Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn
    Tərtər RİH-də TƏRTƏRDƏ TƏNTƏNƏLİ MƏRASİM üçün şərhlər bağlıdır

    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə tər gül-çiçək dəstələri qoydular.
    Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.
    Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirildi.
    Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, səhiyyə, təhsil və mədəniyyət işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, hərbçilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə məruzə ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı milli dövlətçilik tariximizə olan xüsusi diqqət və ehtiramın, milli kimliyimizə qayğının bariz nümunəsidir. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Tərtər RİH-də PEŞƏ BAYRAMI QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Rayonda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirildi.
    İştirakçılar əvvəlcə ulu öndərin xatirəsini hörmətlə yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik etdi. Dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışdı.
    Tədbirdə çıxış edən Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdov, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Su-Kanal İdarəsinin rəisi Elnur Abbasov görülən işlərdən və qarşıda duran hədəflərdən danışdılar.
    Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı bir qrup su təsərrüfatı və meliorasiya işçisinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim etdi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 13İyn
    Tərtər RİH-də İCRA BAŞÇISININ KƏNDLƏRDƏ QƏBUL-GÖRÜŞLƏRİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Bəyimsarov kəndində oldu.
    Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kəndin sosial-iqtisadi vəziyyəti barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinlənildi.
    Fermer Fazil Əliyev pay torpaqlarının şoranlaşması, kənd tam orta məktəbin direktoru Elşən İsayev məktəbin əsaslı təmiri, fermer Habil İbrahimov suvarmada olan çətinliklər, kənd sakini Hidayət Çobanov yararsız elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciət etdilər.
    Qaldırılan məsələlər barədə icra başçısı əlaqədar qurumlara tapşırıqlar verdi.
    Qəbul-görüşdən sonra rayon rəhbəri kəndin kümçüləri ilə görüşərək, ipəkqurdlarının saxlanma şəraiti ilə tanış oldu və lazımi tövsiyələrini verdi.
    * * *
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Qaynaq və Borsunlu kəndlərində də qəbul-görüşləri keçirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 13İyn
    Tərtər RİH-də QALİBLƏR MÜKAFATLANDIRILDI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəblilərin respublika fənn olimpiadasının rayondan olan qalibləri ilə görüşdü. Tədbirdə coğrafiya fənni üzrə 3-cü yerə layiq görülmüş Ələsgərli kənd tam orta məktəbin 11-ci sinif şagirdi Gültac Paşazadə, tarix fənni üzrə 3-cü yerə layiq görülmüş şəhər 2 saylı məktəb-liseyin 11-ci sinif şagirdi Nuranə Kərimova, qaliblərin valideynləri və müəllimləri də iştirak etdilər.
    Görüşdə rayon rəhbəri uğur qazanan məktəblilərə xoş arzularını bildirdi, onları təbrik etdi.
    Sonra olimpiada qaliblərinə və onların müəllimlərinə rayon rəhbəri tərəfindən qiymətli hədiyyələr və pul mükafatları təqdim olundu.

    Teqlər:

  • 29May
    Tərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ SARICALI KƏNDİNDƏ OLUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarıcalı kəndində oldu.
    Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndənin müavini Namiq Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd ağsaqqalı Səttar Muradov görülən işlərdən, sosial problemlərin həllinə göstərilən diqqət və qayğıdan danışıb.
    Mayıl Məhərrəmov elektrik təsərrüfatının yenidən qurulması, Enfira Hüseynova tibb məntəqəsinin təmiri ilə bağlı müraciətlər ediblər. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Tərtər RİH-də ÜMUMXALQ MƏHƏBBƏTİ üçün şərhlər bağlıdır

    Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Tərtər rayonunda təntənə ilə qeyd olunub.
    Mayın 10-da səhər saatlarında minlərlə tərtərli rayonun mərkəzi meydanında ulu öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramlarını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.
    Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyub.
    Sonra tədbir iştirakçıları meydanda rayon məktəblilərinin hazırladıqları ulu öndərə həsr olunmuş rəsm, əl işləri və kitab sərgisinə baxıblar.

    Teqlər:

  • 18May
    Tərtər RİH-də HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95-ci İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ KONFRANS üçün şərhlər bağlıdır

    Rayon mədəniyyət mərkəzində keçirilən konfransda əvvəlcə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, böyük siyasi xadim Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaranması, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır. Diqqətə çatdırılıb ki, 1969-1982-ci illərdə ulu öndərin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan keçmiş ittifaq respublikaları arasında birinci sıralarda yer alıb. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ümummilli lider tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Tərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Təzəkənd kəndində olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov
    görülən işlər barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Təzəkənd kənd ümumi orta məktəbinin direktoru Azər Həsənovun, sakinlərdən Rəşid Məmmədovun, Ziyəddin Qasımovun və digərlərinin də müraciətləri dinlənilib.
    Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

    Teqlər:

  • 08May
    Tərtər RİH-də QARAĞACI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu cəbhə xəttinə yaxın olan Qarağacı kəndində keçirildi. Həmişəki kimi tədbirdə rayon icra hakimiyyətinin işçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəssisə rəhbərləri, kənd sakinləri iştirak edirdi.
    Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı. Sonra Qarağacı kənd icra nümayəndəsi Lətif Həmidov kənd haqqında məlumat verdi. Bildirdi ki, nümayəndəliyimiz Qarağacı, Qapanlı və Qaradağlı kəndlərini əhatə edir.
    Tədbirdə çıxışlar oldu. Qarağacı kənd tam orta məktəbinin direktoru Məzahir Quliyev, kənd ağsaqqalı Sabir Quliyev sakinlərdən Eldar Məmmədov, Cəsur Əhmədov, Tofiqə Əhmədova görülən işlərdən və ərazidə olan bəzi çatışmazlıqlardan danışdılar. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Tərtər RİH-də RAYONDA 2018-ci İLİN BİRİNCİ RÜBÜNÜN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARINA VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ HESABAT YIĞINCAĞI KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Rayon Gənclər Mərkəzində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
    Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2018-ci ilin birinci rübü də sosial-iqtisadi inkişaf baxımından rayonumuz üçün uğurlu olmuşdur. Cənab Prezidentin daimi diqqət və qayğısı ilə tərtərlilər əvvəlki illərdə olduğu kimi, cari ilin birinci rübündə də bütün imkanlardan səmərəli istifadə etmişlər. Rayonumuzda quruculuq-abadlıq işlərinin aparılması davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılması, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılması diqqət mərkəzində saxlanılmışdır. Daha ətraflı »

    Teqlər: