır. Nizami təhsilini Gəncə mədrəsələrində almışdır. Ərəb və fars dillərini mükəmməl bilirdi.
    Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insani ləyaqət sahibi hesab edir, hamını belə olmağa səsləyirdi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi.
    Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərqin bir çox böyük şairləri onun təsiri ilə Xəmsələr yazmışlar.
    Orta əsrlər Şərqinin yetişdirdiyi ən böyük şairlərdən olan Nizami Gəncəvinin yaradıcılığına aid hər bir nümunə özlüyündə böyük bir tarixi dövrün çatışmazlığını ortaya çıxaran təhlildən ibarətdir.
    Sirr deyil ki, onun poemaları ədəbi tarixə yeni nəfəs gətirib. Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin himayəsi ilə 2002-ci ildə “Xəmsə”nin yenidən bərpasına başlanılıb. Hesab Daha ətraflı »

  • 07May
    Ədəbiyyat NİZAMİ GƏNCƏVİ DÜNYƏVİ ŞAİRDİR üçün şərhlər bağlıdır

    Çalış öz xalqının işinə yara,
    Geysin əməlinlə dünya zərxara.

    Bu hikmətli sözlərin müəllifi dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Dünyada və vətəni Azərbaycanda Nizami Gəncəvi kimi tanınan dahi şairimizin adı İlyas, atasının adı Yusif olmuşdur. 1141-ci ildə oktyabr ayının 20-də qədim Gəncə şəhərində dünyaya göz açmışdır. Azərbaycan Atabəyləri adlandırılan Eldənizlər dövləti tərəfindən idarə olunan Gəncə şəhəri o dövrdə sürətlə inkişaf edirdi. İpək yolunun da bu şəhərdən keçməsi Gəncənin mədəni inkişafına xeyli təsir göstərmişdir.
    Nizami Gəncəvinin həyatı, yaradıcılığı haqqında məlumatları yalnız onun əsərlərindən almaq olur. Nizami bütün həyatını Gəncədə keçirmişdir. Dini və dünyəvi elmləri dərindən mənimsəmişdir. Nizami dövrünün tanınmış alimlərindən idi. Ərəb və fars dillərini mükəmməl bilirdi. Dayısı Xacə Ömər zəmanəsinin nüfuzlu adamlarından biri idi. O, Nizaminin təlim-tərbiyəsi ilə ciddi məşğul olmuşdur.
    Nizami Gəncəvi ömrü boyu hökmdarların himayəsindən üz döndərmişdir. Başqa qaynaqlardan məlum olur ki, Nizami Gəncəvi humanist, müdrik, gözütox bir insan kimi də sağlığında müasirləri tərəfindən yüksək qiymətləndirilmişdir.
    Mənbələrdən məlum olduğuna görə, Nizaminin Məhəmməd adlı oğlu da olmuşdur. Daha ətraflı »

  • 30Apr
    Ədəbiyyat 2021-ci il “Nizami Gəncəvi ili” üçün şərhlər bağlıdır

                                                              MƏHƏBBƏTƏ DÜNYƏVİ MÜNASİBƏT

    Dahi Azərbaycan şairi, mütəfəkkir, filosof Nizami Gəncəvi Azərbaycanın qədim şəhəri olan Gəncədə anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmışdır. Şairin əsl adı İlyas Yusif oğludur. Nizami isə onun təxəllüsüdür. Dövrünün digər şairləri kimi Nizami də doğulub böyüdüyü Gəncə şəhərinin adını özünə nisbə götürmüşdür və beləliklə dünyada Nizami Gəncəvi adı ilə tanınmışdır.
    Qədim dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi Nizaminin də doğulduğu və vəfat etdiyi illər dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq hesablanmışdır. Şair 1141-ci ildə (hicri təqvimi ilə 535-ci il) anadan olmuşdur.
    Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarixini və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür.
    Həmişə Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin ona kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. 1947-ci ildə Nizami Gəncəvinin məqbərəsində
    aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşdan şairin 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi müəyyən edilmişdir. Daha ətraflı »

  • 30Apr
    Ədəbiyyat NİZAMİ GƏNCƏVİNİN MUDRİK KƏLAMLARINDAN üçün şərhlər bağlıdır
    Xalq mənə versə də əziyyət, kədər,
    Qıymaram incisin məndən bir nəfər.
    Zəhmətlə açarsan bağlı tilsimi,
    Açdın, xəznə çıxar aydın gün kimi.
    Əziyyət eyləsən, cəfa görərsən,
    Mehribanlıq etsən, səfa sürərsən.
    Bu dərya yolunda vardır çox zəhər,
    Əziyyət çəkənlər dürr əldə edər.
    Yamanlıq etməkdən uzaq ol, uzaq,
    Pisliyin əvəzi pislik olacaq.
    Bilikli adamlar uzağı görər,
    Cahilin zəhməti hədərdir, hədər.
    Yaxşılıq etməsən əgər insana,
    Böyüklük şərəfi verilməz sana.
    El gözündə Nizami ucalıbdır düzlükdən,
    İlhamına, qəlbinə gün salıbdır düzlükdən.
    Bir xərabə görsən, qurmağa tələs,
    Məsləhət belədir, əməyin itməz.
    Ucalmaq istəsən, bir kamala çat,
    Kamala ehtiram göstərər həyat.
  • 09Apr
    Ədəbiyyat Aşıq Ələsgər-200 üçün şərhlər bağlıdır

    AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNİN QEYD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

    2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.
    Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
    Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Daha ətraflı »